Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə45/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   41   42   43   44   45   46   47   48   ...   62

185 
 
sadüf edir. B.e. I əsrində yaşayıb-yaratmış tarixçi, ritorika 
nəzəriyyəçisi  və  eyni  zamanda  filoloq-alim  Halikarnaslı 
Dionisinin ədəbiyyatşünaslıq görüşləri müxtəlif əsərləri-
nə səpələniş haldadır. Bu əsərlər içərisində “Təqlid haq-
qında”,  “Dinarx  haqqında”,  “Fukidid  haqqında”,  “Qədim 
natiqlər  haqqında”  traktatları  dövrümüzə  qədər  gəlib 
çatmışdır. Bu əsərlərdə əsas diqqət natiqlik sənətinin nə-
zəri  prinsiplərinə  yönəldilsə  də,  orada  Homer,  faciənə-
vislər  və  lirik  şairlər  haqqında  maraqlı  ədəbi-tənqidi  fi-
kirlərə rast gəlmək mümkündür. Dövrün digər görkəmli 
natiqi Dion Xrisostom da öz tənqidi görüşlərini ayrı-ayrı 
nitqlərində söyləyirdi. Bu mülahizələrindən çıxış edərək 
onu “Homerçilər” dəstəsinə aid etmək mümkündür. Belə 
ki, Dion bir neçə nitqində (məs., “Troya nitqi”) Homerin 
poemalarındakı  tarixilik,  onların  həqiqətə  uyğunluğu 
məsələlərinə  toxunmuş,  gənclərə  Homeri  öyrənməyi 
məsləhət görmüşdür (Dionun Sofokla həsr olunmuş nitq-
ləri də mövcuddur). 
Bütünlükdə qədim yunan ədəbiyyatının, o cümlədən 
ədəbiyyatşünaslığının  son  görkəmli  nümayəndəsi        
Plutarxdır. Plutarx əsərlərinin antik siyahısında 227 əsə-
rin adı göstərlimişdir ki, bunlardan da 150-dən çoxu döv-
rümüzə  gəlib  çatmamışdır.  Alimin  ədəbi-nəzəri,  estetik 
görüşləri əsərlərinin “Əxlaqi traktatlar” bölməsində top-
lanmışdır. Burada “əxlaqi” sözü mövzunu bir qədər doğ-
ru ehtiva etmir, belə ki, Plutarx həmin əsərlərdə ən müx-
təlif  mövzular  –  din,  fəlsəfə,  pedaqogika,  siyasət,  gigiye-
na, musiqi, ədəbiyyat və hətta heyvanların psixologiyası 


186 
 
haqqında da söhbət açır. Plutarxı ədəbiyyat ilk növbədə 
insanlara  tərbiyəvi  təsir  vasitəsi  kimi  maraqlandırır. 
Onun  “Yeniyetmə  poetik  əsərləri  necə  dinləməlidir?” 
traktatı məhz bu məsələyə həsr olunmuşdur. Plutarx ət-
raf  aləmin  həqiqətə  uyğun  təsvirini  hər  sənət  növünün 
əsası  hesab  edir  və  ona  görə  bədii  əsərdə  yeniyetməni 
çaşdıra bilən, aldadan, hisslərini və ağlını səhf istiqamətə 
yönəldə bilən hər nə varsa onları yolverilməz sayır. Onun 
“Aristofanla Menandrın müqayisəsi” adlı digər traktatın-
da isə bu iki komedioqrafın yaradıcılığı nəzərdən keçiri-
lir və müəllif üstünlüyü Menandra verir. Alim burada da 
əsərlərə əxlaqi meyarla yanaşır və Menandrın yaradıcılı-
ğında daha çox xeyirxahlıq, alicənablıq, nəciblik gördüyü-
nə  görə  onu  Aristofanın  acı  zarafatlarından  üstün  tutur. 
Plutarxdan sonra yunan mütəfəkkirləri və filoloqları ara-
sında ciddi şəkildə ədəbiyyatşünaslıq məsələləri ilə məş-
ğul olan tanınmış  sima nəzərə çarpmır. 
Antik  ədəbiyyatşünaslığın  ikinci  hissəsi  olan  Qədim 
Roma ədəbiyyatşünaslığını  Klassik (Respublika) və Son 
Antik  (İmperiya)  mərhələrinə  ayırmaq  mümküdür.  Baş-
lanğıcını Roma mədəniyyətinin ellinləşməsi dövründən – 
e.ə.  III  əsrdən  başlayaraq,  b.e.-nın  əvvəllərinə  qədər  da-
vam  edən  ilk  mərhələdə  ədəbiyyatşünaslıq  məsələləri 
qədim  Yunanıstanda  olduğu  kimi  müxtəlif  janrlı  bədii 
ədəbiyyat  nümunələri,  fəlsəfəyə  və  dilçiliyə  aid  əsərlər, 
ritorikaya dair traktatlar daxilində təsadüf olunur. Erkən 
Roma ədəbiyyatının nümayəndələri (Livi Andronik, Nevi, 
Enni) eyni zamanda filoloji problemlərin həlli ilə də məş-


187 
 
ğul idilər. Onların qarşısında duran ən böyük problem isə 
Roma ədəbiyyatının inkişafı üçün yunan bədii ədəbiyyat 
abidələrindən  hansı  üsulla  istifadə  etmək  məsələsi  ol-
muşdur. Bu problem ətrafında mübahisələr olduqca kəs-
kin xarakter alırdı. Bir qrup ədiblər Roma ədəbiyyatının 
bütünlükdə ellinləşməsi tərəfində durur (Ssipion dərnə-
yinin  üzvləri),  bəziləri  isə  mühafizəkar  mövqedə  dura-
raq, bunun əleyhinə çıxış edirdilər (Katon və onun ətra-
fı). Ona görə də ilk Roma ədibləri yaradıcılıqlarında istər-
istəməz  bu  problemlə  qarşılaşmalı  olurdular.  Onlar  yu-
nan ədəbiyyatından tərcümə üçün hansı nümunələri gö-
türməyi,  hansı  üsulla  (sərbəst,  yoxsa  hərfi)  tərcümə  et-
məyi, kontaminasiyaya (lat. contaminatia – qarışdırıram) 
yol  verib-veməməyi  özləri  üçün  müəyyənləşdirməli  idi-
lər. Bu məsələləri həll edərkən şair və yazıçılar öz ədəbi-
estetik  görüşlərini  ifadə  edir,  çox  vaxt  opponentləri  ilə 
mübahisələrə girişirdilər.
 Məs., 
Kvint Enni (e.ə. 239-169) 
əsərlərində  ədəbiyyatşünaslıq  baxışlarını  birbaşa  bildi-
rən ilk Roma şairidir. Enni özündən əvvəlki şairlərin heç 
birini  bəyənmir,  “Annallar”  əsərində  onların  əsərlərini 
forma qüsurlarına, üslub və dil nöqsanlarına görə tənqid 
atəşinə  tuturdu.  Enni  özünü  ikinci  Homer  hesab  edir,  I 
Pun  müharibəsi  haqqında  ilk  milli  poemanın  yaradıcısı 
Qney Nevinin (e.ə. 270-200) yaradıcılığına nifrətlə yana-
şır, onun saturnali vəzni ilə poema yazmasını ələ salırdı. 
Qədim  Roma  ədəbiyyatşünaslıq  tarixinin  klassik 
dövründə  ilk  Roma  komedioqrafları  özünəməxsus  yer 
tuturlar. Istər Plavt, istərsə də Terensi yeni Attik komedi-


188 
 
yanın (Menandr) ədəbi nümunələrindən bir material ki-
mi istifadə etmələrinə baxmayaraq,  klassik irsə müxtəlif 
tərzdə yanaşırdılar. Bu da ilk növbədə onların ədəbi-nə-
zəri görüşlərindən irəli gəlirdi. Plavt (e.ə. 184-cü ildə və-
fat  etmişdir)  öz  əsərləri  üçün  material  kimi  sırf  məişət 
xarakterli  komediyalar  seçir  və  onları  kütləvi  teatr  ru-
hunda yenidən işləyirdi. O, komediyalarına fars və buffo-
nada  elementlərini  gətirməklə  komizmi  gücləndirir,  ilk 
növbədə  Roma  tamaşaçılarının  qayğısız,  şən  dəqiqələr 
keçirməsinin qayğısına qalırdı. Plavt bir sıra komediyala-
rının  proloqunda  (“Amfitrion”,  “Əkizlər”,  “Əsirlər”,  “Ta-
cir”)  birbaşa  ədəbiyyat  haqqında  nəzəri  görüşlərini  də 
bildirmişdir.  Məsələn,  “Amfitrion”un  proloqunda  əsərini 
tragikomediya adlandırır, faciə ilə komediyanın fərqləri-
ni  göstərirdi.  Digər  görkəmli  Roma  komedioqrafı           
Terensinin  Roma  komediyasına  gətirdiyi  yenilik  –  yeni 
məzmunlu  proloq  onu  ədəbiyyat  tənqidçisi  kimi  də  nə-
zərdən keçirməyə imkan verir. Terensidən əvvəl Plavt da 
proloqdan  ədəbi-nəzəri  fikirlər  söyləmək  üçün  istifadə 
edirdi. Lakin Terensi komediyalarının proloqunu bütün-
lükdə bu işin xidmətinə qoymuş, orada özünün ədəbi rə-
qibləri ilə (məs., şair Lusi Lanuvi ilə) polemikaya girirdi. 
Terensi proloqlarında kompozisiya, dramın texnikası və 
s.  ədəbi-nəzəri  məsələlər  haqqında  maraqlı  fikirlər  söy-
ləmişdir. Rəqibi Lanuvinin əksinə olaraq, Terensi yunan 
ədəbiyyatından sərbəst tərcümələrin tərəfdarı kimi çıxış 
edirdi. Terensi özündən əvvəlki Roma komedioqrafların-
dan fərqli olaraq, hay-küylü komediyaya deyil, sakit, də-


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə