Yazıçı İsmayıl Şıxlının 98 illiyi münasibətilə mərkəzi kitabxanaların uşaq şöbələri, mks-nin şəhər, qəsəbə



Yüklə 135,2 Kb.
Pdf görüntüsü
tarix25.06.2018
ölçüsü135,2 Kb.
#51245
növüYazı


                   

          

F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

 

 

   



 

                  

                             



                 

 

 

 

                         

  Xalqına bağlı sənətkar 

 

Yazıçı İsmayıl Şıxlının 98 illiyi münasibətilə  mərkəzi 

 kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə,   

kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait 

 

 



 

 

  



     

Bakı – 2017 


Tərtibçi:                                           Könül Səmədzadə 

                                           

           Sevil Əhmədova  

 

Redaktor:                                         Səməd Məlikzadə 

 

İxtisas  redaktoru və                       Şəhla Qəmbərova 



buraxılışa məsul:                             Əməkdar Mədəniyyət işçisi                                    

                                                          

 

 



 

 

 



“Xalqına bağlı sənətkar”: metodik vəsait.tərt.ed. K. Səmədzadə

red. S.Məlikzadə; ix. red. və  burax. məsul Ş.Qəmbərova; F.Köçərli 

adına Respublika Uşaq  Kitabxanası.- Bakı, 2017.-21 s.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2017 



Tərtibçidən 

 

Azərbaycan  nəsrinin  tarixi  daha  əvvəllərə  gedib  çıxsa  da, 

ədəbiyyatın bu qolunun inkişafı XX əsrə aiddir. XX əsrə qədər nəsr 

əsərləri  yazmış  bir  neçə  yazıçının  adını  çəkə  bildiyimiz  halda,  bu 

əsrdə  yaşayaıb-yaratmış  nasirlərin  böyük  bir  siyahısını  tutmaq 

mümükündür. Onların da əksəriyyətinin yaradıcılığı sövet dövrünə 

təsadüf  edir.  Bu  yazıçılardan  biri  də  orijinal  yaradıcılıq  dəsti-xətti 

olan İsmayıl Şıxlıdır  (1919-1995) . 

İsmayıl  Şıxlının  adı  Azərbaycanda    həm  yazıçı,  həm  də 

ictimai-siyasi xadim kimi kifayət qədər geniş tanınır. Yaşlı və orta 

nəslin nümayəndələri arasında onun “Dəli Kür” romanını və bir sıra 

kiçik hekayələrini oxumayan adam tapmaq çətindir. 

Haqqında  söz  açdığımız  yazıçı,  pedaqoq  İsmayıl  Şıxlı  ağır, 

lakin olduqca maraqlı bir həyat yolu keçmişdir.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


I  BÖLMƏ 

Həyat və yaradıcılığı 

 

Azərbaycanın  Xalq yazıçısı İsmayıl  Qəhrəman  oğlu  Şıxlı  1919-



cu il martın 22-də Qazax rayonunun İkinci Şıxlı kəndində, müəllim 

ailəsində  anadan  olmuşdur.  İlk  təhsilini  Kosalar  kənd  məktəbində 

almış,  Qazaxda  pedaqoji  məktəbi  bitirmişdir.  Sonra  indiki 

Azərbaycan  Pedaqoji  İnstitutunun  Azərbaycan  dili  və  ədəbiyyatı 

fakültəsinə  daxil  olmuşdur.  1941-ci  ildə  institutu  bitirdikdən  sonra 

Kosalar kənd məktəbində müəllimlik etmişdir. İ. Şıxlı Böyük Vətən 

müharibəsi  illərində  Qafqazdan  Almaniyayadək  uzun  və  ağır  bir 

döyüş  yolu  keçmişdir.  O,  müharibə  qurtarandan  sonra  yenidən  ali 

təhsil  aldığı  pedaqoji  instituta  qayıtmış  və  aspiranturaya  daxil 

olmuşdur.  O  vaxtdan  da  elmi-pedaqoji  fəaliyyətini  bu  institutla 

bağlamış,  burada  xarici  ölkələr  ədəbiyyatı  kursundan  mühazirələr 

oxumuşdur.  

İ. Şıxlı yaradıcılığa şeirlə başlamışdır. Həmin illərdə o, nəsrlə də 

maraqlanmış  və  getdikcə  nəsrə  daha  çox  bağlanmışdır.  İlk  şeirləri 

kimi  ilk  hekayələri  də  onu  təmin  etməmişdir.  Lakin  o,  nəsr 

yaradıcılığından  heç  zaman  ayrılmamışdır.  Bunun  əsas  səbəbini 

yazıçı  1974-cü  ildə  yazdığı  “Ürəklərə  yol  tapmalı”  məqaləsində 

belə  izah  edir:  “Məni  əsl  mənada  nəsrə  bağlayan  həyatın  özü 

olmuşdur.  Böyük  Vətən  müharibəsi  cəbhələrində  gördüyüm 

hadisələri,  döyüş  çətinliklərini,  insanların  keçirdiyi  iztirabları, 

onların  mürəkkəb  psixoloji  sarsıntı  və  döyüş  əhvalı-ruhiyyəsini 

vermək üçün nəsrin imkanlarının daha çox olduğunu dərk etdikdən 

sonra nasir olmağa çalışdım". 

İ.  Şıxlının  bir  nasir  kimi  inkişafında  görkəmli  yazıçımız  Mehdi 

Hüseynin  xüsusi  təsiri  olmuşdur.  Gənc  nasirin  Böyük  Vətən 

müharibəsindən  əvvəl  və  sonra  yazdığı  ilk  hekayələrini  oxuyan 

Mehdi Hüseynin ona gördüyü və bildiyi hadisələrdən sadə və təbii 



dildə  yazmaq  v  s.  sənətkarlıq  məsələləri  barədə  tövsiyələri müsbət 

nəticə vermişdir.  

1941-1945-ci  illər  müharibəsi  İ.  Şıxlının  həyat  yolunda, 

taleyində  mühüm  rol  oynayıb,  silinməz  izlər  buraxdığı  kimi, 

yaradıcılığına  da  mühüm  mövzu  kimi  daxil  olmuşdur.  Onun  bu 

mövzuda  1947-1948-ci  illərdə  yazdığı  hekayələri  (“Həkimin 

nağılı”,  “Kerç  sularında”,  “Səhəri  gözləyirdik”,  “Haralısan  ay 

oğlan”, “Konserv qutuları”) bir nasir kimi ilk uğurlarıdır. 

Bundan  başqa,  İ.  Şıxlı  cəbhəyə  getdiyi  ilk  gündən  qələbədən 

sonra evə qayıdanadək gündəlik qeydlər aparmışdır. Yazıçı “Cəbhə 

yolları”  (1985)  kitabında  bu  barədə  belə  yazır:  “Mən  hər  gün 

gördüyüm  və  başıma  gələn  işləri  dəftərimə  qeyd  edirdim  və 

çalışırdım  ki,  heç  nəyi  artırıb  əskiltməyim”.  “Cəbhə  yolları” 

gündəlik  formasında  yazılmış  sənədli  povest  hesab  oluna  bilər. 

Əsərin  bir  hissəsi  “Ədəbiyyat  və  incəsənət”  qəzetində  (1968)  çap 

olunmuşdur.  Bundan  sonra  yazıçı  cəbhə  gündəliklərinə  oxucuların 

marağını  görüb  onu  “Bir  əsgərin  gündəliyi”  adı  ilə  “Mənim 

rəqibim”  (1975),  bir  az  təkmilləşdirərək,  lakin  yenə  də  ixtisarla 

“Cəbhə  gündəlikləri”  adı  ilə  “Xatirəyə  dönmüş  illər”  və  “Məni 

itirməyin”  kitablarına  daxil  etmişdir.  Bu  əsərdə  yazıçı  bu  gün  də 

çox  aktual  olan,  çox  geniş  miqyasda  müzakirə  və  mübahisə 

obyektinə  çevrilən  müharibə  və  insan,  müharibənin  insan  həyatına 

və  taleyinə  təsiri  məsələsinin  özünəməxsus  orijinal  bədii  həllini 

vermək üçün müharibənin bilavasitə özünü, qanlı döyüş səhnələrini 

əks  etdirib.  İ.  Şıxlı  70-ci  illərdə  yazdığı  “Mənim  rəqibim”, 

“Köynək” kimi hekayələrində cəbhə xatirələrinə yenidən, lakin yeni 

bir şəkildə və tam yeni bir niyyətlə müraciət edib. Bu hekayələrdə 

artıq  cəbhə  həyatının  təsiri  yox,  müharibənin  adamlarımızın 

həyatına  təsiri  və  onların  talelərində  oynadığı  rolu  ilk  planda 

göstərmək  meyli  güclüdür.  Bunlarda  döyüşçülərin  həyat  və 

fəaliyyətlərinin  yeni  mərhələsi  əks  və  əhatə  olunur.  İ.Şıxlının 

müharibə  mövzusunda  yazdığı  əsərlərinin  hamısında  güclü 




avtobioqrafizm  vardır. Bunların  hamısında  yazıçının  özü  bu  və  ya 

digər dərəcədə obraz kimi iştirak edir. 

İ. Şıxlının yaradıcılığında müasir mövzular da mühüm yer tutur. 

Onun müasir mövzuda yazdığı əsərlərdən biri də “Dağlar səslənir” 

povestidir. Yazıçı müharibədən sonra Azərbaycanda yeni salınan üç 

sənaye şəhərlərindən biri olan Daşkəsənlə daha çox maraqlanıb. O, 

1950-1951-ci  illərin  yay  aylarını  Daşkəsəndə  keçirib,    bu  şəhərin 

əsasən  cavanlarından  olan  sakinlərinin  işi,  gündəlik  həyatı  və 

fəaliyyətləri barədə oçerklər yazib mətbuatda çap etdirib. Nəhayət, 

Daşkəsən  fəhlələrinin  həyatından  bəhs  edən  “Dağlar  səslənir” 

(1951) povesti yaranıb. 

İsmayıl Şıxlı az yazan, amma yaxşı yazan yazıçılardan idi. “Dəli 

Kür”dən  sonra  o,  uzun  müddət  irihəcmli  nəsr  əsri  yazmayıb. 

Bununla belə, “Dəli Kür”dən  sonra sonuncu əsəri “Ölən dünyam”a 

qədər  olan  dövr  İsmayıl  Şıxlının  həyatında  mühüm  bir  mərhələ 

sayılır.  

İsmayıl  Şıxlı  yaradıcılığının  son  akkordu  ömrünün  qürub  çağı 

qələmə  aldığı  “Ölən  dünyam”  romanıdır.  Əsəri  özü  yazmağa 

başlasa  da,  sonradan  ağır  xəstəliyin  fəsadı  nəticəsində  gözləri 

tutulduğu 

üçün 

romanın 


əksər 

hissəsini 

diktə 

etmək 


məcburiyyətində  qalıb;  bu  işi  isə  vəfalı  həyat  yoldaşı  Ümidə 

xanıma həvalə edib.  

“Dəli  Kür”  romanına  qədər  İ.Şıxlı  daha  çox  müasir  həyatın 

bilavasitə  dərindən  müşahidə  edib,  yaxşı  öyrəndiyi  sahələrindən, 

aktual  əhəmiyyət  kəsb  edən  məsələlərindən  yazan  istedadlı  bir 

yazıçı kimi tanınıb. 

Elə  bu  vaxt  ədəbi  mühitin,  sakit,  aydın  səmasında  sanki  şimşək 

çaxdı; 1962-ci ildə “Azərbaycan” jurnalında  İsmayıl Şıxlının “Dəli 

Kür” romanının I hissəsi çap olundu. Özünə qarşı həddindən artıq 

tələbkar  olan,  hər  cümləsinin    üstündə  əsən,  yüz  ölçüb  bir  biçən 

İsmayıl Şıxlı, sən demə, neçə illər imiş ki, iki otaqlı mənzilinin bir 

küncünə  çəkilib  bu  əsəri  yazırmış.  Belə  bir  əsər  naminə  özünü 




könüllü surətdə çox şeydən məhrum etməyinə dəyərdi. “Dəli Kür” 

oxucuların hədsiz marağına səbəb oldu. Bütün daxili ziddiyətlərinə 

baxmayaraq,  əsərin  baş  qəhrəmanı  Cahandar  ağa  hamını  sanki 

əfsunladı.  Əsər  barədə  yazıçı  Mehdi  Hüseyn  yazırdı:  “Əzizim 

İsmayıl! “Dəli Kür” əsərini dünən gecə  oxuyub qurtardım. Düzünü 

deyim  ki,  mən  səndən  yaxşı  əsərlər  gözləyirdim,  amma  bu  cür 

qüvvətli  və  təsirli  bir  əsər  yazmağını  gözləmirdim.  Əhsən, 

bərəkallah! Son on ildə bizim ədəbiyyatımızdan oxuduğum heç bir 

əsər məni bu cür sarsıltmamışdı”. 

Hamı səbirsizliklə romanın ardını gözləyirdi. Əsəri tamamlamaq 

üçün İsmayıl Şıxlıya daha dörd il vaxt lazım gəldi. Nəhayət, 1966-

cı ildə “Azərbaycan” jurnalında romanın II hissəsi dərc olundu.  

 

 

 



 

II BÖLMƏ 

 

 

                    

Yubiley tədbirlərinin keçirilməsi 

 

Öncə  qeyd  etdiyimiz  kimi,  bu  il  XX  əsr  Azərbaycan 



ədəbiyyatının görkəmli simalarından biri, Xalq yazıçısı, gözəl insan 

İsmayıl  Şıxlının  98  yaşı  qeyd    olunur.  Bu  münasibətlə 

respublikamızın  orta  və  ali  məktəblərində,  mədəni-maarif 

ocaqlarında,  eləcə  də  F.Köçərli  adına  Respublika  Uşaq 

Kitabxanasında  müxtəlif  tədbirlərin  keçirilməsi  nəzərdə  tutulur. 

Belə  tədbirlərin  siyahısı  geniş  olmalıdır.  Məsələn,  kitabxanada 

keçirilən  tədbirlərdən    kitab  sərgisini,  oxucu  konfransını,  ədəbi-

bədii  gecəni  və  s.  qeyd  etmək  olar.  Kitabxanalarda  təşkil  olunan 

kütləvi  tədbirlər  İsmayıl  Şıxlının  zəngin  ədəbi  irsinin  oxucular 

arasında geniş yayılmasına xidmət edir. Onun yaradıcılığının geniş 

təbliği  üçün  kitabxanalarda,  ilk  növbədə,  kitab  sərgisi  təşkil 

olunmalıdır. Sərgi müxtəlif başlıqlar altında keçirilə bilər. Məsələn, 

“İsmayıl Şıxlı-95,” “Müdrik sənətkar,” “Xalqına bağlı sənətkar” və 

s.  Sərgidə  yazıçının  seçilmiş  əsərləri,  onun  həyat  və  yaradıcılığı 

haqqında    qəzet  məqalələri,  görkəmli  adamların  şair  haqqında 



söylədikləri  sitatları  və  s.  nümayiş  etdirmək  olar.  İndi  isə  İsmayıl 

Şıxlının  yaradıcılığı  haqqında  hazırlanmış  sərginin  nümunəsini 

veririk: 

1.

 



Başlıq. “Xalqına bağlı sənətkar.” 

2.

 



İ. Şıxlının portreti. 

3.

 



Kitablarının nümayişi. 

4.

 



Görkəmli insanların İ. Şıxlı haqqında söylədiyi sitatlar. 

5.

 



Dövri mətbuatda çap olunmuş məqalələrin kartotekası. 

6.

 



Şeir parçası: 

Familim Şıxlıdır, adım İsmayıl, 

Hardasan, qara bəxtim, tez ayıl... 

 

               

                

  

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



  Kitab təbliğində oxucularla aparılan söhbətlərin əhəmiyyəti  də 

az  deyil.    Beləki,  İsmayıl  Şıxlının  98  illik  yubileyi  münasibətilə 

təşkil  olunmuş  kitab  sərgisinin  qarşısında  oxucularla  yazıçının 

həyat  və  yaradıcılığı,  yazdığı  povest  və  romanlar  haqqında 

söhbətlər  aparmaq  olar.  Söhbətlər  müxtəlif  mövzularda  aparıla 



bilər.  “Yazıçının  hekayələri,”  “Dəli  Kür”,  “Cəbhə  yolları”,  “Sapı 

özümüzdəndir”  və  s.  kitablar  haqqında  söhbətləri  kitabxanaçı 

aşağıdakı kimi başlaya bilər: 

-

 



Əziz 

oxucular! 

Azərbaycan 

nəsrinin 

görkəmli 

nümayəndələrindən  biri  olan  İ.Şıxlı  gözəl  hekayələr,  roman  və 

povestlər ustasıdır. O, “Ayrılan yollar, “Dəli Kür”, “Ölən dünyam” 

romanları,  “Qızıl  ilan”,  “Namərd  gülləsi”,  “Təyyarə  gecikir” 

hekayələri, əfsanə və rəvayətləri, publisistik məqalə və çıxışları ilə 

oxucuların  rəğbətini  qazanmışdır.  Yazıçının  qələmə  aldığı 

hekayələri  iki  xarakterik  mövzu  ilə  diqqəti  daha  çox  cəlb  edir: 

zamanın  qaydaları  ilə  yaşayan,  hər  hansı  çətinlik  qarşısında 

sarsılmayan,  ruhdan  düşməyən  qəhrəmanlarla  üz-üzə  gəlir,  digər 

tərəfdən yazıçı üzünü keçmişə tutur, mövcud əfsanə və rəvayətlərə 

müasir  ideya  işığında  baxır,  oxuculara  tərbiyəvi,  əxlaqi  fikirlər 

aşılayır.  

 

Yazıçının  hekayələrinin  qəhrəmanları  sanki  bir  amal 



uğrunda  yaşayırlar:  təmiz  vicdan,  əxlaqi  saflıq,  mənəvi  kamillik 

onların başlıca şüarıdır. 

 

İsmayıl Şıxlı bu fani, gedimli-gəlimli dünyada şərəfli, qibtə 



ediləcək  bir  ömür  yaşadı.  O,  öncə  əsl  vətəndaş  ,  sonra  görkəmli 

yazıçı, müəllim, fəal ictimai xadim kimi yaddaşlarda qaldı. İsmayıl 

Şıxlı 76 il ömür sürdü. Lakin bu illərdə İsmayıl Şıxlı çox məhsuldar 

işləməsə də, bir yazıçı ömrünü əbədiləşdirəcək əsərlər yazdı.   

 

 

 



 

 

 



 

 



Görkəmli şəxsiyyətlərin İsmayıl Şıxlı  haqqında 

söylədikləri 

 

 “Dəli 


Kür” 

onlarla 


povestlərin, 

romanların 

milli 

təfəkkürümüzdə yaratdığı  mənəvi  səhradan  axib keçdi  və  ona can 



verdi.  

        Nizami Cəfərov, 

                        filologiya elmləri doktoru, professor 

 

Tez-tez  eşidilən  belə  bir  deyim  var,  deyirlər:  “yazıçının  əsərləri 

oxunursa,  deməli,  o,  yaşayır”.  Bunun  belə  olub-olmadığını  mən 

bilmirəm. Amma onu qəti bilirəm ki, İsmayıl Şıxlı-əsərləri oxunan 

və sevilən yazıçıdır... 

        İntiqam Qasımzadə, 

         tənqidçi, tərcüməçi 

 

 İ.Şıxlının  özündən  sonra  yadigar  qoyduğu  ədəbi  irsi 



ədəbiyyatımızın qızıl fondunu zənginləşdirən əsərlərdir. 

                                                            

   Balaş Azəroğlu, 

 

 

 

 

 

 

     Xalq şairi  

 

İsmayıl  Şıxlı  bəzi  qələm  dostları  ilə  müqayisədə  az  yazan  və 



təbii  ki,  əsərləri  az  çap  olunan  yazıçıdır.  Onun  az  yazması 

əsərlərinin bədiiliyi, əlvanlığı və təzəliyi ilə özünü doğruldur.  

 

 

 



 

 

              



  Bəkir Nəbiyev, 

                                          filologiya elmləri doktoru, professor 

 

 Necə  ki,  ədəbiyyatımız  var,  mədəniyyətimiz,  xalqımız  yaşayır, 

İ.Şıxlı  da  yaşayacaq.  Axı  İsmayıl  Şıxlı  dühasından,  İsmayıl  Şıxlı 



qələmindən  gələn  əsərlər  İsmayıl  Şıxlı  adını  xalqımızın  hafizəsinə 

əbədi  həkk edib. 

 

 

 



 

 

 



              Ə.Hüseynov, 

 

 

 

 

 

 

        ədəbiyyatşünas 

 

İsmayıl  Şıxlı  haqqında  onun  həyat  yolu  və  yaradıcılığı  barədə 

düşünəndə  ürəyimdə  bu  hisslər  oyanır:  ədəbiyyatımızın  uzun 

karvan  yolunda  onu  əsl  Azərbaycan  ruhu,  əxlaqı  və  xarakterinin 

daşıyıcılarından biri kimi görürəm.   

                                                                    Sabir Rüstəmxanlı, 



           Xalq şairi 

 

İsmayıl  Şıxlı  bizim  haqq  deyən,  haqq  söyləyən,  ədalət  deyən, 



ədalət  söyləyən  ziyalımızdır.  İsmayıl  Şıxlı  həqiqətən  də 

ağsaqqallığa layiq bir adamdır.  

 

 

 



 

 

Yusif Səmədoğlu, 



                                      yazıçı-dramaturq   

 

Çətin günlərimdə mən səni anıb,  

Köməyə səslədim duyan insanı. 

Ariflər içində çoxdan yaranıb, 

İnsanlıq dastanı- Şıxlı dastanı. 

                                                                      Müzəffər Şükür, 



 

 

 

 

 

 

Şair 

 

İsmayıl Şıxlının 1990-cı ildə nəşr olunmuş “Sapı özümüzdəndir” 

adlı əfsanə və rəvayətlər kitabı əsasında müxtəlif tədbirlər keçirmək 

olar.  Məsələn:  söhbət,  müzakirə,  icmal  və  s.  Belə  tədbirlərdən  biri 

də sual-cavab gecəsidir. 

Sual-cavab  gecəsi  oxucuların  ən  çox  sevdiyi  tədbirlərdəndir. 

Tədbirdə  əvvəlcə  kitabxanaçı  müəllif  haqqında  məlumat  verməli, 

“Sapı  özümüzdəndir”  kitabının  əhəmiyyəti  haqqında  danışmalıdır. 




Bu  kitab  əsasən  el  içində  yayılmış  əfsanə  və  rəvayətlər  əsasında 

yazıləb. İ.Şıxlı xalqdan aldığı bu mövzulara təzə poetik libas biçib, 

onu öz sənətinin imkanları baxımından yenidən işləyib.  

Tədbir  bitdikdən  sonra  oxuculara  veriləcək  sualları  əvvəlcədən 

tərtib  etmək  lazımdır.  Kitabda  toplanan  “Məni  itirməyin”,  “  Sapı 

özümüzdəndir”,  “Şahın  oğlu”,  “Sənə  aslanım  deyən”,  “Ruzu”, 

“Belə  məmləkətdə”  və  s.  əfsanə  və  rəvayətlər  haqqında  oxuculara 

aşağıdakı suallarla müraciət etmək olar: 

1.“Məni itirməyin” əfsanəsində vicdan insanları nəyə səsləyirdi? 

2. “Sapı özümüzdəndir” ifadəsini necə başa düşürsünüz? 

3. Bu əfsanənin aktuallığı nədədir? 

4. “Ruzu” kekayəsində kasıb kişi necə etiraz edir? 

5. Yazıçı “Sapı özümüzdəndir” kitabı ilə oxuculara hansı hissləri 

aşılayır? 

İsmayıl 

Şıxlının 

hekayələrinin 

mövzusunun 

haradan 

götürülməsindən  asılı  olmayaraq  ən  mühüm  məziyyəti 

müasirliyində,  içində  olduğumuz  sosial  proseslərlə  səsləşməsində 

və  bu  proseslərin  düzgün  bədii  yozumundadır.  Üslub  keyfiyyəti, 

mükəmməllik, yığcamlıq burada qabarıq surətdə əks olunub. 

İsmayıl  Şıxlı  çox  oxunan,  haqqında  çox  yazılan,  xalqın  bütün 

təbəqələri  tərəfindən  tanınan  və  sevilən  yazıçımızdır.  Onun  “Dəli 

Kür” romanı kifayətdir ki, İsmayıl Şıxlıdan böyük yazıçı kimi söz 

açaq. “Dəli Kür”ün müstəsna şöhrəti və dəyəri İsmayıl Şıxlının ayrı 

əsərlərini  kölgədə  qoyub  və  onun  yaradıcılığnın  tam 

qiymətləndirilməsinə  mane  olub.  “Dəli  Kür”  Azərbaycan 

ədəbiyyatının  ən  monimental  romanıdır.  İsmayıl  Şıxlı  bu  roman 

üzərində on il yaradıcılıq işləri aparıb. 

İsmayıl Şıxlı yaradıcılığı ilə böyük yaş qrup oxucuları yaxından 

tanış  etmək  üçün  yazıçının  “Dəli  Kür”  romanının  müzakirəsini  

keçirmək  olar.  “Dəli  Kür”  romanı  XIX  əsrdə  tarixi 

qanunauyğunluqlarin  Azərbaycan  xalqının  həyatına  daxil  olma 

prosesini,  adamların  yaşayışında,  mənəviyyatında  əmələ  gətirdiyi 




köklü dəyişiklikləri realist inandiricilıqla göstərən bir əsərdir.  “Dəli 

Kür”  romanında  dramatizm  ünsürlərü    müxtəlif  şəkillərdə  özünü 

göstərir.  Hər  şeydən    əvvəl,  bu,  qollu-budaqlı  qəhrəmanların 

münasibətlərində, 

ehtirasların 

toqquşmasında, 

tərəflərin 

mübahisəsində,  ölüm-dirim  mübarizəsində  üzə  çıxır,  hətta  bəzən 

dramatizmin  həlli  silaha  əl  atmaqla  başa  çatır.  “Dəli  Kür” 

romanının  müzakirəsi  zamanı  aydınlaşdırılır  ki,  Cahandar  ağa 

kimdir və müasir oxucu Cahandar ağanı necə qiymətləndirir? “Dəli 

Kür”  romanı  müxtəlif  taleli,  müxtəlif  təbiətli,  müxtəlif  dünya 

duyumlu  obrazlar  qalereyasıdır:  Cahandar  ağa,  Zərnigar  xanım, 

Şamxal,  Salatın,  Şahnigar,  Molla  Sadıq  və  başqaları.  1970-ci  ildə 

“Azərbaycanfilm”  kinostudiyası  İ.Şıxlının  ssenarisi  əsasında  “Dəli 

Kür” bədii filmini çəkmişdir. 

Cahandar  ağa  obrazı  bu  gün  ədəbiyyatımızın  şah  obrazı  hesab 

edilir.  O,  uşaq  qədər  sadə,  həlim,  xeyirxah,  qurd  qədər  qorxmaz, 

cəsur,  barışmaz,  allah  adamı,  yenilik  tərəfdarı,  məhəbbətindən 

keçməz, nifrətindən dönməz bir sözlə tipik Azərbaycan - müsəlman 

kişisinin  obrazını  təcəssüm  etdirir.  Özünə-sözünə  hörmət  qoymaq, 

əsl  ağsaqqal  təmkinini  və  ləyaqəti  təmsil  elədiyi  xalqın  xarakterik 

xüsusiyyətlərini  yaşatmaq  bacarığı,  cəngavər  dönməzliyi,  düşdüyü 

bütün  vəziyyətlərdə  dədə-babaların  mərdanəlik  qanunlarını 

pozmamaq Cahandar ağanın simasında ümumiləşdirilib.  

Cahandar  ağanın  həyat  yolu  maneələrlə  doludur.  Bu  maneələr 

mürəkkəbliyi  və  keçilməzliyi  ilə  əsrin  tələbini,  zamanın  hökmünü 

xatırladır və Cahandar ağanın ölümə doğru hərəkətini sürətləndirir. 

Cahandar  ağa,  nəhayət,  özü  dərk  edir  ki,  daha  istədiyi  kimi 

yaşamaq mümkün deyil; yeganə bir yol qalır ki, o da istədiyi kimi 

“ölmək”dir. Cahandar ağa bu yolu qəbul edir  və beləliklə, faciəvi 

xarakter  səviyyəsinə  yüksəlir.  Əsərin  digər  qəhrəmənları  da 

həmçinin - pisi pis, yaxşısı yaxşı. Beləliklə, İsmayıl Şıxlı bir kənd, 

bir  ailə  timsalında  bir  xalqın,  el-obanın  taleyindən  monimental  bir 

əsərin yaranmasına nail olub. 



İsmayıl  Şıxlı  zaman-zaman  oxunacaq  bir  kitabdır  -“Dəli 

Kür”dür.  

 

İsmayıl  Şıxlının  yaradıcılıq  dairəsi  genişdir.  Ömrü  boyu 



həqiqət,  düzgünlük  adlı  bir  varlığın  axtarışında  olub.  Bütün  

əsərlərində  insanı  uca  tutub,  böyük  xarakterlər  yaradıb,  xeyrin, 

ədalətin  qələbəsinə  çalışıb.  Xalqa  arxalanıb.  Ona  görə  də  həmişə 

xalqın  yaddaşındadır,  elin  böyük  mənəviyyatı  kimi  aydın  və 

həmişəyaşardır. 

Görkəmli yazıçı İsmayıl Şıxlı yaradıcılığı ilə oxucuları yaxından 

tanış etmək üçün kitabxanada ədəbi-bədii gecənin keçirilməsi daha 

vacibdir. 

Kitabxanaçı 

ədəbi-bədii 

gecəyə 

qabaqcadan 



hazırlaşmalıdır. İlk əvvəl tədbirin ssenarisi yazılır. Tədbirdə iştirak 

edən  qonaqlar  müəyyənləşdirilir.  Tədbir  iki  hissədən  ibarət  olur. 

Birinci  hissədə  çıxış  və  məruzələr  dinlənilir.  İkinci  hissədə  isə 

yazıçının  əsərlərindən,    hekayə  və  povestlərindən    səhnəciklər 

göstərilir.  Tədbirdə  şair  və  yazıçılar,  ədəbiyyat  müəllimləri  və 

başqaları    iştirak  edirlər.    “Müdrik  sənətkar  -  İsmayıl  Şıxlı”  adlı 

ədəbi-bədii  gecənin  ssenarisini  nümunə  üçün  veririk.  Səhnədən 

İsmayıl  Şıxlının  portreti  asılır.  Yubileylə  bağlı  səhnə  gül-çiçəklə 

bəzədilir.   

Aparıcılar səhnəyə daxil olur: 



I  aparıcı:  -  Hörmətli  tədbir  iştirakçıları!  Bu  gün  Xalq  yazıçısı,  

öz  roman,  povest  və  hekayələri  ilə  oxucuların  dərin  rəğbət  və 

məhəbbətini qazanmış İsmayıl Şıxlının 98 illiyini qeyd  etmək üçün 

toplaşmışıq. Gəlin birlikdə İsmayıl Şıxlının həyat və yaradıcılığına 

bir daha nəzər salaq. 

Maraqlı  və  qəribə  bir  faktdır  ki,  Azərbaycan  ədəbiyyatının 

görkəmli  nümayəndələrinin  əksəriyyəti  ya  bahar,  ya  da  payızda 

anadan  olub.  Bu  da  taleyin  qismətidir.  Yaradıcı  insanların  daxili 

aləmi kimi, dünyaya gəldikləri gün də qeyri-adiliyi ilə seçilib. 

Çağdaş Azərbaycan  ədəbiyyatının görkəmli nümayəndələrindən 

olan  İsmayıl  Şıxlı  ötən  əsrin  əvvəllərində  xalqımız  Novruz 

bayramını  qeyd  etdiyi  məqamda  dünyaya  gəlib.  Ata-anası  üçün 




Tanrının  göndərdiyi  bu  oğul  payı  sonralar  Azərbaycan 

ədəbiyyatının  sütunlarından  biri  oldu.  İsmayıl  Şıxlı  zəngin  və 

mənalı  bir  ömür  yolu  keçmişdir.  Bu  ömür  yolu  böyük  sənətkarlar, 

ədiblər diyarı Qazaxın İkinci Şıxlı kəndindən başlayır, sonra bu yol 

şaxələnir: Bakıda təhsil illəri, Böyük Vətən müharibəsi, sonra yenə 

Qazaxda  kənd  müəllimliyi,  nəhayət,  Bakıda  geniş  ədəbi  mühitdə 

formalaşması, “Səməd Vurğun, Mehdi Hüseyn dərsləri”, bir yazıçı 

kimi  Azərbaycanda  və  onun  hüdudlarından  kənarda  şöhrət 

qazanması, ictimai-siyasi həyatda fəaliyyəti... 

Müharibənin od-alovundan keçmiş İsmayıl Şıxlı təbiətcə sərt və 

dönməz bir adam idi. Bu cəhət onun yaradıcılığında da bariz nəzərə 

çarpırdı.  İ.  Şıxlı  nəsri  təbii  boyaları,  kəskin  həyat  lövhələri  və 

parlaq xarakterləri ilə diqqəti cəlb etmişdir.  

İsmayıl  Şıxlı  1919-cu  ildə  müəllim  ailəsində  anadan  olmuşdur. 

O,  ilk  təhsilini  Kosalar  kənd  məktəbində  almış,  sonra  isə  Qazax 

Pedaqoji  Məktəbini  bitirmişdir.  Əmək  fəaliyyətinə  Kosalar 

kəndində  müəllimliklə  başlamışdır.  İsmayıl  Şıxlının  gördüyü  ilk 

yazıçı Əbülhəsən Ələkbərzadə olmuşdur. Bu barədə o, xatirələrinin 

birində  yazır:  “Şəhərə  xəbər  yayılmışdı  ki,  Bakıdan  yazıçı  gəlib, 

tələbələrlə 

görüşmək  istəyir.  Azərbaycanın  ucqar  rayon 

mərkəzlərindən 

biri 

olan 


Qazax 

şəhərindəki 

pedaqoji  

texnikumunda  oxuyanlar  üçün  bu  xəbər  gözlənilməz    və  maraqlı 

idi. Axı biz indiyə qədər yazıçı görməmişdik...”  

Bir müddət müəllimlik etdikdən sonra İ. Şıxlı təhsilini artırmaq 

üçün  Bakıya  gəlir,  Azərbaycan  Pedaqoji  İnstitutuna  daxil  olur. 

Özünün  dediyinə  görə,  əvvəllər  şeir,  sonra  hekayələr  yazmağa 

başlayır.  Yazdıqlarını  gizlincə  tələbə  yoldaşlarına  oxuyur,  onların 

tərif  və  tənqidlərini  eşidir.  Tələbə  dostları  onu  mənsur  şeir  ustası 

adlandırır, bu yazıları Arazinin “Günəş”, “Qızıl lalələr” hekayələri 

ilə  yanaşı  tuturdular.  Məhz  bu  təriflərdən  cəsarətə  gələn  İ.Şıxlı  o 

zaman tanınmış yazıçı M. Hüseynin yanına gəlir. M. Hüseyn elə ilk 

görüşdən  gənc  İ.  Şıxlıya  ciddi  məsləhətlər  verir,  hətta  yazıya  öz 




münasibətini  bildirir.  M.  Hüseynin  tövsiyə  və  məsləhətləri  İ. 

Şıxlıya, sözün əsl mənasında, dərs olur.  

İsmayıl  Şıxlının  tələbəlik  illəri  repressiyanın  baş  alıb  getdiyi 

dövrə  düşür.  Onun  gözləri  qarşısında  müəllimlərinin  bir  çoxunu  - 

ədəbiyyat və dil tariximizin bilicilərini gedər-gəlməzə göndərirlər.  

1941-ci  ildə  İ.  Şıxlı  ordu  sıralarına  yola  düşür.  Dörd  il 

müharibədə iştirak edir. Sonralar bu döyüş yolu yazıçının  “Cəbhə 

gündəlikləri”  publisistik  əsərində,  “Kerç  sularında”  sənədli 

povestində dolğunluğu ilə əks olunur.  

Müharibədən  qayıdan  İ.  Şıxlı  yarımçıq  təhsilini  davam  etdirir, 

sonra  aspiranturada oxuyur.  

Oxucular  İsmayıl  Şıxlının  “Ölüləri  qəbristanda  basdırın”  adlı 

kitabında  yer  alan  “Dostum  Hüseyn  Arifin  lətifələri”,  “Dostum 

Qabilin  qəribə  əhvalatları”  kimi  silsilə  kiçik  hekayələrdən  bir 

neçəsini sizlərə təqdim edir.  

 

 



 

************************** 

 

Bir  gün  küçədə  qabaqlaşırlar.  Hüseyn  Arif  görür  ki,  Vaqif 



Nəsibin kefi yoxdu. Onun fikrini dağıtmaq istəyir. 

-Nə var, nə yox, “Azərbaycan pioneri” qəzeti necədir? 

-Xəbərim yoxdu. 

-Niyə, bəs orda işləmirsən? 

-Çıxardıblar. 

-Kim? 


_Redaktor Əmrah Əmrahov. 

_Niyə? 


-İki  dəfə  işə  geçikdim,  bir  şey  demədi.  Üçüncü  dəfədə  əmrimi 

verdi. 


Hüseyn alnını qırışdırıb fikrə gedir və birdən çıxış yolunu tapmış 

kimi dillənir. 

-Eybi yoxdu. Sabahdan işə vaxtında get.  

 



 

 

******************* 



Bir  dəfə  Hüseyn  Arif  Süleyman  Rüstəmi,  Rəfiq  Zəkanı 

Buzovnaya,  bir  dostunun  evinə  qonaq  aparır.  Küçələrin  birində 

maşından düşüb göy rəngli qapıya yaxınlaşırlar. Zəngi basirlar. Ev 

sahibi qapını açıb gələnlərin üzünə baxır. 

-Kimi istəyirsiniz? 

Hüseyn dərhal geri çəkilir. 

-Yox, bu deyil. 

İkinci  qapını  döyürlər.  Bu  ev  sahibi  də  qapını  açır.  Hüseyn 

dərhal geri çəkilir. 

-Yox, bu da deyil. 

Üçüncü qapıya yaxınlaşanda Süleyman Rüstəm dözmür: 

-Ay, Hüseyn, dostunun adı nədi? 

-Yadımdan çıxıb. 

- Bəs, axırıncı dəfə nə vaxt görüşübsünüz? 

-Otuz il qabaq. 1947-ci ildə.  

 

  



 

********************* 

Bir gün Bəyim xanım işdən qayıdanda görür ki, evdə hay-haray 

var,  dəhliz  suyun  içindədir,  elə  divarlar  da.  Heç  nə  başa  düşmür. 

Otaqlara,  mətbəxə  baxır  və  səsgələn  yerə  gedir.  Qapını  açanda 

görür  ki,  Qabil  su  illə  əlləşir,  balaca  oğlu  Mahir  də  yanında. 

Dayanıb baxır. Vanna su ilə dolu idi. Qabil Şamaxıdan oğluna pay 

göndərilən hind toyuğunu suya basırdı. Yazıq quş isə çırpınıb çıxır, 

qanadlarını  gərib  ətrafı  suya  qərq  edir,  bərkdən  qışqırıb  Qabilin 

əlindən  qurtarmağa  çalışırdı.  Qabil  isə  onu  təzədən  tutub  suya 

basmaq istəyirdi. Bəyim xanım ərinin bu hərəkətinə təəccüblənir. 

-Qabil nə edirsən? 

-Hinduşkanın neçə üzdüyünü Mahirə göstərmək istəyirəm. 

-A kişi, heç hinduşka da üzər? 

-Nöş  üzmür?  Bəs  ördək,  qaz  niyə  üzür,  bu  da  üzsün  də,  bu  da 

quş deyil? 




II  aparıcı:  -  İ.  Şıxlı  başqa  yazıçılarla  müqayisədə  cild-cild 

romanlar,  povestlər,  hekayələr,  publisist  əsərlər,  ədəbi-tənqidi 

məqalələr  qoyub  getməmişdir.  Az  yazmışdır,  lakin  onun 

qələmindən çıxan hər bir yazı həm dərin məzmununa görə,  həm də 

sənətkarlıq cəhətdən uzunömürlüdür.  

İsmayıl  Şıxlı  müsahibələrinin  birində  deyir:  “Yazıçı  üçün  ən 

böyük  səadət  xalqın  məhəbbətini  qazanmaqdır.  Bunun  üçün  də 

ümdə  şərt  xalqla  birgə  yaşamaq,  həmişə  özünü  onun  bir  zərrəsi 

hesab  etməkdir.  Belə  olduqda  xalq  səni    doğma  övladı  kimi 

sevəcək”. 

1988-ci ildə Azərbaycanda xalq hərəkatı başlananda İ.Şıxlı onun 

fəal iştirakçılarından birinə çevrilir, Azərbaycanın istiqlalı uğrunda 

mübarizədə  bir  ağsaqqal  yazıçı  kimi  yaxından  iştirak  edir.  O, 

Azərbaycan Milli Məclisinə deputat seçilir, Qanlı yanvar hadisələri 

zamanı  rus  qoşunlarının  tezliklə  Bakıdan  çıxarılmasını  tələb  edən 

məşhur sessiyaya sədrlik edir. 

İsmayıl  Şıxlı  ictimai-siyasi  xadim  kimi  də  fəaliyyət  sahibi  idi. 

Yuxarıda  qeyd  etdiyimiz  kimi,  xalqımızın  ağır  günlərində  həmişə 

meydanlarda  olub.  Müstəqillik  uğrunda  mübarizədə  İsmayıl 

Şıxlının  da  böyük  əməyi  var...  Ağırtaxtalı  və  istedadlı  yazıçı  olan 

İsmayıl  Şıxlı  həqiqətən  kişi  ömrü  yaşayıb.  Zahirən  sakit  təsir 

bağışlasa  da,  əsərlərini  oxuduqca  onun  qəlbində  hansı  fırtınaların, 

üsyanların yatdığı bəlli olur.  

İ.  Şıxlı  1984-cü  ildə  “Xalq  yazıçısı”  fəxri  adına  layiq 

görülmüşdür.  Ancaq  o,  bu  fəxri  adı  almamışdan  əvvəl  də  xalqın 

sevdiyi  sənətkarlardan  biri  idi.  Təkcə  “Dəli  Kür”  romanı  ilə  o, 

ədəbiyyat tariximizdə əbədi yaşayacaq.   

İsmayıl Şıxlı xalqının sevgisini qazanan, onun ürəyinə yol tapan 

sənətkarlardan idi. Gözəl  və dəyərli yazıçımız İsmayıl Şıxlı 1995-

ci il iyul ayının 26-da  ağır xəstəlikdən sonra vəfat etmişdir. 

İsmayıl  Şıxlı  zaman-zaman  oxunacaq  bir  kitab,  müxtəlif 

nəsillərin müraciət etməli olduğu bir məktəb qoyub getmişdir. 




Tövsiyyə olunan ədəbiyyat siyahısı 

Kitablar 

1. Şıxlı İ. Seçilmiş əsərləri.II cilddə. I cild.-B.:Şərq-Qərb,2005.



 

2. Şıxlı İ. Seçilmiş əsərləri.II cilddə.II cild.- B.:Şərq-Qərb,2005. 

3.Şıxlı.İ. Seçilmiş əsərləri. II cilddə.- I cild.- B.:Azərnəşr,1986.-

480s. 


4. Şıxlı İ. Seçilmiş əsərləri. II cilddə II cild.-B.:Azərnəşr,1986.-

477s. 


5. Şıxlı İ. Ayrılan yollar. Roman.-B.:Uşaqgəncnəşr,1957.-260s. 

6. Şıxlı İ. Dəli Kür. Roman.-B.:Yazıçı,1982.-436s. 

7. Şıxlı İ. Kerç sularında: Hekayələr.-B.:Azərnəşr,1950-139s. 

8.    Şıxlı  İ.  Məni  itirməyin:  Hekayə,  əfsanə,  xatirə.-B.:Gənclik, 

1984.-364s. 

9.Şıxlı İ. Mənim rəqibim: Hekayələr.B.: Gənclik, 1975.-190s. 

10.Şıxlı İ. Namərd gülləsi: Hekayələr, xatirələr.-B.:Yazıçı,1991.-

228s. 


11. Şıxlı İ. Ölən dünyam: Roman._B.: Azərnəşr,1995.-152s. 

12. Şıxlı İ. Ölüləri qəbristanda basdırın.-B.:Gənclik,1992.-272s. 

13.Şıxlı  İ.  Sapı  özümüzdəndir:  Əfsanə  və  rəvayətlər.-

B.:Gənclik,1990.-62s. 

 

Haqqında 

                              Dövri mətbuatda 

1.  Azəroğlu.  İsmayıl  Şıxlını  düşünərkən  //  Ədəbiyyat  qəzeti.-

2005.-12 avqust. 

2.  Dünyamalıyev  D.  Unudulmaz  insan.  Məzun  öz  müəllimi 

haqqında //Azərbaycan müəllimi.-2000.-6 iyul. 

3. Əfəndiyev P. İsmayıl Şıxlı // Azərbaycan müəllimi.-2006. -28 

iyul. 



4. Əsgərli Z. İsmayıl Şıxlı haqqında monoqrafiya//Azərbaycan 

müəllimi.-2001.- 4-10 yanvar. 

5. Həsənov H.Ə. Tarixin sınağından çıxan şəxsiyyət // Ədəbiyyat 

qəzeti.-2002.- 18 oktyabr. 

6. Turan A. Ölüləri qəbristanda, monstrları harda gəldi 

basdırırlar: “Ölüləri qəbristanda basdırın”əsərinin tamaşası 

haqqında // Ədəbiyyat qəzeti.-2006.-20 yanvar.                             

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



“Xalqına bağlı sənətkar”  

                             

(metodik vəsait) 

 

 

 

 

 

 

Kompüter yığımı və 

dizayn:      

 

 

    Könül Səmədzadə 

 

 

 

 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail: childlibbaku@yahoo.com 

URL:www.clb.az 

 

 

 

F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 26 

Çapa imzalanmışdır  12.01.2017 

 Tirajı:100 

Pulsuz 


 

 

Yüklə 135,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə