Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə26/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   22   23   24   25   26   27   28   29   ...   62

104 
 
qəhrəmanlığına  həsr  edilmişdir.  Boyların  üzvi  surətdə 
birləşmələrinə imkan qalmamışdır. Boyların arasında bir 
sıra  keyfiyyət,  başqa  ziddiyyətlərin  olması  fikrimizi  sü-
but edir”. Burada isə Laxmanın Homer poemaları ilə bağ-
lı irəli sürdüyü “Nəğmə nəzəriyyəsi” özünün Azərbaycan 
variantında meydana çıxmışdır. Bu nəzəriyyəyə görə, qə-
dim dastanlar öncə ayrı-ayrı müstəqil qəhrəmanlıq “nəğ-
mələr”indən ibarət olmuş, tarixi inkişaf  prosesində han-
sısa  şəxs, yaxud şəxslər tərəfindən onlar birləşdirilmiş-
dir.  Qədim  dastanlarda  meydana  çıxan  bir  çox  anaxro-
nizmlərin,  ziddiyyətlərin  səbəbi  də  “nəğmələr”in  bu  cür 
mexaniki  birləşdirilməsindədir.    “Kitabi-Dədə  Qorqud” 
dastanlarının formalaşması haqqında danışarkən, Ə. Sul-
tanlının  bu  iki  nəzəriyyədən  (“ilk  nüvə  nəzəriyyəsi”  və 
“nəğmə  nəzəriyyəsi”)  hansı  birinə  üstünlük  verməsi  tə-
əssüf ki, aydın olmur.    
“Dədə Qorqud və Yunan dastanları” tədqiqatında aş-
kar hiss olunan ikinci əlamət Ə. Sultanlının bir alim kimi 
təəssübkeşliyidir. Biz bunu Beyrək-Odissey, Dəli Domrul-
Admet,  Təpəgöz-Polifem  və  Basat-Odissey  obrazlarının 
müqayisəli təhlili zamanı xüsusilə aşkar hiss edirik. Belə 
ki,  bəzən  bu  təəssübkeşlik  alimin  obyektivliyinə  müəy-
yən təsir göstərir. Məs., müəllif dastanın Dəli Domrul və 
yunan mifologiyasının Admet obrazlarını müqayisə edər-
kən,  onların  xarakteristikalarını  verir.  Bu  zaman  Admet 
əslində  olduğu  kimi  deyil,  ifrat  mənfi  surət  kimi təqdim 
olunur:  “Yunan  əsatirində  Admet  xüdbindir.  O,  hər  şey-
dən əvvəl özünü düşünür. Onun xəyalları, əsl mənada bir 


105 
 
xüdbinin xəyallarıdır. Öz canını ona qurban verən Alkes-
ta qarşısında qəti surətdə xəcalət çəkmir. Arvadının me-
yiti başında o, göz  yaşı tökərkən həm zavallı bir adama, 
həm də köməksiz bir uşağa bənzəyir”. Maraqlıdır ki, “An-
tik  ədəbiyyat  tarixi”  dərsliyində  Evripid  yaradıcılığı  nə-
zərdən  keçirilərkən,  “Alkesta”  faciəsinin  baş  qəhrəmanı 
Admet  daha  düzgün  təhlil  edilir  və  belə  mənfi  çalarlar 
qazanmır. 
Təpəgöz-Polifem obrazlarının müqayisəsi zamanı isə 
müəllifin təəssübkeşliyi Təpəgözü daha “mükəmməl” bə-
dii surət kimi təqdim etməsində üzə çıxır. Ə. Sultanlı Tə-
pəgözlə Polefemin bütün oxşar və fərqli cəhətlərini mü-
fəssəl şəkildə göstərəndən sonra (bu fərqli cəhətlərin bə-
ziləri mübahisəlidir) iki əsas nəticəyə gəlir: əvvəla, Təpə-
göz Polifemdən daha qədimdir, ikincisi isə Təpəgöz Poli-
femə  nisbətən  bədii  cəhətdən  daha  dolğundur:  “Dədə 
Qorqud”  Təpəgözü,  Fon  Ditsin  rəyinə  rəğmən,  Polifemə 
qəti surətdə bənzəmir. Təpəgöz tamamilə fərdi xüsusiy-
yətlərə, xüsusilə qiqloplar üçün xas olan əlamətlərə ma-
lik bir bədii surətdir... “Dədə Qorqud” Təpəgözü bədii cə-
hətdən mükəmməl, bütöv bir surətdir”. Müəllifin gəldiyi 
birinci  nəticəyə  heç  bir  iradımız  olmadığı  halda,  ikinci 
nəticəsi  ilə  heç  cür  razılaşa  bilmərik.  Belə  ki,  “Odisse-
ya”dakı Polifem obrazı da özünün “fərdi xüsusiyyətləri”, 
“qiqloplara xas olan əlamətləri”, “mükəmməl”liyi və “bü-
tövlüyü” ilə eyni dərəcədə fərqlənir.  
Bütövlükdə götürdükdə, Ə. Sultanlının “Dədə Qorqud 
və yunan dastanları” əsəri haqqında, onun uğurlu və qü-


106 
 
surlu cəhətləri haqqında danışarkən xüsusi olaraq vurğa-
lamalıyıq  ki,  bu  elmi  tədqiqat  işi  1930-60-cı  illər  Azər-
baycan klassik filologiyası üçün yeni, fərqli hadisədir və 
gələcəkdə  görüləcək  işlərin  düzgün  istiqamətlənməsi 
üçün  böyük  əhəmiyyətə  malikdir.  Bu  mənada  prof.  Ə. 
Sultanlının ümumilikdə antik ədəbiyyatın tədqiqi və təd-
risi sahəsində gördüyü işlər bütün ziddiyyətli cəhətlərinə 
baxmayaraq, Azərbaycanda klassik filologiyanın bir fənn 
kimi inkişafına özünün müsbət təsirini göstərmişdir.  
 
 


107 
 
III FƏSİL 
1960 – 80-CI İLLƏR 
 
 
 
 
 
§1. A. Aslanov və 1960-cı ildən sonrakı tədqiqatlar. 
 
Azərbaycanda  ana  dilində  antik  ədəbiyyatın  tədrisi 
üçün XX əsrin 30-cu illərindən görülməyə başlayan işlər 
60-cı illərin əvvəllərində demək olar başa çatdı. BDU-nin 
filologiya  fakültəsində  “Antik  ədəbiyyat”  kursununun 
tam şəkildə olmasa belə (dərsliklərin məzmunundan gə-
lən nöqsan) tələbələrə çatdırılması üçün zəruri olan dərs 
vəsaitləri  artıq  bu  illərədək  işıq  üzü  görmüşdü.  Düşün-
mək olardı ki, alimlərimiz bu nailiyyətlə kifayətlənməyə-
cək,  respublikamızda  qərb  klassik  filologiyasının  səviy-
yəsini daha da inkişaf etdirməyə çalışacaqlar. Əfsuslar ol-
sun  ki,  hadisələr  bu  istiqamətdə  cərəyan  etmədi.  Səbəb 
kimi bir neçə məqamı göstərmək olar: universitetdə sa-
hənin  inkişfı  üçün  zəruri  olan  struktur  islahatları  baş 
vermədi,  məs.,  1919-20-ci  illərdə  istifadə  olunan  təcrü-
bədən  –  kənardan  müəllim  dəvət  etmək  təcrübəsindən 
istifadə  olunmadı;  istedadlı  tələbələr  İttifaqın  digər  ali 
məktəblərinə (məs., Moskvaya, Tbilisiyə) bu sahədə təh-
sillərini davam etməyə göndərilmədi və s. Nəticədə, filo-
logiyamızın bu istiqamətində 30-60-cı illərdə hiss olunan 


108 
 
canlanma  klassik  filologiyamızın  yeni  inkişafı  ilə  nəticə-
lənmədi. Odur ki, 1960-cı ildən sonrakı tədqiqatlar özü-
nün kəmiyyətcə azlığı, həm də sistemsizliyi ilə fərqlənir-
di.  Antik  ədəbiyyat  yenə  də  filologiyanın  başqa  sahələri 
ilə  məşğul  olan  alimlərin  həvəskar  məşğuliyyət  sahəsi 
olaraq qalırdı. Sırf Qərb klassik filologiyasında heç olma-
sa İttifaq miqyasına çıxa biləcək bir nəfər alim belə yetiş-
mədi (qonşu respublikalardan fərqli olaraq).   
60-cı illərdən sonra da Azərbaycanda antik ədəbiyya-
tın tədrisi və təbliği qayğısına əsasən 60-cı illərdən öncə 
bu işlə məşğul olanlar qalırdılar. Köhnə imzalar arasında 
yalnız  A.  Aslanovun  imzası  yeni  idi.  Ə.  Sultanlının  aktiv 
fəaliyyəti  ilə  bir  müddət  arxa  plana  çəkilmiş  Ə.  Ağayev 
yenidən antik ədəbiyyat sahəsində fəaliyyət göstərməyə 
başlamışdı: 60-cı ildən sonra respublikamızda antik dün-
ya ilə bağlı olan iki hadisə - Homerin “İlliada” və “Odisse-
ya”  poemalarının,  həmçinin  Aristotelin  “Poeziya  sənəti 
haqqında” traktatının nəşrlərinə məhz bu görkəmli alim 
redaktorluq etmişdi.  
 
*** 
1974-cü  ildə  Aristotelin  “Poetika”sı  Azərbaycan 
Dövlət  Nəşriyyatında  “Poeziya  sənəti  haqqında”  adı  ilə 
işıq  üzü  gördü.  Azərbaycan  dilinə  tərcümənin,  kitaba 
daxil  edilmiş  iki  məqalənin  və  şərhlərin  müəllifi  Aslan 
Aslanov idi. 
“Aristotel  və  onun  Poetikası”  kitabda  verilən  birinci 
məqalədir. Fikrimizcə, bu yazı Azərbaycan klassik filolo-


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə