Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü m əsləhətçi redaktor



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə76/100
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50617
növüYazı
1   ...   72   73   74   75   76   77   78   79   ...   100

262 
başa  vurduqdan  sonra  Xarkov  şəhərindəki hərbiləşdirilmiş 
yanğından mühafizə texnikumuna təhsil almağa göndərilib. Bu 
t
əhsil  ocağında  üç  il  oxuyaraq    oranı  bitirib.  Texnikumdakı 
t
əhsil illərində  bir bilikli və  bacarıqlı  hərbiləşdirilmiş  yanğın 
söndürm
ə mütəxəssisi kimi  yetişib.  
Aldığı  zəngin  elm  və  təcrübənin sayəsində  püxtələşən 
S.Salmanov  1965-ci ild
ə  Bakı  şəhərinə  qayıdıb.  O,  6  saylı  
müst
əqil  yanğınsöndürmə hissəsinə növbə rəisi təyin olunub. 
Bu hiss
ədə çalışdığı illərdə Bakı Neft Texnikumunda avtomo-
bill
ərin istismarı şöbəsində 2 il 6 ay qiyabi təhsil alıb. Sonralar 
S.Salmanov  Bakı  şəhərindəki Azərbaycan  Baş  Yanğından 
Mühafiz
ə  İdarəsinin Dövlət yanğından  mühafizə  bölməsinə  
baş zona inspektoru təyin edilib. Bu dövrdə o, şimal zonasında 
yerl
əşən 12 rayona rəhbərlik və nəzarət edib. 
1967-ci ild
ə Salman Salmanov Quba rayonuna daha məsul 
v
ə müstəqil bir vəzifəyə işə göndərilib. O, burada  yanğından 
mühafiz
ə  inspeksiyasının  rəisi təyin edilib. Bu vəzifədə  var 
gücü, bütün bilik v
ə bacarığı ilə düz 22 il, təqaüdə  çıxan vaxta  
q
ədər çalışıb. 
Salman Salmanov öz xatir
ələrində  qardaşı  Məmmədşah 
haqqında isə  belə söhbət açır: “Qardaşım məndən 8 yaş böyük 
idi. O, ibtidai t
əhsilini Gəndov kənd məktəbində almış, 7-illik 
t
əhsili isə rayonun Pirəmsən kənd 7-illik məktəbdə başa vur-
muşdu. 1949-cu ildə qardaşım Dəvəçi qəsəbəsində S.M.Kirov 
adına  orta  məktəbi  bitirmişdi.  Çox  təhsilə  maraq göstərən 
c
əsur və  diribaş  bir  insan  idi.  Əllinci  illərin  əvvəllərində 
Siy
əzən rayon  məhkəməsində  katib  işləyirdi. Sonra Dəvəçi 
rayon Komsomol Komit
əsinə işə dəvət olundu. Orada əvvəlcə 
inspektor, sonra is
ə şöbə müdiri  vəzifəsində çalışdı. 
1953-cü ild
ə  Məmmədşah  Azərbaycan KP Dəvəçi  rayon  
Komit
əsinin göndərişi ilə Tibilisi şəhərinə dövlət təhlükəsizlik  
orqan
larına  aid  məktəbdə  təhsil  almağa  göndərilib.  Həmin 
m
əktəbdə təhsilini başa vurduqdan sonra Qazaxıstan SSR-nin 


263 
Cambul şəhərinə işə təyin edilib. Orada bir müddət çalışdıqdan 
sonra ana
mızın  xəstəliyi və  xahişi  nəzərə  alınaraq  o, 
Az
ərbaycana  qayıdıb. 1959-cu ilə kimi DTK sistemində  baş 
inspektor v
əzifəsində  çalışıb.  Sonralar  xidməti  işlə  əlaqədar 
olaraq Lerik rayonuna işə göndərilib.1960-1962-ci illərdə  hə-
min rayon
da  çalışıb.  1963-1964-cü illərdə  isə  Naxçıvan 
MSSR-
nin  Culfa  şəhərində  bu xidmət sahəsinə  aid  iş  fəaliy-
y
ətini davam etdirib. 
1965-ci ild
ə M.Salmanov Moskva şəhərinə Hərbi Akade-
miyaya  t
əhsil almağa göndərilib. Akademiyaya qəbul olsa da 
o,  üzürlü s
əbəbdən orda təhsil ala bimədiyinə  görə  Azərbay-
cana  qayıdıb.  S.M.Kirov  adına  Azərbaycan Dövlət Universi-
tetind
əki hüquq fakultəsində oxuyaraq 1970-ci ildə ali təhsilini 
başa vurub. 1984-cü  ildə  isə qardaşım 56 yaşında dünyasını 
d
əyişdi. Allah ona rəhmət eləsin!” 
Salman kişi 1968-ci ildə ailə qurub. Həyat yoldaşı Elmira 
M
əcnun qızı Salmanova 1951-ci ildə Aşağı Gəndov kəndində  
f
əhlə ailəsində anadan olub. Evdar qadındır.  
Salman  kişinin  6  ovladı  var.  Bahar,  Əhməd, Rəhman, 
Reyhan v
ə Telman ailəlidir. Hicran isə Salman kişi ilə birlikdə 
yaşayır. Salman Salmanov həm də  17 nəvənin babasıdır.  
Salman  kişi  kəndin  nüfuzlu  ağsaqqalı  kimi  hazırda 
ömrünün s
əksəninci baharını yaşayır. O, bu günkü  həyatın-
dan çox razıdır. Ona görə ki, bu zəhmətkeş və  qayğıkeş  ata, 
s
əmimi və mehriban baba həmişə  ailənin bütün problemlərini 
vaxtında, qəlbən öz gücü və  imkanları daxilində həll etməyə 
çalışır. 
 
 
 
 
 


264 
FƏXRƏDDİN  CƏFƏROV 
 
F
əxrəddin Camaləddin 
oğlu 
C
əfərov 10 aprel 1957-ci ildə  Şabran 
(keçmiş  Dəvəçi) rayonunun Gəndov 
k
əndində  ziyalı  ailəsində  dünyaya 
g
əlib. 
Atası 
Cəfərov Camaləddin 
Xeyrulla  oğlu    1931-ci ildə  Şabran 
(keçmiş  Dəvəçi) rayonunun ən səfalı 
guşələrindən biri olan Sumaqova 
k
əndində  anadan olub. Uzun müddət 
Pir
əbədil südçülük-  tərəvəzçilik sovxozunda baytar həkimi 
v
əzifəsində çalışıb. 1981-ci ildə  50 yaşında dünyasını dəyişib. 
 
Anası Bircə Gəncalı qızı Cəfərova  1931-ci ildə rayonun 
Pir
əbədil kəndində dünyaya göz açıb. Uzun müddət  Pirəbədil 
k
ənd orta məktəbində ibtidai sinif müəllimi işləyib. Bu kitabın 

əllifinin ibtidai sinif müəllimi olub. 1995-ci ildə  64 yaşında  
haqq dünyasına köçüb. Allah rəhmət eləsin! 
F
əxrəddin Cəfərov 1964-cü ildə  rayonun Pirəbədil kənd  
orta m
əktəbinin birinci sinfinə qəbul olub. Məktəbə gəldiyi ilk 
günd
ən  öz biliyi və çalışqanlığı ilə  müəllimlərin sevimlisinə 
çevrilib. D
ərs əlaçısı olan  Fəxrəddin sonrakı  təhsil  illərində 
d
ə özünü ən fəal şagird kimi göstərib. Məktəbin bilik və idman 
yarışlarında,  eləcə  də  digər ictimai tədbirlərində  yaxından 
iştirak  edib.  1972-ci ildə  həmin məktəbin VIII sinfini  
müv
əffəqiyyətlə bitirib təhsil haqqında şəhadətnamə alıb. 
F.C
əfərovda  müəllim olmaq arzusu hələ  VIII sinifdə 
oxuyanda yaranmışdı. Bu məqsədlə o, sənədlərini respublika-
mızın  ən qocaman təhsil müəssisələrindən biri-M.Ə.Sabir 
adına Şamaxı Pedaqoji Texnikumuna verib. İmtahanları uğurla 
ver
ərək məktəbə  qəbul  olub.  Texnikumda  aldığı  pedaqoji 
t
əhsilin hələ  ilk  aylarında  ən nümunəvi bilik və  bacarıq 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə