Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə32/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   28   29   30   31   32   33   34   35   ...   62

131 
 
1942-ci ildə M.M. Pokrovskinin “Roma ədəbiyyatı ta-
rixi”  kitabı,  1946,  1955  və  1960-cı  illərdə  isə  bir  qrup 
müəllif  kollektivi  tərəfindən  tərtib  olunmuş  (S.İ.  Sobo-
levskinin ümumi redaktəsi ilə) 3 cildlik “Yunan ədəbiyya-
tı tarixi” kitabları işıq üzü gördü. Bu kitablar, eləcə də S.İ. 
Radsiqin
36
 və  V.Q.  Boruxoviçin
37
 kitabları  həmin  dövrün 
ali məktəb proqramına əsasən yazılmış dərs vəsaitlərin-
dən  daha  artıq  antik  ədəbiyyata,  onun  görkəmli  nüma-
yəndələrinə  dair  daha  geniş  məlumatı  özündə  ehtiva 
edən  əhatəli  toplular  xarakteri  daşıyırlar.  Bu  kitablarda 
antik  ədəbiyyatın  iki  hissəsini  –  qədim  yunan  və  qədim 
Roma hissələrini ayrı-ayrılıqda nəzərdən keçirmək ehti-
yacı da buradan doğurdu. S.İ. Radsiq özünün yenidən iş-
lənmiş  və  bir  sıra  materiallarla  zənginləşdirilmiş  ikinci 
dərsliyi
38
 üçün “Redaktor sözü”ndə qeyd edirdi ki, “tələ-
bələr ali məktəblərin tədris proqramlarına daxil olan ma-
terialları bu kitabın məzmunundan çıxara bilərlər”. Təh-
lilə cəlb edilmiş ədəbi məhsulun həcmi, təhlilin keyfiyyə-
ti baxımından bu toplular çox cüzi fərqlərə malikdirlər və 
bu fərqlər daha çox antik ədəbiyyatın metodoloji baxım-
dan  necə,  hansı  prinsiplərlə  yerləşdirilməsindən  ibarət-
dir. Qədim yunan və Roma ədəbiyyatlarının dövrləşməsi, 
antik  ədəbiyyatın  görkəmli  nümayəndələrinin  yaradıcı-
lıqları,  əsərlərə  və  personajlara  yanaşma  prinsipləri 
(əsaəsn sinfi-partiyalı münasibət), mübahisəli məqamla-
                                                           
36
 С.И. Радциг. История древнегреческой литературы, М. 1952 
37
 В.Г. Борухович. История древнегреческой литературы, М., 1962 
38
 С.И. Радциг. История древнегреческой литературы, М., 1959 


132 
 
rın işıqlandırılması, hətta marksizm klassiklərindən gəti-
rilən sitatlar və ədəbiyyat siyahıları da bu nəşrlərdə çox 
zaman üst-üstə düşür.  
1960 – 1980-cı illər ərzində daha bir neçə dərslik işıq 
üzü gördü. 60-cı illərdən etibarən MDU-nun “Klassik filo-
logiya” kafedrasının rəhbəri olmuş A.A. Taxo-qodinin re-
daktəsi ilə 1963-cü ildə nəşr olunmuş “Antik ədəbiyyat” 
kitabını  (müəlliflər:  A.F.  Losev,  Q.A.  Sonkina,  A.A.  Taxo-
qodi, N.A. Timofeyeva, N.M. Çeremuxina), eləcə də həmin 
ildə N.A. Çistyakova  və N.B. Vulixin  müəllifliyi ilə “Antik 
ədəbiyyat  tarixi”  dərsliyini  göstərmək  mümkündür. 
1969-cu  ildə  Qorki  şəhərində  L.V.  Loqinovanın  “Antik 
ədəbiyyat tarixi” və 1980-ci ildə Leninqradda T.Q. Şaro-
va-Anpetkova və E.İ. Çekalovanın “Antik ədəbiyyat” kimi 
dərslikləri  də  işıq  üzü  görmüşdür.  Bu  nəşrlərin  digərlə-
rindən, məsələn, S.İ. Radsiqin və ya V.Q. Boruxoviçin top-
lularından əsas fərqi hər iki antik ədəbiyyat hissələrinin 
bir  cilddə  yerləşməsi,  eləcə  də  məzmunun  ali  məktəb 
proqramına  (pedaqoji  institut  proqramına)  uyğunlaşdı-
rılmasıdır.  A.A.  Taxo-qodinin  redaktəsi  ilə  işıq  üzü  gör-
müş dərs vəsaiti xüsusilə qeyd olunmağa layiqdir.  
1973-cü  ildə  bu  dərsliyin  yenidən  işlənmiş  2-ci 
təkrar  nəşri  də  çapdan  çıxmış  və  burada  1950–1960-cı 
illərdə  klassik  filologiyada  baş  vermiş  bir  sıra  yeniliklər 
(Miken yazısının deşifrə olunması və s.) daha tam əksini 
tapmışdır. 
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, 1940-1980-ci 
illər  ərzində  sovet  alimlərinin  klassik  filologiyaya  dair 


133 
 
külli  miqdarda  elmi-tədqiqat  işləri  nəşr  olunmuşdur 
(məs., S.İ. Radsiq. Yunan ədəbiyyatı və onun ədəbi-tarixi 
əhəmiyyəti.  Moskva,  1962;  S.İ.  Radsiq.  Klassik  filologiya 
məsələləri.  Moskva,  1969;  A.F.  Losev.  Antik  estetika 
tarixi.  Moskva,  1963  və  s.)  və  həvəs  olduğu  təqdirdə 
onların hər birindən  tədris prosesində dərs vəsaiti kimi 
istifadə  etmək  mümkündür.  Qəti  əminliklə  söyləmək 
lazımdır ki, həmin dövrlər bu sahəyə gəlmək arzusunda 
olan  tələbə  və  gənc  filoloqlar  üçün  son  dərəcə  münbit 
şərait  yaradılmışdı.  Əvvəlki  nəslə  mənsub  görkəmli 
alimlər  qədim  dövr  Avropa  ədəbiyyatının  tədrisi  və 
təbliği  sahəsində  yorulmaq  bilmədən  çalışır,  yeni-yeni 
dərs  vəsaitləri  yaradır,  köhnələrini  yenidən  işləyərək 
təkrar  istifadəyə  verirdilər.  Belə  bir  ümumi  prosesdə 
İosif Moiseyeviç Tronskinin zəngin və çoxşaxəli fəaliyyəti 
xüsusilə diqqəti cəlb edirdi. 
 
*** 
 
Antik  ədəbiyyata  dair  adı  çəkilən  və  çəkilməyən  ne-
çə-neçə digər dərs vəsaitlərini qruplaşdırmalı olsaq, əsa-
sən, 3 tip dərslikləri fərqləndirə bilərik: 
I  tipə  daxil  olan  dərsliklər  “Antik  ədəbiyyat”,  yaxud 
“Antik  ədəbiyyat  tarixi”  başlığı  altında  gedir  və  bir  cild-
dən ibarət olub, qədim yunan və  qədim Roma ədəbiyyat-
ları  2  ayrıca  hissə  şəklində  verilir.  Adətən,  bu  cür  dərs 
vəsaitləri  universitetlərin  və  ya  pedoqoji  institutların 
tədris proqramlarına uyğunlaşdırılır.  


134 
 
II tipə aid kitablar antik ədəbiyyatı 2 kitab şəklində - 
qədim  yunan  və  qədim  Roma  ədəbiyyatlarını  ayrı-ayrı-
lıqda təhlilə cəlb edən nəşrlərdir. “Qədim yunan ədəbiy-
yatı” və “Qədim Roma ədəbiyyatı” başlıqları altında bura-
xılan bu cür kitablar daha geniş məlumatı özündə ehtiva 
etməyə çalışır (bəzi nəşrlərdə bu məqsədə nail olunmur) 
və  heç  bir  tədris  proqramına  uyğunlaşdırılmır.  Oradakı 
bölmə və fəsillərin ümumi həcmi və yerləşdirilməsi təd-
ris  metodologiyası  baxımından  materialın  daha  asan  və 
effektli qəbul edilməsini elə də nəzərə almır, əsas diqqət 
mövzunun hərtərəfli, bütün mübahisəli cəhətləri ilə bir-
likdə şərhinə yönəldilir. 
III  tip  kitablar  antik  ədəbiyyatın  müxtəlif  janrlarını 
və mövzularını ayrıca olaraq geniş şərh edən toplulardır. 
Antik  fəlsəfə,  ritorika,  tarixşünaslıq,  mifologiya,  estetika 
haqqında çox sayda nəşrlər (məs., Losevin “Antik esteti-
ka  tarixi”)  o  dövrün  SSRİ  Təhsil  Nazirliyi  tərəfindən  ali 
məktəb tələbələri üçün əlavə dərs vəsaiti kimi məsləhət 
görülürdü. Bu tipə eyni zamanda klassik filologiyanın ay-
rı-ayrı  problemlərinə  dair  yazılmış  müxtəlif  elmi-tədqi-
qat işlərini də şamil etmək mümkündür.  
Sırf  dərslik  yaradıcılığı  baxımından  I  tipə  aid  olan 
nəşrlər antik ədəbi materialın daha səmərəli, metodoloji 
cəhətdən daha düzgün və yığcam yerləşdirilməsi ilə fərq-
lənir.  İ.M.  Tronskinin  “Antik  ədəbiyyat  tarixi”  bu  tipə 
məxsus nümunələr arasında ən mükəmməli sayılmalıdır. 
Belə ki, 1946-cı ildən 1988-ci ilə qədər keçən müddət ər-
zində 5 dəfə nəşr olunmuş bu dərslik özünün səmərəlilik 


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə