Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə21/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   17   18   19   20   21   22   23   24   ...   62

84 
 
Bəzən  müəllif  hətta  məşhur  yunan  ədiblərinin  yara-
dıcılığı haqqında kobud səhvlərə yol verir. Yunan liriklə-
rinin,  Menandrın,  Plavtın  yaradıcılığına  həsr  olunmuş 
bəhslər buna yaxşı sübutdur. Məqalədə xüsusilə Yeni yu-
nan  komediyasının  tanınmış  nümayəndəsi  Menandr  az 
qala  psixoanalizin  yaradıcısı  Z.  Freydin  davamçısı  kimi 
təhlil olunur: “Öz görüşləri ilə o hedonistdir. Erotikdir və 
komediyalarında o erotik obrazlar vermişdir. Daha doğ-
rusu, Menandra görə insanı hər bir hədəfə sövq edən və 
yəni  hər  bir  hərəkətlərinə  istiqamət  verən  onun  içində 
yaşadığı ictimai şərait deyil, bəlkə onun şəhvani hissləri-
dir. Onun seksual hissləridir. Menandr öz komediyaların-
da  əsas  etibarilə  seksual  hissləri  almışdır”.  Müəllif  Me-
nandra freydçi damğası vurduqdan sonra “Roma ədəbiy-
yatı”  bəhsində  Plavtın  yaradıcılığını  da  tamam  tərsinə 
şərh edir: “Plavtın Aristofan,  Menandr  və  başqalarından 
ayıran cəhət Plavte satirasının daha ziyadə ictimai xarak-
ter  daşımasındadır”.  Məlumdur  ki,  antik  Roma  komedi-
yasının  antik  yunan  komediyasından  fərqləndirən  başlı-
ca cəhəti ictimai əhəmiyyət kəsb edən, ölkə həyatı üçün 
aktual  olan  siyasi  mövzulardan  uzaqlaşması,  daha  çox 
ailə-məişət  mövzuları  ələ  alması  idi.  Gətirilimiş  sitatda 
isə  Plavt  Aristofandan  “daha  ziyadə”  ictimai  xarakterli 
müəllif kimi təqdim olunur.  
Göründüyü kimi, bütünlükdə məqalə özünün keyfiy-
yət göstəricisinə görə həmin dövrlərdə Ə. Ağayevin antik 
ədəbiyyata dair yazdığı məqalələrindən (1938-ci il dərs-
liyi nəzərdə tutulur) və A.M. Mudrovun yazılarından qat-


85 
 
qat  geridə  qalır.  Deməli,  30-cu  illərin  sonunda  BDU-da 
antik ədəbiyyatın tədrisi 20-ci illərin əvvəllərində (1925-
ci ilə qədər) burada mövcud olan tədrisin səviyyəsindən 
xeyli aşağı düşmüşdü. Ə. Sultanlı özü “Filologiya fakültə-
sinin tarixindən” məqaləsində 20-ci illərdə Filologiya fa-
kültəsinin “tam akademizmi”ndən danışır  və sübut kimi 
burada  müdafiə  olunan  bir  neçə  Diplom  işinin  adlarını 
göstərir.  Məs.,  “İlliada”  əsərində  mürgüləyən  allahlar”, 
“İsraildə  messian  ideyalarının  inkişafı”,  “Babilistanda 
hökmdar  Xamurabinin  qanunları”,  “Mark  Avrelinin  gö-
rüşlərinə  aid  tədqiqlər”.  Bu  adlar  hətta  90-cı  illərin  so-
nunda BDU-nu bitirən diplomçunu belə heyrətdə buraxır 
və o zamanlar universitetimizdə antik dünya mədəniyyə-
tini tədris edənlərin yüksək savad səviyyəsini parlaq şə-
kildə nümayiş etdirir. 
 
*** 
 
Ə. Sultanlının klassik filologiya sahəsində növbəti bö-
yük  işi  1946-cı  ildə  “Azərbaycan  Dövlət  Darülfünunu 
nəşriyyatı”nda  işıq  üzü  görmüş  “Antik  dövrdə  bədiyyat 
və  ədəbiyyatşünaslıq  məsələləri”  kitabçasıdır
23
 (tələbə-
lər üçün “tədris vəsaiti” kimi çap olunmuş kitabın redak-
toru H. Səmədzadədir). Kitabın özü haqqında söz  söylə-
                                                           
23
 Ə.  Sultanlı  arxivində  “Məqalələr”  bölməsinə  daxil  edilmişdir.  Saxlama  vahidi 
68-69. 
 


86 
 
məzdən öncə qeyd etməliyik ki, 1930-cu illərin ikinci ya-
rısından  başlayaraq  Ə.  Sultanlının  antik  ədəbiyyata  aid 
nəşr  etdirdiyi  yazılarının  müəllifliyi  bəzi  hallarda  şübhə 
doğurur (şübhələrin nə dərəcədə əsaslı olduğunu 1958-
ci il dərsliyini və 1959-cu il müntəxabatını nəzərdən ke-
çirərkən konkret faktlarla göstərməyə çalışacağıq).  
Əsər 4 hissədən ibarətdir. Rum rəqəmləri ilə göstəril-
miş bu hissələrin heç birinin adı olmasa da, onların mü-
əyyən dövrlərə əsasən ayrıldığını müəyyənləşdirmək çə-
tin deyil. “I hissə” aristoteləqədərki və Aristotelin öz ədə-
bi-nəzəri görüşlərinə, “II hissə” Ellinizm dövründə meya-
dana gələn filoloji əsərlərə, “III hissə” Horasiyə və onun 
“Pizonlara  məktub”una,  “IV  hissə”  “Ülviyyət  haqqında” 
traktatına və Lukianın estetik görüşlərinə həsr olunmuş-
dur.  Həcmcə  ən  böyük  hissə  I  hissədir  və  onun  da  təqr. 
90%-i Aristotel, onun “Poetika”sı haqqında mülahizələr-
dir.  Aristoteldən  əvvəlki  yunan  ədəbi-nəzəri  fikir  tarixi 
ötəri olaraq nəzərdən keçirilmiş, bir sıra filosofların (Pi-
faqor, Heraklit, Empedokl, Demokrit) adları çəkilmiş, hər 
biri  haqqında  bir  cümləlik  məlumat  verilmişdir.  Yalnız 
Platonun estetik görüşlərinə nisbətən geniş yer ayrılmış-
dır. Burada müəllif Platonun idealist fəlsəfəsi, bu fəlsəfə-
dən  doğan  idealist  estetikası  haqqında  məlumat  verir, 
onun estetik görüşlərinin üç mənbəyini göstərir: “Əvvəla, 
o, dövlət quruluşundan və cəmiyyətdən danışarkən, incə-
sənətin əxlaqi məqsədlərini aydınlaşdırmalı idi. Bu məq-
sədlə  də,  Əflatun  incəsənəti  dövlət  mənafeyi  ilə  bağla-
mışdır. Ikinci tərəfdən, yaradıcılıq nəzəriyyəsi bilavasitə 


87 
 
onun idrak nəzəriyyəsindən doğurdu. Əflatun həm təqli-
di, həm də gözəllik məfhumunu öz ideyalar aləmi və fəl-
səfi  görüşləri  ilə  bağlamışdır.  Üçüncü  tərəfdən,  Əflatun 
yaşadığı dövrdə ayrı-ayrı fəlsəfi məktəblərdə ədəbiyyat-
şünaslıq  məsələləri  ilə  qızğın  surətdə  müzakirə  edilirdi. 
Yəqin ki, Əflatun “Akademiya”sında tələbələri ilə bu mü-
hüm məsələlər ətrafında şifahi müzakirə açmışdır”
24
. Be-
lə  doğru  mülahizələrlə  yanaşı,  bu  hissədə  ara-sıra  nöq-
sanlara da rast gəlmək mümkündür. Məs.: “Yunan filoso-
fu Əflatun, özündən qabaq irəli sürülən görüşləri öz fikir 
süzgəcindən  keçirərək  bədiyyatın  və  sənətşünaslığın 
əsasını qoymuşdur. Çox doğru olaraq, onu yunan bədiy-
yatının banisi hesab edirlər”
25
. Platonun “özündən qabaq 
irəli  sürülən  görüşləri  öz  fikir  süzgəcindən  keçirməsi” 
haqqında  müəllifin  fikrinə  heç  bir  iradımız  olmasa  da, 
Platonun  “bədiyyatın  və  sənətşünaslığın  əsasının  qoy-
muşdur”  və  onu  “yunan  bədiyyatının  banisi  hesab  edir-
lər” fikriləri ilə heç cür razılaşmaq mümkün deyil. Məlum 
olduğu kimi, Platonun  sırf  ədəbiyyat nəzəriyyəsinə, ya-
xud  dövrünün  ədəbi-tənqidi  məktəblərinə  aid  heç  bir 
əsəri yoxdur. Əlbəttə, Platon dövrünün görkəmli filosof-
larından  biri  kimi,  ədəbiyyatın    mahiyyəti,  ictimai  məz-
munu, tərbiyəvi əhəmiyyəti haqqında ayrı-ayrı dialoqla-
rında bir sıra diqqətəlayiq fikirlər söyləmiş, Homer, Hesi-
od , Esxil, Sofokl, və digər antik yunan ədiblərinin yaradı-
                                                           
24
   Ə.  Sultanlı  arxivində  “Məqalələr”  bölməsinə  daxil  edilmişdir.  Saxlama  vahidi  
68-69, səh., 25 
25
 Yenə orda, səh., 26 


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə