Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü m əsləhətçi redaktor



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə14/100
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50617
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   100

50 
İKİNCİ   MÜSAHİBƏ 
 
Q
ədim  Şabran  şəhərinin  adı  haqqında  ayrı-ayrı 
m
ənbələrdən daxil olan müxtəlif məlumatlar mövcuddur. 
Şabran  sözü    Azərbaycan dilinə  tərcümədə  bir neçə  mənanı 
verir. Bunlardan biri d
ə “gecə məkanı”   mənasını daşıyır. 
Şabran  Şirvanşahlar  dövlətinin  ən böyük şəhərlərindən 
olub. Bu q
ədim şəhər bir sıra arxeoloqların və tarixçilərin hələ 
bundan sonra neç
ə illər davam edəcək bir tədqiqat obyektidir. 
Şabranın    ulu  tarixi  haqqında    salnamələri  oxuyub  araşdırma 
aparark
ən bu yerin bizim bildiklərimizdən və  təsəvvür 
etdikl
ərimizdən də  böyük bir müzakirə  obyekti  olduğunu 
görürük. Son 20-30 ild
ə  Şabran  haqqında  aparılan  tarixi, 
arxeoloji t
ədqiqatlar və bu barədə yazılan elmi məqalələr sübut 
edir  ki,  Şabran  mövzusu  bu  gün  də  gündəmdədir.  Şabran 
h
əmişəki kimi indi də  Azərbaycan  ədəbiyyatını,  incəsənətini, 
şəhərsalma mədəniyyətini, eləcə  də  dövlətçilik  ənənələrini 
özünd
ə  yaşadaraq bu günkü nəslə ötürən bir möhtəşəm tarixi 
v
ə mədəni abidədir. 
Şabranın  hərb  tarixi,  iqtisadiyyatın  bütün  sahələrində, 
xüsusil
ə ölkə daxili və xarici ticarət sahəsində uğurları, şəhərin 
süqutunun s
əbəbləri və digər məsələlər  dəqiq elmi mütəxəssis 
araşdırmaları tələb edir. Şabran haqqında bizim müasir dövrə 
g
əlib çıxan  salnamələrdən belə aydın görünür ki,  orta əsrlərdə 
Az
ərbaycanda fəaliyyət göstərmiş şəhərlərin tarixini öyrənmək 
üçün birinci növb
ədə  məhz  Şabrandan  başlamaq  lazımdır. 
Çünki  Şabran  özünün  yerləşdiyi  hərbi strateji mövqeyinə
iqtisadi  inkişaf  (xüsusilə  ticarət) sahəsində  tutduğu  yerə, 
dövl
ətçilik baxımından böyük əhəmiyyət kəsb edir. 
Ərəb tarixçilərinin  yazdığına  görə  Şabran  şəhəri Sasani 
hökmdarı    Xosrov  Ənuşiravan  (531-579) tərəfindən  salınıb. 
1124-cü il gürcü salnam
ələrində  Şabran  adının  Şapur  və 
İran sözlərinin birləşməsindən yarandığını qeyd edirlər. 
Bir çox Az
ərbaycanlı    alimlərimiz  qədim    Şabran  şəhə-
rinin    qalıqlarını  arxeoloji  baxımdan  tədqiq  etmiş,  tarixi  sal-


51 
nam
ələrə müraciət edərək bu məsələni kökündən araşdırmışlar. 
Bel
ə  alimlərdən Yaqub Mahmudovu, Rəşid  Göyüşovu,  Ziya 
Bünyadovu, 
Sara 
Aşurbəylini, 
N
ərgiz 
Əliyevanı, 
F.Abbasov
anı, A.Məmmədovu və başqalarını göstərmək olar. 
Az
ərbaycan şairləri Əfzələddin Xəqani və Fələki (Səmavi) 
Şirvaninin  şeirlərinə və dahi Azərbaycan şairi  Nizami Gəncə-
vi
nin  “İskəndərnamə” poyemasına Şabran haqqında daxil olan 
m
əlumatlar bu qədim  şəhərin  tarixinin öyrənilməsinə  geniş 
yol açır. Uzunmüddətli şiddətli döyüşlərə tab gətirməyən  köh-
n
ə Şabrana düşmən  295 il (təxminən 3 əsr) bundan əvvəl od 
vur
du. Şəhər yandırılmaqla yanaşı tamamilə dağıdıldı. Köhnə 
Şabranın yerinə yeni Şabran tikilsə də  (12 bürcdən ibarət qala 
divarları onun 1 bürcü daşdan, 11 bürcü isə saman kərpicdən 
tikilmişdi) o əvvəlki qüdrətini bərpa edə bilmədi. 
Q
ədim  Şabran  şəhərində  uzun müddət Cümə  məscidi 
f
əaliyyət göstərib. Yerli əhali üçün  bu məscid əsas ibadət yeri 
idi. Lakin h
əmin məscidin mövcud olmasının daha  iki əlavə 
əhəmiyyəti vardı. Birinci  bu ibadətgahda şəhərin xəzinəsi sax-
la
nılırdı. İkinci mühüm dini tədris ocaqları  sayılan mədrəsələr  
burada f
əaliyyət göstərirdi. 
 
 
QƏDİM  ŞABRAN ŞƏHƏRİNİN YERİNİN AXTARIŞI, 
ARXEOLOJİ QAZINTI  İŞLƏRİNƏ  BAŞLANMASI VƏ 
APARILMASI BARƏDƏ 
(G
əndov kənd orta məktəbin  sabiq tarix müəllimi  Osman  
Paşayevlə  müsahibə) 
 
-Osman mü
əllim, səksəninci illərdə  Qədim  Şabran 
şəhərinin  yerinin  axtarılması  və  arxeoloji  qazıntı  işlərinə 
başlanması məqsədilə təşkil edilmiş ekspedisiya haqqında  nə 
dey
ə bilərsiniz? 
-S
əksəninci illərdə  rayonumuzun həyatında  baş  verən  ən 
əlamətdar hadisələrdən biri də Azərbaycan Elmlər Akademiya-


52 
sının  Şirvan-Şabran  ekspedisiyasının  qədim  Şabran  şəhərinin 
axtarışı, şəhərin yeri tapıldıqdan sonra isə orada qazıntı işlərinə 
başlanması idi. 
-  Ekspedisiya
nın  fəaliyyət göstərməsi üçün yaradılmış 
q
ərərgahın harada yerləşməsi barədə   məlumatınız  varmı? 
-O zaman m
ən Gəndov kənd orta məktəbində tarix müəl-
limi işləyirdim. Azərbaycan Elmlər Akademiyasının Arxeolo-
giya v
ə  Etnoqrafiya bölməsində  işləyən tarix elmləri doktoru 
R
əşid  Bahadur  oğlu  Göyüşov  məktəbə  gələrək mənə  bildirdi 
ki, sizin rayon 
ərazisındə olan qədim Şabran şəhərinin üstünün 
açılması mənə tapşırılıb. Biz dəstəmizlə gəlmişik və yerləşmək 
üçün biz
ə bina lazımdır. Mən ona bildirdim ki, Gəndov kən-
dind
ə  köhnə  məktəb  binası  var,  o  hal-hazırda  istifadəsizdir. 
D
əvəçi  rayon  İcraiyyə  Komitəsi və  rayon  Maarif  Şöbəsi ilə 
danışıb  bu  məsələni həll etmək olar. Söhbətdən sonra Rəşid 

əllim rayona qayıdıb müvəqqəti - kənddə işləmək və yaşa-
maq üçün bina m
əsələsini həll etdi. Həmin gün məktəbin 2 
xidm
ətçisinin köməyilə köhnə məktəbin iki otağında kosmetik 
t
əmir  aparıldı.  Orada  hər cür təmizlik və  səliqə-sahman 
y
aradıldı. Yaşamaq və işləmək üçün yararlı vəziyyətə gətirildi. 
 - 
Arxeoloji  qazıntı    işlərinə  kömək məqsədilə  Bakıdan 
g
ələn ekspedisiyaya rayondan və ya Gəndovun özündən əlavə  
işçi qüvvəsi cəlb olundumu?  
-  B
əli.  Axşamüstü  mən köhnə  məktəbə  gedərək ekspedi-
siya üzvl
əri ilə görüşdüm və vəziyyəti öyrəndim. Rəşid müəl-
lim m
əndən xahiş etdi ki, ona 15 nəfər işçi (fəhlə) qüvvəsi tap-
maqda  köm
əklik  edim. Mən evə  qayıdıb  qızım  Mətanətlə 
danışdım. Dedim ki, keçən il sizinlə şagird istehsalat  briqada-
sında    işləyən    uşaqları  tapıb,  onlarla  söhbət elə. Kim istəyir 
R
əşid  müəllimlə  görüşüb    işə  qəbul  olunsun.  Qızım  2-3 gün 
müdd
ətinə  sinif  yoldaşları  ilə  görüşüb    15  nəfərin  işə  qəbul 
olunmasına köməklik göstərdi. 
-
Rayonun ziyalı-tanınmış bir tarix müəllimi kimi  qazın-


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə