Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə49/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   45   46   47   48   49   50   51   52   ...   62

202 
 
       Esxil  yaradıcılığı  bir  sıra  yaddaqalan  obrazlarla 
məşhur olsa da, ona süjet xəttinin nisbətən ləng inkişafı, 
zəif dinamiklik, təntənəli pafos və buna uyğun gələn ağır 
dil də xas idi. Antik dramaturgiyanın ikinci böyük nüma-
yəndəsi  Sofoklda  (e.ə.  496  –  e.ə.  406)  isə  biz  artıq 
faciənin  bədii-sənətkarlıq  cəhətdən  daha  yüksək  səviy-
yəsinə şahid oluruq. Əsərlər həm ideyaca, həm də obraz-
ların  xaraktersitikaları  baxımından  daha  da  zənginləşir, 
mürəkkəbləşir.  Bu  da  təsadüfi  sayılmamalıdır,  belə  ki, 
Sofokl  ictimai-siyasi  hadisələr  baxımından  daha  zəngin 
dövrdə - tədqiqatçıların “Perikl əsri” kimi adlandırdıqları 
Afina demokratiyasının ən yüksək inkişaf etdiyi zamanda 
yaşayıb  yaratmışdır.  Artıq  bir  sıra  sahələrdə  yeni 
cərəyanlar  yaranır,  köhnələrlə  ideya  mübarizəsində 
hətta  qalib  gəlirdilər  ki,  bu  da  bütövlükdə  demokratik 
sistemin  böhranına  doğru  aparırdı.  Əsərlərindən  aydın 
olur  ki,  Sofokl  mühafizəkar  görüşlü,  ənənəyə  sadiq  olan 
bir  şəxsiyyət  idi.  Hər  halda,  biz  onda  Prometey  kimi 
inqilabçı obrazlara rast gəlmirik. Ənənəvi polis dininə və 
mənəvi-əxlaqi  dəyərlərinə  böyük  hörmətlə  yanaşan 
Sofokl  eyni  zamanda  insanın  fərdi,  intellektual  qabiliy-
yətinə  də  böyük  inam  bəsləyirdi.  Afina  demokratiyası 
şəraitində  məhz  öz  qüvvələrinə,  bilik  və  bacarığına 
güvənən şəxslər uğur qazana bilərdi və Sofokl da yarat-
dığı  obrazlar  vasitəsilə  məhz  bu  cür  insani  məziyyətləri 
önə çəkirdi. 
Antik  filoloji  ənənə  Sofoklun  123  dram  əsərinin 
müəllifi  olduğunu  bildirir  ki,  bunlardan  dövrümüzədək 


203 
 
yalnız  7  faciə  tam  həcmdə  qorunub  saxlanmışdır  və 
bunların  da  arasında  “Antiqona”  bir  sıra  cəhətləri  ilə 
Sofokl  yaradıcılığının  tipik  nümunəsi  kimi  maraq 
doğurur.  Əsərin  mövzusu  “Fiva  silsiləsi”  miflərindən 
götürülmüşdür.  İki  qardaş  Eteokl  və  Polinik  arasında 
Fivanın  başçısı  olmaq  uğrunda  mübarizə  gedir.  Polinik 
ordu  ilə  şəhərə  qarşı  gəlir  və  döyüş  zamanı  hər  iki 
qardaş  ölür.  Şəhərin  yeni  başçısı  Kreont  Eteoklu  bütün 
dini  qaydalara  uyğun  olaraq  basdırdığı  halda,  Polinikin 
cəsədini dəfn etmir və kimsənin də bunu etməsinə qada-
ğa  qoyur.  Buna  baxmayaraq,  hər  iki  qardaşın  bacısı 
Antiqona  bütün  təhlükəni  göz  önünə  alır,  Poliniki  dəfn 
edir  və  buna  görə  cəzalandırılaraq,  daş  hücrəyə  salınır. 
Lakin  öncəgörən  kahin  Tiresi  gələcək  haqqında  çox  pis 
xəbərlər  verir:  allahlar  Kreonta  qəzəblənmişlər  və  onu 
bədbəxtlik  gözləyir.  Bundan  qorxuya  düşən  Kreont 
qərarını  dəyişmək  məcburiyyətində  qalır:  Poliniki  dəfn 
etdirir  və  Antiqonanı  azad  etməyə  gedir.  Amma  gecdir. 
Antiqona  daş  sərdabədə  özünü  asmış,  onun  nişanlısı  və 
həm  də  Kreontun  oğlu  olan  Qemon  isə  buna  dözməyib 
intihar  etmişdir.  Kreontun  başına  gələn  bədbəxtlik 
bununla  bitmir,  arvadı  Evridika  da  oğlunun  intiharına 
dözmür, ərini lənətləyərək özünü öldürür.  
Göründüyü kimi, əsər istər məzmunca, istər formaca 
erkən dövr antik faciələrindən xeyli fərqlənir. İlk növbə-
də  qeyd  etmək  lazımdır  ki,  Esxilin  dram  tamaşasındakı 
aktyorların sayını ikiyə çatdırmasından sonra, Sofokl bir 
qədər də irəli getdi və onların sayını üçə çatdırdı. Bu da 


204 
 
heç  şübhəsiz  əsərdəki  dialoqların  artması,  gərgin 
konfliktlərin  yaranması,  dinamikliyin  yüksəlməsi  ilə 
nəticələndi  və  beləliklə  antik  faciə  formaca  özünün  son 
görkəmini  aldı.  Bundan  əlavə,  Esxildən  fərqli  olaraq, 
Sofoklu hansısa qəhrəmanın bütöv nəsli deyil, onun özü, 
xarakteri,  mənəvi-əxlaqi  keyfiyyətləri,  dəyərlər  sistemi 
maraqlandırırdı və buna görə də, bir-birinə süjetcə bağılı 
olan  trilogiyalar  deyil,  bütün  daxili  bədii-sənətkaqlıq 
keyfiyyətləri,  ideyalar  kompleksi  ilə  tamamlanmış 
müstəqil əsərlər yaradırdı. Sofokl yaradıcılığının spesifik 
əlamətlərindən  biri  olan  dolğun  xarakterlərin  əsərdə 
başlıca  hərəkətverici  amilə  çevrilməsi  “Antiqona”da  da 
özünü  parlaq  göstərir.  Burada  allahların  iradəsi  mini-
muma endirilmişdir. Əsas konflikt polis (dövlət) maraq-
larının  –  yazılı  qanunların  təmsilçisi  olan  Kreontla, 
mənəvi-əxlaqi  dəyərlərin  –  yazılmamış  qanunların  təm-
silçisi  olan  Antiqona  arasında  arasında  gedir.  Bu 
mübarizədə  hər  iki  tərəfin  bədbəxtliyə  düçar  olması 
vaxtilə  belə  bir  fikrin  yaranmasına  səbəb  olmuşdu  ki, 
Sofokl  hər  iki  tərəfi  –  Kreontu  “yazılmamış  qanunlar”a, 
Antiqonanı  isə  yazılı  qanunlara  etinasızlıqda  günahkar 
bilirdi.  Lakin  fikrimizcə,  müəllif  bu  konfliktə  mənəvi-
əxlaqi  dəyərlərin,  yəni  Antiqonanın  tərəfindədir  və 
Kreontun  bədbəxtliyi  məhz  Antiqonanın  faciəvi  ölümü-
nün  cəzasıdır.  Buna  görə,  əsərdə  Antiqona  obrazına, 
onun xarakterinin açılmasına xüsusi diqqət yetirilmişdir. 
Antiqona ilə bacısı İsmenanın, yaxud Antiqona ilə nişan-
lısı Qemonun münasibətləri obrazın daha dolğun təsviri-


205 
 
nə  xidmət  göstərir.  Antiqonanı  antik  dramaturgiyanın 
bütövlükdə  antik  ədəbiyyat  xəzinəsinə  verdiyi  növbəti 
parlaq töhfə kimi qiymətləndirmək mümkündür və onun 
qadın  obrazı  olması  fikrimizcə  töhfənin  qiymətini  daha 
da artırır.  
Sofoklun  yalnız  antik  ədəbiyyat 
deyil,  bütünlükdə  dünya  ədəbiyyatının 
ən  yaddaqalan  nümunələrindən  biri 
sayılan  növbəti  əsəri  “Tiran  Edip”dir 
(bəzi  mənbələrdə  “Çar  Edip”  adlandırı-
lır).  Faciə  bir  sıra  cəhətləri  ilə  Sofokl 
yaradıcılığı  üçün  tipikdir.  İlk  növbədə,  əsər  gərgin 
dramatizmə  malikdir.  Mövzusu  “Fiva  mifləri”  silsiləsin-
dən  götürülmüşdür  və  əsasında  “atılmış  və  sonradan 
tapılan  uşaq”  süjeti  durur.  Edip  öz  atası  olan  Fiva 
hökmdarı  Lay  tərəfindən  atılmışdır,  çünki  öncəgörən 
kahin  ona  oğlu  tərəfindən  öldürüləcəyi  xəbərini  ver-
mişdir.  Lakin  qonşu  Korinf  çarı  Polibin  çobanı  Kiferon 
dağının  ətəklərində  uşağı  götürüb  çara  verir  və  o  da 
uşağı  oğulluğa  qəbul  edir.  Edip  bir  müddət  heç  nədən 
xəbərsiz  böyüyür,  ancaq  bir  gün  sərxoş  korinflilərdən 
biri  ona  Polibinin  həqiqi  oğlu  olmadığını  deyir.  Edip 
həqiqəti  Delf  kahinindən  öyrənmək  istəsə  də,  buna  nail 
olmur. Kahin yalnız bunu deyir ki, onun taleyinə atasını 
öldürmək və anası ilə evlənmək yazılmışdır. Bu öncəgör-
mənin  reallaşmaması  üçün  Edip  Korinfi  tərk  edərək, 
Fivaya  gedir.  Amma  yolda  tanımadığı  bir  qoca  ilə  mü-
bahisəyə  girişir  və  onu  öz  atası  Lay  olduğunu  bilmədən 
Sofokl 


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə