57
münasibətini bildirmişdir. Şərq peripatetikləri öz müəl-
limlərinin fikirləri ilə razılaşmadıqda ya həmin mübahi-
səli fikirlərdən ümumiyyətlə istifadə etmir, ya da onlara
yuxarıda göstərdiyimiz şəkildə müdaxilələr edirdilər (is-
tisna hallarda Aristotelin fikrinə müxalif olan düşüncə
açıq şəkildə ifadə olunurdu). Tusinin Aristotelə müsbət
münasibətinin bir neçə konkret nümunəsini gətirək:
1.“Həkim (filosof) Aristatalisin tərtib etdiyi, nəzəriy-
yədən əməliyyəyə keçirdiyi “məntiq” elminə gəldikdə,
demək lazımdır ki, o, əşyaların keyfiyyətini bilmək, məc-
hul olanları ortaya çıxarmaq üsulundan ibərətdir.
Deməli, əsl
mənada bir alət, bir açar mənziləsindədir”
18
;
2.”Filosof Aristatalis özünün “Əxlaq” kitabının
başlanğıcını bu məsələyə həsr etmişdir, insafən demək
lazımdır ki, burada ən düzgün rəy: fikrin əvvəl, əməlin
sonralığı hökmüdür”
19
.
Göründüyü kimi, parçalarda Tusi “birinci müəllimin”
fikrilərini şərh və təhlil edir. O ki qaldı Aristotelin ümu-
miyyətlə istifadə olunmamış fikirlərinə, burada Tusi tam
müstəqil yolla gedirdi. Aristotelin elə fikirləri olurdu ki,
Tusi onlara yalnız islam ideologiyası baxımından deyil,
həm də bir filosof, elm xadimi kimi tənqidi münasibət
bəsləyirdi. O zaman şərq filosofu qədim yunan filosofu-
nun həmin müddəasını ya qədim İran
tərbiyə nəzəriyyəsi
ilə, ya şəriətin müəyyən norması ilə, ya da özünün sub-
yektiv fikri ilə əvəzləyirdi. Bu hissələr daha çox fəlsəfə-
18
Xacə Nəsirəddin. Tusi. Əxlaqi-nasiri. Bakı, 1989, səh.37
19
Yenə orda, Əxlaqi-nasiri. Bakı, 1989, səh.63