Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə11/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   62

43 
 
məktəbinə çevrildi və dünya fəlsəfi ənənəsində öz layiqli 
yerini qazandı.  
Peripatetizm  haqqında  danışarkən,  bir  neçə  məqam 
xüsusilə  vurğulanmalıdır.  Peripatetizm  yalnız  fəlsəfi 
problemlərlə  məşğul  olmurdu.  Orta  əsrlər  müsəlman  fi-
losoflarının  etika, siyasət, estetika, ədəbiyyat, ədəbiyyat-
şünaslıq,  musiqi,  hüquq  və  digər  sahələrdə  də  əsərləri 
qorunub  saxlanmışdır  və  bu  hal  heç  də  təəccüblü  deyil. 
Belə  ki,  islam  peripatetizminin  nümayəndələri  özlərini 
“ən  universal  zəka  sahibi”  Aristotelin  şagirdləri  hesab 
edirdilər. Digər tərəfdən, onların bu universallığı dövrün 
tələblərindən irəli gəlirdi. Belə ki, antik dünyada olduğu 
kimi, orta əsrlər Yaxın Şərqində də elm hələ differensasi-
yaya  uğramamışdı  və  “filosof”  dedikdə  yalnız  fəlsəfə  ilə 
məşğul  olan  deyil,  ümumilkdə  alim  nəzərdə  tutulurdu. 
Məhz  buna  görədir  ki,  peripatetik  filosofların  bir  çoxu 
(məs., İbn Rüşd, İbn Tüfeyl və b.) ayrı-ayrı hökmdarların 
saraylarında  eyni  zamanda  həkimlik,  mühəndislik,  mü-
nəccimlik, şairlik də edirdilər.     
Daha bir əhəmiyyətli cəhət. Uzun müddət qərb tarixi-
fəlsəfi ənənəsində islam klassik fəlsəfəsinə sadəcə şərhe-
dici,  qeyri-orijinal  fəlsəfə  kimi  yanlış  yanaşma  mövcud 
olmuşdur. Halbuki, İbn Sina, Fərabi, Biruni və b. Sokratın, 
Aristotelin, Platonun yaradıcılığını yalnız izah etmir, eyni 
zamanda  bəzi  məqamlarda  ona  düzəlişlər  verir,  onunla 
razılaşmır (məs., İbn  Sina ilə Biruni arasında Aristotelin 
fəlsəfi görüşləri haqqında yazışmalarında Biruni “birinci 
müəllim”in  bir  sıra  fikriləri  ilə  razılaşmadığını  bildirir), 


44 
 
subyektiv  baxışlarını  ifadə  edir,  bütpərəstlik  ideologiya-
sının  təsirlərini  mümkün  qədər  kənarlaşdıraraq,  antik 
fəlsəfəni  monoteist  dinlə  “barışdırmağa”  çalışırdılar.  Bu 
cəhətinə görə islam peripatetizmi qərbdə erkən orta əsr-
lərin patristikasına, neoplatonizmə yaxınlaşmış, sxolastik 
dini fəlsəfəyə, eləcə də İntibah və Yeni dövrün bəzi Avro-
pa  fəlsəfə  məktəblərinə  mühüm  təsir  göstərmişdir.  Mə-
sələn, Avropa rasionalizminin banilərindən sayılan R. De-
kartın öz metodoloji şübhələnmək prinsipini İbn Sinadan 
əxz etməsi haqqında Avropa elmində kifayət qədər geniş 
yayılmış fikir mövcuddur.  
Klassik  müsəlman  peripatetizm  fəlsəfi  məktəbinin 
qoyduğu ənənə əsasında Quran həqiqətlərinin şərh edil-
məsi  yalnız  Avropa  mədəniyyətinə  deyil,  yəhudi  mədə-
niyyətinə (Məymunilər) və orta əsrlər, həmçinin İntibah 
dövrü  sivilizasiyasına  əhəmiyyətli  təsir  göstərmişdir. 
Məhz  islam  peripatetik  filosoflarının  latın  dilinə  tərcü-
mələri sayəsində Aristotel fəlsəfəsi latındilli qərb dünya-
sında geniş yayılmışdı.  
 
                                              *** 
 
Ilk  Azərbaycan  peripatetik  filosoflarının  fəaliyyət 
göstərdiyi  XI-XIII  əsrlər  Qafqaz  regionunda  gərgin  icti-
mai-siyasi hadisələrlə zəngin olmuşdur. Güclü, vahid Xi-
lafətin zəifləməsi və sonrakı süqutu bütün Yaxın və Orta 
Şərq  regionunda  ictimai-siyasi  sabitliyi  pozmuş,  region 
dövlətlərinin  iqtisadi  vəziyyətinə  ciddi  zərbə  vurulmuş-


45 
 
du. Belə vəziyyət şərq xalqlarının mədəni səviyyəsinə də 
öz  təsirini  göstərməyə  bilməzdi.  Yeni  meydana  gəlmiş 
müstəqil feodal dövlətlərin başı ilk növbədə təhlükəsizlik 
məsələlərinə qarışdığından, incəsənət və ədəbiyyat ikinci 
plana  keçmişdi.  Bununla  belə,  regionda  yerləşən  xalqla-
rın ötən əsrlərdə - “islamın qızıl dövrü”ndə yaratdığı elmi 
və ədəbi potensial o qədər böyük idi ki, ictimai-siyasi və-
ziyyətin ağır olduğu şəraitdə belə mədəni həyatı kifayət 
qədər yüksək səviyyədə saxlamağa imkan verirdi. Elə bu-
na görədir ki, Xilafətə daxil olan dövlətlər arasında siyasi 
bağların  zəifləməsinə,  qanlı  müharibələrə  baxmayaraq, 
mədəni əlaqələr öz axarı ilə davam edirdi. Xilafətin par-
laq dövründən yadigar qalmış vahid təhsil sistemi, böyük 
təhsil ocaqları, mədrəsələr şəbəkəsi hələ də yüksək dərə-
cəli elmi kadrlar yetişdirməkdə idilər. Hökmdarların başı 
qanlı savaşlardan ayılan kimi elm, təhsil, ədəbiyyat sahə-
lərinə diqqət yetirir, öz maddi yardımlarını əsirgəmirdi-
lər. 1067-ci ildə Səlcuq sultanı Alparslanın və Məlikşahın 
vəziri Nizamülmülkün təşəbbüsü və fəal iştirakı ilə Bağ-
dadda açılmış böyük təhsil ocağı – Nizamiyyə mədrəsəsi 
buna  parlaq  nümunədir.  Universitet  səviyyəli  bu  təhsil 
ocağında  Azərbaycan  alimləri  də  dərs  demiş,  Azərbay-
candan gələn tələbələr oxumuşlar. Şərqin belə mədəniy-
yət  və  elm  mərkəzlərində  oxuyub  dərs  deyən,  sonralar 
həm də orada yaşayan Azərbaycan alimləri tək Azərbay-
canı deyil, bütün Yaxın və Orta Şərq elmini məşğul edən 
problemlərlə  tanış  olur,  həmin  məsələlərin  həllinə  öz 
töhfələrini  verirdilər.  Bununla  onlar  təbii  olaraq 


46 
 
ümumşərq  səviyyəsinə  yüksəlir  və  bütün  regionda 
fəaliyyət  göstərən  ümumi  fəlsəfi  və  ədəbi  cərəyanlara 
qoşulmaq  imkanı  qazanırdılar.  Məhz  buna  görə  XI-XIII 
əsrlərdə  fəaliyyət  göstərən  peripatetik  filosoflarımız 
Azərbaycan  elminə  məxsus  olmaları  ilə  yanaşı,  eyni 
zamanda ümumilikdə şərq-islam elminin nümayəndələri 
sayılırdılar.  XI-XIII  əsrlərin  dahi  Azərbaycan  şairləri 
Nizaminin,  Xaqaninin  yaratdığı  nadir  sənət  inciləri  həm 
də bütün şərq aləminin ədəbi məhsulu olduğu kimi, eyni 
dövrlərin  böyük  Azərbaycan  peripatetik  filosofları  da 
ümumşərq fəlsəfə ənənəsinin daşıyıcıları idilər.  
 
*** 
 
XI  əsrdə  yaşayıb-yaratmış  görkəmli  Azərbaycan 
peripatetikləri  haqqında  danışarkən,  ilk  növbədə 
Əbülhəsən  Bəhmənyar  ibn  Mərzbanın  (?  –  1065)  adı 
çəkilməlidir.  Bəhmənyar  islam  şərqinin  digər  görkəmli 
elm  xadimi,  tanınmış  ərəb  peripatetik  filosofu  İbn 
Sinanın  şagirdi  olmuşdur.  Bu  cəhət  bir  daha  yuxarıda 
söylədiyimiz  fikri  təsdiqləyir  ki,  orta  əsrlərdə  fəaliyyət 
göstərmiş  alimləri  nəzərdən  keçirərkən,  onlara  yalnız 
Azərbaycan filosofları kimi deyil, daha çox şərq filosofları 
kimi  yanaşmalıyıq  (mənşəcə  Azərbaycana  bağlılıqlarını 
göstərmək  şərti  ilə).  Böyük  filosof  özünün  fəlsəfəyə, 
məntiqə, etikaya, estetikaya, təhsilə dair yazdığı əsərləri 
ilə  İbn  Sina  və  şərq  peripatetikləri  məktəbinin  layiqli 
davamçısı  olduğunu  sübut  etmişdir.  Mənbələrdə  onun 


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə