Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur


ANTİK ƏDƏBİYYATŞÜNASLIĞIN FORMA VƏ



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə42/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   38   39   40   41   42   43   44   45   ...   62

173 
 
ANTİK ƏDƏBİYYATŞÜNASLIĞIN FORMA VƏ 
MƏZMUN XÜSUSİYYƏTLƏRİ 
 
 
 
 
 
 
Antik ədəbiyyat yaranmağa başladığı ilk dövrdən de-
yə bilərik ki, həm də antik ədəbiyyatşünaslığın ilk nümu-
nələri  meydana  gəlmiş,  ədəbiyyatın  inkişafı  ilə  onun  da 
forma və məzmun keyfiyyətləri inkişaf edərək tədqiqata 
cəlb etdiyi problemlərin və müəlliflərin sayı artmış, təd-
ricən  nəzəri  səviyyəsi  kifayət  qədər  yüksək  pilləyə  çat-
mışdır. Antik ədəbiyyatşünaslığın tarixini dövrləşdirməli 
olsaq,  antik  ədəbiyyatın  klassik  dövrləşməsinə  müvafiq 
şəkildə - Qədim yunan və Qədim Roma ədəbiyyatşünaslı-
ğı  olaraq  iki  böyük  hissəyə  ayırmaq  mümkündür.  Belə 
bölgü  yalnız  ərazi  prinsipinə  görə  deyil,  eyni  zamanda 
ədəbiyyatşünaslığın xarakteri, məşğul olduğu problemlə-
rin dərinliyi və müxtəlifliyi və digər göstəricilərə əsasla-
nır. Hər dövrün özünəməxsus ictimai-siyasi, mədəni  şə-
raiti  də  ədəbiyyatşünaslığın  inkişaf  istiqamətinə  və 
templərinə öz təsirini göstərirdi. Ona görə antik ədəbiy-
yatşünaslığın yaranma və təşəkkül prosesinə nəzər salar-
kən,  oradakı  inkişaf  və  tənəzzül  tendensiyalarını  aydın 
şəkildə müşahidə etmək mümkündür.  


174 
 
Qədim yunan ədəbiyyatşünaslıq tarixini də öz növbə-
sində 3 mərhələyə ayırmaq olar: 1) e.ə. 600-cü – e.ə. 300-
cü  illərin  klassik  mərhələsi;  2)  e.ə.  300-cü  –  b.e.-nın  əv-
vəlləri ellinizm-iskəndəriyyə mərhələsi; 3) b.e.-nın əvvəl-
lərindən Bizans dövrünə qədərki Roma dövrü mərhələsi. 
Qeyd  etmək  lazımdır  ki,  antik  ədəbiyyatşünaslığın  əsas 
xüsusiyyətlərindən  biri  onun  ilkin  dövrdə  bədii  ədəbiy-
yatla (epos, lirika və komediya), sonra isə fəlsəfə və rito-
rika ilə birlikdə çıxış etməsidir. Sırf ədəbi-nəzəri, ədəbiy-
yat tarixi və ədəbi-tənqid məsələlərinə həsr olunmuş fi-
loloji  traktatlar  isə  əsasən  e.ə.  IV  əsrdən,  ellinizm  döv-
ründən etibarən yaranmağa başlamışdır.  
Klassik  mərhələnin  erkən  nümunələri  kimi  Homer 
eposlarında,  lirik  şeir  parçalarında  və  dram  əsərlərində 
ədəbiyyatşünaslığa dair səsləndirilən fikirləri göstərmək 
mümkündür. “Odisseya”da çar Alkinoy Odissey nəğmələ-
rinin estetik gözəlliyi haqqında fikirlərini bildirir, lirika-
nın  müxtəlif  janrlarında  (elegiya,  yamb,  xor  lirikası)  sə-
nətkar ustalığı və istedadı haqqında bədii meyarlar ibti-
dai şəkildə əksini tapırdı. Təntənəli xor lirikasının tanın-
mış nümayəndələrindən olan Pindar (e.ə.518-442) epini-
kiya, himn, difiramb, enkomiya kimi poeziya janrlarında 
yazdığı əsərlərdə insan ləyaqətinin vəsf olunması işində 
“nəğmə”nin mühüm əhəmiyyətini vurğulayırdı. Şairə gö-
rə, nəğmə “gözəl əməllərin yaddaşlara həkk olunmasını” 
təmin  edir,  şairə  çəkdiyi  zəhmətinin  mükafatı  olaraq 
“ölümsüzlük”  verir,  çünki  “hərəkətsiz  heykəldən  fərqli 


175 
 
olaraq,  nəğmə  ətrafa  yayılmaq  imkanına  malikdir” 
(Pindar, “Oda”).  
Nəzərdən  keçirdiyimiz  dövrün  müəllifləri  arasında 
yaradıcılığında ədəbiyyatşünaslıq məsələlərinə ən böyük 
yer ayıran ədib isə şübhəsiz Aristofan olmuşdur (“Bulud-
lar”,  “Qurbağalar”,  “Fesmoforiya  bayramında  qadınlar”). 
“Qurbağalar” komediyasındakı Esxillə Evripidin qarşılaş-
ması  səhnəsi  qədim  yunan  ədəbi-tənqidi  fikir  tarixinə 
dair yazılan bütün tədqiqat işlərində əsas nümunələrdən 
biri  kimi  göstərilir.  Belə  ki,  həmin  səhnədə  bu  günün 
ədəbiyyatşünaslığı  üçün  də  aktuallığını  itirməyən  suala 
cavab axtarılır: bədii əsərə ilk növbədə hansı meyarlarla 
yanaşmaq  lazımdır?  Evripid  sırf  bədii-sənətkarlıq  xüsu-
siyyətlərinə görə Esxilin faciələrini zəif hesab edir. Esxil 
isə  ətrafına  “oğruları,  ata  qatillərini”  toplayan  Evripidin 
faciələrini  cəmiyyət  üçün  tərbiyəvi  cəhətdən  ziyanlı 
sayır.  O,  hesab  edir  ki,  ədəbiyyat  ilk  növbədə  insanın 
nəcibləşməsinə  xidmət  etməli,  ona  nümunəvi  davranışı 
təqdim etməlidir. Nəticədə, ədəbi mübahisə Esxilin qali-
biyyəti ilə başa çatır və onun ədəbiyyata yanaşma meyarı 
üstünlük  qazanır.  Qeyd  etmək  lazımdır  ki,  Aristofanın 
ədəbiyyatşünaslıq görüşləri (əsərin tərbiyəvi rolunun ön 
plana  çəkilməsi,  müsbət  qəhrəman  problemi  və  s.) 
birbaşa yaşadığı dövrün yaranmaqda olan yeni fəlsəfi və 
ədəbi  məktəblərinə  (stoiklər,  kiniklər,  sofistlər  və  on-
ların  ideyalarını  əsərlərində  təbliğ  edən  ədiblər)  qarşı 
mənfi münasibətinə əsaslanırdı.  


176 
 
 Bu dövrün ədəbiyyatşünaslığı tarixində başlıca hadi-
sələrdən  biri  də  ədəbi-tənqidçilər  arasında  ilk  qruplaş-
maların meydana gəlməsi olmuşdur. Ilk belə qruplaşma-
ların  əsasında  hələ  ki  heç  bir  fəlsəfi-nəzəri  ideya  ixtilafı 
durmurdu.  Məsələn,  Homerin  miflərə  münasibətindəki 
antropomorfizmi müxtəlif filosoflar  (dövrün əsas ədəbi-
tənqidi fikirlərini söyləyənlər məhz onlar idi) tərəfindən 
müxtəlif cür şərh edilirdi. Bəziləri (e.ə.VI əsrin məşhur fi-
losofları Ksenofan, Heraklit, daha sonrakı dövrdə Platon, 
Epikür,  Zoil  və  b.)  hesab  edirdilər  ki,  Homerin  allahları 
bu şəkildə insaniləşdirməsi, bəşər övladının bütün müs-
bət və mənfi cəhətlərini onlara şamil etməsi dövrün əxla-
qına və dininə, ən başlıcası isə insanların tərbiyəsinə po-
zucu  təsir  göstərir.  Bu  qrupdan  olan  filosoflar  “Homeri 
tənqid edənlər” cərəyanında birləşirdilər. Digər qrupdan 
olan alimlər isə Homer eposunda allahları mənfi tərəfdən 
göstərən  hissələri  alleqorik  tərzdə  izah  edirdilər  və  bu 
cərəyana  da  “Homerə  rəğbət  bəsləyənlər”  adını  vermiş-
dilər  (stoiklər  Zenon,  Kleanf,  Hrisipp,  kinik  Antisfen  və 
b.). Bu cərəyanın nümayəndələri belə hesab edirdilər ki, 
Homerin obrazları təbiət hadisələrinin, yaxud insanı key-
fiyyətlərin  rəmzləşdirilmiş  təsviridir.  Məsələn,  Zevs  ob-
razı Homerdə ağlın, idrakın təcəssümü, Apollonun oxları 
isə günəş şüalarının rəmzi obrazlarıdır. Aqamemnon əs-
lində havadır, Poseydon sudur, Afina torpaqdır, Ares od-
dur  və  s.  Bu  yolla  “rəğbət  bəsləyənlər”  Homer  eposunu 
haqsız  ittihamlardan  qoruyur,  poemaların  nüfuzunu  əv-
vəlkitək  göylərə  qaldırırdılar.  Hətta  V-IV  əsrlərdə            


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə