Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə13/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   62

51 
 
İsmaili  hökmdarı  Nəsirəddin  Əbülfəth  Əbdürrəhim 
Əbu  Mənsurun  təklifi  ilə  1232-1233-cü  illərdə  qələmə 
alınmış  bu  əsər  (sonralar  bir  neçə  dəfə  yenidən  işlən-
mişdir)  yarandığı  dövrdən  bu  günədək  islam  aləmində 
əxlaqa  dair  fars  dilində  yazılmış  ən  mükəmməl  traktat-
lardan  biri  hesab  olunur.  Belə  ki,  N.  Tusi  kitabını  bir 
tərəfdən İbn Sina, Biruni, Qəzali, Əbu Əli Misgəveyh və b. 
böyük  şərq  alimlərinin,  digər  tərəfdən  Aristotel,  Platon 
kimi  qədim  yunan  filosoflarının  fəlsəfə  və  etikaya  dair 
əsərlərindən  geniş  istifadə  etməklə  yazmışdır.  Başqa 
sözlə,  N.  Tusi  sələflərinin  əxlaqa  dair  ifadə  etdikləri 
bütün  zəngin  eimi-fəlsəfi  fikirləri  ümumiləşdirmiş,  bu 
sahəyə  dair  dövrünün  tələblərinə  cavab  verən  mükəm-
məl əsər qələmə almışdır. 
Kitabı oxuyarkən nəzərə çarpan əsas cəhətlərdən biri 
müəllifin burada islam dininə, onun ehkamlarına sadəcə 
formal  yanaşmasıdır.  Tusinin  əxlaqa  dair  fikriləri 
Aristotelin  və  Platonun  bu  sahəyə  aid  irəli  sürdükləri 
əsas  nəzəri  müddəalara  dayaqlanır.  Alim  özündən 
əvvəlki  bir  çox  peripatetik  filosoflar  (məs.,  Fərabi,  İbn 
Sina və b.) kimi fəlsəfəni “Hikmət” elmi adlandırır və onu 
iki  -  “nəzəri”  və  “əməli  hikmət”  hissələrinə  ayırır.  İstər 
“nəzəri hikmət” məsələlərini, istərsə də “əməli hikmət”in 
konkret tələblərini təhlilə cəlb edərkən, alim ardıcıllıqla 
“birinci  filosof”un  (Aristotel)  bu  və  ya  digər  məsələyə 
dair  düşüncələrini  şərh  edir.  N.  Tusinin  xüsusilə  ruh  – 
“insani  nəfs”  haqqında  fikirləri  Aristotelin  “ilkin 
materiya”,  Platonun  “obyektiv  ruh”  haqqında  fikirlərinə 


52 
 
çox yaxındır. “İnsani-nəfs elə bir sadə cövhərə deyilir ki, 
özü  də  daxil  olmaqla  ağlın  dərk  etdiyi  hər  nə  varsa, 
hamısı  onun  sayəsində  olur...”
9
 Alim  burada  nəfsi  yalnız 
insana  xas  cəhət  kimi  deyil,  “ağlın  dərk  etdiyi  hər  nə 
varsa” ona, yəni həm də cansız aləmə şamil edir və məhz 
bu zaman nəfs onda yalnız insan ruhu kimi yox, həm də 
hər  şeyin  ilkin  substansiyası  kimi  çıxış  edir.  Lakin  antik 
filosoflardan  fərqli  olaraq,  şərq  peripatetiklərində  və  o 
cümlədən, N. Tusidə hələ ki, varlığın qnesioloji problemi 
sonadək  işlənməmişdi.  Onların  əksəriyyəti  üçün  mütləq 
varlıq – Allah dərkolunmaz olaraq qalırdı.  
Eyni  zamanda,  N.  Tusidə  mənəvi-əxlaqi  keyfiyyət-
lərin  təhlilinə  həsr  olunmuş  “Əxlaqın  saflaşdırılması 
haqqında” məqaləsinin bəzi yerləri müəyyən cəhətləri ilə 
Aristotelin  əxlaq,  onun  müxtəlif  üsullarla  təmizlənməsi 
nəzəriyyəsi  ilə  səsləşir.  Belə  ki,  o,  bir  çox  ortodaksal 
islam  alimləri  kimi  insani  keyfiyyətlərin  anadangəlmə, 
nəsildən-nəslə  keçmə  deyil,  sonradan  təlim-tərbiyyə, 
ətraf  mühitin  təsiri  nəticəsində  qazanılma  olduğu 
fikrindədir.  Məhz  buna  görə  Tusidə  “əxlaqın  saflaş-
dırılması” problemi bütün ciddiliyi ilə nəzərdən keçirilir. 
“İnsanların  ən  kamili  o  adam  hesab  edilər  ki...  durğun-
luğa, zəifləməyə yol vermədən daima onu təkmilləşdirib 
inkişaf etdirə bilsin”
10
.  “Ən yüksək dərəcədə arzu edilən 
xeyir və səadət haqqında” fəslində alim səadət hissini də 
“nəfsə  aid”  hesab  edərək,  ona  çatmaq  üçün  insanın 
                                                           
9
 Xacə Nəsirəddin. Tusi. Əxlaqi-nasiri. Bakı, 1989, səh. 43 
10
 Yenə orda, Əxlaqi-nasiri. Bakı, 1989, səh. 56 


53 
 
çalışmasını vacib bilir və bu fikrinin təsdiqi üçün yenə də 
Aristotelə  əsaslanır:  “...səadətin  dərəcələri,  mərtəbələri 
var, həm də onlar çalışmaq sayəsində tədricən əldə edilir 
və  ən  yüksək  səviyyəyə  çatanda  tam  olur”
11
.  Doğrudur, 
Tusidə  qədim  yunan  filosofunun  emosional  həyəcan-
lanma  yolu  ilə  əxlaqın  saflaşdırılması  nəzəriyyəsinə 
(katarsis) rast gəlməsək də, onun bu ideyqadan xəbərdar 
olması fikrimizcə şübhəsizdir.  
Ümumiyyətlə,  kitabda  qədim  yunan  filosoflarının 
müxtəif elm sahələrinə aid əsərlərindən 30-a yaxın sitat 
gətirilmişdir.  Bu  sitatların  konkret  hansı  əsərlərdən 
götürüldüyünü dəqiq müəyyənləşdirmək praktiki olaraq 
mümkün deyil. Belə ki, Tusi Aristotelin “Etika” əsərindən 
başqa  heç  bir  mənbənin  adını  çəkmir.  Bundan  əlavə, 
alimin  gətirdiyi  sitatlar  ciddi  dəyişikliklərə  uğramışdır. 
Dəyişikliklər  birinci  mərhələdə,  adətən,  tərcüməçilərin 
yunan  mətnlərini  ərəb  dilinə  tərcüməsi  zamanı,  ikinci 
mərhələdə isə Tusinin onları öz sözləri, özünün müvafiq 
üslubu  ilə  istifadəsi  zamanı  baş  verirdi.  Böyük  şərq 
filosofu  Aristotelin  əxlaqa  dair  yalnız  ən  ümumi 
baxışlarını,  müddəalarını  əsas  almış,  qalan  yerlərdə  isə 
çox  vaxt  qədim  yunan  filosofunun  adından  öz  şəxsi 
mövqeyini  bildirmişdir.  Onu  da  qeyd  etmək  lazımdır  ki, 
bu  metod  həmin  dövrlərdə  islam  elmində  və 
ədəbiyyatında  geniş  tətbiq  olunurdu.  “İskəndərnamə”də 
Nizamınin  yunan  alimləri  adından  öz  dövrü  üçün 
                                                           
11
 Xacə Nəsirəddin. Tusi. Əxlaqi-nasiri. Bakı, 1989, səh. 68 


54 
 
əhəmiyyətli  olan  bir  sıra  ictimai-siyasi,  əxlaqi,  fəlsəfi 
fikirləri söyləməsi buna tipik misaldır. 
Dəyişikliklərin 
birinci 
səbəbi 
qədim 
yunan 
alimlərinin  nüfuzundan  istifadə  etmək,  Tusinin  fikrincə 
gərəkli  olan  əxlaqi  müddəanı  hələ  qədimdən  böyük 
əhəmiyyət  kəsb  etdiyini  vurğulamaq  idi.  Bununla  bağlı 
ikinci  səbəb  də  vardı.  Bütün  peripatetik  alimlər,  o  cüm-
lədən  Tusi  “birinci  müəllim”in  elm  aləmindəki  nüfuzini 
ciddi-cəhdlə  qoruyurdular.  Məsələn,  çoxallahlılıq  döv-
ründə  yaşayıb-yaratmış  Aristotelin  bəzi  müddəaları 
islam  ideologiyasına  uyğun  gəlmirdisə,  Tusi  həmin 
yerlərə  dərhal  əl  gəzdirir,  dəyişikliklər  edir  və  lazım 
bildiyi, dövrü üçün təhlükəsiz olan hala salırdı. Ona görə 
də  Tusinin  “Əxlaqi-Nasiri”  əsərində  biz  Aristoteli  (eyni 
zamanda  Platonu)  əsl  islam  ideoloqu  və  nəsihət  verən 
ağsaqqalı  obrazında  görürük.  Belə  yerlərə  misal  kimi 
əsərdən bir neçə konkret sitat gətirmək mümkündür:   
1.”Aristatalis  və  onun  tərəfdarları  deyirlər:  biz  bu 
fikirdəyik:  bir  adam  ki,  haqq  tərəfdarı  ola,  xeyirli  işlər 
görə,  bütün  fəzilətləri  əldə  edib  kamala  çata  və  göylər 
xaliqinin  yerini  tutmaq  fikrinə  düşməyə,  dünya  işlərini 
nizama  salmaqla  kifayətlənə,  bütün  bu  məziyyətlərinə 
baxmayaraq,  onu  naqis,  natamam  adlandırmaq,  lakin 
öldükdən və bütün bu fəzilətlər aradan getdikdən sonra 
onu  tam  sədaqətə  çatmış  hesab  etmək  insafsiz  və 
qəbahətli bir iş olar”
12

                                                           
12
 Xacə Nəsirəddin. Tusi. Əxlaqi-nasiri. Bakı, 1989, səh.67-68 


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə