Yazıçı jurnalist Xəqani Rzaquliyev və Rəhman Quluzadənin bu kitabı



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə12/27
tarix14.06.2018
ölçüsü0,63 Mb.
#48958
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

26 

 

gününü  bu  dəfə  necə  lazımdı  elə  də  keçirəcəyik.  Nuru  heç  kimin  qəlbinə 



toxunmasın deyə dinmədi. 

...Şaxtalı  bir  yanvar  gecəsi idi.  Qış  küləyi  aləmi  bir-birinə qatmışdı.  Beş 

addım  irəlini  görmək  olmurdu.  Nurugil  kəşfiyyatdan  qayıdanda  axşamdan  xeyli 

ötmüşdü.  

Erməni quldurları isə hücuma keçmişdilər. Ağır döyüşlər gedirdi. Ağdərə 

polis  şöbəsinin  əməkdaşları  sağ  cinahdan  düşmənə  zərbə  vurmaq  tapşırığını  özü 

üzərinə  götürmüşdü.  Xeyli  irəliləmişdilər,  lakin  erməni  quldurları  tutduqları 

mövqeləri  vermək  istəmirdilər.  Ölüm-dirim  mübarizəsi  gedirdi.  Getdikcə  döyüş 

şiddətlənirdi.  Quldurlar  sağ  cinahdan  vurulan  zərbələrə  tab  gətirməyib,  geriyə 

çəkilməyə  başladılar.  Nurugilin  bölməsi  verilən  tapşırığı  yerinə  yetirmişdilər. 

Ağdərə-Kəlbəcər  yolunun  bir  hissəsinə  nəzarət  edirdilər.  Nurugil  yeni  aldıqları 

mövqedə  yerlərini  möhkəmlədirirdilər.  Sübh  tezdən  başlayan  şiddətli  döyüşdə 

əsgərlərimiz  böyük  qəhrəmanlıq  göstərmişdilər.  Nuru  həmişəki  kimi  bu  dəfə  də 

fərqlənmişdi.  Döyüş  yoldaşları  Nurunu  döyüşün  qəhrəmanı  adlandırırdılar.  Qəfil 

atılan  “qrad”  mərmisi  dörd  tərəfi  alt-üst  etdi.  Mərminin  bir  qəlpəsi  Nurunu 

haqlamışdı.  Nurunun  köməyinə  çatan  yoldaşları  onu  hərbi  səhra  qospitalına 

çatdırdılar. “Anama deyin gözləməsin” – deyərək Nuru əbədiyyətə qovuşdu. 

Nuru söz düşəndə deyərdi ki, özünüzü “Boz qraddan” gözləsin. O, “qradı” 

boz qrad adlandırırdı. 

Bu  döyüş  Nurunu  son  döyüşü  idi.  Aldığı  yara  yanvarın  13-də  24  yaşı 

tamam olan gün 5 iilik keçdiyi döyüş  yoluna nöqtə qoydu. Ən mühüm tapşırığını 

yerinə yeritdikdən sonra Nuru torpaq, Vətən yolunda özünü qurban verdi. 

Məzarı Bərdə rayonunun Şəhidlər Xiyabanındadır.  

 

ONDAN XƏBƏR GƏLMƏYĠR... 

   

Erməni  quldurları  torpaqlarımıza  təcavüz  edəndə  Ələmdar  Allahverdi 



uşaqlıq illərini yaşayırdı. Bu 11 yaşlı oğlan əmiləri Bəhmən və Famildən, qonşuları 

Bilal,  Əhməd  və  Arifdən  əl  çəkmir,  bütün  günlərini  səngərlərdə,  kəndin 

müdafiəçiləri  arasında  keçirirdi.  Ələmdar  qorxmazlığı,  çevikliyi  ilə  yaşıdlarından 

seçilirdi. İllər keçdikcə Ələmdar döyüş sirlərini, müxtəlif silahlardan istifadə etmək 

qaydalarını öyrənirdi. Döyüşlərdə Ələmdar qüvvəsi çatan köməklikləri edir, verilən 

tapşırıqları  yerinə  yetirirdi.  Çox  keçmir  ki,  kənddə  ad-san  çıxarır.  1992-ci  ilin 

fevralın  9-da  ölüm-dirim  savaşında  o  qəhrəmanlıq  göstərir.  Düşmən  arxasında 

keçmiş  Bəhmən  Məmmədovun  dəstəsinin  patronu  tükənirdi.  Onlara  patron 

çatdırmaq  lazım idi.  Bu  ağır  işi kiçik  yaşlı  Ə.  Abdullayev  öz  üzərinə  götürür  və 

qarlı-şaxtalı gündə keçilməz dağ-dərələri keçərək ər igidlərə patron çatdırır. 

Döyüşdən-döyüşə  mətinləşən  Ə.Abdullayev  könüllü  olaraq  Ş.Mirzəyev 

adına  batalyona  üzv  sayıldı.  O,  heç  bir  təlim  keçməmiş  batalyonun  tərkibində 

erməni  quldurlarının  hücumlarına  gərir,  bələdçi  kimi  verilən  tapşırıqları  yerinə 



27 

 

yetirirdi. Fərrux, Qazançı, Manikli, Naxçıvanik, Canyataq və Gülyataq kəndlərinin 



erməni  quldurlarından  azad  edilməsində  iştirak  edir,  onlarla  düşməni  məhv  edir. 

1992-ci  ilin  yayında  Ələmdar  doğma  kəndi  Sırxavənd  uğrunda  gedən  döyüşlərdə 

bələdçi kimi iştirak edir.  

Azərbaycan  Milli  Ordusunun  baş  leytenantı  “Şərəf”  döş  nişanına  layiq 

görülən Bilal Məmmədovun dediklərindən: 

-Ələmdar əsgərlərimizin  yaşca  ən  kiçiyi  idi, amma  buna  baxmayaraq hər 

döyüşdə  onun  göstərdiyi  şücaətlər  hamımızı  heyran  edirdi.  Qorxu  nə  olduğunu 

bilmədi.  Pulemyot  və  qrantamyotlardan  ustalıqla  istifadə  edirdi.  Dəstəmizin 

kəşfiyyat  işi  ona  tapşırılırdı.  Onun  əldə  etdiyi  dəqiq  faktlar  döyüşlərdə  bizə  uğur 

qazandırırdı.  Mehmana  kəndi  uğrunda  qanlı  savaşda  biz  bir  qrup  döyüşçü 

mühasirəyə  düşmüşdük.  Özünə  əlverişli  mövqe  seçən  Ələmdar  düşmənin  bir 

tankını  məhv  edərək  bizi  mühasirədən  çıxartdı.  Biz  onunla  Ağdərə,  Ortakənd, 

Maqavuz,  Dəmirçi,  Çaylı,  Çardaxlı,  Umudlu,  Qozlu,  Aptek,  Çıldıran    və  digər 

Elvin  və  başqa  yoldaşların  işıqlı  dünyada  yaşamasını,  məhz  Ələmdar  bəxş  edib. 

Umudlu  kəndinin  müdafiəsində  bizi  ölümdən  qurtardı.  Həmin  an  qranatomyotla 

düşmən hədəfinin gününü göyə sovurdu. 

1993-cü ilin payızında Ələmdargilin bölməsi Ağdam cəbhəsinə göndərilir. 

Ergi,  Mərzili  döyüşlərində  Ələmdar  igidliklər  göstərir.  Dekabrın  29-daq  Mərzili 

uğrunda  döyüşləd  başlayır.  Ələmdarın  qranatomyotunun  səsi  bütün  Mərzilini 

bürümüşdü.  O,  döyüşün  ağırlığını  öz  üzərinə  götürmüşdü.  Hər  döyüşdə  olduğu 

kimi  bu  dəfədə  Ələmdar  əlverişli mövqe  tutmuşdu.  Döyüşün  əvvəlində  düşmənin 

bir  tankını  məhv  etmişdi.  Sübh  tezdən  başlayan  döyüş  axşamçağına  kimi  davam 

edir. Ələmdarın ikinci bir düşmən tankını məhv etməsi döyüşün müqəddaratını həll 

edir. Ələmdarın ikinci bir düşmən tankını məhv etməsi döyüşün müqəddaratını həll 

edir. Çox keçmir ki, döyüşlər yenidən qızışır. Düşmən arxasında keçən Ələmdarla 

əlqə kəsilir. O, gündən bu günə hamı igid Ələmdarın sorağındadır.  

 

CƏSUR    PULEMYOTÇU 

 

Natiq  Sevindik  oğlu  Əliyev  1971-ci  il  yanvarın  20-də 



anadan  olub.  Anamı  Odlar diyarının  başı üstünü  qara  buludlar 

alanda  Natiq  Rusiyanın  Amur  vilayətində  hərbi  xidmətdə  idi. 

Qarabağdan gələn qanlı xəbərlər onu bərk sarsıtmışdı.Göz açıb 

ərsəyə  yetdiyi  doğma  torpağının  düşmən  tapdağında  qalmasını 

Natiq  heç  cürə  qəbul  edə  bilmirdi.Odur  ki,  hərbi  xidməti  başa 

vuran  kimi  Sırxavəndə  qayıdır.  Doğma  yurdu  erməni 

quldurlarının vurduğu zərbələri görəndə Natiq azğın düşmənə qarşı qan-qan deyə 

silaha  sarsılaraq  Sırxavənd  batalyonuna  qoşulur.  Düşmənə  qarşı  keçirilən  hər  bir 

döyüş əməliyyatında Natiqin cəsarəti, hünəri, döyüşkənliyi az müddətdə onu silah 

dostlarının sevimlisi edir.  




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə