Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü m əsləhətçi redaktor



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə3/100
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50617
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   100


Q
ədim bir tarixdir ulu torpağı, 
Görüb razı qalır hər bir qonağı. 
Vardır saf havası uca Şahdağın, 
Artır bol məhsulu, barı Gəndovun. 
 
Neç
ə-neçə arzu qovuşdu burda, 
Yeni n
əfəs gəldi sanki bu yurda. 
Bel
ə gözəl məkan tapılar harda? 
Çoxdan 
əriyibdir qarı Gəndovun. 
 
Sanki bir ail
ədir burda insanlar, 
H
ər sakin özünü çox xoşbəxt sanar. 
Günl
ər şən keçdikcə həyat da qaynar, 
Çıraqbandır kənd yolları Gənovun. 
 
Zakir
əm, çox sadə ömür yaşadım, 

əllimim oldu mənim ustadım. 
Bu k
əndə həsr etdim qoşma, bayatı... 
Qoy yaşasın sənətkarı Gəndovun. 
 
“Arzuları  qovuşduran  məkan”  adlı  bu  kitabında  müəllif   
Şabran  (keçmiş  Dəvəçi)  rayonundakı  Gəndov kənd tam orta 
m
əktəbinin 85  illik tarixi  haqqında  xronoloji  ardıcıllıqla 
oxuculara geniş məlumatlar çatdırır. Rayonda kənd məktəbləri 

ərisində  çoxlu  uğurlara  imza  atmış  Gəndov kənd tam orta 
m
əktəbin tarixindən konkret faktlara və rəqəmlərə əsaslanaraq 
maraqlı söhbət açır. “Məktəbim” şerinin  bir parçasında  isə öz 
ür
ək sözlərini poeziyanın dili ilə  belə ifadə edir: 
 
T
əhsil xəzinədir, elm isə açar, 
Bağlı qapıları hünərlə açar. 
Bilik yollarına daim nur saçar. 
G
əl öpüm üzündən, ana məktəbim,  
Qoyma üz
ə kədər qona, məktəbim! 


10 
Burda can qoyubdur gör neç
ə  insan, 
Adların saymaqla qurtarmaz inan. 
Dünyasın dəyişib çox qoca ,cavan, 
G
əl öpüm üzündən, ana məktəbim,  
Qoyma eşqim qəlbdə dona, məktəbim! 
 
Sabahla addımla, ey elm məbədi,  
Q
əmsiz və kədərsiz yaşa əbədi. 
Qazanan uğurlar hələ heç nədir
G
əl öpüm üzündən, ana məktəbim,  
Qoyma bu görüşü sona, məktəbim! 
 
S
əadət günəşi qoy gülsün üzə, 
Ən gözəl xöşbəxtlik yar olsun sizə. 
Elmin ziyasıyla Vətəni bəzə, 
G
əl öpüm üzündən, ana məktəbim,  
Keçsin m
əhəbbətin cana, məktəbim! 
 
Ümid  edirik  ki,  Zakir  Bayramlının  “Arzuları  qovuşduran 
m
əkan”  adlı  bu  yeni  bədii-publisistik  kitabı  da  çox  saylı 
oxucu
ların  böyük marağına səbəb olacaqdır. 
 
Aydın Tağıyev,  
Yazıçı-publisist, Azərbaycan Yazıçılar  Birliyinin üzvü,  
Prezident t
əqaüdçüsü

 
 
 


11 
I  BÖLMƏ 
 
 
 
 
 
 
 
 
 
 
“BORCLUYUQ BİZ HAMIMIZ 
VERMƏYƏ BİR CAN VƏTƏNƏ...” 
 
 
Borcluyuq biz hamımız verməyə bir can Vətənə,  
Ed
ərik istəsə hər an onu qurban  Vətənə. 
 
G
əzmişik çöllərini, dağ və düzənliklərini,  
Bu göz
əllikdə görüb olmuşuq heyran Vətənə. 
 
 
               
 
 
 
 
 
                  
 
 
 


12 
BORCLUYUQ BİZ HAMIMIZ VERMƏYƏ  
BİR CAN  VƏTƏNƏ ... 
 
VƏTƏN – sözü yunanca “patrio” (Vətəni sevən) sözündən 
əmələ  gəlmişdir.  Ensiklopedik  lüğətdə  doğulduğumuz,  boya 
başa  çatdığımız,  təhsil  aldığımız,  işlədiyimiz, bir sözlə 
yaşadığımız  yer  kimi  dəyərləndirilir.  Yaşadığı  ölkələrin 
ərazilərinin böyük və  kiçikliyindən  aslı  olmayaraq  dünyada  
yaşayan bütün insanların öz vətəni var. Gənclik illərində hərbi 
xidm
ətdə  qulluq edərkən  durna  qatarı  kimi  sırada  düzülüb 
h
ərbi  marşın  sədaları  altında  addımladığımız  vaxtlarda 
komandirl
ərimiz bizə  “Hardan  başlanır  Vətən ?”  mahnısını 
tez-
tez oxudardılar. Bu mahnının sözlərindən onda belə  başa 
düşürdük ki, Vətən elə bizim bu işıqlı dünyaya göz açdığımız 
evin gir
əcəyindən və bu evə gələn kiçik cığır və ya  yollardan 
başlanır.  Sonra  yaşa  dolduqca  mənə  məlum oldu ki,  Vətən 
anlayışı,  eləcə  də  Vətən sevgisi  olduqca ölçüsü bilinməyən, 
saya-hesaba g
əlməyən  geniş bir anlayışdır. O candan, qandan 
əziz və doğma,  dibi  görünməyən  okean suları kimi dərin və  
biri-birind
ən gözəl  çoxsaylı  məhəbbət  duyğularını  özündə 
t
əcəssüm etdirən ən ülvü və ali  hisslər (duyğular) dünyasıdır. 
V
ətəni sevmək, onun nailiyyətləri ilə  fəxr etmək hər bir 
v
ətəndaşın  ən müqəddəs borcudur.  Təkcə  sözdə  Vətəni 
sevm
ək azdır. Vətən məhəbbəti hər bir vətəndaşın bütün ömrü 
boyu    işində, gücündə  və  saysız  əməllərində, hətta  çoxsaylı 
arzularında  da  özünə  yer  tapmalıdır.  Mən deyərdim ki, 
ins
anların  ürəyində  özünə  əbədi  yuva  salmış  bu    mövzu  heç 
vaxt  günd
əmdən  düşməməlidir. Nəinki  insanların  işində, 
gücünd
ə  və  əməlində, hətta  onların  duyğular  aləmində, adi 
baxışlarında,  ən  şirin  söz-söhbətlərdə  belə  bu aktual və 
müqq
əddəs mövzu öz əksini geniş tapmalıdır. 
V
ətənin  xoşbəxtliyi naminə  gecə-gündüz  çalışmaq,  öz 
gücü, qüvv
əsi,  mövcud  maddi  imkanı  müqabilində  onun 


13 
inkişafına öz töhfəsini vermək hər bir vətəndaşın müqəddəs və 
şərəfli borcu sayılmalıdır. 
Yer üzünd
ə Vətən sevgisindən möhtəşəm, ali və müqəddəs 
bir hiss v
ə ya duyğu ola bilərmi? - sualına mən bir kəlmə ilə 
bel
ə  cavab verərdim ki, yox... Ona görə  ki,  peşəkar bir 
iqtisadçı gözü ilə real həyata baxsaq, onu zərgər dəqiqliyi ilə 
qiym
ətləndirsək  açıq-aşkar  görərik ki, məhz ölkəmizin bu 
günkü yüks
ək  inkişaf  xətti elə  respublika vətəndaşlarının  öz 
V
ətənləri - doğma Azərbaycana olan saf  sevgisinin  gücündən 
qaynaqlanır.  
M
ən  şəxsən    maddi  imkanım  və  xidməti səlahiyyətim 
daxilind
ə  Vətəndən kənarda çox yerlərdə  olmuşam.  Lakin 
harda oluramsa-olum q
əfəsdə  oxuya bilməyən bülbül kimi 
özümü heç zaman azad, şən və  xoşbəxt sanmamışam.  Ancaq 
onu xatırladım ki, çoxsaylı səfərlər zamanı istər avtomobillə və 
ya yüks
ək sürət  qatarında  gedim,  istərsə  də  7-8 min metr 
hündürlükd
ə  uçan təyyarədə  olum fərqi yoxdur.Vətənə 
bağlılıq,Vətən eşqi ilə  yaşamaq, onun adı və  havası ilə  nəfəs 
almaq, yüks
ək formalı və məzmunlu ali  vətənpərvərlik hissləri 
il
ə yaşamaq məni o çətin anlarda belə tərk edə bilməyə gücü, 
qüvv
əsi çatmayıb.  
H
ər dəfə  Vətən mövzusuna müraciət edəndə  qələmə 
aldığım  bu ali mövzunun böyüklüyünü, onun məna dərinliyini 
v
ə məsuliyyət dərəcəsini nəzərə almağı özümə bir borc hesab 
etmişəm.  Çünki həyatımın son 50 ilində  mən xarici ölkələrə 
çoxlu sayda s
əfərlər  zamanı  ovqatımın  əla, iqtisadi 
v
əziyyətimin  imkanıma  uyğun  orta  səviyyədə, çoxlu doslar, 
tanışlar  əhatəsində  olmağıma  baxmayaraq  Vətənsiz həmişə 
özümü t
ək-tənha  hesab  etmişəm.  Doğma  yurddan  uzaqlarda  
olduğum o vaxtlarda nə qədər çalışsam da, özümü təlqin etsəm 
d
ə heç bir nəticə  alınmayıb. Həmin dediyim  anlarda bu kiçik 
ür
əyim  həmişə  torpaq həsrətilə  döyünüb.  Çoxsaylı  cəhdlər 
göst
ərsəm də  özümü heç cür Vətəndən  ayrılıqda  rahat  hesab 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə