Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə3/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   62

11 
 
sitat  antik  ədəbiyyatın  bütün  sonrakı  dövrlər  üçün  əhə-
miyyətini fikrimizcə aydın şəkildə göstərir.  
Azərbaycanda  da  antik  ədəbiyyat  tədqiqinin,  bütöv-
lükdə  antik  ədəbiyyat  tədrisinin  və  təbliğinin  mühüm 
əhəmiyyəti vardır. Belə ki, ölkəmizdə bu sahədə fəaliyyət 
göstərmiş tədqiqatçı alimlərin  fəaliyyəti yalnız filologiya 
sahəsinə böyük töhvələr vermək baxımından deyil, eyni 
zamanda  gənc  alimlərdə  dünyagörüşün  genişlənməsi, 
nəzəri biliklərin artması, digər humanitar fənlərlə qarşı-
lıqlı əlaqələr cəhətindən də böyük maraq doğurur. Antik 
ədəbiyyat hər zaman istər ədiblər, istərsə alimlər qarşı-
sında yeni-yeni üfüqlər açmış, bütün dövrlərdə tədqiqat-
çılar  bu  ədəbiyyatdan  həmin  dövrün  elmi,  mədəni,  icti-
mai təlabatlarını ödəmək üçün müxtəlif səpkili mövzular 
aşkarlamış  və  diqqət  mərkəzinə  çəkmişlər.  Azərbaycan-
da antik ədəbiyyata marağın kökləri orta əsrlər Azərbay-
can  filosoflarının  yaradıcılığından  (Ə.  Bəhmənyar,  Ş.    
Marağayi, Ə. Xunəci, S. Urməvi, N. Tusi və b.) intişar tapsa 
da, bu sahə ilə məhz filoloq-alimlərimiz nisbətən peşəkar 
səviyyədə yalnız XX əsrdən etibarən məşğul olmağa baş-
lamışlar.  
Ölkəmiz  bir  dövlət  kimi  keçmiş  SSRİ  tərkibinə  daxil 
olmaqla yalnız ümumi ictimai-siyasi, iqtisadi məkana de-
yil, həm də ümumi elmi, mədəni və təhsil məkanına daxil 
oldu və bu da digər sahələrlə yanası, filoloji elmin inkişa-
fına  da  təsirsiz  ötüşmədi.  Bu  təsirin  konkret  əlamətləri 
aşağıdakı  fəsillərdə  göstəriləcək,  lakin  bir  cəhət  xüsusi 
olaraq vurğulanmalıdır ki, sovet dövründə Azərbaycanda 


12 
 
antik ədəbiyyatın tədqiqi və tədrisi bütün çatışmazlıqla-
rına  baxmayaraq,  filologiya  elminin  inkişafına  özünün 
əhəmiyyətli  töhvələrini  vermiş,  bu  sahədə  bir  sıra  ciddi 
elmi  araşdırmaların  meydana  gəlməsinə  səbəb  olmuş-
dur. Antik ədəbiyyat sahəsində fəaliyyət göstərmiş alim-
lərin (Ə. Ağayev, Ə. Sultanlı, A.M. Mudrov, A. Aslanov və 
b.) elmi əsərləri və dərslikləri həmin dövrdə filologiyanın 
digər sahələrində meydana gələn elmi işlərdən tədqiqat 
dərinliyinə  və  nəzəri  səviyyəsinə  görə  fərqlənirdi.  Bu 
alimlərin  bir  sıra  tədqiqatları  fəlsəfənin,  folklorşünaslı-
ğın inkişafına da əhəmiyyətli təsir göstərmişdir.            
 
 
§ 2. Qərbdə antik ədəbiyyatın tədqiqi tarixi. 
 
Antik  ədəbiyyatın  tədqiqi,  ümumilikdə  antik  ədəbi-
bədii və estetik düşüncə bu ədəbiyyatın özü qədər zəngin 
tarixə malikdir. Homer və Hesiod yaradıcılığında (e.ə. VI-
II-VII  əsrlər)  ayrı-ayrı  obrazların  dilindən  səsləndirilən 
ədəbiyyat  haqqında  fikirlər,  Heraklit,  Demokrit,  Platon 
və  Aristotel  yaradıcılığında  (e.ə.  VI-IV  əsrlər)  ədəbiyyat 
nəzəriyyəsi haqqında prinsipial ideyalar,  Ellinizm dövrü 
filoloqlarının (e.ə. III-II əsrlər) mətn şərhləri, Roma döv-
rü ritoriklərinin nitqlərindəki ədəbi-estetik mülahizələr, 
İntibah və Klassisizm dövrü müəlliflərinin (XVI-XVII əsr-
lər) poetikaya dair əsərləri, Maarifçilik dövrü (XVIII əsr) 
və  XIX-XX  əsrlər  klassik  filologiyasında  antik  ədəbiyyat 
nümunələrinin fəlsəfi-estetik, tarixi-filoloji analizi bu in-


13 
 
kişaf  tarixinin  ən  maraqlı  və  yaddaqalan    məqamların-
dandır.                
Bu dövrlərin hər birində antik ədəbiyyatın tədqiqi və 
təbliği eyni səviyyədə olmamış, forma və metod xüsusiy-
yətləri, irəli sürdüyü problemlərin müxtəlifliyi ilə bir-bi-
rindən fərqlənmişlər. İctimai-siyasi, mədəni şərait də bu 
sahəyə  ciddi  təsirini  göstərmişdir.  Ona  görə  biz  bu  gün 
Qərbdə antik ədəbiyyatın tədqiqi tarixinə nəzər salarkən, 
orada inkişaf və tənəzzül dalğalarını aydın şəkildə müşa-
hidə edirik.  
Antik  ədəbi-tənqidi  fikrin  əsas  xüsusiyyəti  onun  əv-
vəlcə bədii ədəbiyyatla (epos, lirika və komediya), sonra 
isə  fəlsəfə  və  ritorika  ilə  birlikdə,  onların  tərkib  hissəsi 
kimi təqdim olunmasıdır. Bu dövrün estetik fikir tarixi ilə 
tanışlıq istər-istəməz ədəbiyyat, fəlsəfə və ritorika tarixi 
ilə tanışlıqla nəticələnir. Bu mənada ibtidai-icma qurulu-
şunun  dağılması,  quldarlıq  ictimai  münasibətlərinin 
meydana  gəlməsi  dövrünün  ədəbi  məhsulu  olan  “İllia-
da”da çar Alkinoyun Odissey nəğmələrinin məzmunu və 
forma gözəlliyi haqqında söylədiklərini Avropanın ən er-
kən  estetik  düşüncə  məhsulu  kimi  qəbul  etmək  müm-
kündür. Antik müəlliflərdən yaradıcılığında ədəbi-tənqi-
di fikirlərə ən böyük yer ayıran isə şübhəsiz Aristofan ol-
muşdur  (“Buludlar”,  “Qurbağalar”,  “Fesmoforiya  bayra-
mında  qadınlar”).  “Qurbağalar”  komediyasında  Esxillə 
Evripidin  qarşılaşması  səhnəsi  xüsusilə  maraq  doğurur. 
Səhnədə bu günün ədəbiyyat nəzəriyyəsi və tənqidi üçün 
də aktuallığını itirməyən suala cavab axtarılır: bədii əsə-


14 
 
rə ilk növbədə hansı meyarlarla yanaşmaq lazımdır? Əsə-
rin  bədii-sənətkarlıq  xüsusiyyətlərinin,  yaxud  ideya-
məzmun  cəhətinin  daha  mühüm  olması  mübahisəsində 
ikinci  qalib  gəlir  və  əslində,  Aristofan  bu  nöqteti-nəzəri 
(tərbiyəvi  məzmunun  ön  plana  çəkilməsi)  ilə  bilavasitə 
yaşadığı dövrün yaranmaqda olan yeni fəlsəfə məktəblə-
rinə  (stoiklər,  kiniklər,  sofistlər)  münasibətini  açıqlayır-
dı.  
Klassik antik dövr (e.ə. V-IV əsrlər) estetik fikir tari-
xinin ən böyük nailiyyətləri isə yunan fəlsəfəsinin iki gör-
kəmli nümayəndəsi – Platon və Aristotelin adları ilə bağ-
lıdır.  Platonun  sırf  estetikaya,  ədəbi-nəzəri  norma  və 
qaydalara dair əsəri yoxdur. Lakin IV əsrdə hər hansı el-
mi biliyin başlıca ifadə forması olan fəlsəfi dialoqlarında 
(“Fedr”,  “İon”,  “Dövlət”,  “Qanunlar”,  “Qorgi”,  “Kratil”, 
“Protaqor”, “Pir” və s.) filosofun geniş ədəbi-nəzəri fikir-
lərinə rast gəlmək mümkündür. Platonun ədəbiyyat haq-
qında  söylədiyi  düçüncələri  onun  ümumi  idealist  fəlsəfi 
konsepsiyasına uyğun gəlir: maddi dünya ideyalar aləmi-
nin  –  həqiqi  və  əbədi  dünyanın  sönük  inikası  olduğun-
dan,  belə  maddi  dünyanın  özünü  “təqlid”  etmək  “həqi-
qət”dən  daha  da uzaqlaşmaq  deməkdir;  həqiqətə  yaxın-
laşdıran yeganə insan fəaliyyəti fəlsəfədir; “təqlid” sənəti 
həm də insanların tərbiyəsinə və dövlətin ümumi nizam-
intizamına ciddi xələl gətirir; faciə və komediyalarda yal-
nız  gözəllik  deyil,  eyni  zamanda  eybəcərlik,  qəddarlıq, 
yalan, çılğın ehtiraslar nümayiş etdirilir ki, bunlar da ide-
al  dövlət  daxilində  yolverilməzdir.  Homerin  “alleqorik” 


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə