Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə30/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   26   27   28   29   30   31   32   33   ...   62

121 
 
lənməliyik. Deməli, müasir qərbin nailiyyətlərindən isti-
fadə etməklə qədim şərqi öyrənmək və bu zaman şərqin 
bir vaxtlar qərb dünyasına verdiyi töhvələri aşkarlamaq, 
qarşılıqlı  təmasları,  əlaqələri  üzə  çıxarmaq.  Əminik  ki, 
filologiyamızın  bir  elm  kimi  yaxın  onilliklər  ərzində 
məhz bu istiqamətdə irəliləməlidir. Bunun üçün konkret 
hansı addımlar atılmalıdır?  
Ilk  addım  atılmışdır  –  müstəqillik  illərinin  ən 
başlanğıcında  ali  məktəblərə  qəbul  imtahanları  test 
sisteminə  keçirilmişdir.  Fikrimizcə,  gələcək  elmi  poten-
sialın  formalaşmasında  bu  addımın  əhəmiyyəti  misil-
sizdir. Fəqət, ali təhsil sistemində ciddi islahatlar davam 
etdirilməlidir.  Xüsusilə,  humanitar  fakültələrin  struktu-
runa yenidən baxmaq ehtiyacı duyulur . Bu sahədə BDU-
nun  müəyyən  təcrübəsi  vardır  (1920-30-cu  illərdə  baş 
vermiş dəyişikliklər). Fikrimizcə, filologiya fakültəsini ya 
Şərqşünaslıq fakültəsi ilə birləşdirmək, ya da filologiyada 
oxuyan tələbələrə şərq dillərini daha dərindən öyrənmək 
imkanı  yaratmaq  lazımdır.  Burada  iki  yol  ola  bilər:  ya 
məcburi qayda tətbiq etmək – məsələn, gələcək ixtisasını 
seçmiş  filoloqlar  əgər  qədim  dövrlərlə  məşğul 
olacaqlarsa,  mütləq  şərq  dillərindən  birini  (ərəb,  fars) 
mükəmməl surətdə öyrənməlidirlər. İkinci yol isə bir çox 
müasir  qərb  universitetlərində  tətbiq  olunan  üsuldur: 
tələbələrə tam sərbəstlik vermək. Tələbə ixtisas və xarici 
dil  seçimində  özü  qərara  verməlidir.  Hansı  tələbəyə 
lazımdısa, onun üçün Şərqşünaslıq fakültəsinin tələbələri 
ilə bərabər səviyyədə şərq dillərindən birini mükəmməl 


122 
 
öyrənmək  imkanı  yaradılmalıdır  (hazırda  filologiya 
fakültəsində şərq dillərindən keçilən bir neçə semestrlik 
xarici dil dərslərinin effekti çox azdır).  
Universitetdə  mütləq  “Klassik  filologiya  kafedrası” 
yaradılmalıdır.  Ilk  dövrdə  dərs  demək  üçün  keçmiş 
İttifaqın  mərkəzlərindən  (məs.,  qonşu  Gürcüstandan) 
peşəkar  mütəxəssislər  dəvət  etmək,  eyni  zamanda  öz 
məzunlarımızı 
həmin 
mərkəzlərə 
aspiranturaya 
göndərmək  lazımdır.  Biz  qədim  yunan  dünyasını  Yaxın 
və  Orta  Şərqlə  əlaqəli  şəkildə  öyrənmək  istəyiriksə,  bu 
sahədə  fəaliyyət  göstərəcək  mütəxəssislərimiz  ana 
dilindən  başqa,  bu  regionda  daim  yanaşı  yaşamış  iki  dil 
ailəsinin  hərəsindən  heç  olmasa  bir  dil  öyrənməlidir: 
Sami  dillər  qrupundan  ərəb  dilini,  hind-Avropa 
dillərindən  rus,  yaxud  fars  dillərini  (yaxşı  olar  ki,  hər 
ikisini),  dünyada  ən  geniş  yayılmış  beynəlxalq  dil  kimi 
isə  ingilis  dilini  bilmək  zəruridir.  Bütün  bu  dillərin 
öyrənilməsi  orta  məktəbdən  başlanmalıdır.  Hələ  SSRİ 
dövründən orta məktəblərdə rus və ingilis dilləri kifayət 
qədər  yaxşı  səviyyədə  tədris  olunurdu.  Bu  tədrisin 
səviyyəsini  saxlamaq  və  mümkün  qədər  daha  da 
gücləndirmək lazımdır. İngilis dili kursu yuxarı siniflərdə 
(IX-XI  siniflər)  artıq  tamamlandığından,  bu  siniflərdə 
ərəb dilinin ibtidai kurs səviyyəsində tədrisinə başlamaq 
mümkündür. Bu ibtidai kurs təhsilini başa vuranlar üçün  
universitet  səviyyəsində  ərəb  dilini  mükəmməl  öyrən-
mək daha asan olar (özünəməxsus hazırlıq dövrü).  


123 
 
O  ki  qaldı  qədim  yunan  dilinə,  universiteti  bitirərək 
klassik  filologiya  sahəsində  tədqiqat  aparmaq  istəyən 
gənc  filoloqlar  təbii  olaraq  bu  dilə  böyük  ehtiyac  hiss 
edəcəklər.  Fikrimizcə,  onların  bu  ehtiyaclarını  ödəmək 
üçün Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Dil 
mərkəzi  yaratmaq  mümkündür.  Yalnız  bu  yolla  biz 
Azərbaycanda  elm  və  təhsil  səviyyəsini  müasir  dövrün 
ən  yüksək  dünya  standartlarına  yaxınlaşdıra  bilərik. 
Unutmayaq  ki,  qədim  dillər  üzrə  mütəxəssislər  yetiş-
dirmədən  qədim  mənbələri  orijinaldan  öyrənmək 
arzumuz bizlər üçün yalnız arzu olaraq qala bilər.   
 
 


124 
 
SON SÖZ      
 
 
 
 
Başa  düşürük  ki,  “Azərbaycanda  antik  ədəbiyyatın 
tədqiqi  tarixi  və  problemləri”  adını  daşıyan  tədqiqat 
böyük  material  toplusunu  ehtiva  etməlidir.  Biz  əlimizdə 
olan  imkanlar  daxilində  bu  materialları  əhatələməyə 
çalışdıq.  Toxunmalı  olduğumuz,  lakin  toxuna  bilmədiyi-
miz  problemləri  isə  bütün  tədqiqat  boyu  vurğulayırdıq 
ki,  gələcəkdə  özümüz,  yaxud  bir  başqası  onları  tədqiq 
edərkən  yardımçı  ola  bilək.  Odur  ki,  burada  tədqiqata 
cəlb etdiyimiz mövzunun konkret elmi problemlərini bir 
daha xüsusi olaraq göstərməyi lazım bilirik: 
1.
 
Yunan mifologiyasında Yaxın Şərq motivləri
2.
 
Yaxın  və  Orta  Şərq  regionunda  e.ə.  III-II 
minilliklərdə dil ailələri
3.
 
Qədim Yunan dilində alınma sözlər; 
4.
 
İoniya  mədəniyyəti  Yaxın  və  Orta  Şərq 
sivilizasiyasının tərkib hissəsi kimi
5.
 
Qədim  Yunanıstanda,  Kiçik  Asiya  və  Qafqaz 
regionunda məhsuldarlıq və bahar bayramları; 
6.
 
Yunan  mifologoyası  və  Yaxın  Şərq  xalqlarının 
epos motivləri; 
7.
 
Homer yaradıcılığı İoniya mədəniyyətinin parlaq 
nümunəsi kimi; 
8.
 
”İlliada” poemasında Troyanın müttəfiqləri


125 
 
9.
 
”Odisseya”  poemasında  Odisseyin  səyahət  etdiyi 
Yaxın Şərq əraziləri; 
10.
 
Hesiod  yaradıcılığında  Yaxın  Şərq  xalqlarının 
mifoloji görüşləri; 
11.
 
E.ə.  VI  əsr  yunan  nəsrinin  yaranmasında  Şərq 
təsiri; 
12.
 
Yunan  naturfəlsəfəsi  və  Yaxın,  Orta  Şərq 
regionunda dini-fəlsəfi cərəyanlar; 
13.
 
Antik  ictimai  fikirdə  “Demokratiya”  ideyası  ilə 
Şərqin “Ədalət” prinsipi arasında oxşarlıq və fərqlər
14.
 
Qədim yunan fəlsəfə məktəbləri və “Avesta”; 
15.
 
İslam peripatetizimində estetik düşüncə və antik 
fəlsəfi fikir; 
16.
 
Azərbaycan 
peripatetiklərinin 
Aristotelə 
yanaşma metiodları; 
17.
 
XVII-XVIII  əsrlərdə  Azərbaycan  elmində  antik 
dünya  ilə  bağlı  məlumatlar:  təzkirələr,  tarixi 
salnamələr.,coğrafi əsərlər; 
18.
 
XIX əsrin ikinci yarısında Azərbaycan ədibləri və 
antik mədəniyyət; 
19.
 
XX  əsrin  demokratik  mətbuatı  (1900-1920)  və 
antik mədəniyyət; 
20.
 
Sovet  Azərbaycanında  antik  mədəniyyətə  dair 
tədqiqatlar (1930-cu illər); 
21.
 
1930-60-cı  illər  ərzində  Azərbaycanda  antik 
ədəbiyyata dair yaranmış dərs vəsaitlər
22.
 
A.M. 
Mudrovun 
antik 
ədəbiyyata 
dair 
tədqiqatları; 


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə