Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə34/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   30   31   32   33   34   35   36   37   ...   62

139 
 
mişə konkret tarixi dövrün ictimai şəraitini, siyasi qüvvə-
lərin,  hakim  dairələrin  bu  və  ya  digər  mövqeləri  ilə  sıx 
bağlı  şəkildə  verilir.  Çox  zaman  dərsliyin  bu  yerlərini 
oxuyarkən  diqqətli  oxucuda  istər-istəməz  öz  dövrünün 
“dahi” şəxsiyyətləri ilə assosiasiyalar yaranır. Bu assosia-
siyaların hansı dövrün – keçmişin, yoxsa müasirliyin xey-
rinə olması nəticəsinə gəlməyi isə müəllif, əlbəttə, oxucu-
nun  öz  ixtiyarına  buraxır.  Təkcə  belə  məqamların  möv-
cudluğuna görə iddia etmək mümkündür ki, İ.M. Tronski-
nin dərsliyi ordakı sitatların xarakterindən və hansı klas-
sikə mənsubluğundan asılı olmayaraq, hələ uzun müddət 
öz müasirliyini qoruyub saxlayacaqdır. 
 
***
 
Son  olaraq  İ.M.  Tronskinin  “Antik  ədəbiyyat  tarixi” 
dərsliyinin  Azərbaycan  dilinə  tərcümə  edilməsi  zərurəti 
haqqında  qısaca  fikrimizi  bildirmək  istərdik.  Belə  ki,  öl-
kəmizdə bir qrup insanlar xarici dildən dərslik tərcümə-
sinə heç bir ehtiyac olmadığını, əvəzində məhz ana dilin-
də yeni dərslik yazmağın vacibliyini qeyd edrilər. Əvvəla, 
biz xarici dillərdə mövcud mükəmməl dərsliklərlə yanaşı 
dura biləcək yeni dərsliyin yaradılmasının necə məsuliy-
yətli iş olduğunu bir kənara qoyuruq. Bu işi adətən o za-
man edirlər ki, mövcud dərsliklərdən fərqli olan hansısa 
yeni  elmi-metodoloji  prinsipləri  elm  ictimaiyyətinə  təq-
dim etməyə hazır olursan.  
İkinci tərəfdən, məsələnin özü-özlüyündə belə qoyu-
luşu  –  “mükəmməl  dərslik  istəyirsənsə,  tərcümə  etmə, 


140 
 
ana dilində yenisi yarat” – kökündən yanlışdır. Klassik fi-
lologiyanın çox yüksək səviyyədə inkişaf etdiyi ölkələrdə 
(Rusiya, Yunanıstan, Almaniya, B. Britaniya və d.) belə bu 
sahədə digər ölkələrdə mövcud olan diqqətəlayiq tədqi-
qatları və xüsusilə, dərslikləri həmin ölkə üçün doğma di-
lə tərcümə etmək qayğısına qalır, bu sahəyə böyük vəsait 
cəlb  edirlər.  Elmin  inkişafında  bu  işin  nə  dərəcədə  əhə-
miyyətli  olması  haqqında  saatlarla  danışmaq  mümkün-
dür. Amma güman edirik ki, bizdə belə uzun-uzadı izah-
lara ehtiyacı olan insanlar yoxdur. Fəqət bizdə yeri gəldi-
gəlmədi sinəsini irəli verib həddən artıq məğrur poza nü-
mayiş etdirən insanlar təəssüf ki, kifayət qədərdir. O za-
man bizlərə nə etmək qalır? Həmin insanların dedikləri-
nə qulaq asmaq, oturub gözləmək ki, nə zaman qərb klas-
sik filologiyası ilə kifayər qədər yüksək səviyyədə məşğul 
olan yerli tədqiqatçımız yetişəcək və o, bizim üçün nəha-
yət Azərbaycan dilində yeni, mükəmməl dərslik yarada-
caq? O zamana qədər isə ana dilində mövcud olan qüsur-
lu və bəsit dərsliklərdən istifadə edək?  
Lakin ikinci yol da mövcuddur. Süni, populist pozanı 
bir  kənara  qoyub,  bu  sahədə  artıq  nə  zamandan  bəridir  
inkişaf etmiş ölkələr tərəfindən tətbiq olunan praktikaya 
–  tərcümə  dərsliklərdən  istifadə  praktikasına  üz  çevir-
mək.  Fikrimizcə  ən  doğru  və  beynəlxalq  təcrübədə  sıx-
sıx istifadə olunan yol elə budur.  
İ.M.  Tronski  dərsliyinin  Azərbaycan  dilinə  tərcümə-
sində  əməyi  keçən  bütün  insanlar  bu  problemin  həllinə 


141 
 
real işləri ilə töhvə vermişlər və biz onlara dərin minnət-
dalığımızı bildiririk.  
 
Prof. C.Q. Nağıyev 
         E.X. Kərimli   
 
 


142 
 
ANTİK MİFOLOGİYA VƏ ANTİK OBRAZ 
 
Yunan xalqının canlı mifologiyası incəsənətinin əsasını 
və məzmununu təşkil edir. 
G.V.F. Hegel 
 
 
 
 
 
İlk növbədə “antik mifologiya” anlayışına aydınlıq gə-
tirək. Latınca “antiguus” – “qədim” mənasını versə də, bu 
qədimlik şərtidir. “Antik” termini qərb klassik filologiya-
sında adətən sırf yunan-Roma quldarlıq dövrü ədəbiyya-
tını  adlandırmaq  üçün  istifadə  olunur.  Bu  ədəbiyyat  isə 
yalnız  Avropa  məkanında  ən  qədim  sayıla  bilər,  belə  ki, 
qədim şərqin Şumer-Akkad, Babil, Hett-Hurrit, Misir ədə-
bi  nümunələri  onlardan  daha  qədimdir.  Lakin  ümumi 
ənənəyə əsasən, “antik mifologiya” dedikdə məhz qədim 
yunan və Roma mifologiyası nəzərdə tutulur. “Mif” sözü-
nə  gəldikdə,  o,  yunan  mənşəli  olub,  allahlar,  müxtəlif 
sehrli  qüvvələr,  ilk  əcdadlar,  tayfa-nəsil  qəhrəmanları 
haqqında  əsatir-hekayət  mənasını  verir.  Mifologiya  isə 
müxtəlif  qrupa  aid  miflərin  ümumi  məcmusu,  eyni  za-
manda mifləri öyrənən xüsusi filoloji elm sahəsidir. 
Hər  hansı  mif  ilk  növbədə  konkret  mifoloji  təfəkkü-
rün  məhsuludur,  bu  tip  təfəkkür  isə  inkişafının  hələ  ilk 
pillələrini  yaşayan  şüurlu  insanın  ətraf  aləmi,  təbiətdə, 


143 
 
kosmosda  baş  verən  anlaşılmaz  hadisələri  dərk  etmək 
cəhdlərinin  nəticəsidir.  İlk  mədəni  insan  mif  vasitəsilə 
həm  yaşadığı  dünyanı  anlayır,  həm  də  özünü  anladırdı. 
Ibtidai  insan  hələ  ki  özünü  təbiətdən  və  ictimai-sosial 
mühitdən ayırmırdı. Buna görədir ki, gördüyü və mənası-
nı anlamadığı hər şeyi insaniləşdirir, bütün varlıq növlə-
rini  (təbii,  bioloji,  sosial,  mədəni  və  s.)  özünə  uyğun  cə-
hətlərlə dolğunlaşdırırdı. İctimai şüur formaları, hələ ki, 
differensasiyaya  uğramadığından,  qədim  insan  mif  vasi-
təsilə düşünür, araşdırır, pərəstiş edir və yaradırdı. Odur 
ki, ibtidai-icma quruluşunun məhsulu kimi mif bədii ədə-
biyyatı, fəlsəfəni, dini və bütünlükdə elmi özündə birləş-
dirən yaradıcılıq növüdür.  
Antik mifologiya dövrümüzədək nisbətən  bütöv hal-
da gəlib çatmış, şaxələnmiş tematikaya, obrazlar aləminə 
malik ən qədim mifologiyalardandır. Yüzilliklər boyu ya-
randığı ərazidə yaşayan insanların ictimai-siyasi tarixini, 
məişətini, mədəniyyətini, inanc sistemini əks etdirməklə 
bu mifologiya müxtəlif dövrlərin bir-birindən fərqli qat-
larını  özündə  daşıyır.  Biz  burada  qrup  nikahının,  matri-
arxatın  bəzi  elementlərini  də,  daha  sonrakı  dövrlərdə 
meydana gəlmiş yunan və qeyri-yunan tayfa birliklərinin 
sosial  həyatını  da,  təbiət  hadisələrinin,  maddi  mədəniy-
yət  abidələrinin,  hətta  ayrı-ayrı  qanun  və  davranış  nor-
malarının  personifikasiyasını  da  müşahidə  edə  bilərik. 
Antik mifologiyada demək olar bütün mif kateqoriyaları-
na  aid  nümunələr  tapmaq  olar.  Allahların  və  kainatın 
mənşəyi  (teoqoniya  və  kosmoqoniya)  haqqında,  etioloji 


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə