Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə25/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   ...   62

100 
 
Sultanlıya  məxsus  olmasını  daha  bir  əlamət  sübut  edir. 
Əgər  “Roma  ədəbiyyatı”  hissəsində  Roma  ədəbiyyatının 
bütün  dövrləri  və  bu  dövrlərdə  fəaliyyət  göstərən  məş-
hur ədiblər əhatə olunmuşdusa, dərsliyin “Yunan ədəbiy-
yatı” hissəsində biz bunu görmürük. Müəllif burada ədə-
biyyat tarixini “Ellinizm dövrü”nə qədər gətirib çatdırır, 
Roma  dövründə  Yunan  ədəbiyyatı  haqqında,  bu  dövrün 
Plutarx, Lukian, Yunan romanı kimi böyük bəhsləri haq-
qında  heç  bir  məlumat  verilmir.  Eyni  zamanda,  “yunan 
ədəbiyyatı” hissəsinə daxil olmuş bəhslərdə də elə yerlər, 
elə cümlələr var ki, onların Ə. Sultanlı qələmindən çıxma-
dığını  qəti  şəkildə  söyləmək  mümkündür.  Məsələn,  Elli-
nizm  dövrünə  daxil  olmuş  “Kallimax”,  “Rodoslu  Appolo-
ni”,  “Feokrit”  bəhsləri  bu  qəbildəndir.  Bu  bəhslərin  rus-
dilli mənbələrdən tərcümə olduğunu ehtimal edirik.  
“Antik ədəbiyyat tarixi”nin birinci hissəsində getmiş 
bütün məqalələrin şübhəsiz Ə. Sultanlıya mənsubluğunu 
söyləmək təəssüf ki, mümkün deyil. Belə ki, alimin Döv-
lət  arxivində  saxlanılan  Fondunda  bu  haqda  heç  bir 
konkret məlumatı aşkarlamaq mümkün olmadı. Dərsliyə 
daxil  olmuş  məqalələrin  makinada  yazılmış  variantının 
şəxsi arxivdə mövcud olmaması da ən azı təəccüb doğu-
rur. İnanmaq istərdik ki, həqiqətən “əlyazmalar yanmır” 
və Ə. Sultanlının həyat və fəaliyyətinə işıq sala biləcək bir 
çox sənədlər, əlyazma qovluqları alimin evində bu  günə 
qədər qorunub saxlanır.  
                                              


101 
 
*** 
Ə. Sultanlının nəzərdən keçirəcəyimiz son əsəri “Də-
də Qorqud və Yunan dastanları”dır. Doğrudur, 1946-cı il-
də  qələmə  alınmış  bu  iri  həcmli  tədqiqat  işini  ən  sonda 
təhlilə  cəlb  etməklə  xronoloji  ardıcıllığı  pozuruq.  Lakin 
həmin işi axıra saxlamaqla biz onun Ə. Sultanlı yaradıcılı-
ğında  və  ümumiyyətlə,  Azərbaycan  klassik  filologiyasın-
da  oynadığı  mühüm  rolu  xüsusi  vurğulamaq  məqsədini 
güdmüşük.  Eyni  zamanda,  “Dədə  Qorqud  və  yunan  das-
tanları” Ə. Sultanlının antik ədəbiyyatın tədqiqi sahəsin-
də gördüyü elmi işlərin ən uğurlusu hesab olunmalıdır.  
Nəzərdən keçirdiyimiz tədqiqatın diqqəti çəkən baş-
lıca əlaməti orada həqiqətən filoloq-alim qələminin özü-
nü aşkar göstərməsidir. Burada Ə. Sultanlı antik ədəbiy-
yata  aid  yazdığı  digər  yazılarından  daha  artıq  dərəcədə 
tədqiqatçıdır. Elmi iş Azərbaycan folkloru, “Kitabi-   Dədə 
Qorqud”  dastanları,  ümumiyyətlə,  dastan  yaradıcılığı 
haqqında çox maraqlı müşahidələrlə zəngindir.  
Alimin tədqiqatçı bacarığı “Kitabi-Dədə Qorqud” das-
tanlarını,  onun  ayrı-ayrı  obrazlarını  antik  ədəbiyyat  nü-
munələri və antik bədii obrazlarla müqayisə edərkən da-
ha aydın şəkildə üzə çıxır. Əsərin demək olar hər səhifə-
sində belə müqayisələrə rast gəlmək mümkündür. Lakin 
onların ən mühümləri, klassik, eyni zamanda milli filolo-
giyamız üçün daha böyük əhəmiyyət kəsb edənləri aşağı-
dakılardır: 


102 
 
1. ”Kitabi-Dədə Qorqud” və qədim yunan eposlarının 
meydana  gəlməsində,  dastan  şəklində  formalaşmasında 
müşahidə olunan oxşarlıq və fərqlər; 
2. qədim dastanlarda (burada və sonra Azərbaycanın 
“Kitabi-Dədə  Qorqud”u  və  yunanların  “İlliada”  və 
“Odisseya”sı  nəzərdə  tutulur)  meydana  çıxan  zaman 
ziddiyyətlər, anaxronizmlər; 
3.  qədim  dastanlarda  eyni  hissələrin  müxtəlif  yer-
lərdə  təkrarlanması,  qəhrəmanların  müəyyən  sabitləş-
miş təşbehlər qazanması; 
4.  qədim  dastanlarda  müşahidə  olunan  səyyar 
mövzuların izahı ilə bağlı aparılan müqayisələr
5.  yuxarıda  qeyd  edilən  səyyar  mövzuların  izahı 
zamanı meydana çıxan əsas obraz müqayisələri. Odissey-
Bamsı Beyrək obrazlarının müqayisəli təhlili
6. Dəli Domrul-Admet obrazlarının müqayisəli təhlili; 
7.  Təpəgöz-Polifem  və  Basat-Odissey  obrazlarının 
müqayisəli təhlili; 
8.  qədim  dastanlarda  qəhrəmanlar  silsiləsinin  mü-
qayisəsi; 
9.  qədim  dastan  müəlliflərinin  mənfi  və  müsbət 
qəhrəmanlara yanaşma tərzinin müqayisəsi
10.  qədim  dastanlarda  ailə-nikah  məsələlərinin, 
qadınlara münasibətin müqayisəsi; 
11.  qədim  dastanlarda    xalq  ozanlarına  münasibətin 
müqayisəli təhlili; 
12.  milli  adət-ənənələrin,  toy  və  yas  mərasimlərinin 
qədim dastanlarda təsvirinin müqayisəli təhlili. 


103 
 
Maraqlıdır ki, müəllif müqayisə apararkən, qədim yu-
nan eposlarının əlamətlərindən çıxış edir, həmin əlamət-
ləri Azərbaycan dastanında tapmağa çalışır. Məs., qədim 
dastanların  meydana  gəlmə  və  təşəkkül  yollarını  müqa-
yisə  edərkən,  Ə.  Sultanlı  yunan  eposunda  olduğu  kimi, 
“Kitabi-Dədə  Qorqud”un  da    təşəkkülündə  aed  (Dədə 
Qorqud) və rapsod (sonradan dastanın boylarını danışan 
aşıqlar) mərhələlərindən keçməsini göstərir. Fikrimizcə, 
belə fikir mübahisəlidir. Dastanın bir yaradıcı şəxs – Də-
də Qorqudun özü tərəfindən yaradılması və sonralar rap-
sodik mərhələdən, yəni aşıqların ifaçılığı mərhələsindən 
keçməsi  haqqında  qəti  fikir  söyləmək,  bizcə,  mümkün 
deyil. Belə ki, Dədə Qorqudun şəxsiyyəti, dastan müəllif-
liyinin həqiqətən onun özünə məxsusluğu haqqında hələ 
ki bütün məqamlara açıqlıq gətirilməmişdir. Ümumiyyət-
lə,  “Kitabi-Dədə  Qorqud”un  formalaşma  tarixini  nəzər-
dən  keçirərkən,  müəllif  çox  zaman  dolaşıqlığa  yol  verir, 
iki müxtəlif nəzəriyyələri bir-birilə qarışdırır. Öncə o, ya-
zır:  “Dastanın  məzmunu,  əks  etdirdiyi  ictimai  şərait  və 
bir sıra şəkli xüsusiyyətləri göstərir ki, onun əsl bədii nü-
vəsi və ilk yaranma tarixi ərəb istilasından çox-çox qabaq 
başlamış,  bədii  şəkildə  formalaşması  isə  həmin  keçid 
dövrünə  təsadüf  etmişdir”.  Bu  mülahizə  “Homer  sua-
lı”nda meydana çıxan “ilk nüvə nəzəriyyəsi”nin Azərbay-
can variantıdır. Lakin sonra müəllif yazır:  “Boyların bir-
birindən  ayrı  olaraq  yarandıqları  da  göz  qabağındadır. 
Boylar arasında tam bir hərəkət vəhdəti yoxdur. Hər boy 
bir qəbilə başçısının və ya gənc qəhrəmanın fəaliyyətinə, 


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə