Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə27/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   23   24   25   26   27   28   29   30   ...   62

109 
 
giyasında  bu  günədək  nəinki  Aristotel  və  onun 
“Poetika”sı,  hətta  bütünlükdə  antik  ədəbiyyat  haqqında 
yazılmış  məqalələrdən  keyfiyyət  baxımdan  ən  mükəm-
məllərindən  biridir.  Lakin  yazının  üstünlüyü  tədqiqatın 
dərinliyində, Aristotel yaradıcılığına hansısa yeni baxışın 
gətirilməsində  deyil,  qədim  yunan  estetik  fikir  tarixinə 
aid Azərbaycan oxucusuna verilən yeni məlumatlardadır. 
Belə  ki,  Ə.  Sultanlının  1946-cı  ildə  çap  olunmuş  “Antik 
dövrdə  bədiyyat  və  ədəbiyyatşünaslıq  məsələləri”  özü-
nün  qat-qat  böyük  həcminə  baxmayaraq,  bu  məqalədə 
verilən  məlumatların  çoxunu  vermir.  Ə.  Sultanlıda 
aristoteləqədərki  ədəbi-estetik  fikir  tarixindən  ötəri 
danışılır,  bir  neçə  yunan  filosofunun  adı  çəkilir,  yalnız 
Platon  estetikası  nisbətən  geniş  təhlil  olunurdu.  A. 
Aslanov  isə  e.ə.  VI-IV  əsrlərdə  mövcud  olmuş  fəlsəfə 
məktəblərinin  (Milet  məktəbi  –  Fales,  Anaksimandr, 
Anaksimen; sofistlər; materialistlər – Demokrit; idealist-
lər – Platon) ədəbi-nəzəri, estetik görüşlərinə nəzər salır, 
eyni  zamanda  həmin  dövrlərdə  yaradılmış,  bizim  döv-
rümüzə  qədər  yalnız  adları  qorunub  saxlanmış  esteti-
kaya  dair  əsərlər  göstərilir.  “Sofist  estetikasının  nüma-
yəndələri  Homerin,  Esxilin  və  Anakreontun  əsərlərinin 
təhlilini  vermiş,  Frasimax  treatrla  əlaqədar  “Təəssüflər 
barəsində”  risaləsini,  Simiy,  Simon  və  Kriton  kimi 
sokratçılar  “Musiqi  haqqında”,  “Epos  barəsində”, 
“Gözəllik”,  “Gözəlliyin  mahiyyəti”,  “Poetik  sənət  haq-
qında”  əsərlərini  yazmışdılar...Demokritin  “Ritm  və 
harmoniya”,  “Poeziya  haqqında”  əsərləri  öz  zamanında 


110 
 
geniş  şöhrət  qazanmışdı”
27
.  Aristoteləqədərki  poeziya 
nəzəriyyəsi  və  estetikaya  dair  yazılmış  bu  qədər 
traktatların  adları  ilk  dəfə  idi  ki  Azərbaycan  dilində 
səsləndirilirdi.  Eyni  zamanda,  yuxarıda  sadalanan  əsər-
lərdən  sonra  müəllifin  Aristotel  yaradıcılığı  haqqında 
hamı  tərəfindən  qəbul  olunmuş  bu  fikir  daha  məntiqi 
görünürdü:  “Aristotel,  əsərlərini  yaradarkən  özündən 
çox-çox əvvəllərin bədii və nəzəri təcrübəsinə, dövrünün 
fəlsəfə  və  sənət  xadimlərinin  yaratdıqları  son  dərəcə 
rəngarəng,  dolğun  mənbələrə  əsaslanmışdır”
28
.  Buna 
bənzər fikir Ə. Sultanlıda da səslənir. Lakin A. Aslanovda 
bu  sözlər  havadan  asılı  qalmır,  konkret  nümunələrlə 
təsdüq edilirdi.  
Daha  sonra  müəllif  “Poetika”nın  qərb  dünyasına 
hansı yolla daxil olması tarixinə nəzər salır və bu zaman 
ərəb  peripatetik  filosoflarının  (Əbdül  Bəşər  Mətta,  İbn 
Rüşd,  İbn  Sina)  adlarını  çəkərək,  onların  xidmətlərini 
xüsusi vurğulayır. Lakin burada bir cəhət var ki, müəllif 
“Poetika”nın  qərb  dünyasına  ərəb  tərcüməsində  məlum 
olmasını  rəvayət  şəklində  verir  (“bir  rəvayətə  görə...”). 
Doğrudur, kitabda gedən ikinci məqalədə artıq bu qüsur 
aradan  qaldırılır  və  müəllif  heç  bir  rəvayətə  əsas-
lanmadan  “Poetika”nın  ərəb  tərcüməsini  fakt  kimi 
təqdim edir.  
Məqalənin  maraqlı  və  oxucu  üçün  yeni  olan 
məqamlarından  biri  də  Aristotelin  faciə  haqqında  irəli 
                                                           
27
 Aristotel. Poeziya sənəti haqqında. B., 1974, səh. 25 
28
  Yenə orda 


111 
 
sürdüyü  fikirlərin  şərhinə  həsr  edilmiş  hissəsidir.  A. 
Aslanov  faciənin  folklor  mənşəyi,  inkişaf  yolları, 
mövzuları,  şəkilləri,  eposla  fərqli  və  ümumi  cəhətlərini 
göstərərkən, hələ ki Ə. Sultanlının 1946-cı il dərsliyində 
toxunduğu  məsələlər  çərçivəsindən  o  qədər  də  kənara 
çıxmırdı.  Lakin  katarsis  –  təmizlənmə  nəzəriyyəsinin 
izahında  yeni  məqamları  açıqlayır,  bu  sahədə  alimlər 
arasında  mövcud  olan  mübahisələri  4  qrupa  ayırır. 
Katarsis  nəzəriyyəsinin  etik,  etik-estetik,  tibbi  və  dini 
izahlarını  verən  alimlərin  adları  göstərilir.  Ə.  Sultanlıda 
katarsisin yalnız 2 növ izahı (etik və tibbi) verildiyindən, 
bu hissə problemə dair azərbaycanlı oxucunun biliklərini 
daha  da  dərinləşdirirdi.  A.  Aslanovun  katarsis  nəzəriy-
yəsinə öz münasibəti isə ümumi sözlərdən uzağa getmir 
və  F.A.  Petrovskinin  problem  haqqında  söylədiklərini 
təsdiq eməklə nəticələnir.  
 
*** 
 
A.Aslanovun  kitabında  verilən  ikinci  məqalə          
“Aristotel poetikasının Şərq fəlsəfəsində və ədəbiyyatın-
da  mövqeyinə  dair”dir.  O,  müəllifin  1972-ci  ilin  avqus-
tunda  Rumıniyada  keçirilən  VII  Ümumdünya  Estetika 
Konqresində  oxuduğu  məruzənin  mətnindən  ibarətdir. 
A. Aslanov məqaləsində toxunduğu mövzuya estetik-alim 
kimi yanaşsa da, orada əksini tapmış problemlərin qərb 
klassik filologiyası ilə birbaşa əlaqəsi vardır. Bu da əvvəl-
ki fəsillərdə söylədiyimiz fikri – “Şərq filosoflarının əsər-


112 
 
ləri eyni zamanda klassik filologiyanın tədqiqat obyekti-
nə daxildir” fikrini bir daha sübut edir.  
Ə.  Sultanlının  “Dədə  Qorqud  və  yunan  dastanları” 
əsəri  ilə  birlikdə  A.  Aslanovun  bu  məqaləsi  Azərbaycan 
klassik  filologiyası  tarixində  tədqiqatın  dərinliyi  baxı-
mından ən yüksək pillədə durur. Burada biz həqiqi filolo-
ji araşdırma, elmi hipotezlər, güclü arqumentlər, müstə-
qil və orijinal fikirlər görürük. Məqalənin belə yüksək sə-
viyyəsinin  iki  əsas  səbəbini  göstərmək  mümkündür:  1) 
Yazının mövzusu, tədqiqat obyekti özü-özlüyündə müəl-
lifi belə müstəqil araşdırmaya təhrik edirdi. Ədalət nami-
nə qeyd etmək lazımdır ki, burada qaldırılan problemləri 
hərtərəfli araşdırmaq üçün bəlkə də bir insan ömrü yet-
məz. Müəllifin özü də bunu başa düşür və bu sahədə öy-
rənilməli  məsələlərin  çox  olduğunu  bildirir;  2)  Məqalə 
mətninin beynəlxalq konqresdə oxunması üçün yazılma-
sı da müəllifi dərin araşdırmaya sövq edən amillərdən bi-
ri  sayılmalıdır.  Belə  ki,  A.  Aslanov  konqresdə  SSRİ  kimi 
böyük  dövlətin  filoloji  elmini  təmsil  edirdi.  SSRİ  isə  o 
dövrdə bir çox elm sahələrində olduğu kimi, klassik filo-
logiyada da kifayət qədər yüksək səviyyəyə malik idi. Bu 
dövlətin  təmsilçisindən  də  bu  səviyyəyə  uyğun  çıxış  et-
mək tələb olunurdu.  
Məqalənin  təsvirçilikdən  uzaq  olması  elə  ilk  cümlə-
lərdən üzə çüxır. Müəllif Şərq və Qərb estetikalarının əla-
qələri  məsələsinə  bu  vaxta  qədər  birtərəfli  münasibətin 
olduğunu qeyd edir:  “Şərq və Qərb estetikasının əlaqəsi 
məsələlərinin  öyrənilməsində  bizi  maraqlandıran  mü-


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə