Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə36/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   32   33   34   35   36   37   38   39   ...   62

148 
 
dövrlərə  aid  olması-
nı  göstərən  bariz 
əlamət. Onların dün-
ya gətirdiyi – dağlar, 
dənizlər, nimfalar, ti-
tanlar,  kiklop-təpə-
gözlər,  yüz  əli  olan 
varlıqlardır.  Uranın 
başlıca  xüsusiyyəti 
həddən artıq “məhsuldar” olmasıdır. O, fasiləsiz olaraq ye-
ni-yeni eybəcər varlıqlar dünyaya gətirir və özü də onlara 
nifrət etdiyinə görə, uşaqlarını arvadının bətnində gizlədir. 
Əlbəttə ki, Heya bu vəziyyətdən əziyyət çəkir. Ona görə ki-
çik oğlu Kronosdan xahiş edir ki, Uranı axtalasın.    Kronos 
bu xahişi yerinə yetirir, lakin Uranın yerə düşən qan dam-
cılarından  belə  yeni  varlıqlar  –  qiqantlar,  nimfalar,  erini-
lər və gözəllik ilahəsi Afrodita dünyaya gəlir. Uranın axta-
lanması  ilə  o,  eyni  zamanda  hakimiyyətdən  də  məhrum 
edilir və Kronos yeni allahlar nəslinin başçısı olur. Beləlik-
lə, Uranın hakimiyyətdən uzaqlaşdırılması yeni nəsil allah 
obrazlarının  meydana  gəlməsinə,  ilahi  varlıqlarda  antro-
pomorf cizgilərinin daha da güclənməsi yolu ilə antik mifin 
təkmilləşməsinə şərait yaradır.      
REYA Uranın və Heyanın qızı, titan Kronosun həm ba-
cısı, həm də arvadıdır; ondan 6 allah dünyaya gətirmişdir 
– Hestiya, Demetra, Hera, Aid, Poseydon və Zevs. Bu allah-
lar  sonradan  titanlar  nəsli  ilə  mübarizə  apararaq,  onları 
hakimiyyətdən uzaqlaşdırıblar. Kronos bundan ehtiyat et-
    Afrodita, Afina, Artemida 


149 
 
diyinə  görə,  yeni  doğulan  uşaqlarını  udurdu.  Reya  vali-
deynlərinin  məsləhəti  ilə  Zevsi  ölümdən  xilas  etmək  üçün 
bələyə bürüdüyü daş parçasını ərinə verir, oğlunu isə gizli 
şəkildə Krit adasına göndərir. Son antik dövrdə Reya Frigi-
yanın Böyük allahlar anası ilə eyniləşdirilirdi. Qədim Roma 
mifologoyasında ona uyğun gələn Kibela ilahəsinin öz kul-
tu olmuşdur. Kult tərəfdarları dini mərasimlərində orgiya-
lar  düzənləməklə  ad  qazanmışlar.  Beləliklə,  Reya-Kibela 
bir tərəfdən öz uşaqlarını qorxunc atadan qoruyan faciəvi 
ana, digər tərəfdən özündə orgiya elementləri daşıyan mis-
tik obrazdır.      
II mərhələ üçün insanın nəsil-tayfa sosial birliyindən 
ayrılması və patriarxat dövrü üçün xarakterik olan sənət-
karlığın  mifoloji  struktura  daxil  olması  səciyyəvidir.  Bu 
mərhələdə  bəşəriyyətə  mədəniyyət  işığı  gətirən,  yaxud 
onu  dəhşətli  fəlakətlərdən  xilas  edən  böyük  Qəhrəman 
(Prometey,  Herakl,  və  b.)  mifologiyada  mərkəzi  mövqe 
qazanır. Allahlar panteonunun yenidən qurulması da bu 
mərhələnin əsas xüsusiyyətlərindən biridir: kişi cinsinin 
təcəssümü olan şimşəksaçan Zevs baş allaha çevrilir. Bö-
yük  Ana  mifolologemi  isə  parçalanaraq,  bir  neçə  qadın 
allah obrazı (Afina, Afrodita, Artemida və b.) əmələ gəti-
rir.  Allahların  daşıdıqları  funksiyalar  ciddi  differensasi-
yaya uğrayır. Məs., Afina müdriklik, ədalətli müharibə və 
sənətkarlıq  ilahəsi,  Afrodita  sevgi  və  gözəllik  ilahəsi,    
Artemida  ov  ilahəsi  (hər  iki  ilahənin  adı  yunan  mənşəli 
deyil), Hefest od və dəmirçilik allahıdır, Hermes allahla-
rın xəbərçisi, səyyahların himayəçisidir və s. Bu dövr mi-


150 
 
fologiyasının səcyyəvi cəhəti allahların aydın ifadə olun-
muş antropomorfizmidir. Yalnız allahlar deyil, digər mö-
cüzəli varlıqlar (uçan əjdahalar, kentavrlar və d.) da insa-
nı keyfiyyətlərə malikdirlər.  
Miflərdəki  bu  artan  antropomorfizm  yeni  tarixi 
şəraitdə  insanın  daha  da  güclənməsi,  təbiət  üzərində 
hökmranlığının artması ilə əlaqədardı. Allahlar artıq get-
dikcə daha çox insana bənzəməyə başlayırlar, onun kimi 
hərəkətli həyat yaşayır, düşünür, səhvlər edirlər. Faktiki 
olaraq, onların insanlardan yalnız bir başlıca fərqi qalır – 
ölməzlik.  Belə  şəraitdə  mifoloji  sistemə  yeni  obrazın  – 
öləri  insanın  daxil  olması  təsadüfi  sayılmamalıdır.  Mif 
getdikcə  möcüzəvi  elementlərdən  uzaqlaşır,  real  həyata 
yaxınlaşır. Beləliklə, ilk mifoloji qəhrəman obrazları mey-
dana gəlir (Herakl, Tesey, Axilles və b.). İlk qəhrəmanlar 
hələ  ki,  tamamilə  insan  yox,  yarı-allah,  yarı-insandırlar. 
Onların  bir  çoxu  bu  və  ya  digər  allahın  bəşər  övladı  ilə 
cinsi  əlaqəsindən  yaranmışlar  və  bütün  ömrü  boyu  hə-
min allahın himayəsi altında yaşayırlar. Allahla qohumlu-
ğu olan insanların qəhrəman olmaları qədər təbii nə ola 
bilər?  Onların  bütün  davranışları,  sözləri  və  hərəkətləri 
ilahi  qüvvələrin  razılığı  ilə  baş  verir.  Allahlarla  birbaşa 
təmas  onların  əsas  səciyyəvi  cəhətidir.  Antik  mifologiya 
bir-birindən fərqli insan obrazları ilə yeni - qəhrəmanlıq 
mifologiyası mərhələsinə keçir.  
HERAKL  (qədim  Roma  mifologiyasında  HERKULES) 
antik  mifologiyanın  ən  məşhur  qəhrəman  obrazıdır. 
Koloritli  xarakterə  malik  bu  obraz  bir  sıra  mifoloji 


151 
 
silsilələrdə  özünü  göstərir.  Həyat  tarixçəsi  çox  zəngindir. 
Zevsin  və  öləri  insan  Amfitrionun  arvadı  Alkmenanın 
oğludur. Amfitrion müharibədə ikən Zevs onun görkəmini 
alıb Alkmenanın yatağına girir. Həqiqi ər geri qayıdarkən, 
Alkmena  ondan  olan  İfikli  və  Zevsdən  olan    Heraklı 
dünyaya  gətirir.  Zevsin  qısqanc  arvadı  Hera  ilk  gündən 
Herakla düşmən kəsilir. Zevs allahlar yığıcağında Heraklı 
nəzərdə  tutaraq  söz  verir  ki,  həmin  gün  onun  nəslindən 
doğulan  kəs  Mikenin  hökmdarı  olacaq.  Hera  buna  görə 
Alkmenanın  doğuş  zamanını  gecikdirir  və  əksinə  -  Miken 
çarı  Sfenalın  arvadı  Nikippin  hamiləlik  müddətini  2  ay 
qısaldır. Beləcə, həmin gün Herakl deyil, Evrisfey (Sfenalın 
oğlu,  Teseyin  nəvəsi,  Zevsin  nəticəsi)  dünyaya  gəlir  və 
sonradan  bütün  Peleponnesin  hökmdarı  olur.  Heranın 
düşmənçiliyi  bununla  da  bitmir.  O,  Herakl  beşiktə  ikən 
üstünə  iki  ilan  göndərir,  lakin  körpə  onları  boğaraq 
öldürür  və  bununla  da  qəhrəmanlıqlarının  başlanğıcı 
qoyulur.  Gənc  Herakla  döyüşməyi,  ox  atmağı,  müxtəlif 
sənətkarlığı  kentavr  Xiron,  Lin  və  b.  öyrədirlər,  amma 
burda da hadisəsiz ötüşmür: nəğməkar Lin Herakla kifara 
çalmağı  öyrədərkən,  onu  cəzalandırmalı  olur,  Herakl  isə 
əsəbləşib ona elə bir zərbə vurur ki, müəllim canını tapşı-
rır. Amfitrion onun  gücündən qorxuya düşüb insanlardan 
uzağa  –  Fiva  yaxınlığında  yerləşən  Kiferon  dağındakı  ço-
banların yanına göndərir. Fəqət Herakl orda da rahat dur-
mur. Fivaya bac-xərac yığmağa gələn qonşu şəhərin adam-
ları ilə rastlaşaraq, onların əllərini, qulaqlarını, burunları-
nı kəsir və çarlarına göndərir. Qonşu çar Fiva ilə mühari-


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə