Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə33/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   29   30   31   32   33   34   35   36   ...   62

135 
 
dərəcəsini praktikada sübuta yetirmişdir. Onu demək ki-
fayətdir ki, sovet klassik filologiyasında antik ədəbiyyata 
dair yaradılan heç bir digər dərslik bu sayda təkrar nəşr 
olunmamışdır.  
İ.M.  Tronski  hələ  sağlığında  çalışdığı  sahə  üzrə  (qə-
dim  dillər)  yenilikləri  daim  diqqət  mərkəzində  saxlayır, 
vaxtaşırı  dərsliyində  əlavələr,  düzəlişlər  edirdi  (alimin 
sağlığında  işıq  üzü  görmüş  son  nəşr  1957-ci  ilə  aiddir). 
Vəfatından sonra isə bu işi alimin klassik filologiyaya da-
ir  yazdığı  elmi-tədqiqat  işlərindən  istifadə  etməklə  re-
daktorlar – prof. N.A. Çistyakova və prof. V.N. Yarxo gör-
müşlər. Nəticədə, 1988-ci ildə alimin “Antik ədəbiyyat ta-
rixi”nin  5-ci,  sonuncu  nəşri  işıq  üzü  görmüş  və  bu  nəşr 
mütəxəssislərin ümumi rəyinə görə sovet dövründə tər-
tib  olunmuş  analoji  dərs  vəsaitləri  cərgəsində  ən  üstün 
mövqe qazanmışdır. Sovet alimlərinin dünya klassik filo-
logiyasında mövqeyi və nüfuzu digər ölkə filoloqları tərə-
findən  də  yüksək  qiymətləndirildiyini  nəzərə  alsaq,  İ.M. 
Tronski əməyinin yalnız rusdilli oxucu üçün deyil, digər 
dillərdə (o cümlədən Azərbaycan dilində) oxuyan və elmi 
işlə məşğul olan tələbə və mütəxəssislər üçün də əhəmiy-
yət kəsb edəcəyinə şübhə ola bilməz. 
Dərsliyin  məzmununa  gəldikdə  burada  analoji 
dərsliklərlə  müqayisə  zamanı  bir  sıra  elmi-metodoloji 
fərqlər  özünü  göstərir.  Bu  fərqlər  ilk  növbədə  antik 
ədəbiyyatın  dövrləşməsi,  ayrı-ayrı  yazıçı  və  şairlərin 
şəxsiyyətlərinə,  yaradıcılıqlarına  münasibət,  fəsil  və 
bəhslərin yerləşməsi, müəllif üslubu və dil məsələlərində 


136 
 
özünü  biruzə  verir.  Dövrləşmə  bəhsində  alim  ilk  dəfə 
olaraq  qədim  yunan  ədəbiyyatının  arxaik  mərhələsini 
e.ə.  V  əsrə  qədər  əhatələyir,  başqa  sözlə,  VII-VI  əsrlər 
lirikasını (elegiya, yamb, monodik və xor lirikası), qədim 
yunan  nəsrinin  yaranmasını  Attik  (digər  müəlliflərdə  - 
klassik)  mərhələdən  çıxarır.  Istər  A.A.  Taxo-qodinin 
redaktəsi  ilə  nəşr  olunmuş  “Antik  ədəbiyyat”da,  istərsə 
də V.Q. Boruxoviçin “Qədim yunan ədəbiyyatı”nda VII-VI 
əsrlər Klassik mərhələdə yerləşdirilmişdir. S.İ. Radsiq isə 
bu  məsələdə  daha  da  irəli  gedərək,  Klassik  mərhələni 
(onda  bu  mərhələ  eyni  zamanda  “ellin”  mərhələsi 
adlandırılır) e.ə. IX-IV əsrlərə aid edir. İ.M. Tronskinin bu 
dövrləşməsi  ona  antik  ədəbiyyatın  ən  zəngin  və  ədəbi 
material  cəhətdən  ən  rəngarəng  dövrü  kimi  “attik-
klassik”  mərhələni  daha  dərindən  və  dolğun  işləməsinə 
imkan yaratmışdır. İki əsrdən az müddəti əhatə edən bu 
mərhələnin ümumi həcmi kitabdakı III bölmənin – e.ə. III 
əsrdən  b.e.  VI  əsrinə  qədər  (təqr.  900  il)  keçən  dövrü 
əhatələyən  “Ellinizm  və  yunan  ədəbiyyatının  Roma 
mərhələsi”nin həcminə bərabərdir.  
İ.M. Tronskinin müəllif kimi dərslikdə üzə çıxan daha 
bir  xarakter  xüsusiyyəti  antik  dövrə,  ictimai-siyasi, 
mədəni,  dini  həyata,  epoxa  insanlarının  etik,  estetik 
dünyagörüşünə  dair  həddən  artıq  böyük  materialı  çox 
yığcam  şəkildə  yerləşdirmə  ustalığıdır.    Müqayisə  üçün 
deyə  bilərik  ki,  təqribən  eyni  materiala  S.İ.  Radsiq 
dərsliyində  600  səhifə  ayırmışdır;  S.İ.  Sobalevskinin 
redaktəsi ilə çıxan topluda isə qədim yunan ədəbiyyatı 3 


137 
 
cilddən  ibarətdir.  Ədəbi  məhsulun  əhatə  dairəsinə, 
təhlilin  keyfiyyətinə  görə  bu  nəşrlərdən  heç  nə  ilə  geri 
qalmayan,  bir  sıra  məsələlərdə  isə  onları  üstələyən  İ.M. 
Tronski  dərsliyinin  “Yunan  ədəbiyyatı”  hissəsi  isə  cəmi 
250  səhifədi.  Müəllifin  hər  cümləsi  böyük  informasiya 
yükü  daşıyır,  burda  sanki  vergül  qoymağa  belə  yer 
yoxdur. Alim özünə qədər məlum olan məlumatları şəxsi 
bilgiləri  ilə  bir  yerə  toplayaraq,  onları  yaxşıca  “sıxır”  və 
yalnız  bundan  sonra  kağıza  köçürür.  Əks halda  3  cildlik 
materialın  250  səhifəyə  yerləşdirilməsini  heç  cür  izah 
etmək mümkün deyil (digər tərəfdən belə yazı manerası 
dərsliyi  tərcümə  edərkən  kifayət  qədər  problemlər 
yaradır).  
Dərsliyin səciyyəvi cəhətlərindən danışarkən, müasir 
dövr baxımından xüsusi aktuallıq kəsb edən daha bir mə-
sələyə toxunmaq istərdik. Məlumdur ki, hər zamanlarda 
və hər yerdə antik ədəbiyyata dair yazılan elmi-tədqiqat 
əsərlərində, o cümlədən dərsliklərdə fəlsəfənin müxtəlif 
sahələri ilə məşğul olan dahi mütəfəkkirlərin bu ədəbiy-
yata, onun yetişdirdiyi şəxsiyyətlərə və sənət nümunələ-
rinə münasibətləri açıqlanır, onlardan bolluca sitatlar gə-
tirilir. Bu ümumi tendensiyanı biz italyan hunanistlərin-
dən  tutmuş  XVIII  əsr  Fransa  maarifçilərinə,  alman  filo-
sof-estetikləri  və  klassik  fəlsəfə  nümayəndələrinin  əsər-
lərinə qədər hamıda müşahidə edə bilərik. Məsələn, N.F. 
Deratani özünün kiçik həcmli “Antik ədəbiyyat” dərsliyi-
nə  İ.V.  Stalinin  hansısa  partiya  qurultayında  Antey  haq-
qında  danışdığı  əsatiri  bütünlükdə  sitat  gətirmişdir.  Bu 


138 
 
sitata ayrılmış yer isə Esxil, Sofokl, Evripid kimi görkəmli 
sənətkarlara  ayrılmış  yerdən  çoxdur.  Doğrudur,  Stalinin 
vəfatından sonra işıq üzü görmüş dərsliklərdə bu “yarış” 
əhval-ruhiyyəsi  xeyli  dərəcədə  səngimişdir.  Lakin  yenə 
də müəlliflərin böyük əksəriyyəti antik dövrün ictimai-si-
yasi  hadisələrinə,  ayrı-ayrı  şəxsiyyətlərinə  və  əsərlərə 
sırf sinfi münasibət bəsləməkdə davam edirdilər. Demək 
lazımdır ki, İ.M. Tronskidə də biz marksizm klassiklərin-
dən kifayət qədər sitatlara rast gəlirik. Lakin onda hadi-
sələrə, əsərlərə və obrazlara sinfi baxış özünün minimum 
həddinə endirilmişdir. Tronski artıq “antik dövrdə əzilən 
və istismar olunan kütlələrin dözülməz həyat şəraitləri” 
haqqında göz yaşları tökmür. Onda marksizm banilərin-
dən gətirilən sitatlar da, “antik cəmiyyətdə barışmaz sinfi 
ziddiyyətlərin  mövcudluğu”  haqqında  fikirlər  də  artıq 
daha çox anturaj xarakteri daşıyır. Fikrimizin təsdiqi ki-
mi kiçik nümunə gətirmək yetər. Homerin “İlliada” epo-
sundakı Fersit obrazı demək olar bütün antik ədəbiyyat 
dərsliklərində “istismar olunan kütlələrin” nümayəndəsi, 
az  qala  inqilabçı  qəhrəman  kimi  verildiyi  halda,  İ.M. 
Tronski onu yunan folklorundakı “iyrənc, eybəcər təlxək” 
obrazı  səviyyəsinə  endirir,  bu  obrazın  Homerdə  karika-
tur xarakter daşımasını vurğulayır.  
Daha bir müşahidə. İ.M. Tronski antik dünyanın icti-
mai-siyasi həyatında zaman-zaman baş qaldıran “tiranla-
rın, diktatorların” həyat və fəaliyyətini, cəmiyyətdə oyna-
dıqları müsbət, yaxud mənfi rolu bəzən həddən artıq tə-
fərrüatı ilə təsvir və təhlil edir. Onda antik ədəbiyyat hə-


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə