60
SON DÖYÜġ VƏ ƏBƏDĠYYƏT QAPISI...
Vidadi Yusif oğlu Bağırov 1959-cu il noyabrın 8-ində anadan olub.
Hadisələrin ilk çağlarında ələ silah götürən el oğullarımızdan olub. O Bağlıpəyə,
Çərəkdar, Ağdaban kəndlərinin strateji əhəmiyyətini yaxşı başa düşürdü. Vidadi
bir sıra döyüşlərin iştirakçısı olmuşdu.
8 Aprel 1992-ci il Ağdaban üzərinə düşmən hücumunun qarşısının
alınması onun son döyüşü oldu. Səhər tezdən düşmən ətraf yüksəklikləri ələ
keçirərək kəndi mühasirəyə almışdı. Bağırov Vidadi Çayqovuşanla Ağdaban
arasında hündür təpəlikdən qəbiristanlıq istiqamətində irəliləyən ön dəstənin
tərkibində mühasirəyə düşür. Qanlı döyüşlər başlanır. Vidadi bir neçə döyüş
yoldaşı ilə birlikdə xüsusi şücaət göstərərək həlak olur.
Məzarı Bağlıpəyə kənd qəbiristanlığındadır.
Sən şəhid oğlu şəhid,
İstəmə məndən məqbər,
Sənə ağuşunu açmış və durur peyğəmbər
M. Arif Ersoy
KƏLBƏCƏR RAYONU, BAĞLIPƏYƏ KƏNDĠ
Bağlıpəyə kəndi Kəlbəcər rayonunun tabeliyində olan qədim kolanı
obasıdır. Coğrafi mövqeyinə görə strateji əhəmiyyəti var idi. “Ağdərədə nələr
oldu?” kitabına həm tayfa birliyi baxımından, həm də döyüşlərin gedişi
baxımından məqsədəuyğun olduğundan bu fəsli əlavə etməli olduq. Çünki istər
Ağdərənin azad edilməsində, istərsə də müdafiə döyüşlərində ilk hücumlar yönələn
kəndlərdən biri də Bağlıpəyə kəndi olbu. Kənd 35 evdən və təxminən 300 nəfər
əhalidən ibarət idi. Üç nəfər övladı şəhid olub.
P.S. Bağlıpəyə şəhidləri haqqında yazıların və şerlərin müəllifi
Məhyəddin İsmayılovdur.
Əsir kəndim
Ata qəbri, ruhun məni incidir,
Həsrətindən bilsən necə solmuşam?
Gündən-günə canım şam tək əriyir,
Ah-vayımdan dəli kimi olmuşam.
Nə gələn var,nə gedən var üstünə,
Hər tərəfdə çəəmən-çiçək qan ağlar,
Hiss etmirəm soyuq nədir,isti nə,
Niyə belə ağlar qaldı bu dağlar,
61
Məcid dayı, qəzəblisən bilirəm,
Bığlarını çeynəyirsən durmadan,
Hakim Nofəl həsrətindən ölürəm,
Mən nə deyim ağlar qalsın bu zaman.
Qartal gözlü Əziz, sənin əlindən,
Sızlamayan bircə düşmən qalmadı.
Bilmirsən namərdlərin işini,
Söz çevirən bir erməni olmadı.
Sən olsaydın bu dərd bizi tapmazdı,
Namərdlərin əzrayılı sən idin.
Elim, obam öz yerindən qopmazdı,
Çox heyf ki, bu günləri görmədin.
Bağlıpəyə, nəslimizin gorgahı,
Qaraqaya, Laçınqaya, Kəmər daş.
Tərtər çayı, söylədikcə sən ağı,
Burda mənim gözlərimdən yaş axır.
ÖLMƏ QARDAġ DÜġMƏN YAMAN ÇOXALDI
Qabilov Sədrəddin Qədir oğlu 1952-ci ildə Kəlbəcər rayonunun Bağlıpəyə
kəndində dünyaya göz açıb. Bağlıpəyə rayonunun füsunkar gözəlliyi, Tərtərin
şaqraq səsi, əzəmətli Laçınqayanın heyranedici ucalığı sədrəddində vətənə sonsuz
məhəbbət yaratmışdı. O, Sovet ordusu sıralarında xitmətini başa vurub yenidən
kəndinə qayıtmışdı. 1986-cı ildə Ağdabanlı Şəmşirin qızı Təranə ilə ailə həyatı
qurmuşdu. Bir neçə ildən sonra atası rəhmətə getmiş Sədrəddin isə ailəsi ilə
birlikdə Tərtər rayonuna köçüb orada yaşayırdı.
1988-ci ildə Erməni-Azərbaycan ziddiyyətləri başladıqdan sonra öz
doğma kəndi olan Bağlıpəyə kəndinə qayıdır. O, çox çevik və inadkar oğlan idi.
O təxminən Ağdaban faciəsindən 10 gün qabaq mənim yanıma gəldi və
Milli orduya keçmək istədiyini bildirdi. Düzü mən razı olmadım və dedim:
“Sədrəddin, sənin iki körpə uşağın var. Sənin körpələrini kim saxlayacaq?” (M.
İsmayılov nəzərdə tutulur –red.) Bir neçə gün sonra eşitdim ki, o Milli orduya
keçmək üçün sənədlərini təqdim edib.
1992-ci il aprelin 8-də səhər tezdən erməni hərbi birləşmələri Ağdaban
kəndini mühasirəyə almışdı. Sədrəddinin silahı yox idi. O hadisəni eşidən kimi
fikirləşmədən özünü bacısının qaynatası, kənd ağsaqqalı Əmiraslan müəllimin
evinə çatdırıb çox axtarandan sonra 28 № li quş tüfəngi ilə hadisə yerinə çatmağa
çalışır. Qarşısına çıxanlar nə qədər desələr də onu yolundan döndərə bilmirlər. O
deyir:” Ağdaban çətin ayaqdadı, onlara kömək lazımdır, ölsəm də getməliyəm.”
Həmin vaxt Sədrəddin Qabilovun bir qızı və qaynatası ilə qaynatası
Ağdabanda idilər. O dostları ilə birlikdə Ağdaban gedir.
62
Düşmənlər qumabaraatanla Ağdaban kəndinə gedən maşın yolunu
kəsmişdi. Sədrəddin dostları ilə birlikdə güclü müqavimətə rast gəldilər. Atışma
zamanı dostlarını itirən Sədrəddin ölmüş ermənilərdən birini silahını götürüb
ermənilərə atəş açır. Lakin o ağır yaralı idi. Düşmən gülləsi onun üstünə dolu kimi
səpələnirdi. Xeyli atışmadan sonra o döyüş dostları ilə birlikdə Turşsu deyilən
yerdə şəhid oldu. O şəhid olarkən avtomatı öz qucağına sıxılı qalmışdı.
Sədrəddinin o vaxt iki qızı vardı. Onun ölümündən sonra dünyaya bir oğlu gəldi.
Sədrəddin və onun dostları Bağlıpəyə qəbiristanlığında dəfn edildi, əbədiyyətə
qovuşdular. Həmin gün Bağlıpəyə kənd qəbiristanlığı beş nəfər şəhidi ğz balası
kimi qoynuna aldı.
Sədrəddin Qabilovun həyat yoldaşı və üç uşağı hazırda Tərtər rayonunun
Sarov kəndində yaşayır.
QARALARIN QƏHRƏMAN OĞLU
Qəzənfər Surxay oğlu Məmmədov 1970-ci il fevralın 16-da doğulub.
1987-ci ildə qonşu Sırxavənd kəndində orta məktəbi bitirmişdi. Sonra
Xnakəndində sürücülük peşəsinə yiyələnmişdi. 1988-90-cı illərdə Voronej
şəhərində əsgərlik borcunu yerinə yetirib. Qəzənfər hərbi xidmətdən tərxis
olunandan sonra doğulub boya-başa çatdığı Qaralar kəndinə yox, Yeni Qaralara
qayıtmalı oldu.Həmin vaxt dədə-baba yurdu Qaralar kəndi düşmən tapdağı altında
idi. Öz yuvasından məcburi köçgkün düşmüş Qaralar camaatı Xaçın çayı sahilində
Yeni Qaralar adı ilə yeni kənd salmışdılar. Qəzənfər bu dərdə, ağrıya dözə bilmir,
gecə-gündüz ana yurdunu düşmən tapdağından qurtarmaq, erməni quldurlarına
sarsıdıcı zərbələr vurmaq haqqında fikirləşirdi, yollar axtarırdı. Hər gün olmasa da
günaşırı 25 km yol qət edərək Qaralar kəndinə gedir, saatlarla oturub havası, suyu,
təbiəti ilə boya-başa çatdığı yurdun yoluna , izinə, viranə qoyulmuş ev-eşiyinə
baxır, dil açıb ağlayan bulaq və çayların naləsinə qulaq asırdı.
1991-ci ildə Qan çanağı Qazançıdan ermənilər hücuma keçirlər. Dərhal
beşatılanı əlinə alıb quldurların basqınının qarşısını alan Qəzənfər, onları bir addım
olsun irəli buraxmır. Onun köməyinə çatana kimi bir neçə qulduru qanına bulayır.
Günü-gündən döyüşlərdə püxtələşən Qəzənfər Xankəndi-Ağdərə yolu üzərində
Palçıqlı dərə üzərində təkbaşına pusqu quraraq bir avtobus erməni quldurunu məhv
edir, yük maşını dolu hərbi sürsatı qənimət götürür. Qazançı kəndində daşnaqların
komandiri Montaj öz dəstəsi ilə ətraf kəndləri dinc yaşamağa qoymur, istədikləri
vəhşilikləri edirdi. Qəzənfər kəşfiyyata gedərkən Montajın yataq otağına girir,
başının altından silahını götürür, sonra yazıb göstərir ki, elə evinizdəcə hamınızı
öldürəcəyik.
Və özünü igid sayan bir quldur atını minib geri qayıdır. Qaralar oğlunun
bu qeyrəti, şücaəti bütün kolanı elinə səs salır.
Dostları ilə paylaş: |