Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə24/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   ...   62

96 
 
periya dövründə ən kəskin şəkil alaraq quldarlıq ictimai 
quruluşunun məhvinə səbəb olmuşdur” (Ə. Sultanlı). 
Bəzi  redaktə  xarakterli  düzəlişləri  nəzərə  almasaq, 
eynilik göz qarşısındadır.  
Müntəxabatda A.M. Mudrovun imzası ilə gedən ikinci 
bəhs  “Avqust  əsrində  Roma  cəmiyyəti  və  mədəniyyəti” 
adlanır. Ə. Sultanlının 1958-ci il dərsliyində isə bu  bəhs 
“İmperiya  dövründə  Roma  ədəbiyyatı”  fəslinin  “Müqəd-
dimə”si  kimi  getmişdir.  Doğrudur,  burada  dəyişikliklər 
əvvəlki  bəhsə  nisbətən  çoxdur.  Lakin  bu  dəyişikliklər 
ümumilikdə  yazıya  əlavə  yenilik  gətirmir,  onu  keyfiyyət 
baxımından yüksəldə bilmir. Dərslik müəllifi sadəcə ola-
raq A.M. Mudrovun məqaləsində qeyd olunan məqamları 
öz cümlələri ilə yenidən qələmə almışdır.  
Müntəxabatda: “Senat tərəfindən “Avqust” adlandırı-
lan Oktavianın təsis etdiyi dövlət quruluşu əslində Roma 
quldarlıq cəmiyyətinin bütün qüvvələrinin birləşdirilmə-
si məqsədini güdən hərbi diktatura idi” (A.M. Mudrov). 
Dərslikdə:  “Avqust”  adı  ilə  tarixə  daxil  olan 
Oktavianın  Romada  yaratdığı  ictimai  quruluş,  əslində 
quldarlıq  cəmiyyətinin  bütün  qüvvələrini  bir  mərkəzdə 
birləşdirmək  məqsədini  güdən  hərbi  diktatura  idi”  (  Ə. 
Sultanlı). 
Ə. Sultanlının A.M. Mudrova məxsus məqalələri necə 
dəyişdiyini aşağıdakı sitat daha aydın göstərir.  
Müntəxabatda:  “Avqust  həmin  dövlət  quruluşunu 
birdən-birə  yaratmamış;  Roma  imperiyasında  xalq 
məclisi,  senat,  konsullar,  tribunlar  və  b.  bir  çox  köhnə 


97 
 
vəzifələr kimi bir çox respublika orqanları formal olaraq 
uzun  müddət  yaşamışdır.  Lakin  bu  respublika  formaları 
Avqustun  rejimi  üçün  yararlı  olmadığına  görə  Avqust 
ardıcıl  olaraq  bir  neçə  müəyyən  islahat  yolu  ilə  tamam 
hakimiyyəti öz əlinə alır”  (A.M. Mudrov). 
Dərslikdə:  “Dövlət  idarə  üsulunu  dəyişdirməkdə  isə 
Oktavian  tələsmirdi,  tədriclə  hərəkət  edirdi.  Buna  görə-
dir ki, yeni nizam-intizam şəraitində senat, konsullar, tri-
bunlar və b. bu kimi bir çox respublika orqanları və vəzi-
fələri formal olaraq uzun müddət saxlanılmışdır. Halbuki, 
bu respublika orqanları Avqust rejimi üçün yararlı deyil-
di. Avqust bir sıra islahatlar, yeni qanunlar vasitəsilə ya-
vaş-yavaş bütün hakimiyyəti öz əlinə alır”  (Ə. Sultanlı). 
Müntəxabatda  “Eramızın  I  əsrində  Roma  cəmiyyəti 
və  onun  mədəniyyəti”  adlı  bəhs  A.M.  Mudrovun  imzası 
ilə gedən üçüncü məqalədir. O, Ə. Sultanlının dərsliyində 
“Roma  ədəbiyyatında  “Gümüş  dövr”  başlığı  ilə  gedən 
bəhslə yaxından səsləşir. Burada da dərslik müəllifi bir-
başa  köçürmə  yolu  ilə  getməmiş,  Mudrovun  yazısında 
qeyd olunan başlıca hissələri azacıq dəyişməklə öz dərs-
liyinə daxil etmişdir.  
Beləliklə,  adı  çəkilən  3  fəslin  istər  1958-ci  il  dərsli-
yində,  istərsə  də  1959-cu  il  müntəxabatında  A.M.         
Mudrova məxsus olması heç bir şübhə doğurmur. Lakin 
məsələ bu 3 məqalə ilə də tamamlanmır. Böyük ehtimalla 
deyə bilərik ki, Müntəxabatda gedən bütün bəhslər A.M. 
Mudrova  məxsusdur  (hərçənd,  yalnız  yuxarıda  göstəri-
lən  üç  məqalənin  alimə  məxsusluğu  göstərilmişdir).  Di-


98 
 
gər məqalələr imzasız verildiyindən, zahirən belə çıxır ki, 
onlar tərtibçinin, yəni Ə. Sultanlınındır. Bunun əksini, yə-
ni yazıların Ə. Sultanlıya deyil, A.M. Mudrova məxsus ol-
duğunu başa düşmək üçün elə də böyük müşahidə qabi-
liyyəti lazım deyil. Müntəxabatda imzalı verilən 3 fəsillə 
imzasız gedən digər fəsillərin stilistikası, daxili strukturu 
eynidir. A.M. Mudrovun yazıları öz peşəkar, yüksək elmi-
nəzəri səviyyələri ilə fərqlənir. Adətən o, hər hansı antik 
müəllif haqqında yazırsa, əvvəlcə həmin ədibin həyatı və 
dövrü haqqında qısa məlumat verir. Bu hissənin yığcam-
lığına baxmayaraq, orada oxucu üçün gərəkli olan bütün 
məlumatlar əhatə edilir. Sonra bütünlükdə ədibin yaradı-
cılığına həsr olunmuş hissə gəlir ki, burada antik əsərlə-
rin adlarını çəkir, onların məzmunu haqqında danışır, ən 
məşhurları  isə  ciddi  təhlilə  cəlb  edilir.  Təhlildən  sonra 
həmin  ədibin  yaradıcılığına  xas  olan  spesifik  əlamətlər 
bir-bir göstərilir, bu  əlamətlərin tələbə üçün başa düşü-
ləcək formada izahı verilir, ən başlıcası isə onların dövr-
lə, konkret ictimai-siyasi quruluşla əlaqələri unudulmur. 
A.M. Mudrov həmçinin antik ədəbi nümunələrin dilinə də 
xüsusi  toxunur,  bu  dilin  özünəməxsusluğunu,  folklor  və 
ya  klassik,  təntənəli  ədəbi  üslubla  bağlılığını  aşkarlayır. 
Çox  güman  ki,  Mudrov  qədim  yunan  dilindən  xəbərdar 
olmuşdur. Belə ki, qədim abidələri orijinaldan oxuya bil-
məyən alim onların dili haqqında belə sərbəst təhlil verə 
bilməzdi. A.M. Mudrov qələminə xas olan bu xüsusiyyət-
ləri  biz  “Roma  ədəbiyyatı  müntəxabatı”na  daxil  edilmiş 
bütün  bəhslərdə  aşkar  görürük.  Bu  bəhslər  “Antik  ədə-


99 
 
biyyat tarixi”nin “Roma ədəbiyyatı” hissəsində də eynilə 
təkrarlandığından, biz dərslikdə bu hissənin Ə. Sultanlıya 
deyil,  A.M.  Mudova  məxsus  olduğunu  qətiyyətlə  söyləyə 
bilərik. 
“Antik ədəbiyyat tarixi” dərsliyinin birinci hissəsində 
getmiş  fəsillərə  gəldikdə  isə  burada  məsələ  bir  qədər 
dolaşıqdır.  Nə  üçün?  Ə.  Sultanlının  antik  ədəbiyyat 
nümunələrinə  və  onların  müəlliflərinə  həsr  etidiyi  ən 
uğurlu  yazıları  nəzərdən  keçirərkən,  bu  zaman  da  bəzi 
spesifik  xüsusiyyətlər  aşkarlanır.  A.M.  Mudrovdan  fərqli 
olaraq, Ə. Sultanlı antik ədəbiyyat xadimlərinin həyatları 
haqqında  adətən  geniş  məlumat  verməyə  çalışır,  bu 
sahəyə  aid  bütün  folklor  mənbələri,  miflər  bir-bir  xatır-
lanır. Çox zaman antik müəllifin yaşadığı dövr haqqında 
da geniş məlumat verilir, lakin bunlar sırf tarixi xarakter 
daşıyır,  ədibin  yaradıcılığı  ilə  əlaqələndirilmir.  Ədibin 
yaradıcılığına gəldikdə isə burada təhlil deyil, təsvirçilik 
hökm  sürür.  Belə  ki,  bütün  əsərlərin  təfsilatı  ilə  bir-bir 
məzmunları  verilir.  Sırf  məzmunun  təsvir  edilməsinə 
neçə-neçə  səhifələr  həsr  edilir,  təhlil  isə  ya  heç  yoxdur, 
ya da çox qısa və səthidir. A.M. Mudrovdan fərqli olaraq, 
Ə. Sultanlı antik ədəbi nümunələrin dili haqqında adətən 
heç  nə  demir,  yaxud  hamıya  məlum  olan  ən  ümumi 
fikirləri qeyd edir. 
Bu  tip  yazılar  dərsliyin  “Yunan  ədəbiyyatı”  hissəsin-
də  (Homerə,  Hesioda,  yunan  faciəsinə  və  komediyasına, 
qədim yunan lirikasına həsr olunan fəsillər) aşkar şəkil-
də  müşahidə  olunur.  “Yunan  ədəbiyyatı”  hissəsinin  Ə. 


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə