Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü m əsləhətçi redaktor


b əbəyi kimi qorumaq,  dövlətə və xalqa  sədaqətlə xidmət



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə7/100
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50617
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   100

23 
b
əbəyi kimi qorumaq,  dövlətə və xalqa  sədaqətlə xidmət 
etm
ək, qanunlara hörmətlə yanaşmaqdan başlanır.  
O zaman burada 
əxlaqi, siyasi, ictimai və digər mənbəələr-
d
ən qidalanan hisslər də bu duyğuların arasında özünə yer alır. 
Yalnız  Vətənin iqtisadi və  siyasi  maraqlarını  müdafiə  edən, 
onun sevincin
ə sevinən, kədərinə kədərlənən, ən çətin anlarda 
V
ətənə  arxa-dayaq duran, cəsur, möhkəm iradəli,  Koroğlu 
hün
ərli,  Mübariz  ruhlu  oğulları,  Həcər,  Nüşabə  və  Salatın 
qeyr
ətli  qızları  bu  şərəfə  nail ola bilərlər.  Bu  yazıda  adını 
ç
əkdiyim və çəkə bilmədiyim saysız – hesabsız mənafeylərdən 
v
ə keyfiyyətlərdən qidalanan, eləcə də ruhlanan  Azərbaycanın 
minl
ərlə cəsur, qorxmaz igid  oğul və  qızları ilə fəxr etməyə 
d
əyər. Bu şəxslər millətini, Vətənini, torpağını  hədsiz dərəcə-
d
ə sevməyə layiq, özlərini əsl xoşbəxt vətəndaş  saymağa qadir 
c
əsur  insanlardır. 
“M
ən Vətənimi sevirəm.” – deyən şəxs öz üzərinə böyük 
öhd
əliklər götürməyə  borcludur. Həmin  insanın  hər  şeydən 
əvvəl gərək  möhkəm səbri və iradəsi olsun. Bu sevgini qarşıya 
qoyduğu  məqsədi,  öz  işi  ,əməli ilə  göstərmək istəyinə  qadir 
olan bel
ə  adamların,  saf  bulaq  suyu  kimi  mənəvi  saflığı 
olmalıdır. O, möhkəm ürəyə,  polad iradəyə, tükənməz səbr və 
dözüm
ə  malik  olmalıdır.  Eyni  zamanda  onun  Vətən  uğrunda 
ölüm
ə getmək,  istəyinin çin olması üçün o, hər an  cəsarətli 
ad
dımlar  atmağa  hazır  olmalıdır.  Belə  cəsurların  heç  vaxt 
tük
ənməyən və  sönməyən  etibarı  və  sədaqəti yüksək keyfiy-
y
ətli,  saf  polad kimi  möhkəmlik tələb edir.  Bunun üçün elə 
V
ətən  oğul  və  qızlarının  mayası  misilsiz  istək və  saf 
m
əhəbbətdən güc, qüvvət  alan  geniş  vətəndaş  ürəyi və 
misilsiz h
əvəsi və istəyi olmalıdır. Vətənin hər bir övladın-
da  bu 
əlamətlər və  ya xüsusiyyətlər varsa deməli Vətən 
h
əmişə sevilir. Gecə-gündüz onun sərhədləri əsgərlər tərə-
find
ən düşmənlərdən göz bəbəyi kimi qorunur. Bu torpaq 
yorulmaq bilm
əyən zəhmətkeş əllərin sayəsində isə nəinki 


24 
ilb
əil,  günbə-gün,  hətta saatbasaat irəli,  uğurlu  və  parlaq 
inkişafa doğru gedir. 
V
ətənimiz Azərbaycanın  iqtisadi  və  sosial  inkişafında, 
onun s
ərhədlərinin gecə-gündüz qorunmasında  gənclərin rolu 
böyükdür. Bu rol günd
ən-günə qloballaşan dünyamızda nəinki  
h
ər gün , bəlkə də saatbasaat artır. 
HAŞİYƏ.  Azərbaycan ədəbiyyatının və dilinin ən qədim 
yazılı  abidəsi, XI-XII  əsrin  yadigarı  olan  “Kitabi-Dədə  Qor-
qud” da v
ətənpərvərlik, eləcə də Vətən, torpaq uğrunda göstə-
ril
miş qəhramanlıq sujetlərini saymaqla qurtarmaz. Bu ölməz 
s
ənət  əsəri  respublikamızın  bu  günkü  gənclərinə  ən gözəl 
nümun
ədir. Bu ölməz ədəbi salnamədə yaşlı insanlarla bərabər 
Böyr
ək, Budac, Uruz,  Əmran və  başqa  igid  gənclərdən  də 
söhb
ət açılır. 
M
əlumdur ki, bu ədəbi bədii incinin – eposun 12 boydan  
9-u g
ənclərə  həsr  olunmuşdur.  Əsərin sujetindən görünür ki, 
XI-XII 
əsrlərdə el adətinə görə igidlik, qəhrəmanlıq göstərmə-
yinc
ə  gənclərə  ad verilməzdi. Rəsmi advermə  mərasimi isə 
bel
ə təşkil edilərdi: Əvvəlcə geniş ərazidə el ağsaqqalarından 
ibar
ət  böyük məclis  qurulardı.  Məclisə  igidlik və  ya qəhrə-
man
lıq  göstərmiş  bütün  gənclər  dəvət edilərdi. Sonra Dədə 
Qorqud  m
əclisə təşrif buyurardı. O, hər igidin ayrı-ayrılıqda 
göst
ərdiyi qəhrəmanlıqları  bir-bir sayaraq  açıb  göstərirdi. 
Onla
rın  bütün  sahələrdə  göstərdikləri qəhrəmanlıqları  məclis 
ağsaqqallarının  və  digər  iştirakçıların  nəzərinə  çatdırardı. 
N
əticədə  dəvət  edilmiş  igidlər göstərdiyi qəhrəmanlığa  və 
r
əşadətə  görə  məclisdəkilərin  alqışlarını  qazanar    və  onlara  
müvafiq adlar qoyulardı. 
HAŞİYƏ. “Günəşdən nur alanlar”  bədii-publisistik kita-
bım çapdan çıxandan sonra  onu oxuyan  şair dostlarım mənə 
yarı  zarafat,  yarı  gerçək dedilər ki, “sənin  yazdığın  əksər 
şeirlərdə  Vətənə,  torpağa, insanlara  olan məhəbbət və  sevgi 
hissl
əri nədənsə  çox qüvvətli  alınıb.”  Cavab  verdim  ki,  bunu 


25 
m
əndən yox tənqidçilərdən və oxuculardan soruşun. Sonra isə 
dostlarım  verdikləri  sualı  özləri də  belə  cavablandırdılar:  
“Görünür  şeir  yazan  zaman    məhəbbət və  sevgi mövzusuna 
başlayan  kimi    bizim  duya  və  görə  bilmədiyimiz hissləri sən 
aydınlıqla görüb onları canlandıraraq qələmə ala bilirsən. Mən 
“bunu Qadir Allahdan başqa heç kim bilə bilməz” deyib həmin 
söhb
əti  bağladım və söhbətin mövzusunu dərhal dəyişdim. 
M
ənim zənnimcə  gözəl  şeir  yazmaq,  həzin müsiqi 
b
əstələmək, ürəkləri fəth edən rəsm  əsəri çəkmək ruhun 
coşğunluğu  ilə  bağlıdır.  Ədəbiyyat və  incənət sahəsində  hər 
hansı  əsər  yaratmazdan əvvəl həmin mövzunun sujet xətti 

əyyən edilir. Əgər bu xətt bütünlüklə ürəkdən süzülüb gələn 
möht
əşəm sevgi və məhəbbət hissləri ilə qana, cana işləyibsə 
onda mü
əllif  öz  yaradıcılığında  çətinliklə  də  olsa yüksək  
müv
əffəqiyyət qazanmağa nail  ola bilir. 
Aşıqlar  demişkən sevgi gözdən və  ürəkdən su içir və 
qidalanır. Əyər gözlə hər şeyi qara rəngdə deyil, öz rəngində 
görs
ək, ürəkdə isə Vətənə, torpağa qarşı  istək  qabiliyyəti olsa  
bu  sevginin  qarşısını  Fələkdən  başqa  heç  kəs ala bilməz. 
V
ətəni təkcə  insanlar  deyil,  quşlar  da  sevirlər.  Bunu bir 
dostumdan eşitdiyim  qısa bir lətifə ilə oxuculara izah etməyə 
çalışacağam. 
HAŞİYƏ.  Belə  rəvayət edirlər ki, bir bülbülü uzun 
müdd
ətdən sonra qəfəsdən açıb çölə buraxırlar. Bu vaxt elə bil 
dünyanı  ona  verirlər.  Quşun  ürəyi  az  qalır  ki,  sevincindən 
parça-  parça olsun. O, c
əld  qanad    açıb  uçaraq  yaxınlıqdakı   
kolluqda bir qaratikan kolunun  üstünd
ə  oturur. Bülbül kolu 
öp
ə-öpə  sanki uzun müddət qürbətdə  olub Vətəninə  təzəcə 
qayıdan insan kimi gözlərindən sevinc yaşları axıdır. Ürəkləri 
ağrıdan qəmli səslə  bu mahnını oxumağa başlayır: 
 
V
ətən, Vətən, ay Vətən 
Yoxdu s
ənə tay Vətən !.. 
 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə