Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə28/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   24   25   26   27   28   29   30   31   ...   62

113 
 
hüm  məsələlərdən  biri  də  məhz  Aristotel  poetikasının 
orta əsr Şərq poetikalarına təsiri məsələsidir. Problemin 
əvvəlki tədqiqatçıları demək olar ki, eyni mövqelərdə da-
yanırlar. Onlar mahiyyətcə məsələnin bir tərəfini nəzər-
də tutaraq – Aristotel və Şərq poetikalarının tam müstə-
qilliyi və qeyri-asılılığı ideyasını ön plana çəkirlər”
29
. Mü-
əllif bu alimlərə misal kimi Kraçkovskinin fikirlərini gös-
tərir. Lakin A. Aslanov bu alimlərin fikirlərini rədd etmə-
dən,  məsələyə  öz  nöqteyi-nəzərini  ifadə  edir:  “Bizcə, 
Aristotel və şərq poetikalarının, Aristotel və Şərq esteti-
kasının  əlaqə  və  münasibəti  məsələsini  digər  müxtəlif 
materiallar  üzrə  öyrənilməsini  davam  etdirmək,  şübhə-
siz ki, əhəmiyyətsiz olmazdı”
30
. Müəllif üç mühüm məsə-
ləni aydınlaşdırmaq  üçün bu sahədə tədqiqatları davam 
etməyin zəruriliyini  bildirir: 1)  Hər iki poetika arasında 
oxşar  məqamların  nədən  ibarət  olduğunu  aydınlaşdır-
maq;  2)  Orta  əsr  şərq  xalqları  poetikalarına  Aristotel 
“Poetika”sının təsir dairəsini müəyyənləşdirmək; 3) Şərq 
və Yunan estetikasının (Demokrit, Platon, Aristotel) mü-
qayisəli təhlili əsasında şərqin daha qədim estetik ideya-
larının dəyişikliyə uğramasını göstərmək. Daha sonra A. 
Aslanov göstərilən hər üç problemə aid öz araşdırmaları-
nı təqdim edir. 1-ci məsələ ilə əlaqədar Fərabinin musiqi 
haqqında,  onun  təmizləyici,  “tibbi-müalicə  əhəmiyyəti” 
haqqında  yazdığı  fikirlərin  Aristoteldə  musiqi  haqqında 
söylənilən  fikirlərə  oxşarlığı  göstərilir.  2-ci  məsələ  ilə 
                                                           
29
 Aristotel. Poeziya sənəti haqqında. B., 1974, səh. 76 
30
 Yenə orda, səh. 78 


114 
 
əlaqədar  Nizaminin  bədii  söz  haqqında  fikirlərinə,  İbn 
Düreyd və İbn Xəldunun poeziya haqqında nəzəriyyələri-
nə  Aristotel  “Portika”sının  müvafiq  yerlərinin  təsir  gös-
tərdiyi bildirilir.  
Nəhayət,  məqalənin  ən  maraqlı  hissəsi  fikrimizcə 
müəllifin 3-cü məsələ ilə əlaqədar apardığı araşdırmalar-
la  bağlı  gəldiyi  nəticələrdir.  “İndiyədək  tədqiq  olunma-
mış məsələlərdən biri Şərqin daha qədim estetik ideyala-
rının Aristotel poetikasına bəzi zənn edilən təsiri məsələ-
sidir”
31
.  Bu  məsələ  həqiqətən  çox  az  tədqiq  olunmuş 
(bəlkə də heç tədqiq olunmamış) sahədir və Azərbaycan 
filologiyası bu məsələnin araşdırılması yükünü öz üzəri-
nə götürsə, bütövlükdə klassik filologiyada irəliyə doğru 
böyük addım atmış olar. Bu sahədə mövcud olan çox say-
da  problemlərdən  üçünü  A.  Aslanov  hələ  1972-ci  ildə 
qeyd edirdi: 1) Aristotelin ədəbiyyat nəzəriyyəsi və este-
tikaya  dair  yazdığı  bir  çox  əsərlərinin  dövrümüzə  gəlib 
çatmaması; 2) yunan müəlliflərinin və o cümlədən Aris-
totelin bizə gəlib çatmış əsərlərinin natamam olması; 3) 
Qədim  Şərqin  ən  erkən  fəlsəfi-ədəbi  abidələrindən  olan 
“Avesta”nın bu günədək kifayət qədər öyrənilməməsi.  
Hazırda,  XXI  əsrin  əvvəllərində  bu  problemlər  bir 
qədər də artmışdır: 1) Yüksək ixtisaslı filoloqların qıtlığı; 
2) Şərq və Qərb dillərinə yiyələnmə və Qədim Şərq, Qərb 
ədəbi  abidələrini  birbaşa  orijinaldan  oxunmasında 
problemlər  və  s.  Lakin  problemlər  nə  qədər  çox  olursa-
                                                           
31
Aristotel. Poeziya sənəti haqqında. B., 1974, səh. 79 


115 
 
olsun  biz  onları  sadalamaqla  qalmamalı,  mümkün  olan 
araşdırmalara  başlamalıyıq.  Belə  araşdırmanın  ən  gözəl 
nümunəsini  A.  Aslanov  öz  məqaləsində  vermişdir.  O, 
“təmizlənmə”  –  katarsis  kateqoriyasının  “Avesta”da  çox 
mühüm mövqeyə malik olmasını göstərir. “Məlumdur ki, 
“təmizlik  və  təmizlənmə”  kateqoriyası  “Avesta”nın  es-
tetik  prinsiplərində  mühüm  yer  tutur...  Zərdüştiliyin 
əxlaqi  triadası  üç  şeyin  –  fikrin,  danışığın  və  əməlin 
paklığını,  təmizliyini  nəzərdə  tutur...  Demokrit  öz 
estetikasında  Avestanın  həmin  triadasını  eynilə  təkrar 
edərək,  üç  şeyə  əməl  etməyi:  yaxşı  düşünmək,  yaxşı 
danışmaq,  yaxşı  iş  görməyi  öyrədir”
32
.  Fikrimizcə,  A. 
Aslanovun  70-ci  illərdə  başladığı  araşdırmalar  davam 
etdirilməli, bu sahədə daha dərin tədqiqatlar aparılmalı, 
işə daha böyük material cəlb olunmalıdır.  
 
*** 
 
1986-cı  ildə  “Dünya  ədəbiyyatı  kitabxanası”  seriyası 
ilə  Homerin  “İlliada”  və  “Odisseya”  poemaları  ilk  dəfə 
Azərbaycan  dilində  kitab  halında  nəşr  edildi.  Bu  seriya 
üçün  Azərbaycanın  görkəmli  ədibləri  və  filoloqlarından 
ibarət  Redaksiya  heyəti  seçilmiş,  onun  üzvlərindən  biri 
olan  Ə.  Ağayevin  “Homer  və  onun  dastanları”  məqaləsi 
də  kitaba  daxil  edilmişdi.  Məqalə  “ön  söz”  tiplidir  və 
Homer,  onun  poemaları  haqqında  məlumatverici 
xarakter  daşıyır.  Yazının  bu  keyfiyyəti  ümumiyyətlə  ön 
                                                           
32
 Aristotel. Poeziya sənəti haqqında. B., 1974, səh 81 


116 
 
sözlərə  xasdır  və  burada  hər  hansı  nöqsan  axtarmaq 
doğru olmazdı. Biz daha çox kitabın Azərbaycan oxucusu 
üçün  nə  dərəcədə  əhəmiyyətli  olmasını  qeyd  etmək 
istərdik.  Belə  ki,  inkişaf  etmiş  xalqların  ədəb-mədəni 
həyatında  Homer  poemalarının  nəşri  bir  qayda  olaraq 
böyük  mədəni  hadisəyə  çevrilir.  Məsələn,  XIX  əsrin 
birinci  yarısında  Rusiyada  Qnediçin  tərcüməsində 
Homer  poemalarının  nəşrini  xatırlamaq  olar.  O  dövrdə 
az  qala  bütün  Rusiya  mədəniyyət  aləmi  ayağa  qalxıb 
Homerə  və  poemaları  rus  dilinin  “gözəl  libası”nda  təq-
dim edən Qnediçə baş əymişdi. Antik dünya ilə, filologiya 
ilə,  ədəbiyyatla  az-çox  bağlılığı  olan  hər  bir  rus  bu  nəşr 
haqqında  fikirlərini  bildirməyi  özünə  borc  hesab  edirdi. 
Burada  təəccüblü  heç  nə  yox  idi.  Özünü  mədəni  hesab 
edən  hər  hansı  ölkədə  Homerə  və  onun  poemalarına 
bundan  başqa  münasibət  gözləmək  mümkün  deyil.  Bu 
poemalar düşünməyi və yaşamağı sevən hər insan üçün 
böyük  həyat,  bitib-tükənməz  zövq  mənbəyidir.  Homer 
poemaları  klassik  filologiya  ilə  məşğul  olanlar  üçün 
yalnız  tədqiqat  obyekti  olmaqla  qalmır.  Onlar  bütün 
zamanlarda  və  elmin  bütün  sahələrində  fəaliyyət 
göstərən düşüncə sahibləri üçün zəruridir. Bu poemalar 
bütün  dövrlər  üçün  əzəli-əbədi  olan  həyat  normalarını 
göstərir, insanlara öyüd-nəsihət vermir, bizləri özümüzə 
tanıdır,  qarşımızda  böyük  və  pak  mənəviyyat  güzgüsü 
tutur.  
Bu  mənada  Azərbaycan  dilində  “İlliada”  və 
“Odisseya”  nın  nəşri  respublikada  antik  ədəbiyyatın 


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə