Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə40/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   36   37   38   39   40   41   42   43   ...   62

165 
 
yə ehtiyacı yoxdur. İlk təkanvericinin ağlı aktualdır, çün-
ki o, hər şeyi yaradır; insan ağlı isə potensialdır, çünki o, 
təqlid  edir.  Beləkilə,  filosof  ilk  təkanverici  qüvvə  kimi    
Allahdan  və  bütün  əksliklərin  vəhdəti  olan  materiyadan 
ibarət yeni fəlsəfi konsepsiya yaradaraq, Sokratdan baş-
layan  vahid,  tək  yaradıcı  ilahi  varlıq  ideyasını  inkişaf 
etdirmiş,  yeni  çalarlar  əlavə  edərək  daha  da  zənginləş-
dirmişdir.   
Ellinizm dövründən (e.ə. IV əsrin sonu – III əsrin əv-
vəlləri) başlayaraq antik fəlsəfə tarixində Sokrat, Platon, 
Aristotel  kimi  böyük  simalar  artıq  müşahidə  olunmasa 
da,  özünün  fərqli  fəlsəfi  təlimi  olan  məktəblər  meydana 
gəlməkdə davam edirdi. Sadəcə olaraq, bu dövrdə fəlsəfi 
düşüncənin  əsas  vektoru  varlığın  mahiyyəti,  ilkin  subs-
tansiya, ətraf aləmin dərk olunması problemlərindən bir 
qədər  uzaqlaşaraq,  əsas  etibarilə  etika  problemlərinə 
meyllənirdi  ki,  bunun  da  başlıca  səbəbi  qədim  yunan 
dünyasında  baş  vermiş  ictimai-siyasi  dəyişikliklər,  otu-
ruşmuş  Afina  polis  demokratiyası  idarəetmə  sisteminin 
avtoritar  quruluşla  əvəzlənməsi  (öncə  Makedoniyalı     
İskəndərin, II əsrdən isə qədim Romanın yaratmağa baş-
ladığı  imperiyalar)  və  dəyişikliklərin  bütün  sahələrə  ol-
duğu kimi, fəlsəfi fikrə də müəyyən təsir göstərməsi idi. 
Fəlsəfə insanlara çətin zamanlarda düzgün davranış nor-
malarının  tapılmasında  yardım  etməyi  özünün  başlıca 
məqsədi sayırdı. Bu dəyişikliklərə baxmayaraq, ətraf tə-
biətin, eyni zamanda getdikcə çoxalmaqda olan insan bi-


166 
 
liyinin mənbəyi məsələsi hələ də əksər fəlsəfə məktəblə-
rinin məşğul olduğu sahələr olmaqda davam edirdi. 
Bu dövrün əsas fəlsəfə məktəbi Kitonlu Zenonun ba-
nisi  olduğu  stoiklikdir.  Stoiklər  vahid  dünya  qüvvəsini 
bütün maddi və qeyri-maddi dünyanı birləşdirən yaradı-
cı-allah hesab edirdilər. Ö, özünün daxili qanunları ilə re-
al dünyaya çevrilir və insanların əsas vəzifəsi həmin va-
hid qüvvənin  qanunlarına tabe olmaqdır.  Stoikliyə görə, 
həmin qüvvə - Oddur. Onlar da Heraklit kimi odu ilk baş-
lanğıc, hər şeyi yaradan və hərəkətə gətirən varlıq sayır-
dılar. İnsan təbiətdə olan bu şüurlu vəhdətin bir parçası 
olduğu üçün ona qarşı çıxmamalı, əksinə bütün iradəsini 
və məqsədlərini təbiətin əzəli-əbədi qanunlarına tabe et-
məlidir. Eyni zamanda, insan vahid dünya qüvvəsini dərk 
etmək üçün müəyyən etik davranış normalarına əməl et-
məli, dünya malına uymamalı, yaşaması üçün zəruri olan 
şeylərlə  kifayətlənməli,  öz-özünə  nəzarət  etməlidir.  Yal-
nız bu halda o, yaradanı dərk etmək səviyyəsinə ucala bi-
lər.  
Ellinizm  dövrü  məşhur  fəlsəfə  məktəblərindən  epi-
kürçülüyü və skeptikliyi də qeyd etmək lazımdır. Epikür 
və qədim Romada onun tanınmış davamçısı olan Lukresi 
Kar əsasən Demokritin atomizm nəzəriyyəsini inkişaf et-
dirmişlər. Filosof atomların öz qanunauyğun düzxətli hə-
rəkət trayektoriyasından özbaşına çıxması haqqında fikir 
irəli sürərək, bu nəzəriyyəsini etikaya da tətbiq etmişdir: 
insan  da  ümumi  qəbul  olunmuş  davaranış  normaların-
dan kənara çıxarkən, həmin atomlar kimi hərəkət edir və 


167 
 
bu,  minimum  azadlıq  adlanır.    Epikür  antik  ortodoksal 
politeist dininə qarşı çıxmasa da, insan və onun canı haq-
qında monoteizm təliminə yaxın fikrilər səsləndirmişdir. 
Filosofa görə, atomların hər biri ayrıca dünyadır, bu dün-
yalar araındakı boşuqlarda isə əbədi və xoşbəxt allahlar 
yaşayırlar; canlı aləm və insanın canı ən yüngül atomlar-
dan  ibarətdir.  Epikürçülüyün  də  etik  idealı  zəruri  və  ən 
təbii ehtiyaclarla kifayətlənən müdrik insandır. 
 Bu dövrün digər antik fəlsəfə məktəbi olan skeptikli-
yin  görkəmli  nümayəndələri  Elidalı  Pirron  (e.ə.  IV  əsrin 
sonu),  Arkesilay,  Karnead,  Klitomax  (e.ə.  III-II  əsrlərdə 
Platon  Akademiyasına  başçılıq  etmiş  filosoflar),  Enesi-
dem, Sekst Empirik (b.e. II əsr) ilk növbədə insan qavra-
yışlarının həqiqi bilik verməsi imkanına bədbin (məktə-
bin adı da burdandır) yanaşırdılar. Son antik dövr skep-
tikliyi ümumiyyətlə Həqiqətin mümkünlüyünü, insan cə-
miyyətinin tərəqqiyə doğru inkişafını şübhə altına alırdı. 
Onlara görə, “hər şey yalnız görüntüdür”. Enesidemin hə-
qiqi biliyin mövcudluğuna qarşı yönəlmiş arqumentləri – 
tropları  məşhurdur.  Filosof  bu  qısa  parçalarda  məntiqi 
yollarla  istənilən  biliyin  “görüntü”  (yəni,  əslindən  uzaq) 
olduğunu  “sübut”  edirdi.  Skeptiklik  məktəbi  b.e.-nın  III 
əsrinədək  antik  fəlsəfi  düşüncəyə,  o  cümlədən  xristian 
dini təliminə bilavasitə sələflik etmiş qnostisizm tipli tə-
limlərə (neopifaqorçuluq, neoplatonizm) güclü təsir gös-
tərmişdir.  Belə  ki,  yeni  eranın  başlanğıcında  meydana 
gəlmiş bu son antik fəlsəfə məktəbləri öz fəlsəfi təlimlə-


168 
 
rini insan biliyinə və bəşəriyyətin gələcəyinə skertikliyin 
bədbin baxışları ilə polemika şəraitində yaradırdılar.   
Bizim eranın əvvəllərində yaranan antik fəlsəfə mək-
təblərinin  spesifik  keyfiyyəti  kimi  ilk  növbədə  onların 
mistikliyini göstərmək lazımdır ki, bunun özü də təsadüfi 
sayılmamalıdır.  Qədim  Roma  imperiyası  Şərq  vilayətlə-
rində möhkəmləndikcə, mədəniyyətin bütün sahələrində 
- ictimai-siyasi, iqtisadi-sosial həyatda, elmdə, ədəbiyyat-
da  və  o  cümlədən  fəlsəfi  düşüncədə  Şərqin  təsirini  get-
dikcə  daha  artıq  hiss  edilməyə  başlayırdı.  Bu  təsirin 
konkret nəticələrindən biri kimi I əsrdə meydana gəlmiş 
qnostisizm məktəbləri antik fəlsəfənin yeni yaranmaqda 
olan  monoteist  xristian  dini  təlimi,  o  cümlədən  Şərqin 
qədim  dinlərindən  iudaizmin,  zərduştiliyin,  Babil  miste-
riya  kultlarının  özünəməxsus  əlaqə,  eklektik  birləşmə 
forması kimi üzə çıxırdılar. Bu məktəblər skeptiklik antik 
fəlsəfi düşüncə tərzinə qarşı reaksiya formasında meyda-
na gəlsələr də, sonralar şərq mifologiyasından və bir sıra 
erkən xristian bidət təlimlərinin ehkamlarından geniş is-
tifadə  etmişlər.  Qnostisizmin  əsasında  insanın  maddi  və 
qeyri-maddi varlıq kimi öyrənilməsi, ətraf aləmin, vahid 
substansiyanın bilik, zəka vasitəsilə dərk olunması prob-
lemləri  dururdu  (yunanca  “gnostikos”  –  dərk  edən). 
Qnostiklərin  dualist  mistisizminə  görə,  vahid  yaradanın 
olduğu qeyri-maddi dünyadan fərqli olaraq, maddi dünya 
və materiya günahkar, şər başlanğıcdır və onu aşıb keç-
mək lazımdır. Ətrafdakı dünyamızda o dünyanın “işartı-
ları” mövcuddur və onlar aşkarlanaq bir yerə toplanmalı, 


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə