Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə19/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   ...   62

76 
 
dəfə sistematik şəkildə yanaşan alimin – Ə. Ağayevin ya-
radıcılığını  nəzərdən  keçirdik.  Antik  ədəbiyyatla  məşğul 
olan alim kimi Ə. Ağayev yaradıcılığının üçüncü istiqamə-
ti – redaktorluq fəaliyyəti idi. Belə ki, o, “Roma ədəbiyya-
tı  müntəxabatı”  (1959),  Aristotelin  “Poeziya  sənəti  haq-
qında” (1974) kitablarının redaktoru olmuşdur. Yaradıcı-
lığının son dövründə alim görünür ki, bu istiqamətdə fəa-
liyyətinə böyük məsuliyyət və tələbkarlıqla yanaşmışdır. 
Bunu  nəşr  olunmuş  kitabların  keyfiyyət  səviyyəsi  sübut 
edir.  “Roma  ədəbiyyatı  müntəxabatı”  öz  strukturuna  və 
məqalələrinin məzmununa görə əvvəlki “Antik ədəbiyyat 
müntəxabatı”ndan  qat-qat  yüksəkdə  dururdu.  Eyni  za-
manda,  A.  Aslanovun  Aristoteldən  etdiyi  tərcümə  kitabı 
da sırf tərcümə çərçivəsindən kənara çıxır (hər iki kitab 
haqqında  sonrakı  fəsillərdə  daha  ətraflı  bəhs  olunacaq). 
Odur ki, biz Ə. Ağayevi Azərbaycanda qərb klassik filolo-
giyasının ilk nümayəndəsi kimi nəzərdən keçirməklə ya-
naşı, qeyd etməliyik ki, bu alimin daha yüksək elmi səviy-
yəyə  çatması  üçün  hər  cür  daxili  intellektual  potensialı 
olmuşdur. Xüsusilə, 1938-ci il dərsliyinə daxil olmuş mə-
qalələr bütün ziddiyətli və mübahisəli məqamları ilə ya-
naşı, bir çox yerlərdə alimin müstəqil düşüncə qabiliyyə-
tini, dərin təfəkkürünü aşkarlayırdı. Bütün bunlara əgər 
qərb klassik filologiyası sahəsində yüksək peşəkar təhsil 
də  əlavə  olunsaydı  (ilk  növbədə,  qədim  dilləri  bilmək, 
orijinal  mənbələrlə  iş),  biz  Azərbaycan  elmində  klassik 
filologiya sahəsində dünya səviyyəli filoloqun yetişməsi-
nə şahid ola bilərdik. Lakin belə təhsil həmin dövrdə tə-


77 
 
əssüf  ki,  Azərbaycanda  mümkün  deyildi  və  ona  görə  bu 
sahədə fəaliyyət göstərən milli alimlərimiz nə qədər da-
xili  elmi  istedada  malik  olsalar  da,  nəinki  dünya,  hətta 
ümumittifaq  səviyyəsinə  belə  yüksələ  bilmirdilər.  Eyni 
sözləri  1930-60-cı  illərdə  antik  ədəbiyyatla  sistematik 
məşğul olmuş digər Azərbaycan filoloqu Əli Sultanlı haq-
qında da demək mümkündür. 
 
 
§ Ə. Sultanlı və A.M. Mudrov    
 
Əli Sultanlı (1906-1960) Qərbi Avropa ədəbiyyatı ilə 
30-cu  illərdən  etibarən  Bakı  Dövlət  Universiteti  “Xarici 
ədəbiyyat”  kafedrasının  müəllimi  kimi  məşğul  olmağa 
başlamışdır.  Konkret  qədim  yunan  ədəbiyyatına  aid 
onun ilk elmi işi 1946-cı ildə, son işi isə 1959-cu ildə işiq 
üzü görmüşdür. Fikrimizcə, alimin bu  sahədə göstərdiyi 
fəaliyyətə  obyektiv  qiymət  vermək  üçün  həmin  dövrdə 
klassik filologiyaya aid SSRİ ərazisində nəşr olunmuş bir 
sıra  əsas  dərsliklərlə  tanış  olmaq  gərəkdir.  Çünki  Ə. 
Ağayev  kimi  Ə.  Sultanlının  da  bu  sahədə  fəaliyyətinin 
əsas  istiqaməti  dərslik  hazırlamaq,  eyni  zamanda  antik 
ədəbiyyatın tədrisi ilə məşğul olmaq idi. Lakin Ə. Ağayev 
1938-ci ildə dərsliyini hazırlayarkən İttifaq ərazisində bu 
sahədə  təcrübənin  az  olmasından  şikayətlənə  bilərdisə, 
Ə.  Sultanlının  belə  şikayətlər  üçün  heç  bir  əsası  yox  idi. 
1930-cu illərin sonlarından başlayaraq, 1940-60-cı illərə 
qədər bu sahədə bir-birinin ardınca müxtəlif müəlliflərin 


78 
 
dərslikləri  işıq  üzü  gördü.  Onlardan  ən  məşhurları 
aşağıdakılardır: 
1. Deratani N.F. Antiçnaya literatura. 1938 
2. Radsiq S.İ. Antiçnaya mifoloqiya. 1939 
3.  Radsiq  S.İ.  İstoriya  drevneqreçeskoy  literaturı. 
1940 
4. Nilender V.O. O qreçeskoy literature. 1939 
5. İstoriya qreçeskoy literaturı (Red. koll.) 1946 
6. İstoriya qreçeskoy literaturı (Red. koll.) 1955 
7.  Boruxoviç  V.  Oçerki  po  istorii  drevneqreçeskoy 
literaturı klassiçeskoqo perioda. 1957 
8. Tronski İ.M. İstoriya antiçnoy literaturı. 1946 
Bundan  əlavə,  alimin  yaradıcılığı  ilə  daha  yaxından 
tanış  olarkən,  onun  antik  ədəbiyyata  dair  yazdığı  elmi 
əsərlərə, xüsusilə “Antik ədəbiyyat tarixi” (1958) və “Ro-
ma  ədəbiyyatı  müntəxabatı”  (1959)  dərsliklərindəki  bir 
çox məqalələrə A.M. Mudrovun güclü “təsir” buraxdığını 
görməmək  mümkün  deyil.  Əfsuslar  olsun  ki,  bu  alimin 
həyat və fəaliyyəti haqqında demək olar heç bir məluma-
tımız yoxdur. Ə. Sultanlının “Filologiya fakültəsinin tari-
xindən” məqaləsindən yalnız onu müəyyənləşdirə bildik 
ki, o, BDU-nun ilk buraxılış məzunlarından biri olmuşdur  
(1925-ci  ilədək  Universiteti  bitirmişdir).  Ə.  Sultanlı  hə-
min məqaləsində 1930-cu ildə “Dil və ədəbiyyat” fakültə-
si  yeni  təşkilatlanma  prosesi  keçirərkən,  oradakı  kafed-
raların  tərkibi  haqqında  məlumat  verir  və  bu  zaman 
“Qərbi Avropa ədəbiyyatı” kafedrasında prof. Ə. Sultanlı-
nın və dos. A.M. Mudrovun adlarını çəkir.  


79 
 
Beləlikllə,  Mudrov  BDU-nun  ilk  məzunlarından  biri 
olmuşdur. Onu da nəzərə almaq lazımdır ki, klassik filo-
logiya ilə məşğul olan Vyaçeslav İvanov kimi məşhur rus 
alimi  məhz  Mudrovun  təhsil  aldığı  illərdə  universiteti-
mizdə  antik  ədəbiyyatdan  dərs  deyirdi.  Ona  görə  də  bu 
alimin  peşəkarlıq  səviyyəsini  təyin  etmək  bizim  üçün  o 
qədər də çətin olmadı. A.M. Mudrovun “Roma ədəbiyyatı 
müntəxabatı”na öz imzası ilə və imzasız daxil olmuş mə-
qalələri də onun bu sahədə dərin savada malik olduğunu 
sübut edir. Alimin qələmindən çıxmış məqalələr öz nəzə-
ri  səviyyəsinə  görə  klassik  filologiya  sahəsində  bu  günə 
qədər  Azərbaycanda  yazılmış  bir  çox  elmi  işlərdən  üs-
tündür.  
Beləliklə,  Ə.  Sultanlının  antik  ədəbiyyat  sahəsində 
gördüyü  işlərə  təsir  göstərmiş  və  təsir  göstərməsi  ehti-
mal  olunan  mənbələri  nəzərdən  keçirəndən  sonra 
birbaşa  alimin  yaradıcılığına  keçə  bilərik.  Alimin  bu 
sahədə  ilk  yazısı  “Yunan  ipisləri  və  Homer”
22
 adlanır.  Ə. 
Sultanlının  universitetdə  oxuduğu  mühazirələrinin 
(müəllif  özü  “leksiya”  adlandırır)  məcmusundan  ibarət 
olan bu yazı 1936-cı ildə yazılmışdır və alimin bu sahədə 
qələmə  aldığı  elmi  işlər  arasında  ən  müstəqil  şəkildə 
yazılanı  sayıla  bilər  (mətbuatda  çap  olunmamışdır). 
Məlumdur  ki,  Ə.  Sultanlı  1934-cü  ildən  BDU-da  “Xarici 
ədəbiyyat  kafedrası”nın  müdiri  işləmişdir  və  yəqin  ki, 
                                                           
22
 Ə. Sultanlının arxivində 468 saylı fond, 1 saylı siyahı, saxlama vahidi 90. 
 


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə