Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə23/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   ...   62

92 
 
qədim  yunan  lirikasının  “elegiya”  və  “yamb”  janrlarını 
adlandırmaq üçün istifadə olunmuşdur ki, bunun özü də 
yanlışdır.  Antik  yunan  poetikasının  öz  xüsusi  termino-
logiyası  vardır  və  klassik  filoloqlar  adətən  bu  termino-
logiyadan kənara çıxmır, onları “milliləşdirmək” cəhdləri 
etmirlər.   
Müntəxabata  daxil  edilmiş  kiçik  həcmli  məlumatlar 
haqqında ümumi fikir söyləyəcək olsaq deməliyik ki, bu 
məlumat-yazıların  Ə.  Sultanlıya  mənsubluğu  şübhə  do-
ğurmur. Bəzi hissələrdə İ.M. Tronskinin 1946-cı il dərsli-
yinin müəyyən təsiri hiss olunsa da (xüsusilə Aristofanın 
“Quşlar”  komediyası,  Herodotun  “Tarix”  əsəri  haqqında 
məlumat verilərkən) belə yerlər digər hissələrlə müqayi-
sədə çox azlıq təşkil edir. Digər tərəfdən, “Müntəxabatı”n 
əsas məziyyəti əslində bu qısa məlumatlarda deyil. Dərs-
lik ilk növbədə antik ədəbiyyatın bütün dövrlərinə aid ən 
məşhur  nümunələri  ilk  dəfə  olaraq  bir  yerə  topladığına 
görə böyük əhəmiyyət kəsb edir və 60-cı illərdə Azərbay-
can dilində təhsil alan tələbələrdə qədim yunan ədəbiy-
yatına  marağın  artmasına  səbəb  olurdu.  Bu  mənada 
1950-ci ildə çap olunmuş “Antik ədəbiyyatı müntəxabatı” 
Azərbaycanda antik ədəbiyyatın tədrisi işinə, şübhəsiz ki, 
müsbət  təsirini  göstərmişdir.  Müntəxabat  nəinki  50-60-
cı illərdə, hətta bu günün özündə də tələbələrə qədim yu-
nan ədəbiyyatı nümunələrini Azərbaycan dilində oxuma-
ğa  imkan  verən  yeganə  vəsaitdir  və  təkcə  buna  görə 
onun müəllifləri ən yüksək qiymətə layiqdirlər.  
 


93 
 
*** 
 
Azərbaycanda  50-ci  illərin  sonlarında  antik  ədəbiy-
yatın  tədrisi  işini  daha  yüksək  səviyyəyə  qaldırmaq 
məqsədini  qarşıya  qoyan  iki  böyük  hadisə  baş  verdi. 
1958-ci ildə “Antik ədəbiyyat tarixi” dərsliyi (redaktor C. 
Cəfərov),  1959-cu  ildə  isə  “Roma  ədəbiyyatı  müntəxa-
batı”  (redaktor  Ə.  Ağayev)  nəşr  olunaraq  tələbələrin, 
həmçinin  bu  sahə  ilə  maraqlanan  geniş  elmi  ictimaiy-
yətin  ixtiyarına  verildi.  Hər  iki  dərsliyin  Azərbaycanda 
qərb klassik filologiyası sahəsinə marağın yüksəlməsinə 
böyük  təsiri  olsa  da,  onların  heç  biri,  əlbəttə,  elmi-
tədqiqat  xarakteri  daşımırdı.  Hər  iki  dərslik  əsasən 
filologiya  fakültəsində  oxuyan  tələbələr  üçün  nəzərdə 
tutulmuş,  antik  ədəbiyyatdan  keçilən  dərslərin  proqra-
mına  uyğun  yaradılmışdı.  Nəhayət,  bu  dərsliklərin 
ümumi  cəhətlərindən  biri  də  hər  iki  dərsliyin  tərtib-
çisinin Ə. Sultanlının olması idi. Biz təsadüfi olaraq “hər 
iki  dərsliyin  tərtibçisi”  ifadəsini  işlətmədik.  Belə  ki, 
fikrimizcə, Ə. Sultanlı “Antik ədəbiyyat tarixi” dərsliyinin 
müəllifi  deyil,  məhz  tərtibçisi  adlandırılsa  daha  doğru 
olar.  Fikrimizi  əyani  sübut  etmək  üçün  hər  iki  dərsliyi 
müqayisəli təhlilə cəlb etmək zərurəti var . 
Ilk növbədə qeyd etmək lazımdır ki, hər iki dərslikdə 
verilən  məqalələrin  ümumi  səviyyəsi  o  dövrə  qədər 
sovet  Azərbaycanında  antik  ədəbiyyat  sahəsində  yara-
dılmış bütün yazıların səviyyəsindən dəfələrlə yüksəkdir. 
Biz  artıq  bu  dərsliklərdə  əvvəlki  kobud,  tez-tez  təkrar-


94 
 
lanan  nöqsanlara  rast  gəlmirik.  Nöqsanlar  çox  azdır  və 
əsasən  kitabın  I  hissəsində  (“Yunan  ədəbiyyatı”)  müşa-
hidə olunur. Bu dərsliklərdə əvvəlki dərslik ənənəmizdə 
üzə  çıxan  ciddi  metodoloji  qüsurlara  da  rast  gəlmirik 
(hərçənd,  belə  qüsurlar  tamamilə  aradan  qaldırılma-
mışdır).  Məs.,  bəhslər  kifayət  qədər  kiçik  hissələrə 
bölünmüşdür  (bu  hissələrin  adları  olsaydı,  daha  yaxşı 
olardı). Dərslikdəki bəhslərin belə kiçik hissələr şəklində 
verilməsi  bir  tərəfdən  müəllifə  həmin  bəhslərdə  toxu-
nulan  mövzunu  daha  dərindən  işləmək  imkanı  yaradır, 
digər  tərəfdən  tələbələrin  həmin  bəhsləri  daha  asan 
qavramasına kömək edir.  
Lakin  hər  iki  kitabın  bir  mühüm  cəhəti  vardır  ki,  o 
ümumikdə qeyri-peşəkar səviyyədə klassik filologiya ilə 
məşğul olanlar üçün spesifik əlamətdir.  Dərslikdə plagi-
at halları mövcuddur. Biz daha öncə Ə. Sultanlının “Antik 
dövrdə bədiyyat və ədəbiyyatşünaslıq məsələləri” tədris 
vəsaitini  nəzərdən  keçirərkən,  bu  əsərin  müəllifə  məx-
susluğunu  şübhə  altına  almışdıq.  Lakin  əlimizdə  heç  bir 
konkret  sübut  olmadığından,  o  zaman  qəti  fikir  söylə-
məkdən  çəkinmişdik.  Hazırda  nəzərdən  keçirdiyimiz  iki 
dərsliyə gəlincə, biz bu haqda tamamilə qəti fikir söyləyə 
bilərik  və  ümid  edirik  ki,  fikrimiz  qərəzli  niyyətsiz,  ob-
yektiv təhlil zamanı ortaya çıxan nəticə kimi qəbul oluna-
caq.  
Qeyd  etmək  lazımdır  ki,  Ə.  Sultanlının  antik  ədəbiy-
yata dair yazdığı elmi işlərinin sonunda ədəbiyyat siyahı-
sı  nədənsə  göstərilmir.  Bunu  bir  alim  kimi  onun  başlıca 


95 
 
nöqsanlarından  biri  hesab  etmək  olar.  Bundan  əlavə, 
“Roma  ədəbiyyatı  müntəxabatı”nın  “İlk  söz”ünə  yekun 
vurarkən,  Ə.  Siltanlı  “tərcüməçilərə  və  bəzi  məqalələrin 
müəlliflərinə” öz təşəkkürünü bildisə də, həmin müəllif-
lərin  adlarını  və  onların  konkret  olaraq  Müntəxabatın 
hansı  məqalələrini  yazdıqlarını  göstərmir.  Yalnız  dərsli-
yin  “Mündəricat”ında  cəmi  üç  yazının  qarşısında  A.M. 
Mudrov imzası verilmişdir.  
Əvvəlcə,  bu  hissələr  haqqında.  Müntəxabatda  A.M. 
Mudrov  imzası  ilə  gedən  ilk  yazı  “Respublika  dövründə 
Roma ədəbiyyatı”dır. Bu bəhs eyni adlı başlıqla Ə. Sultan-
lının 1958-ci il dərsliyində “Roma ədəbiyyatı” hissəsində 
getmişdir.  Hər  iki  dərslikdə  verilən  yaziların  tamamilə 
eyni  olmalarını  əyani  şəkildə  göstərmək  üçün  aşağıdakı 
sitatları gətiririk. 
Müntəxabatda: “Yunan cəmiyyəti kimi, Roma quldar-
lıq cəmiyyəti də bir sıra inkişaf mərhələri keçirmiş, lakin 
Engelsin təbirincə, burada “bütün proseslər yeni yüksək 
pillədə təkrar olunurdu”. Yunan cəmiyyəti üçün xarakter 
olan ziddiyyətlər Roma cəmiyyəti tarixində, xüsusən Ro-
ma imperiyası dövründə ən kəskin ziddiyyətlərə keçir ki, 
bu da Antik quldarlıq cəmiyyətinin məhvinə səbəb olur” 
(A.M. Mudrov). 
1958-ci il dərsliyində: “Yunan cəmiyyəti kimi, Roma 
quldarlıq  cəmiyyəti  də  bir  sıra  inkişaf  mərhələri  keçir-
miş, lakin Elgelsin təbirincə, “bütün prosesi daha yüksək 
pillədə təkrar” etmişdir. Yunan cəmiyyəti üçün səciyyəvi 
olan ziddiyyətlər, Roma cəmiyyəti tarixində, xüsusilə im-


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə