Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə29/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   25   26   27   28   29   30   31   32   ...   62

117 
 
nüfuzuna,  qərb  klassik  filologiyasına  marağın  yüksəl-
məsinə  müsbət  təsir  göstərməklə  yanaşı,  qəti  olaraq  bu 
fikirdəyik  ki,  tək  Azərbaycan  ziyalısının  deyil,  eyni 
zamanda  bütün  xalqın  inkişafa  doğru  inamlı  bir  addım 
atmasına yardımçı olmuşdur. Odur ki, bizim 30 il bundan 
əvvəlki nəşr üçün belə böyük, həm də gecikmiş mədhiyyə 
yazmağımız yəqin oxucuda heç bir etiraz doğurmayacaq. 
Əgər  həmin  dövrdə  gur  səslənməli  olan,  lakin  hansı 
səbəblərdənsə səslənməyən bu fikirlər gec də olsa ifadə 
olunursa,  bunun  özü  də  günahın  yarısından  qayıtmaq 
kimi dəyərləndirilə bilər. 
    
 
§2. Azərbaycan Respublikasında klassik 
filologiyanın inkişaf perspektivləri. 
 
18  oktyabr  1991-ci  ildə  “Dövlət  müstəqilliyi  haq-
qında Konstitusiya aktı” qəbul etməklə Azərbaycan xalqı 
XX  əsrdə  ikinci  dəfə  müstəqilliyə  qovuşmuşdur.  70  illik 
sovetlər  dövründə  Azərbaycan  elminin  bəzi  sahələri 
(məs.,  neft-kimya  sahəsi)  xeyli  inkişaf  etmiş,  İttifaq 
səviyyəsində ən qabaqcıl yerlərə yüksələ bilmişdi. Bu cür 
icazə verilmiş və daim nəzarət altında saxlanan inkişaf o 
cümlədən  milli  filologiyamızın  da  bəzi  sahələrinə 
toxunmuşdu. Xüsusilə, 70 illik dövrün son onilliklərində - 
1960-80-ci  illərdə  Azərbaycan  dili,  ədəbiyyatı  (əsasən, 
XI-XII  əsrlərdən  tutmuş  üzü  bəri)  üzrə  aparılan  maraqlı 


118 
 
tədqiqat  işlərini  nümunə  göstərmək  olar.  Şübhəsiz  ki, 
Moskvanın  bütün  SSRİ  ərazisində  “vahid  sovet  xalqı” 
yaratmaq  arzusu  ilə  yaşadığı  dövrdə  milli  dilə  və 
ədəbiyyata  belə  marağın  o  illərin  respublika  rəhbərliyi 
səviyyəsində  dəstəklənməsi  asan  iş  deyildi.  Lakin  bu 
faktın özü də xalqın həmin illərdə necə ağır mənəvi işğal 
altında  olmasını  göstəricisidir.  Xalq  milli  dilini  və 
ədəbiyyatını tədqiq etmək kimi ilk baxışdan adi, normal 
hüququndan  istifadə  edirdi,  lakin  bu  sahədə  görülən 
bütün  işlər  qəhrəmanlıq  sayılırdı.  Deməli,  həmin  illərdə 
xalq öz mövcudluğunun təhlükə altında olduğu dövrünü 
yaşayırdı,  çünki  milli  mənsubiyyətini  bildirən  son 
dəyərləri – dili və ədəbiyyatı uğrunda mübarizə aparırdı.   
Əlbəttə,  belə  ictimai-siyası  şərait  daxilində  Azərbay-
can  elminin  və  konkret  olaraq  filologiyamızın  dünya 
miqyasına çıxması çətinləşırdi. Filologiyamız əsasən özü 
çalıb, özü oynayırdı. Yəni, milli ədəbi problemlərimizi öz 
aramızda  aydınlaşdırır  və  buna  görə  rəhbərlikdən 
“molodes” – elmi dərəcələr, mükafatlar alırdıq.  
Lakin  o  zaman  ki,  filologiyamız  (o  cümlədən,  tarixi-
miz,  etnoqrafiyamız  və  s.)  daha  qədim  dövrlərə  baş 
vurur, öz köklərini, Şərqin və Qərbin qonşu regionları ilə 
qarşılıqlı  əlaqələrini  araşdırmaq  istəyirdi,  bu  yerdə 
alimlərimizin  qarşısına  ciddi  məhdudiyyətlər  və  qada-
ğalar qoyulurdu. Azərbaycan alimi, eyni zamanda filoloq-
larımız üzlərini qədim keçmişdən, öz köklərindən başqa 
istənilən  tərəfə  çevirə  bilərdilər.  Şübhə  yoxdur  ki, 
respublikamızda antik dünyanı – qədim yunan və Roma 


119 
 
mədəniyyətini,  tarixini,  ədəbiyyatını,  dilini,  etnoqra-
fiyasını  ciddi  və  dərindən  öyrənilməsi  işinə  yaradılan 
süni  ənggəllər  da  məhz  Moskvanın  yürütdüyü  siyasətin 
tərkib  hissəsi  idi.  Belə  ki,  bizə  nəinki  xalqın  həqiqi 
tarixini  öyrənmək  qadağan  edilmişdi,  eyni  zamanda 
qədim  dövrlərdən  regionumuzla  qonşu  olmuş,  yaxın 
ictimai-siyası,  iqtisadi,  mədəni  əlaqələr  saxlamış  xalq-
ların da keçmişini  öyrənmək işində də ciddi problemlər 
vardı.  Bu  mənada  antik  dünya  Yaxın  və  Orta  Şərq, 
həmçinin  Qafqaz  regionu  ilə  zaman  və  ərazicə  ən  yaxın 
təmasa  girdiyi  mədəniyyət  hadisəsi  olduğundan, 
Moskvanın  bu  sahə  ilə  bağlı  Azərbaycanda  yürütdüyü 
siyasət  tamamilə  aydın  idi.  Ona  görə  biz  yuxarıda 
“Azərbaycan  elminə,  təhsil  sisteminə  SSRİ  dövründən 
çox ağır miras qalmışdır” deyərkən, daha çox bu məsələ-
ləri  nəzərdə  tuturduq.  Azərbaycan  elminin,  konkret 
olaraq, filologiyamızın bu vaxtadək məşğul olduğu bütün 
problemlər,  o  cümlədən  təhsil  sistemimiz  bütünlükdə 
yuxarıda açıqladığımız siyasətin yetişdirməsi idi.  
Lakin  bu  o  demək  deyil  ki,  vəziyyət  çıxılmazdır.  Bu 
yerdə yenə fəslin əvvəlinə qayıtmalı oluruq. Azərbaycan 
1991-ci  ildən  öz  dövlət  müstəqilliyinə  qovuşmuşdur. 
Artıq həyatımızın bütün sahələri kimi elmimiz də əsarət 
altından,  alçaldıcı  tabeçilikdən  qurtulmuşdur.  Hazırda 
biz  elmimizi,  təhsilimizi  hansı  istiqamətə  yönəltməyi 
özümüz müəyyənləşdirə bilirik. Bunun üçün gərəkli olan 
ən  vacub  şərt  -  sabit  ictimai-siyasi  mühit  və  elmin, 
təhsilin  hər  hansı  “böyük  qardaş”dan  müstəqilliyi  möv-


120 
 
cuddur.  Indi  yalnız  bu  əlverişli  şəritdən  elmimizin  inki-
şafı  və  dünya  miqyasına  çıxarılması  üçün  maksimum 
istifadə  etmək  qalır.  Bu  sahədə  öncə  hansı  addımlar 
atılmalıdır? 
Fikrimizcə,  əvvəla  filologiyamızın  istiqamətini 
düzgün  müəyyənləşdirməliyik.  Azərbaycan  öz  dövlət 
müstəqilliyinə nisbətən  yeni qovuşduğuna görə, hazırda 
bütün  elmi  ictimaiyyət,  ziyalılar  qarşısında  bir  əsas 
məsələ  durur:  keçən  müddətdə  mənəviyyat  sahəsində 
xalqın  itirdiklərini  özünə  qaytarmaq.  Müasir  tariximizin 
ən  yeni  siyasi  hadisələri  bu  işin  zəruriliyini  bir  daha 
sübut  etdi.  Xalqın  parçalanması,  vətəndaş  müharibəsi 
təhlükəsinin  tamamilə  real  olduğu  bir  şəraitdə  biz  ən 
düzgün çıxış yolunu keçmişimizə müraciət etməklə tapa 
bilərik. Bu xalqın qədim tarixini, köklərini, mədəniyyətini 
araşdırıb  onun  özünə,  qonşularımıza  və  bütün  dünyaya 
tanıtmaq  ən  mühüm  vəzifələrimizdəndir.  Bu  vəzifəni 
həyata  keçirmək  üçün  filologiyamız  da  əlbəttə  öz  töh-
vəsini verməlidir.  
Filologiyamızın  əsas  istiqamətlərini  müəyyənləşdir-
məkdə Azərbaycanın yerləşdiyi coğrafi ərazi də bizə çox 
kömək  edə  bilər.  Avropa  ilə  Asiyanın  qovuşağında 
yerləşən  Azərbaycan  bu  iki  qitənin  ən  mütərəqqi  təcrü-
bəsindən  istifadə  etməlidir.  Lakin  keçmişimiz,  soykö-
kümüz  şərqlə  bağlı  olduğundan,  elm  də  təbii  olaraq 
müasir  mərhələdə  üzünü  şərq  dünyasına  çevirməlidir. 
Bu zaman biz qərb elminin (tarix, filologiya, etnoqrafiya. 
arxeologiya  və  s.)  ən  uğurlu  nailiyyətlərindən  bəhrə-


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə