Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə20/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   ...   62

80 
 
Dövlət  arxivində  “Məqalələr”  bölməsində  saxlanan 
həmin  yazı  onun  kafedra  müdiri  kimi  antik  ədəbiyyat 
sahəsində yazdığı ilk qələm təcrübəsidir.   
Demək  lazımdır  ki,  məqalənin  (şərti  olaraq  yazını 
belə  adlandıracağıq)  səviyyəsi  həmin  dövrün  özü  üçün 
belə  çox  aşağıdır.  Burada  demək  olar  hər  cümlədə  irili-
xırdalı  bir  çox  qüsurlar  var.  Təsadüfi  deyil  ki,  1958-ci  il 
dərsliyinə  bu  yazının  heç  bir  hissəsi  daxil  olmamışdır. 
Lakin  həmin  dövrdə  universitetdə  antik  ədəbiyyatdan 
keçilən  dərslərin  səviyyəsinə  bələd  olmaq  baxımından 
məqalənin bəzi yerlərini nəzərdən keçirmək zəruridir. 
İlk  növbədə  məqalənin  adı  diqqəti  çəkir.  Biz  “yunan 
ipisləri” ifadəsinin nə demək olduğunu söyləməyə çətin-
lik çəkirik. Belə sözə (“ipislər”) klassik filologiya sahəsin-
də yazılmış heç bir məqalədə bu vaxtadək rast gəlməmi-
şik. Sözün yeganə izahı odur ki, müəllif “yunan eposları” 
yazmaq istəyib, səhvən “yunan ipisləri” gedib. Lakin mə-
qalədə bu səhv ifadə bir dəfə yox, dəfələrlə işlədilmişdir, 
odur ki, onun adi “səhv” olmasına şübhə yaranır.    
Məqalədə Homerə, Hesioda, yunan lirikasına, drama-
turgiyasına (faciə və komediya), Aristotel və onun poeti-
kasına, Ellinizm dövrü  ədəbiyyatına, Roma  ədəbiyyatına 
xüsusi  bəhslər  ayrılsa  da,  heç  bir  bəhsi  uğurlu  hesab 
etmək  olmaz.  Maraqlıdır  ki,  məqalənin  həm  nəzəri 
hissələrində, həm də ədəbiyyat nümunələrinin məzmunu 
danışılarkən  buraxılan  nöqsanlar  saysız-hesabsızdır. 
Məsələn,  “İlliada”nın  məzmunu  verilərkən  belə  bir  yerə 
rast gəlirik: “Aqamemnon müharibəyə gəldiyi zaman özü 


81 
 
ilə  Xrizin  qızı  Xrizeidanı  gətirmişdi”.  Poemada  isə 
Xriseida  axeylilər  tərəfindən  Troya  ətrafı  ərazilər  işğal 
edilərkən  ələ  keçirilmişdi.  Belə  misallar  olduqca  çoxdur 
və  elə  təəssürat  yaranır  ki,  müəllif  antik  ədəbiyyat 
nümunələrinin  özünü  oxumamış,  onlarla  hansısa  başqa 
mənbələrdən tanış olmuşdur. 
Məqalənin  başlıca  nöqsanlarından  biri  müəllifin 
qədim  yunan  miflərinə  və  oradakı  obrazlara  sinfi  nöq-
teyi-nəzərdən  yanaşmasıdır.  Bu  cəhət  Homer  və  Hesiod 
yaradıcılıqlarına  həsr  olunmuş  hissələrdə  özünü  daha 
aydın göstərir: 
1.  ”Əvvəla  Homer  bir  aristokrat  yazıçı  və  kütlələrə 
yuxarıdan  aşağı  aristokrat  görüşü  ilə  baxır,  əsərində 
onları  kütlə  halında  vermişdir.  Onların...  Axilles  kimi 
obrazlarını yaratmamışdır”. Müəllif Tersit obrazından da 
məhz  Homer  eposundakı  sinfiliyi  qabarıq  göstərmək 
üçün  istifadə  edir  onu  xalq  kütlələrinin  təmsilçisi  kimi 
verməyə çalışır. 
2. ”...Yazıçı...onu  (Tersiti – E.K.) hər cəhətdən gülünc 
göstərməyə çalışmışdır...Xaricini onun gülünc göstərmək 
istəmiş  isə  batinən  belə  çıxmamış,  çünki  onun  danışığı 
bir bomba kimi partlayır. O devrin ən inqilabi fikirlərini 
deyir”. 
3. ”Demək əsərin içərisində sinfi ziddiyyət açıq şəkil-
də  özünü  göstərir.  Bir  tərəfdən  aristokratiya  nümayən-
dələri, onların tələbləri, onların arzuları, onların hərəkət-
ləri. istəkləri, ikinci tərəfdən kütlə və kütlənin qarşısında 
Terzit,  onun  görüşləri,  onun  nitqləri.  bu  ziddiyyət  sinfi 


82 
 
ziddiyyət  idi.  Yazıçı  bu  ziddiyyəti  göstərdiyi  zaman  öz 
cəbhəsini təyin etmiş, onun cəbhəsi aristokratiya cəbhə-
sidir və bu cəbhədən də o, başqa siyası, iqtisadi və milli 
ideyaları irəli atmışdır”. 
Göründüyü  kimi,  burada  “İlliada”ya  və  ümumiyyətlə 
Homer  yaradıcılığına  xas  olmayan  xüsusiyyətlərdən  da-
nışılır.  Antik  ədəbiyyatın  belə  bir  yanlış  təhlilini  həmin 
dövrün,  zamanın  (repressiya  illəri)  ictimai-siyasi  vəziy-
yəti  ilə  əlaqələndirmək  fikrimizcə  düzgün  olmazdı.  Belə 
ki,  1938-ci  ildə  işıq  üzü  görmüş  Ə.  Ağayevin  “Dərsliyin-
də” bu məqamlar heç də qabardılmamışdı. Ə. Sultanlı isə 
məqaləsində hər bir qədim yunan ədibinin yaradıcılığını 
nəzərdən  keçirərkən,  ilk  növbədə,  onun  sinfi  vəziyyəti 
ilə, əsərlərinin sinfi təmayülü ilə maraqlanır, bu mənada 
istifadə  oluna  biləcək  hər  hansı  fikri  xüsusi  şəkildə  qa-
bardır.  Bunu  biz  Hesiod,  yunan  faciənəvisləri  və             
Aristofan yaradıcılığına həsr olunmuş hissəllərdə də mü-
şahidə edirik.  
4.  ”Əgər  Homer  bir  aristokrat  yazıçı  kimi  vaxtını 
saraylarda  keçirmiş  isə,  təntənə  və  hikmətlə  həyat 
içərisində yaşayaraq öz qəhrəmanlıq dastanlarını saray-
larda  yazmış  isə  əksinə  olaraq  Hesiod  bilavasitə  zəh-
mətçi olmuş, bilavasitə əməkçi olmuş, bilavasitə köləliyi 
o öz həyatında sezmiş, təcrübə etmiş və kənddən-kəndə 
gəzdiyi zaman ağır ehtiyaclar içərisində qaldığı zaman o 
şeirlərini  yazmışdır”.  Burada  da  antik  müəlliflərə  sinfi 
yanaşmanın tipik nümunəsi müşahidə olunur. Təkcə onu 
demək  kifayətdir  ki,  Homerin  “saray  şairi”  olması  haq-


83 
 
qında  heç  bir  ciddi  mənbədə  məlumat  yoxdur.  “Homer 
sualı”nı  tədqiq  edən  alimlər  onun  “aed”,  yoxsa  “rapsod” 
olması  haqqında    bir  sıra  ehtimallar  irəli  sürsələr  də, 
onlardan heç biri Homeri “saray şairi” hesab etməmişdir. 
Bundan  əlavə,  məlumdur  ki,  Homer  ibtidai-icma  quru-
luşunun  quldarlıq  quruluşuna  keçidi  dövründə  yaşayıb-
yaratmışdır.  Həmin  dövrdə  isə  Yunanıstanda  bizim 
bildiyimiz mənada nə saraylar, nə də saray şairləri möv-
cud olmuşdur.  
Məqalədə  tarixi-xronoloji  səhvlərə  də  rast  gəlmək 
mümkündür.  Eyni  zamanda,  müəllif  antik  ədəbiyyatın 
yarandığı  dövrü  adlandırarkən  istifadə  etdiyi  termino-
logiya  da  böyük  mübahisələr  doğurur.  Məs.,  “Yunan 
ədəbiyyatının  ilk  yadigarları  Yunan  cəmiyyətinin  cinsi 
cəmiyyət  formasiyasını  devirib  keçdiyi  bir  etapda  yara-
dılmışdır. Artıq II əsr qəbləlmiladdan etibarən biz yunan 
cəmiyyətində  köləlik  formasiyasının  nazirlərinə  rast 
gəlirik”.  Burada  hələ  1930-40-cı  illərdə  geniş  istifadə 
olunan “ibtidai-icma  quruluşu”, yaxud “qəbilə quruluşu” 
anlayışları  yerinə  “cinsi  cəmiyyət”  anlayışından  istifa-
dənin  səbəbləri  aydın  deyil  və  bu  əvəzlənməni  doğru 
hesab  etmək  olmaz,  onlar  heç  də  eynimənalı  anlayışlar 
deyil.  Bununla  yanaşı,  məlumdur  ki,  antik  yunanlarda 
köləliyin  izlərinə  e.ə.  II  əsrdə  deyil,  ondan  çox  əvvəlki 
dövrdə  -  e.ə.  VIII-VII  əsrlərdə  rast  gəlmək  mümkündür. 
Başqa sözlə, antik Yunanıstanda köləliyin təşəkkül tarixi 
də yazıda səhv göstərilmişdir.    


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə