Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə44/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   40   41   42   43   44   45   46   47   ...   62

181 
 
e.ə. III əsrin əvvəllərində Ptolomey I Soterin vaxtında bö-
yük elm ocağı – Muzey (Muzalar evi) yaradılmışdı. Mər-
kəz  o  dövrdə  indiki  elmi-tədqiqat  institutlarının  yerinə 
yetirdiyi  funksiyanı  həyata  keçirirdi.  Ellinizm  dünyası 
Makedoniyalı  İskəndərin  işğalçı  yürüşlərindən  sonra 
Şərqə və Qərbə doğru xeyli genişləndiyindən, yeni ərazi-
lərdən  imperiyanın  mərkəzi  şəhərlərinə  yalnız  maddi 
sərvət  deyil,  eyni  zamanda  zəngin  elmi-mədəni  ənənə 
köçüb  gəlirdi.  Muzeyin  nəzdində  yerləşən  kitabxanada 
ən  müxtəlif  ərazilərdən  gətirilmiş  milyonlarla  əlyazma 
nüsxələri saxlanılırdı. Belə böyük sayda materialı sistem-
ləşdirmək,  saxlamaq  və  ardıcıl  olaraq  üzünü  köçürmək 
tələb olunurdu (papirusa yazılmış qədim əlyazmalar vaxt 
ötdükcə  keyfiyyətini  itirirdi).  Əlbəttə,  milyonlarla  əlyaz-
manı  bir-bir  yenidən  köçürmək  mümkün  deyildi  və  ona 
görə  təbii  olaraq,  onların  ən  dəyərlilərini  seçib  ayırmaq 
zərurəti meydana gəlirdi. Belə bir seçki işi isə öz növbə-
sində əsərlərin tədqiqini və onların qiymətləndirilməsini 
tələb edirdi. Bununla da filologiya xüsusi elm sahəsi kimi 
dövrün zəruri ehtiyacı olaraq inkişaf etməyə başlamışdı. 
Kitabxana nəzdində fəaliyyət göstərən filoloqlar ara-
sında Kallimax (e.ə. 310-240) və onun tələbəsi Eratosfen 
elm aləminə daha çox tanışdır. Bəzi mənbələrdə Kallima-
xın 800-ə yaxın əsəri olduğu göstərilir. Lakin bunlardan 
bizə  qədər  yalnız  “Siyahılar”  gəlib  çatmışdır.  Nə  vaxtsa 
110  kitabdan  ibarət  olan  bu  əsərin  yalnız  30-a  yaxın 
fraqmenti qorunub saxlanmışdır. Saxlanmış parçalardan 
aydın  olur  ki,  “Siyahılar”  antik  dünyanın  ilk  biblioqrafik 


182 
 
əsəridir.  Orada  İskəndəriyyə  kitabxanasında  saxlanan 
kitabların  siyahısı,  hər  kitabın  ilk  sözü  və  müəllifi 
haqqında  qısa  məlumat  verilir.  Eratosfendə  isə  əsas 
fəaliyyət  sahəsi  coğrafiya  olsa  da  o,  tarixə,  etikaya, 
fəlsəfəyə  və  ədəbiyyatşünaslığa  dair  bir  neçə  əsər  də 
yazmışdır. Onun dövrümüzə qədər gəlib çatmayan və 12 
kitabdan  ibarət  “Qədim  komediya  haqqında”  traktatı 
adından  da  göründüyü  kimi,  antik  komediya  janrı 
haqqında  güman  ki,  öz  dövrünün  ən  müfəssəl  filoloji 
tədqiqat işi olmuşdur.  
Muzeydə  tədqiqat  işləri  ilə  məşğul  olan  filoloqlar 
dövlət hesabına yaşayır və əmək haqqı alırdılar. Lakin o 
dövrün bir sıra müstəqil fəaliyyət göstərən filoloqları da 
olmuşdu ki, onlardan üçü daha çox məşhur idi – Bizanslı 
Aristofan,  Samofrakiyalı  Aristarx  və  Dadim.  Bizanslı 
Aristofan  Homerin,  Hesiodun,  lirik  şairlərin  əsərlərini 
tədqiq  və  şərh  etmiş,  eyni  zamanda  klassik  dövrün 
faciələrinə “Ön söz”lər yazmışdır (Sofoklun “Çar Edip” və 
“Antiqona”, Evripidin “Medeya”, “Res”, “Finikiyalı qadın-
lar”  faciələrindəki  ön  sözlərin  müəllifliyi  ona  aiddir). 
Samofrakiyalı Aristarxın adı sonrakı dövrlərin filoloqları 
tərəfindən  ədalətli  tənqidçiliyin  sinonimi  kimi  işlənirdi. 
Dadim  isə  Homeri,  faciənəvislərin  əsərlərini  tədqiq  və 
şərh  etməklə  məşğul  olurdu.  Lakin  bu  alimlərin  əsər-
lərindən  dövrümüzə  qədər  çox  cüzi  parçalar  qorunub 
saxlanmışdır. Onların həyat və fəaliyyətləri haqqında biz 
daha çox sonrakı dövrlərin alimlərindən öyrənirik.  


183 
 
Bu dövrdə ədəbiyyatşünaslıqla daha çox peşəkar filo-
loqların məşğul olması o demək deyil ki, bu sahə bütün-
lükdə filoloqların inhisarına keçmişdi. Ellinizm dövrünün 
iki ən böyük fəlsəfi məktəbi – stoiklər və epikürçülər an-
tik  ədəbiyyatşünaslıq  tarixinə  öz  töhfələrini  vermişlər. 
Filoloji  ənənə  stoik  Zenonun  5  kitabdan  ibarət  “Homer 
sualları” və “Poeziyanın dinlənməsi haqqında” traktatla-
rını,  Kleanfın  “Şair  haqqında”  (böyük  ehtimalla  Homer 
haqqında  tədqiqat),  Xrisippin  “Şeirlər  haqqında”  və  iki 
kitabdan  ibarət  “Poeziyanı  dinləmək  üsulları  haqqında” 
əsərlərinin adlarını qoruyub saxlamışdır. Stoiklərin əsər-
lərindən konkret parçalar isə sonrakı alimlərin əsərlərin-
də onlardan gətirilmiş sitatlar şəklində dövrümüzə qədər 
gəlib  çatmışdır.  Həmin  sitatlardan  aydınlaşır  ki,  stoiklər 
kütlə  qarşısında  bu  və  ya  digər  məsələ  ətrafında  çixiş 
edərkən, fikrilərini sübuta yetirmək üçün yunan lirikləri 
Alkmandan, 
Arxiloxdan, 
Stesixordan, 
Pindardan,            
Feoqniddən,  Tirteydən,  həmçinin  Homerdən,  Hesioddan 
və Evripiddən konkret misallar gətirmişlər. Epikürçülük 
məktəbində  isə  ədəbi-tənqidi  fikir  söyləyənlər  bu  cərə-
yanın  əsas  nümayəndələri  Epikür  (e.ə.  341-271),  e.ə.  I 
əsrdə  yaşayıb-yaratmış  Filodem  və  Lukresi  olmuşlar. 
Epikür “Homeri tənqid edənlər” qrupuna mənsub idi. O, 
Homer poemalarının mifoloji əsasını tənqid edir və epos-
ların idraki, tərbiyəvi əhəmiyyətini qəbul etmirdi. Filode-
min  “Şeirlər  haqqında”  və  Lukresinin  “Əşyaların  təbiəti 
haqqında”  traktatlarında  isə  müəlliflər  Homer  poemala-
rının  mifoloji  əsasına  Epikür  kimi  sərt  mənfi  münasibət 


184 
 
bəsləmirdilər. Lukresi qeyd edirdi ki, əsərdə dini görüş-
lərə ləkə vurmamaq şərti ilə mifoloji obrazlardan istifadə 
etmək  mümkündür.  Hər  iki  epikürçü  alim  öz  əsərində 
ədəbi  norma  kimi  üç  vəhdət  (zaman,  məkan,  hərəkət) 
prinsipinin zəruriliyni vurğulamışlar. 
Ellinizm dövründə meydana gələn ədəbiyyatşünaslıq 
və bütünlükdə estetik fikrin ümumi səviyyəsini özündən 
əvvəlki klassik dövrlə müqayisə etsək, bu səviyyənin ki-
fayət qədər aşağı düşməsini müşahidə edərik. Bu mərhə-
lədə xüsusi mərkəzlərdə peşəkar filoloqlar meydana gə-
lir  və  onlar  ədəbiyyatın  daha  çox  formal  problemlərinə 
toxunurdular (bədii əsərlərin dili, durğu işarələri və s.) . 
Ellinizm  filoloqları  nəzəri-estetik  fikirlərin  müxtəlifliyi-
nə, qaldırılan problemlərin dərinliyinə və aktuallığına, bu 
problemlərin müəyyən fəlsəfi sistemlə əlaqələndirilməsi-
nə  görə  klassik  dövrün  filosoflarından  (xüsusilə,  Platon 
və Aristoteldən) çox geri qalırdılar, Təsadüfi deyil ki, təd-
qiqatçılar  bu  dövrün  sonlarını  və  yunan  ədəbiyyatının 
Roma dövrünü “tənəzzül dövrü” kimi qiymətləndirirlər.  
I  əsrin  sonlarına  yaxın  bütün  imperiya  ərazisində,  o 
cümlədən qədim Yunanıstanda da iqtisadi-siyası sabitlik 
bərqərar  olmuş  və  bunu  nəticəsi  kimi  ədəbi  həyat 
yenidən  canlanmağa  başlamışdı.  Bu  canlanma  bütün  II 
əsri və III əsrin ilk onilliklərini əhatə edir ki, həmin dövr 
elmi  ədəbiyyatda  “Ellinizm  intibahı”  kimi  adlandırılır. 
Roma  dövrü  yunan  ədəbiyyatşünaslığı  tarixinin  3  ən 
görkəmli  nümayəndəsi  –  Halikarnaslı  Dionisi,  Dion 
Xrisostom və Plutarxın fəaliyyət illəri məhz bu dövrə tə-


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə