Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə46/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   42   43   44   45   46   47   48   49   ...   62

189 
 
qiq forma və üsluba malik komediyaya üstünlük verirdi. 
Eyni zamanda, Terensi təkrarlanan, şablon xarakterlərin 
(məs.,  qəzəbli  qoca,  hiyləgər  qul,  pulgir  aradüzəldən  və 
b.) yaradılmasına qarşı çıxırdı.  
Qədim Roma ədəbiyyatşünaslığı klassik mərhələsinin 
əsas  nümayəndələrindən  biri  də  Siserondur  (e.ə.  106-
43).  Onun  filologiya  problemlərinə  aid  xüsusi  əsəri 
olmamışdır. Bununla belə, bir sıra nitqlərində (məs., şair 
Arxinin  müdafiəsi  üçün),  ritorikaya  (“Natiq”)  və  esteti-
kaya (“Tuskulan söhbətləri”) dair traktatlarında Siseron 
öz ədəbi-nəzəri görüşlərini ifadə etmişdir. Siseron ədəbi 
janrlar  arasında  daha  çox  eposa  və  faciəyə  üstünlük 
verirdi.  Komediyaya  nisbətən  az  diqqət  yetirir,  lirikanı 
isə  heç  xoşlamırdı.  Siseronun  janrlara  münasibəti  onun 
bilavasitə  ədəbiyyata  ümumi  baxışından  irəli  gəlirdi.  O, 
ədəbiyyata  münasibətdə  rasionalistdir,  bədii  əsərləri  ilk 
növbədə cəmiyyət üçün praktiki əhəmiyyətinə görə qiy-
mətləndirirdi. Bu mənada epos və faciə onun fikrincə in-
sanlara praktiki həyatda daha çox gərəkli olan janrlardır. 
Siseron üçün əsərin məzmunu onun forma xüsusiyyətlə-
rindən daha vacibdir. O, hesab edir ki, hətta “pis şair belə 
xeyirli ola bilər”. Burada “pis şair” deyərkən, Siseron bə-
dii  cəhətdən  zəif  əsərin  cəmiyyət  üçün  mütərəqqi  məz-
munu  öz  daxilində  ehtiva  etməsini  nəzərdə  tuturdu. 
Ümumilikdə  demək  olar  ki,  Siseronun  bədii  ədəbiyyata 
münasibəti  ölkəsini  alovlu  məhəbbətlə  sevən  vətənpər-
vər vətəndaş münasibəti id.  


190 
 
Roma  ədəbiyyatşünaslığı  tarixinin  Son  antik  dövrü 
Respublika quruluşunun sonu və imperiyanın başlanğıcı 
(“Avqust  əsri”)  dövrünə  təsadüf  edir.  Bu  dövrün  ən 
tanınmış nümayəndəsi Kvint Horasi Flakkdır (e.ə. 65-8). 
Horasinin “Pizonlara məktub”u Aristotelin “Poetika” sın-
dan sonra antik ədəbiyyat nəzəriyyəsinə aid yazılmış ən 
böyük  əsərdir.  Lakin  bu  əsərlər  keyfiyyət  baxımından 
heç  də  eyni  pillədə  durmurlar.  Horasinin  “Poetika”sı 
(sonrakı  dövrlərdə  tədqiqatçılar  “Pizonlara  məktub”u 
daha  çox  məhz  belə  adlandırırdılar)  Aristotelin  “Poeti-
ka”sından  fərqli  olaraq,  heç  bir  dərin  fəlsəfi-estetik 
əsaslara  malik  deyil.  Əsər  daha  çox  “normativ”  səciyyə 
daşıyır.  Belə  ki,  orada  ədəbiyyat  xadimləri  üçün  ehkam 
xarakteri  daşıyan  bir  sıra  qaydalar  göstərilmişdir  (dra-
mın 5 pərdədən ibarət olması, “üç vəhdət” qanunu və s.). 
Lakin  Horasi  bu  normativ  qanunları  da  özündən  kəşf 
etməmiş, daha əvvəlki filoloqların (İskəndəriyyə filoloq-
ları,  Neoptolem  və  b.)  əsərlərindən  götürmüş  və  poetik 
istedadı  nəticəsində  orijinal  əsər  kimi  təqdim  etmişdir. 
Horasi  “Poetika”sının  estetikası  –  klassisizm  estetika-
sıdır: əsər sadə, tamamlanmış, vəhdət halında olmalıdır. 
Simmetriyanın  pozulması,  haşiyələr,  bir  əsər  daxilində 
müxtəlif üslub elementləri müəllifin fikrincə bədii əsərin 
gözəlliyinə xələl gətirir. Bu mənada Horasi yunan ədəbiy-
yatını əlçatmaz zirvə hesab edir, öz dövrünün ədiblərinə 
“gecə  də,  gündüz  də  yunan  nümunələridən  əl  çəkmə-
məyi”  məsləhət  görürdü.  İntibah  dövründə  Avropanın 
ədəbiyyat  klassikləri  Horasinin  “Pizonlara  məktub”unu 


191 
 
Aristotelin “Poetika”sı kimi (hətta bir çox hallarda ondan 
daha artıq) kanonik ədəbi qanunlar toplusu olaraq qəbul 
etmişlər.  Bualonun  “Poeziya  sənəti”  traktatı  bir  çox 
cəhətləri ilə Horasin əsərini təkrarlayırdı. 
I  əsrin  ikinci  yarısında  Klavdilər  sülaləsindən  sonra 
hakimiyyət başına gələn Flavilər dövründə Roma imperi-
yası bir dövlət kimi özünün ən qüdrətli inkişaf mərhələ-
sini yaşayırdı. “Avqust əsri”ndən sonra imperiya daxilin-
də hökm sürən siyası çəkişmələrə nəhayət ki, son qoyu-
lur, cəmiyyət tədricən sakit həyata qayıdırdı. Bu tenden-
siya özünü ədəbiyyat və o cümlədən filologiya sahəsində 
də  göstərirdi.  Klassik  ədəbiyyatı  tənqid  edən“yeni  üs-
lub”a  qarşı  kəskin  çıxışlar  başlayırdı.  Ədiblər  poeziyada 
yenə də Vergilini, nəsrdə isə Siseronu əlçatmaz zirvə he-
sab  edirdilər.  Yunan  ədəbiyyatının  nüfuzu  daha  da  yük-
səlirdi.  Ədəbiyyatşünaslıq  sahəsində  “yeni  üslub”a  qarşı 
çıxanların  ən  başlıca  nümayəndəsi  Mark  Fabi  Kvintilian 
(təqr.  b.e.  30-96)  olmuşdur.  Kvintilian  imperator           
Vespasian  tərəfindən  Romada  təşkil  olunmuş  natiqlik 
məktəbində  “Latın  natiqliyi”  kafedrasına  rəhbərlik  edir-
di. Işi ilə əlaqədar o, 12 kitabdan ibarət fundamental “Na-
tiqlik təhsili” traktatını yazmışdır. Bu əsərin bütün kitab-
ları  natiqliyə  yiyələnmək  yollarının  şərhinə  həsr  olun-
muşdur.  Uşaqlıq  çağlarında  ev  şəraitindəki  tərbiyədən 
tutmuş     (I kitab), ideal-natiq obrazının  başlıca keyfiy-
yətlərinə qədər (XII kitab) bütün məsələlər burda təfər-
rüatı ilə göstərilir. X kitabın birinci hissəsində isə natiqə 
hansı bədii ədəbiyyat nümunələrini oxumaq lazım gəldi-


192 
 
yi göstərilirdi. Məhz bu hissədə biz Kvintilianı öz dövrü-
nün ən görkəmli ədəbiyyatşünas alimi kimi tanıyırıq. Mü-
əllif yunan və Roma poeziyasının, nəsrinin icmalını verir, 
hər  janrda  fəaliyyət  göstərən  görkəmli  nümayəndələri 
göstərir, onlar haqqında öz ədəbi-tənqidi fikirlərini söy-
ləyir.  Yunan  ədəbiyyatını  qiymətləndirərkən,  Kvintilian 
daha  çox  filoloji  ənənədə  möhkəmlənmiş  mülahizələri 
səsləndirirdisə,  Roma  ədəbiyyatına  münasibətdə  o,  ta-
mamilə  müstəqil  fikirlər  irəli  sürürdü.  Kvintilian  “yeni 
üslub”a qarşı çıxdığına görə, mülahizələrində Siseron və 
Vergili dövründən sonra yaranmış ədəbiyyat nümunələ-
rini  kəskin  tənqid  atəşinə  tuturdu.  Kvintilandan  sonra 
Romada ədəbi-tənqidi fikrin inkişaf tarixinə bəzi ədiblər 
öz töhvələrini versə də (Kiçik Plini,  Marsial, Makrobi  və 
b.)  onların  bu  sahədə  fəaliyyətləri  öz  pərakəndəliyi  və 
dayazlığı ilə fərqlənirdi. 
Beləliklə, antik ədəbiyyatşünaslığı iki böyük və bir sı-
ra  hallarda  fərqli  hissədən  ibarət,  eyni  zamanda  vahid 
proses  kimi  nəzərdən  keçirsək,  bəzi  ümumi  cəhətləri 
müşahidə  edə  bilərik.  Ilk  növbədə,  onun  forma  və  məz-
mun etibarilə rəngarəngliyini qeyd etmək lazım gəlir. Qə-
tiyyətlə  söyləmək  mümkündür  ki,  antik  ədiblər  və  filo-
loqlar  müasir  ədəbiyyatşünaslığın  demək  olar  bütün 
problemləri  ilə  ibtidai  şəkildə  olsa  da,  məşğul  olmuşlar. 
Ədəbiyyatın ideya-məzmun xüsusiyyətləri, estetik gözəl-
liyi, bədii sənətkarlıq xüsusiyyətləri, üslub özəllikləri, di-
li,  tərcümə  prinsipləri,  durğu  işarələrindən  istifadə 
(qrammatika  problemi  kimi  deyil,  üslub  xüsusiyyəti 


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə