Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə31/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   27   28   29   30   31   32   33   34   ...   62

126 
 
23.
 
1960-cı  ildən  sonra  antik  ədəbiyyata  dair 
tədqiqatlar (1960-91-ci illər); 
24.
 
Müasir  mərhələdə  Azərbaycanda  antik  ədəbiy-
yatın tədqiqi və tədrisi problemləri. 
Hesab edirik ki, Azərbaycan klassik filologiyası sada-
ladığımız və digər bu kimi elmi problemlərin həlli  illə ilk 
növbədə  məşğul  olmalıdır.  Onların  həlli  siə  müxtəlif  sə-
viyyələrdə  qoyula  bilər:  adlardan  da  müəyyən  etmək 
mümkündür  ki,  bəziləri  diplom  işlərinin,  bəziləri  nami-
zədlik, bəziləri isə doktorluq işlərinin mövzusudur. Hətta  
problemlərin  bəzilərini  tədqiq  etmək  üçün  bəlkə  bir  in-
san ömrü belə yetməz. Ona görə fikrimizcə burada Azər-
baycanda  klassik  filologiyanın  qarşısında  duran  ən  bö-
yük  maneəni  bir  daha  xatırlamaq  yerinə  düşər:  həmin 
mövzuları  filologiyamızın  indiki  səviyyəsi  ilə  həll  etmək 
mümkün deyil. İlk növbədə təhsil problemləri həll olun-
mayınca, bütünlükdə Azərbaycan elmi, konkret olaraq fi-
lologiyası müasir mərhələdə dünya elmi ilə rəqabətə gi-
rəcək səviyyədə olmayacaq və deməli, biz yenə də əvvəl-
ki  kimi  öz  sərhədlərimiz  daxilində  qapanıb  qalacağıq. 
Ümid etmək istərdik ki, Azərbaycanda bu  sahədə görül-
məli işlər çox uzaq gələcəyə ertələnməyəcək və artıq ya-
xın  zamanlarda  filologiyamız  dünya  filoloji  elmini  nara-
hat edən bir sıra ciddi problemləri həll etmək qüvvəsinə 
malik  olacaqdır.  Azərbaycan  elminin  bu  səviyyəyə  çat-
ması üçün hər şeydən əvvəl hamımız bunu ürəkdən istə-
məli və bu yolda əlimizdən gələni əsirgəməməliyik.  
 


127 
 
 
 
 
 
 
 
 
 
 
 
MƏQALƏLƏR 
 
 


128 
 
İ.M. TRONSKİNİN “ANTİK ƏDƏBİYYAT TARİXİ” 
DƏRSLİYİ HAQQINDA 
 
(Dərsliyin Azərbaycan dilinə tərcüməsinə son söz) 
 
 
 
 
 
Antik dünya mədəniyyətinin, eləcə də qədim dillərin 
(qədim yunan və latın) rus ictimai-siyasi və mədəni mü-
hitinə  ilk  müdaxiləsi,  əlbəttə,  XX  əsrdən  çox-çox  əvvəlki 
dövrə təsadüf edir. Təbiidir ki, bu müdaxilə antik ədəbiy-
yata dair dərsliklər formasında olmamışdır. 1453-cü ildə 
Şərqi  Roma  –  Bizans  imperiyasının  türklər  tərəfindən 
fəthindən  sonra  orta  əsrlərin  bir  sıra  məşhur  yunan 
alimləri  və  yaradıcı  insanlarının  o  zamanlar  yenicə  güc-
lənməyə başlayan Rus çarlığına mühacirəti, 1632-ci ildə 
Kiyevdə  “Kiyev-Mogilyan  akademiyası”nın,  1649-cu  ildə 
Moskvada “Slavyan-Yunan-Latın məktəbi”nin açılması bu 
əlaqələrin önəmli məqamları olmaqla bərabər, zənnimiz-
cə,  rus  mədəniyyətinin  səviyyəcə  daha  yüksək  pilləyə 
qalxması,  feodal  pərakəndəliyindən  sonra  yaranmaqda 
olan  mərkəzləşdirilmiş  Rusiya  dövlətinin  ümumavropa 
sivilizasiyasına  inteqrasiyası  kimi  də  qiymətləndirilə  bi-
lər.  “Qərbi  Avropada  olduğu  kimi,  bizdə  də  o  zamanlar 
antik mədəniyyətin və klassik dillərin öyrənilməsi təhsi-


129 
 
lin əsası kimi qəbul olunurdu”.
33
 Antik mədəniyyətlə rus 
mədəniyyətinin bu təmasları XX əsrə qədər yüksələn xət-
lə  inkişaf  etməsinə  baxmayaraq,  antik  ədəbiyyata  dair 
sırf dərslik yaradıcılığı baxımından biz yalnız son iki əsri 
xüsusi  vurğulaya  bilərik.  Məhz  XIX  əsrin  sonu,  XX  əsrin 
əvvəllərindən  başlayaraq  Moskva,  Kiyev,  Sankt-Peter-
burq  universitetlərində  təhsil  alan  tələbələr  üçün  antik 
dövrü  əhatə  edən  bir  sıra  ədəbiyyat  tarixi  dərslikləri 
meydana gəldi (Koqan, Zelinski, Mokulski və b.). Qeyd et-
mək lazımdır ki, bu dərsliklərin kifayət qədər yüksək el-
mi-metodoloji səviyyəsi onlardan keçən əsrin ortalarına 
qədər istifadə etməyə imkan verirdi. Lakin bu sahədə hə-
qiqi  “intibah”  heç  şübhəsiz  XX  əsrin  ikinci  yarısı,  dəqiq 
desək,  1940-1980-ci  illəri  əhatə  edir.  Məhz  bu  illərdə 
“Antik  ədəbiyyat  tarixi”nin  ilk  nəşrini  çapa  hazırlamış 
İ.M.  Tronskinin  bilavasitə  fəaliyyətinə  keçməzdən  öncə 
həmin  illər  eyni  sahədə  uğurla  çalışan  digər  görkəmli 
alimlərin yaradıcılığına nəzər yetirmək, Tronskinin artıq 
klassikaya çevrilmiş dərsliyini ümumi kontekstdə götür-
mək, fikrimizcə, daha doğru olardı. 
 
*** 
 
İ.M.  Tronskiyə  qədər  bu  sahədə  gərgin  və  fasiləsiz 
fəaliyyət  göstərmiş  alimlər  cərgəsində  ilk  növbədə  N.F. 
Derataninin adını çəkmək lazımdır. Fəaliyyətinə XX əsrin 
                                                           
33
 С.И. Радциг. «Об антицном влиянии на русскую литературу», М., 1961, стр. 
34. 


130 
 
20-ci illərindən başlayan alim
34
 bu sahədə son dərsliyini 
1965-ci ildə nəşr etdirmişdir.
35
 Alimin fəaliyyətində əsas 
özəlliklərdən  biri  kimi  antik  ədəbiyyat  dərsliklərinin  is-
tər nəzəriyyə, istərsə də müntəxəbat formasına eyni də-
rəcədə  diqqət  ayırmasını  göstərmək  mümkündür.  Onun 
rəhbərliyi altında müəlliflər kollektivi tərəfindən 1965-ci 
ildə tərtib olunmuş iki cildlik “Antik ədəbiyyat müntəxə-
batı”  bizim  günlərə  qədər  rus  dilində  mövcud  olan  ən 
mükəmməl müntəxəbat sayılır. Ədəbiyyatın nəzəri hissə-
sinə  gəldikdə,  onun  müxtəlif  illərdə  işıq  üzü  görmüş 
dərslikləri  (məs.,  “Античная  литература”,  М.,  1938) 
əsasən  qısa  icmal  xarakteri  daşıyır;  adı  çəkilən  kitabda 
ümumi  ədəbiyyat  siyahısı  göstərilməklə  yanaşı,  hər  fəs-
lin sonunda həmin fəsldə bəhs olunan mövzuya dair ədə-
biyyat siyahısı da verilir və daha geniş məlumat əldə et-
mək üçün həmin ədəbiyyatlara müraciət etmək məsləhət 
görülür.  
N.F. Derataninin M.Y. Lomonosov adına Moskva Döv-
lət Univesitetində (MDU) elmi-pedoqoji fəaliyyəti də yük-
sək  qiymətləndirilməyə  layiqdir.  “Klassik  filologiya”  ka-
fedrasının professoru kimi o, antik ədəbiyyatın tədrisi və 
təbliği, eləcə də klassik filologiyanın müxtəlif sahələri ilə 
məşğul olan gənc alimlərin yetişdirliməsi üçün uzun illər 
boyunca misilsiz xidmətlər göstərmişdir.  
                                                           
34
 Н.Ф. Дератани. История древнеримской литературы, М., 1928  
35
 Н.Ф. Дератани, С.П. Кондратев, Н.А. Тимофеева. Антология античной 
литературы, М., 1965 


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə