Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə35/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   31   32   33   34   35   36   37   38   ...   62

144 
 
(izahedici),  astral,  totemik,  esxatoloji  (bəşəriyyətin  və 
kainatın sonu), təqvim və s. miflərin ən geniş spektri bu 
mifologiyaya digər xalqlarının analoji nümunələri arasın-
da xüsusi yer qazandırır...  
XAOS    obrazına  ilk  dəfə  Hesiodda  rast  gəlirik. 
Maraqlıdır  ki,  nə  Homerdə,  nə  də  klassik  dövrün  digər 
məşhur  müəllifləri  Esxildə,  Sofoklda  Xaosun  adı  çəkilmir. 
Hesiodda  o,  Eros,  Tartar  və  Heya  ilə  birlikdə  kainatın 
yaradıcılarındandır.  Aristofanda  da  Xaosun  buna  oxşar 
funksiyaları  var:  Ereb,  Gecə  və  Tartarla  birlikdə  Dünya 
yumurtasını  yaradırlar  və  sonra  bu  yumurtadan  Eros 
əmələ  gəlir  ki,  o  da  öz  növbəsində  yeri,  göyü,  dənizi, 
allahları və insanları yaradır. Qədim Roma ədəbiyyatında 
Xaos  bir  qədər  fəqli  məna  qazanır.  Onu  çox  vaxt  ölülər 
diyarı  Aidə  bənzədirlər:  o,  artıq  əmələ  gəlmiş  hər  şeyin 
dağıldığı, həyatın  ilkin mənbələrinə parçalandığı  qorxunc 
dərinlikdir.  Ovidi  Xaosu  birbaşa  Aidlə  eyniləşdirir, 
Senekada isə o hər şeyin məhv olaraq batdığı ümumdünya 
dərinliyidır. Beləliklə, antik Xaos bütün varlığın ilkin vahid 
qarışıq halında olduğu məkan və zaman obrazıdır: hər şey 
ondan  yaranır,  lakin  eyni  zamanda  hər  şey  onda  məhv 
olur.  Onda  əbədi,  fasiləsiz  formalaşma  və  məhvetmə 
prosesi  gedir,  bir  tərəfdən  bütün  materiya  toza  çevrilir, 
digər  tərəfdən  həmin  tozlar  bir  yerə  toplanaraq  yeni 
materiya  yaradır.  Xaos  əbədi,  möhtəşəm  və  bir  qədər  də 
faciəvi keyfiyyətlərə malikdir.  
KOSMOS  yunanca “nizam”, “düzgün quruluş” mənasını 
verir;  Homerdə  sonu,  sərhədləri  olan  məkandır  və  üç 


145 
 
qardaş – Zevs, Poseydon, Aid tərəfindən bölünmüşdür: Zevs 
göyə,  Poseydon  dənizə,  Aid  yeraltı  dünyaya  hökmranlıq 
edir;  Yerin  üstü  hər  üç  qardaşındır.  O,  şimal  və  cənub 
qütblərdən  bir  qədər  içəriyə  doğru  basılmış  yumurtavari 
görüntüyə  malikdir.  Yerin  səthi  bu  “yumurta”nı  iki 
yarımkürəyə ayırır. Yuxarı yarımkürə allahların məkanıdır 
və  Yerin  səthindəki  Olimp  dağının  ucuna  yapışır.  Aşağı 
yarımkürə olan Tartarda Zevsin qalib gəldiyi öncəki nəsil 
allahları – Kronos və digər titanlar əbədi həbsə atılmışlar. 
Hesiodda isə Xaosun, Heyanın, Tartarın və Erosun Kainat-
da əbədi nizamı formalaşdıqları proses Kosmos adlandırı-
lır. Mifoloji düşüncənin hər nizamlı varlıq kimi Kosmosa da 
görüntü verməsi və bu görüntünün yumurtavari şar olma-
sı təsadüfi deyil, belə ki, şar antik dövrdə kamillik mücəm-
məsi  sayılırdı.  Mifdə  Xaosdan  Kosmosun  yaranması  ele-
mentlərin  yerdəyişməsi  nəticəsində  baş  verirsə,  Platonda 
bu  proses  bir  qədər  fərqlidir.  Filosofa  görə,  Kosmosu  “us-
ta”, “inşaatçı” olan Demiurq torpaq və oddan müəyyən il-
kin obraza əsasən yaratmışdır. Beləliklə, Kosmos ilk növbə-
də  dağılmış,  parçalanmış  varlığın  birləşərək  nizamlı  for-
maya düşməsini simvolizə edən obrazdır.  
...Antik  mifin  ən  parlaq  nümunələrində  xeyir  qüvvə-
ləri ilə şərin mübarizəsi, sevgi və nifrət, sədaqət və xəya-
nət,  həyat  və  ölüm,  yeraltı  dünyaya  (ölülər  aləmi)  səya-
hət və geri qayıdış, hansısa qəhrəmanın, yaxud nemətin 
oğurlanması  və  tapılması  kimi  mövzular  təkrarsız  bədii 
ifadəsini  tapır.  Belə  demək  mümkünsə,  antik  mif  özü 
üçün xüsusi sehrli zaman və məkan yaradır. Burada hadi-


146 
 
sələr gah Olimp dağında, gah möhtəşəm Troya, yaxud Fiv 
şəhərinin  qala  divarları  yanında,  gah  da  arqonavtların 
uzun  yolçuluqdan  sonra  çatdıqları  Qafqaz  Kolxidasında 
baş  verir  və  bu  məkanların  hər  biri  antik  dünyanın  bir 
parçası kimi özəl keyfiyyətlərə malikdir. Orada hər an ağ-
lasığmaz hadisələr baş verə, ən fantastik canlı və cansız 
məxluqatlar peyda ola bilər. Mifoloji zaman isə yaşadığı-
mız  zamandan  tamam  fərqlidir,  çünki  o,  ilk,  zamandan 
öncəki  real  zamanın  başlanğıc  götürdüyü  zamandır.  O, 
əcdadların,  qəhrəmanların  allahlarla  birgə  yaşadığı,  hər 
şeyin ilkin yaradıldığı zamandır. Bu zaman və məkan da-
xilində  baş  verənlər,  allahların  və  qəhrəmanların  bu  və 
ya digər sahədə hərəkətləri, davranış normaları, dəyərlər 
sistemi  bütün  gələcək  nəsillər  üçün  prototip,  proobraz 
formalaşdırır.  Beləliklə,  antik  mif  real  həyat  və  insanlar 
üçün  nümunə  yaradır,  bununla  da  təbiətdə,  cəmiyyətdə 
və  insan  mənəviyyatında  müəyyən  nizamı,  harmoniyanı 
bərqərar edir. O, antik dövrün ən ibtidai ideologiyasıdır.  
Antik mifologiya eyni zamanda özündə müəyyən tari-
xi dövrlərinn real tarixi əlamətlərini əks etdirir. Konkret 
olsaq, e.ə. II minilliyə aid Miken dövrü qədim yunan mi-
fologiyasının başlıca tarixi bazasını formalaşdırır. Həvəs-
kar arxeoloq H. Şlimanın və ondan sonrakı arxeoloqların 
apardığı qazıntılar nəticəsində əldə olunmuş maddi mə-
dəniyyət nümunələri də subut edir ki, bir çox antik mifo-
loji silsilələr öz kökləri ilə məhz Miken dövrünə bağlanır-
lar.  E.ə.  III  minilliyə  aid  Krit  mədəniyyətinin  bəzi  ele-
mentləri mif nümunələrində əksini tapsa  da, bu çox na-


147 
 
dir haldır və bir qədər qeyri-müəyyəndir. Məs., öküz-in-
san  Minotavr  haqqında  mifdə  göstərilir  ki,  Afina  çarları 
mütəmadi şəkildə Krit adasında yerləşən Minotavra gənc 
yunanları  qurban  göndərməlidirlər.  Biz  bu  mifi  vaxtilə 
Afinanın  ictimai-siyası  cəhətdən  Krit  adasında  yerləşən 
daha  güclü  dövlətdən  asılı  vəziyyətdə  olmasının  əks-sə-
dası kimi də nəzərdən keçirə bilərik. Belə bir asılılıq isə 
yalnız  Miken  dövründən  daha  qədim  zamanlarda  müm-
kün ola bilərdi. Ümumiyyətlə, Krit sivilizasiyası haqqında 
tarixi məlumatların azlığı mifologiyada o dövrün izlərini 
aşkarlamağa  öz  mənfi  təsirini  göstərir.  Bütövlükdə  gö-
türdükdə antik mifologiya e.ə. II minilliyin 2-ci yarısında 
qədim  yunan  tayfaları  və  tayfa  birlikləri  arasındakı  icti-
mai, sosial münasibətləri, dini təsəvvürləri, gündəlik hə-
yat tərzini təsvir edir.  
Beləliklə,  əsasən,  e.ə.  II  minillikdən  başlayan  antik 
mifologiyanın təkamül tarixini 2 mərhələyə ayırmaq olar. 
I  mərhələnin  səciyyəvi  cəhəti  insanın  özünü  təbiətdən 
ayırmağa  başlaması  və  daha  çox  aqrar,  məhsuldarlıq  
kultları ilə bağlı olan ibtidai mif yaradıcılığıdır. Bu mifləri 
öz  kökləri  ilə  matriarxat  dövrünə  bağlanır,  belə  ki, 
onlarda  mərkəzi  rol  təbiət  stixiyalarının  simvolu  olan 
qeyri-antropomorf  obrazlara  (ilk  allahlar,  ilanlar, 
müxtəlif eybəcər görünüşlü varlıqlar, əjdahalar və s.) və 
böyük Ana obrazına (Reya, Kibela) məxsusdur...  
URAN  göy  üzünü  təcəssüm  etdirən  ilk  allahlar 
nəslindəndir,  Heyanın  –  Yerin  əridir.  Amma  Heya  eyni 
zamanda Uranın anasıdır - mifin öz kökləri ilə çox qədim 


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə