Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 2,8 Kb.

səhifə1/62
tarix17.11.2018
ölçüsü2,8 Kb.
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   62


 
 
 
ETİBAR KƏRİMLİ 
 
 
 
 
 
 
 
ANTİK ƏDƏBİYYAT VƏ BİZ 
 
 
Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq 
Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur  
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI - 2018 


 
 
Elmi redaktor:                     Çingiz Hüseynov 
                                          Filologiya elmləri doktoru, professor  
 
Rəyçi:                                    Gülbəniz Əhmədzadə 
                                                Fəlsəfə elmləri üzrə fəlsəfə doktoru,  
                                                 şərqşünas  
 
Redaktor:                           Sevda Mehrəliyeva 
əməkdar jurnalist 
 
 
K-56. ETİBAR KƏRİMLİ. ANTİK ƏDƏBİYYAT VƏ BİZ 
Bakı-“AVROPA”nəşriyyatı-2018. 268 səh. 
 
“Antik ədəbiyyat və biz” kitabı Azərbaycanda antik ədəbiy-
yatın  tədqiqi  tarixini,  bu  kontekstdə  qədim  dövrün  Şərq-Qərb 
elmi-ədəbi əlaqə və təsirlərini araşdırmaya cəlb edən elmi-təd-
qiqat  işindən,  həmçinin  klassik  filologiyanın  bir  sıra  aktual 
mövzularına, bütövlükdə ədəbi-nəzəri və kulturoloji problemlə-
rə toxunan elmi, elmi-publisistik məqalələrdən ibarətdir. Kitab 
klassik  filologiya  sahəsində  çalışan  alimlər,  aspirantlar,  müəl-
lim  və  tələbələr,  həmçinin  antik  dünya  ilə  maraqlanan  geniş 
oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.   
 
 
  K 
 
 
                                                    © “AVROPA” nəşriyyatı, 2018 
  4702060104-47             
     8032-2018          
 
 
Qrifli nəşr 
 



 
ÖN SÖZ 
 
 
 
 
Kulturoloq-alim,  yazıçı,  publisist  Etibar  Kərimlinin 
oxuculara  təqdim  etdiyi  "Antik  ədəbiyyat  və  biz"  kitabı 
Azərbaycanda  klassik  filologiya  sahəsində  uzun  illərdən 
bəri  mövcud  olan  boşluğu  müəyyən  qədər  doldurmaq 
məqsədi güdür. 
Təəssüflə  qeyd  etməliyik  ki,  bu  fənn  Azərbaycanda 
elə də böyük tarixə malik deyil. XX əsrin 1-ci yarısından 
başlayaraq  Ə.  Ağayev,  Ə.  Sultanlı,  A.M.  Mudrov,  A.  Asla-
nov antik ədəbiyyatın tədqiqi, tədrisi və təbliği sahəsində 
ilk addımlar atmışlar. Adları çəkilən alimlərin hər birinin 
bu sahədə fəaliyyəti kitabda gedən "Azərbaycanda antik 
ədəbiyyatın  tədqiqi  tarixi  və  problemləri"  elmi-tədqiqat 
işində kifayət qədər dolğun, arxiv materiallarını cəlb et-
məklə təhlil olunmuş və obyektiv qiymətini almışdır. 
Tədqiqat  işinin  bir  neçə  əlamətdar cəhətini  də  qeyd 
etmək istərdim. 
Müəllif tədqiqat sahəsinə və qiymətləndirdiyi şəxsiy-
yətlərə yaşadıqları dövrün, ictimai-siyasi quruluşun priz-
masından yanaşmağa çalışmışdır - bu da obyektivliyi qo-
rumaq naminə çox vacibdir. 



 
Fikrimcə,  klassik  filologiyanın  Azərbaycanda  digər 
bəzi postsovet respublikalarından fərqli olaraq müstəqil 
elmi  fənn  kimi  özünə  yer  tapmamasının  ictimai-siyasi, 
kulturoloji səbəbləri maraq doğurur. 
Sevindirici  haldır  ki,  E.  Kərimli  bu  sahədə  fəaliyyət 
göstərmiş  alimlərin  elmi  işlərini  təhlilə  cəlb  edərkən 
asan yolla getməmiş, onları ad-sanına, şöhrətinə görə de-
yil,  gördüyü  işlərinə,  qoyub  getdikləri  elmi  miraslarına 
görə qiymətləndirmiş və bu zaman yol  verilmiş irili-xır-
dalı yanlışları da üzə çıxarmaqdan çəkinməmişdir. 
Kitabda diqqətimi cəlb edən daha bir məqam isə XX 
əsrin  30-50-ci  illərində  Azərbaycanda  antik  ədəbiyyatın 
tədqiqi və tədrisi sahəsində kifayət qədər məhsuldar fəa-
liyyət  göstərmiş  filoloq-alim  A.M.  Mudrovun  yaradıclığı-
na  yer  ayrılmasıdır.  Belə  ki,  1947-1948-ci  illərdə  mən 
özüm bu alimin maraqlı və dolğun mühazirələrini dinlə-
mişəm və üstündən xeyli zaman keçəndən sonra bu təd-
qiqatda  onun  imzasına  rast  gəlməyim  istər-istəməz  hə-
min günləri yaddaşımda canlandırdı. Təəssüflər olsun ki, 
sonrakı dövrdə Mudrovun bu sahədə gördüyü işlər nəin-
ki unudulmuş, hətta elmi irsi plagiat obyektinə çevrilmiş-
dir. Bu mənada "Antik ədəbiyyat və biz" kitabı bütün el-
mi-filoloji məziyyətləri ilə yanaşı, unudulmuş və haqsızlı-
ğa uğramış Azərbaycan alimini yenidən elmi ictimaiyyətə 
qaytarmaq,  imzasını  "imzalar  içində"  bərpa  etmək  baxı-
mından da böyük əhəmiyyət daşıyır. 
Ümid  etmək  istərdim  ki,  Etibarın  başladığı  xeyirxah 
iş gələcəkdə gənc filoloqlar tərəfindən davam etdiriləcək 



 
və Mudrovun həyatı, elmi fəaliyyəti daha dərin tədqiqa-
tın predmetinə çevriləcəkdir. 
Son  olaraq  xüsusi  vurğulamaq  istərdim  ki,  təqdim 
olunan  kitab  yalnız  filoloji  əhəmiyyət  daşımır.  Əminəm 
ki, diqqətli oxucu antik ədəbiyyata, bütünlükdə antik si-
vilizasiyaya,  Şərq-Qərb  mədəni  əlaqə  və  təsirlərinə  dair 
heç  yerdə  rast  gəlmədiyi  bir  çox  maraqlı  məlumatları 
məhz bu kitabdan öyrənə biləcək, bədii zövqünü, nəzəri 
biliklərini, məntiqi düşüncə tərzini daha da kamilləşdirə-
cək,  bunlar  isə  öz  növbəsində  ona  müasir  həyatımızda 
baş verən bir çox ziddiyyətli hadisələri daha düzgün də-
yərləndirməyə yardımçı olacaqdır. Bu kontekstdə kitabın 
adını  daşıyan  son  məqalədə  antik  ədəbiyyatın  müasir 
Azərbaycan  ədəbiyyatı  və  ictimai  həyatı  ilə  müqayisəli 
təhlil edilməsini heç də təsadüfi saymıram. Antik ədəbiy-
yat bütün zamanlarda oxuculara bədii-estetik zövq aşıla-
maqla yanaşı, həm də dövrün ən aktual suallarına cavab 
verə biləcək tükənməz bilik və həyat mənbəyi olmuşdur, 
bizim dövrdə də öz əhəmiyyətini itirməmiş, daima müa-
sirdir. 
Etibarı bizə lazım olan bu kitabla təbrik edirəm! 
 
                          Filologiya e. d., prof. Çingiz Hüseynov 
 
 
 
 
 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   62


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə