Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə41/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   37   38   39   40   41   42   43   44   ...   62

169 
 
öz mənbəyinə qaytarılmalıdır. Özünün ən yüksək inkişaf 
dövrünə  b.e.-nın  II  əsrində  çatmış  qnostiklər  Suriyada 
(Vasilid), Misirdə (Valentin), İskəndəriyyədə (Karpokrat) 
və digər yerlərdə fəaliyyət göstərirdilər. Qnostiklər vahid 
Yaradanı dərk etmənin mümkünlüyü və Məsih ardıcılla-
rının (yəni, həqiqi xristianların) yalnız qnostik “aydınlan-
ma”  qazananların  ola  bilməsi  haqqında  fikirlərinə  görə, 
III-IV əsrlər ərzində ortodoksal xristian din xadimləri tə-
rəfindən  təqiblərə  məruz  qalmış  və    əsərləri  məhv  edil-
mişdir. Onların ideyaları əsas etibarilə sonrakı dövrlərdə 
bir sıra bidətçi qnostik məktəblərə cavablar verən xristi-
an ilahiyyatçılarının əsərlərində sitatlar formasında sax-
lanmışdır. 
Qədim yunan fəlsəfi ənənəsini Şərq dini-mistik təlim-
ləri  ilə  birləşdirən  digər  məktəb  –  neoplatonizm  bütün-
lükdə antik fəlsəfə tarixində sonuncu fəlsəfə məktəbidir. 
B.e.  III-VI  əsrləri  arasında  mövcud  olmuş  neoplatonizm 
Platon ideyalarının, Aristotelin bəzi məntiqi mülahizələ-
rinin (Platona zidd olmayan), pifaqorizmin, Xaldey və Mi-
sir dinlərinin özünəməxsus vəhdətindən ibarətdir. Fəlsə-
fi təlimin əsas məzmununu Platonun emanasiya nəzəriy-
yəsi təşkil edir: varlıq iyerarxiyası vahid, əzəli-əbədi De-
miurq-Allahdan  başlayaraq  Zəkadan,  Dünya  canından, 
ayrı-ayrı İnsan canından keçərək, aşağıya doğru hərəkət 
edib materiyaya çatması və kamilləşmə,  xüsusi təlimlər, 
askez yolu ilə yenidən öz başlanğıcına - Allaha doğru uca-
lıb  ona  qovuşmasından  ibarətdir.  Insanın  bu  dünyadakı 
başlıca  vəzifəsi  ehtiraslardan,  müxtəlif  maddi  cazibələr-


170 
 
dən,  günahlardan  təmizlənərək,  xeyirxahlıq,  sevgi,  yara-
dıcılıq, musiqi və poeziya vasitəsilə özünü vahid yarada-
na  qovuşmaq  səviyyəsinə  çatdıqmaqdır.  Neoplatonizmə 
stoikliyin  müəyyən  təsiri  hiss  olunur,  belə  ki,  İlkin  baş-
lanğıc olan Odun insan daxili Məni ilə eyniləşdirilməsi ki-
mi  stoik  təlimi  və  Yer  kürəsini  mütəmadi  “təmizləyən” 
odlu fəlakətlər haqqında ideyalar burada da qarşımıza çı-
xır.  Bu məktəb hinduizm fəlsəfi sisteminin təməl ideya-
larından  olan  ruhun  bədəndən  bədənə  köçməsini  (“me-
tempsixoz”)  də  qəbul  edirdi.    Mistika,  məntiq  və  kamil-
ləşmə  etikası  bütövlükdə  neoplatonizmə  xas  keyfiyyət-
lərdir.  Romada  özünün  məktəbini  yaratmış  (244-cü  il) 
Plotin,  onun  tələbəsi  Porfiri,  Porfinin  yanında  təhsil  al-
dıqdan sonra Suriyada öz məktəbini yaratmış  Yamvilix, 
Yamvilixin  tələbəsi  və  Perqam  məktəbinin  banisi  Edes 
(IV əsr) neoplatonizmin əsas nümayəndələridir. Bu mək-
təb iki əsr ərzində yeni yaranmış xristianlıqla eyni mədə-
ni və coğrafi məkanda fəaliyyət göstərmiş və onun dini-
fəlsəfi  təliminin  formalaşmasına  birbaşa,  həm  də  güclü 
təsir göstərmişdir.    
B.e.-nın  324-cü  ilində  Roma  imperatoru  Konstantin 
Xristianlığı rəsmi dövlət dini kimi qəbul etdi və  xristian 
dini-fəlsəfi  sistemi  bu  tarixdən  etibarən  tədricən  digər 
fəlsəfi  sistemlər  arasında  hökmran  mövqe  qazanmağa 
başladı. Patristika (latınca “patres” – atalar) II-VIII əsrlər 
arasında bir tərəfdən antik fəlsəfə (platonizm, neoplato-
nizm, stoiklik), digər tərəfdən xristian teleoloji konsepsi-
yası  (vəhy  ideyası)  əsasında  formalaşmış  ilk  xristian  di-


171 
 
ni-fəlsəfi düşüncə cərəyanı oldu. Yustin (təqr. 165-ci ildə 
ölmüşdür),  Tatian  (təqr.  120  -  təqr.  175),  Tertullian,  İs-
kəndəriyyəli Kliment, Tit Livi (215-ci ilədək yaşamışdır), 
Origen, Vasili Kessariyalı (təqr. 330-379), Avqustin (354-
430),  Qriqori  Nisli  (təqr.  335-394),  Qriqori  Nazianzin 
(təqr. 330-təqr. 390), Saxta Dionisi Areopagit, İohann Da-
maskin  (təqr.  675-753),  Leonti  (təqr.  475-543),  Boesi 
(təqr.480-525) kimi erkən və orta əsrlər xristian müəllif-
lərinin başlıca vəzifəsi antik fəlsəfi ənənəni xristian vəhy 
konsepsiyası ilə birləşdirmək, bununla da  köhnə ənənə-
nin metod, prinsip və kateqoriyalar sistemini yeni yaran-
mağa başlayan dini-fəlsəfi təlimin xidmətinə qoymaq idi. 
Orta  əsrlərdə  antik  fəlsəfənin  birbaşa  təsir  göstərdiyi 
ikinci böyük xristian teoloji-fəlsəfi məktəbi Sxolastikadır 
(yunanca  “schola”  –  elmi  söhbət,  məktəb;  latınca  “scho-
lastica”  –  elmi).  XI-XVI  əsrlər  arasında  yaşayıb-yaratmış 
orta əsrlər Avropasının bir çox görkəmli dini filosofları – 
Pyotr Damiani, Anselm Kenterberili (1033-1109), Beren-
qar Turlu (təqr. 1000-1088), İohan Rosselin (təqr. 1050-
1122),  Pyotr  Abelyar  (təqr.  1060-1154),  Albert  fon    
Bolşted  (təqr.1200-1280),  Foma  Akvinalı,  Rocer  Bekon, 
İohan  Duns  Skott,  Bonaventura,  Siger  Brabantlı  (təqr. 
1240-1281),  Tommazo  de  Vio  Qaetanlı  (1469-1534), 
Françesko de Silvestri (1474-1528), Françesko de Vitto-
riya  (1483-1515),  Qabriel  Vaskes  (1550-1604)  bu  mək-
təbin nümayəndələridir. Sxolastikanın başlıca mənbələri 
antik fəlsəfəyə dayaqlanan Bizans teologiyası və patristi-
ka idi. Patristikadan fərqli olaraq, sxolast filosoflar antik 


172 
 
mütəfəkkirlər arasında Aristotel təliminə üstünlük verir-
dilər  ki,  bu  da  öncəki  xristian  teoloqları  ilə  xristianlığın 
bu və ya digər ehkamı ilə bağlı məsələlərdə aparılan po-
lemika çərçivəsində baş vermişdi.  
Lakin  qəti  əminliklə  demək  mümkündür  ki,  hər  iki 
monoteist dini fəlsəfə məktəbi özünün elmi-nəzəri təmə-
lini məhz antik fəlsəfə əsasında yaratmış, bu və ya digər 
fəlsəfi problemin araşdırılmasında antik filosofların mü-
vafiq mövqelərinə, həmin sahəyə aid tanınmış əsərlərinə 
münasibət  bildirmiş,  hətta  bir  çox  hallarda  onlardan  tə-
sirləndiklərini  birbaşa  təsdiq  etməkdən  belə  çəkinmə-
mişlər.  Təəssüflə  qeyd  etməliyik  ki,  yeni  monoteist  dini 
fəlsəfə  məhz  antik  fəlsəfi  sistemlər  bazasında  meydana 
gəlməsinə baxmayaraq, onlara özünün başlıca anternati-
vi, rəqibi kimi yanaşırdı və dövlət imkanlarından da isti-
fadə etməklə antik fəlsəfə məktəbləri ilə əsl ideoloji mü-
barizə  aparırdı.  Məhz  bu  mübarizənin  nəticəsi  olaraq, 
imperator Yustinian 529-cu ildə bütün antik fəlsəfə mək-
təblərinin  fəaliyyətini  qadağan  etdi.  Eyni  zamanda,  Bi-
zansda  keçirilmiş  iki  Ümumdünya  kilsə  məclisində 
(1076,  1351)  platonizm  və  neoplatonizm  məktəbləri  lə-
nətləndi. Lakin bütün bu təzyiqlərə və təqiblərə baxma-
yaraq, antik fəlsəfi təlim və konsepsiyalar sonrakı Avro-
pa,  müsəlman-ərəbdilli,  yəhudi  monoteist  dini-fəlsəfi 
ənənəyə  və  dolayısı  ilə  bütövlükdə  dünya  sivilizasiyası-
nın  mütərəqqi  inkişafına  güclü  təsirini  göstərməyə  da-
vam edirdi.                
 
 


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə