Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə48/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   44   45   46   47   48   49   50   51   ...   62

198 
 
qəhrəmanlar,  hətta  yaxın  keçmişin  ictimai-siyasi,  hərbi 
hadisələri də göstərilməyə başlandı. Zaman keçdikcə fa-
ciənin dini xarakteri itməyə başladı, əzabkeşlik deyil, və-
tənpərvərlik,  qəhrəmanlıq,  şərəf,  ləyaqət,  sevgi,  sədaqət 
kimi  bəşəri  hisslər  əsərlərin  əsas  leytmotivinə  çevrildi. 
VI əsrin sonlarından etibarən “Böyük Dionisi” bayramla-
rında  faciə  trilogiyalarına  sonluq  kimi  “satirlər  dramı” 
(burada xor Dionisin əshabəsi olan, keçi və ya buğa mas-
kasında çıxış edən yarıheyvan, yarıinsan satirlərdən iba-
rət olurdu və əyləncəli xarakter daşıyırdı) əlavə edildi. V 
əsrdən isə komediyalar da tamaşaya qoyuldu və bununla 
da antik dramaturgiya özünün klassik görkəmini aldı.  
Antik dramaturgiya haqqında danışarkən, ilk növbə-
də,  yalnız  antik  deyil,  bütünlükdə  dünya  ədəbiyyatında 
faciə janrının üç nəhəng nümayəndəsi Esxil, Sofokl və Ev-
ripid,  komediya  janrında  isə  Aristofan  yaradıcılığı  yada 
düşür. İstər faciədə, istərsə komediyada digər müəlliflə-
rin  də  olmasına  baxmayaraq,  antik  ənənə  və  sonrakı 
dövrlərin  klassik  filologiya  mütəxəssisləri  məhz  adları 
çəkilən  ədibləri  antik  dramaturgiyanın  zirvəsi  hesab  et-
mişlər. Belə ki, onların hər birinin yaradıcılığı özünəməx-
sus  bədii-sənətkarlıq  keyfiyyətlərinə,  obrazlar  qalereya-
sına, mənəvi-əxlaqi problematikaya malikdir.  
“Faciə atası” adını almış Esxil (e.ə. 525 – e.ə. 456) Afi-
na  şəhər-dövlətində  demokratik  dəyərlərin  təşəkkülü 
dövründə yaşamış, e.ə. VI-V əsrlərin ayrıcında alovlanan 
Yunan-İran  müharibələrinin  şəxsən  iştirakçısı  olmuşdur 
ki, bu da onun yaradıcıllığında öz əksini tapmışdır. Müha-


199 
 
ribələrdə yunan demokratiyasının Şərq 
despotiyası  üzərində  qələbə  çalmasını 
öz gözləri ilə görmüş, bu qələbədə bila-
vasitə iştirak etmiş Esxil, əlbəttə ki, de-
mokratik  dövlət  sisteminin  monarxiya 
üsul-idarəsindən üstün olması fikrində 
idi. “Farslar” faciəsi (e.ə. 472-ci il) məhz bu mövzudadır. 
Faciə  “Xahişedənlər”lə  birlikdə  Esxilin  ilk  əsərlərindən 
olduğu üçün nisbətən arxaik struktura malikdir. Xor par-
tiyası  kifayət  qədər  böyükdür,  konflikt  demək  olar  ki 
yoxdur, sadəcə, iztirablar əvvəldən sona doğru yüksələn 
xətlə artır. Əsərdə mif deyil, real tarixi hadisə - Salamin 
yaxınlığında fars ordularının yunanlara məğlubiyyəti əks 
olunmuşdur. Əzabları da məhz bu məğlubiyyət doğurur, 
çünki obrazlar farslardır – Kserks və onun anası Atossa. 
Hər  ikisi  məğlubiyyət  acısının  bilavasitə  daşıyıcıları  və 
ağı söyləyənlərdir. Lakin əsərdə məğlubiyyət xəbəri gəti-
rən qasidin, eləcə də Kserksin atası Daranın ölülər dün-
yasından gəlmiş kölgəsinin dilindən tamaşaçıya qalib tə-
rəf də göstərilir. Dara farslara məsləhət görür ki, farslar 
bir daha heç vaxt yunanlarla müharibə etməsinlər. Çünki 
“həddən ziyadəlik çiçəkləyərək, Bəla sünbülü yetişdirir”. 
Əsərin  bu  yerləri,  əslində,  Afina  demokratiyasının  vəsf 
olunmasıdır  və  müəllifin  şəxsi  dünyagörüşünü  əks  etdi-
rir. Ehtimal etmək olar ki, Esxil Şərq monarxiya qurulu-
şunun əleyhinə olduğu kimi,  Asiyaya qarşı hərbi yürüşə 
səsləyən Afina aristoratik qrupların fikri ilə də razı deyil-
di. Məhz buna görə farslar əsərdə vəhşi, barbar, düşmən 
Esxil 


200 
 
kimi  yox,  ağılsız,  təkəbbürlü  Kserksin  qurbanı  kimi,  qə-
rəzdən  uzaq  cizgilərlə  göstərilmişdir.  Yunan  xalqının 
düşməni  fars  xalqı  yox,  məhz  Kserksdir  və  burada  Esxil 
yaradıcılığının humanizmi aşkar şəkildə özünü göstərir. 
Esxil  yaradıcılığının  yüksək  humanist  ideyalarla  aşı-
lanmasının  digər  parlaq  təzahürü  dünya  dramaturgiya-
sının  incilərindən  biri  sayılan  “Zəncirlənmiş  Prometey” 
faciəsidir. Tamaşanın səhləşdirilmə tarixi məlum olmasa 
da,  bədii-sənətkarlıq  səviyyəsinə,  ideya-məzmun  keyfiy-
yətlərinə görə həyat və yaradıcılığında kamillik dövrünü 
yaşayan  sənətkar  tərəfindən  yaradıldığı  aydın  görünür. 
Ilk əsərləri ilə müqayisədə burada xorun yox, əsas qəhrə-
man obrazının partiyası daha böyükdür, dialoqlar xüsusi 
ustalıqla işlənmişdir, ən başlıcası isə faciənin gərgin dra-
matik  konflikti  vardır.  Yeni  nəsil  allahların  təmsilçisi 
Zevslə  köhnə  nəsil  allahların  (titanların)  nümayəndəsi 
Prometey arasında baş verən bu konflikt müəyyən məna-
da inqilabi səciyyə daşıyır. Belə ki, titanlarla mübarizədə 
Zevsin yanında duran Prometey qələbədən sonra insan-
ların məhv edilməsi planlarına görə Zevsə qarşı çıxır və 
odu Olimpdən oğurlayıb insanlara gətirir. Bundan əlavə, 
Prometey insanlara yazı yazmağı, hesabı, müxtəlif sənət-
karlıq  növlərini,  elmi  bilikləri  öyrədir  və  bütün  bunlara 
görə Zevsin qəzəbinə tuş gələrək, onun əmri ilə dəmirçi-
allah Hefest tərəfindən qaya parçasına zəncirlənir. Lakin 
Prometey  öz  etdiklərindən  qətiyyən  təəssüflənmir,     
Zevsin  hədələrinə  baxmayaraq,  “öz  əzablarını  heç  vaxt 
qul  kimi  xidmətə  dəyişmərəm”  deyir.  Bundan  qəzəblə-


201 
 
nən  Zevs  Prometeyi  qaya  ilə  birlikdə  yerin  altına  qərq 
edir.  Lakin  əsərin  inqilabi  səciyyəsi  yalnız  Prometeyin 
Zevsə qarşı çıxması ilə yekunlaşmır.  Müəllif bəzi səhnə-
lərdə Zevsin necə qəddar, zalım olmasını, digər allahların 
ona  necə  yaltaqlanmasını  təsvir  edir  və  belə  mühitdə 
azadlıqsevər Prometey üçün “mən bütün allahlara nifrət 
edirəm” deməsi tamamilə təbii səslənsə də, dini inancla-
rın kifayət qədər güclü olduğu quldarlıq quruluşunda bu 
sözlərə görə müəllifi hətta edam edə bilərdilər. Teatr ta-
maşalarının  özünün  də  Dionis  allahın  şərəfinə  keçirilən 
dini  bayramlarda  göstərilməsini  unutmaq  lazım  deyil. 
Odur  ki,  Prometeylə  bağlı  trilogiyanın  sonuncu  faciəsi 
olan  “Azad  edilmiş  Prometey”də  (trilogiyanın  ilk  faciəsi 
“Od  gətirən  Prometey”  adlanır)  Herakl  əsas  qəhrəmanı 
xilas edir və allahların zədələnmiş nüfuzu müəyyən mə-
nada bərpa olunur. Bununla belə, əsər zəifləri güclülərə 
qarşı  mübarizələrə səsləyən ruhla aşılanmışdır və təsa-
düfi  deyil  ki,  Esxildən  sonra  dünya  ədəbiyyatının  digər 
görkəmli  nümayəndələri  (Höte,  Bayron,  Şelli,  Kafka)   
Prometeyi məhz bu cür səciyyələndirmişlər. Cəmiyyətin 
inqilabi dəyişikləri nəzəriyyəsinin yaradıcısı K. Marks da 
əsəri yüksək qiymətləndirmiş, Prometey obrazını “fəlsə-
fə  təqvimində  ən  mühüm  müqəddəs  və  əzabkeş”  adlan-
dırmışdır. Belə demək mümkünsə, Esxilin Prometeyi Ho-
merin  “İlliada”  və  “Odisseya”  eposlarındakı  möhtəşəm 
qəhrəmanlardan  sonra  antik  ədəbiyyat  qalereyasında 
özünə layiqli yer qazanmış növbəti parlaq obrazdır. 


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə