Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə15/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   62

59 
 
Azərbaycanda  orta  və  ali  təhsilin  müxtəlif  pillələrində 
öyrənmək mümkündür. Belə ki, orta məktəblərdə elə in-
dinin özündə rus və ingilis dilləri tədris olunur. Ali mək-
təbdə isə filologiya fakültəsi üçün bəzi struktur dəyişik-
liklləri edib, şərq dillərini (ərəb və fars) daha mükəmməl 
öyrətmək mümkündür (hazırda tətbiq olunan bir-iki se-
mestrlik proqram qətiyyən kifayət etmir). Ali məktəbi bi-
tirdikdən  sonra  elmi  işi  davam  etdirmək  istəyənlər  isə 
qədim yunan dilini aspirantura pilləsində mükəmməl öy-
rənə  bilərlər  (bunun  üçün  xarici  mütəxəssislərin  cəlb 
edilməsi zəruridir). Ümid etmək istəyirik ki, Azərbaycan-
da ali filoloji təhsilinin belə yüksək səviyyəsi çox da uzaq 
gələcəyin işi deyil.  
                                       
 
 


60 
 
II FƏSİL 
XX ƏSRDƏ ANTİK ƏDƏBİYYATIN TƏDQİQİ 
(1930 – 60-cı illər) 
 
 
 
 
§ Ə. Ağayev.  
 
Keçmiş SSRİ ictimai həyatın bütün sahələrində oldu-
ğu kimi elm və incəsənətin inkişafında da dünya birliyin-
də aparıcı mövqelərə sahib olmaq isitqamətində sistemli 
fəaliyyət göstərmiş və bu da həmin sahələrin ardıcıl yük-
səlişinə  müsbət  təsirini  göstərmişdir.  Konkret  nümunə 
kimi klassik filologiyanı götürsək, bu sahəyə dövlət qay-
ğısı xüsusilə hiss  olunurdu və bunun səbəblərini üzə çı-
xarmaq  o  qədər  də  çətin  deyil.  Əhalisinin  əsas  hissəsi 
pravoslav  xristianlardan  ibarət  Rusiyada  bu  konfessiya-
nın yaradıcısı olan Bizansa, sonralar isə Yunanıstana mü-
nasibət həmişə müsbət olmuşdur. Xüsusilə, Osmanlı im-
periyası Konstantinopolu fəth edəndən və Bizans imperi-
yasının mövcudluğuna son qoyandan sonra Moskva dün-
yanın III Roması olmaq siyasəti yürütmüş, bu siyasi ideo-
logiyasının  işlənib  hazırlanması  məqsədilə  türklərdən 
qaçıb Rusiyaya pənah gətirmiş alimlərdən geniş istifadə 
etmişdir.  SSRİ  kimi  böyük  iddialara  və  potensiala  malik 
dövlət yarandıqdan sonra isə Moskva üçün daha əlverişli 
tarixi şərait meydana gəlmişdir. Çar Rusiyası dövründən 


61 
 
Moskva  və  Sankt-Peterburq  Universitetlərində  bütün 
gücü  ilə  fəaliyyət  göstərən  klassik  filologiya  kafedraları 
digər  ali  məktəblərdə  də  yaranmış,  eyni  zamanda 
İttifaqın  xristian  əhaliyə  məxsus  respublikalarında  yeni 
elmi mərkəzlər açılmış, bu sahədə elmi tədqiqatlar həm 
sayca,  həm  də  keyfiyyətcə  daha  yüksək  səviyyəyə 
qalxmışdı.  Yalnız  türkdilli  respublikalar  bu  prosesdən, 
demək olar ki, kənarda qalırdı. Azərbaycan bu prosesdən 
yalnız türkdilli olmasına görə deyil, həm də Qafqaz kimi 
tarixən qədim yunan dünyası və Bizansla yaxın əlaqələrə 
malik  regionda  yerləşməsinə  görə  kənarda  idi.  Azər-
baycan  və  Türkiyə  kimi  türkdilli  dövlətlərin  Qafqaz  və 
Yaxın  Şərq  regionunda  mövcudluğu  Rusiyanın  strateji 
maraqlarına heç zaman uyğun gəlməmişdir. Belə siyasət 
kursu  Azərbaycanda  elmin,  xüsusilə  də  klassik  filolo-
giyanın  inkişafı  səviyyəsinə  öz  mənfi  təsirini  göstərirdi. 
Elmimiz  mərkəzdən  asılı  vəziyyətdə  idi,  Moskva  isə 
Azərbaycanın  öz  qədim  keçmişini  dərindən  və  bütün 
aydınlığı  ilə  öyrənməsini  istəmirdi.  Sovet  hakimiyyəti 
illərində  Azərbaycan  Dölət  Universitetində  ayrıca 
götürülmüş  klassik  filologiya  kafedrasının  açılmaması, 
ümumiyyətlə  respublikamızda  bu  sahənin  digər  İttifaq 
respublialarına,  o  cümlədən  qonşularımıza  (məs.,  Gür-
cüstana)  nisbətən  zəif  inkişafı  məhz  bu  amillə  əla-
qədardır.  Filoloqlarımız  yalnız  Azərbaycan  klassik 
ədəbiyyatının nümayəndələrini nisbətən əhatəli və dərin 
öyrənmək  imkanına  malik  idilər.  Dünya  klassik  ədəbiy-
yatının  və  bu  ədəbiyyatın  görkəmli  nümayəndələrinin 


62 
 
tədqiqi  səviyyəsi  isə,  təəssüf  ki,  arzuolunan  dərəcədə 
deyildi.  Ona  görə  əminliklə  deyə  bilərik  ki,  İttifaq  üzrə 
klassik  filologiyanın  yüksək  inkişaf  etməsinə  baxma-
yaraq, Azərbaycanda bu sahənin zəif inkişafı ilk növbədə 
bizdən asılı olmayan obyektiv səbəblərlə bağlı idi. 
 
*** 
 
Azərbaycanda  qərb  klassik  filologiyası  sahəsində  ilk 
nəzərə  çarpacaq  işlər  sovet  hakimiyyətinin  ikinci 
onilliyində meydana  gəlməyə başladı.  Daha dəqiq olsaq, 
1938-ci ildə. Həmin il Əkbər Ağayevin “Yunan ədəbiyyatı 
tarixi  oçerkləri”  kitabı  işıq  üzü  gördü.  Qeyd  etmək 
lazımdır ki, Ə. Ağayev sovet dövründə Azərbaycan filolo-
giyasında  antik  ədəbiyyatla  sistematik  məşğul  olan  ilk 
alimdir. Ümumiyyətlə, 1930-60-cı illər ərzində bu sahədə 
iki  tanınmış  alim  fəaliyyət  göstərirdisə,  onlardan  biri, 
həm  də  əsərlərinin  keyfiyyəti  baxımından  birincisi 
şübhəsiz  ki.  Ə.  Ağayev  idi.  O,  xüsusilə  nəzərdən  keçir-
diyimiz  dövr  ərzində,  ümumən  isə  ömrünün  sonuna 
qədər respublikamızda antik ədəbiyyatın tanınmış mütə-
xəssislərindən  biri  sayılmış,  filologiyamızda  və  təhsili-
mizdə  bu  sahənin  inkişafı  üçün  əhəmiyyətli  işlər  gör-
müşdür.  Görkəmli  alimin  yaradıcılığında  özünü  aşkar 
büruzə verən əlamətlərin bir neçəsi üzərində dayanaq.  
Ə. Ağayev qədim yunan və latın dillərini bilmədiyinə, 
antik  mənbələrlə  bilavasitə  təmasda  olmadığına  görə, 
onu  qərb  klassik  filologiyası  ilə  peşəkar  səviyyədə 


63 
 
məşğul  olan  alim  kimi  nəzərdən  keçirmək  fikrimizcə 
doğru  olmazdı.  Alim  qarşısına  antik  ədəbiyyatın 
müəyyən problemi ilə dərindən məşğul olmaq vəzifəsini 
qoymurdu.  Onun  məqsədi  daha  sadə  idi:  a)  rusdilli 
mənbələrdən  istifadə  etməklə  Azərbaycan  oxucusunu 
qədim  yunan  və  Roma  ədəbiyyatı  ilə,  onun  görkəmli 
nümayəndələri  və  ədəbi  nümunələri  ilə  tanış  etmək;  b) 
ali  məktəblərin  filologiya  fakültəsində  oxuyan  tələbələr 
üçün  dərs  vəsaiti  hazırlamaq;  c)  Azərbaycan  filologiya-
sının  bu  sahədə  nüfuzunu  qaldırmaq,  burada  fəaliyyət 
göstərmək istəyən gənc alimləri yetişdirmək. 
Alim  birinci  məqsədini  həmin  dövrün  ədəbi  mətbu 
orqanlarında  antik  ədəbiyyata  dair  çap  etdirdiyi  məqa-
lələri ilə həyata keçirirdi. Onun 1941-ci ildə “Revolyusiya 
və  kultura”  jurnalının  iki  nömrəsində  gedən  yazıları 
məlumdur. Jurnalın 2-ci nömrəsində “Dünya ədəbiyyatı” 
rubrikası  altında  alimin  “Homer  haqqında  məqalə”si, 
“İlliada”dan gətirilmiş qısa tərcümə parçası (rus dilindən 
tərcümə  M.  Rzaquluzadənindir)  ilə  birlikdə  verilmişdir. 
Məqalənin bilavasitə Homerə aid olan hissəsinə qədər Ə. 
Ağayev  marksizm  klassiklərinin  (K.  Marks  və  F.  Engels) 
“yunan  sənəti  haqqında”  ifadə  etdikləri  fikirlərini,  eyni 
zamanda  “yunanilərin  dini  və  mifoloji  görüşləri”
20
 
haqqında fikirlərini qeyd edir. Məqalənin belə başlanğıcı 
sovet  dövründə  klassik  filologiyaya  aid  yazılmış  bütün 
elmi  işlər  üçün  ənənəvi  idi.  Orta  əsrlərin  müsəlman 
                                                           
20
  “Revolyusiya və kultura “ (jurn.). 1941., 2-ci sayı.  


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə