Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə50/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   46   47   48   49   50   51   52   53   ...   62

206 
 
öldürür.  Şəhərdə  bir  müddət  yaşayandan  sonra  Edip 
bütün  şəhərlilərə  nə  zamandan  bəri  əzab  verən  vəhşi 
qanadlı  Sfinksi  öldürür  və  bu  qəhrəmanlığına  görə  ona 
həqiqi  atası  Layın  ölümündən  sonra  boş  qalan  hökm-
darlığı  mükafat  kimi  bəxş  edirlər.  Lakin  “mükafat” 
bununla  bitmir,  Layın  dul  qalmış  arvadı,  yəni  öz  anası 
İokasta  ilə    evlənməli  olur  və  ondan  uşaqları  dünyaya 
gəlir.  Beləliklə,  Edipin  qorxduğu  və  qaçmağa  çalışdığı 
Qədər elə öz hərəkətləri nəticəsində başına düçar olur.    
Mifdəki  bütün  bu  hadisələr  faciədə  birbaşa  gös-
tərilməmişdir.  Əsər  onunla  başlayır  ki,  şəhərlilər  çar 
Edipdən  onları  nə  vaxtdır  hamıya  qənim  kəsilən 
xəstəlikdən  qurtarmağı  xahiş  edirlər.  Edip  öz  qaynı 
Kreontu  Delf  kahininin  yanına  göndərir  ki,  xəstəliyin 
səbəbini  öyrənsin,  o  da  bildirir  ki,  səbəb  Layın  qatilinin 
cəzasız  şəkildə  şəhərdə  yaşamasıdır.  Edip  dərhal 
axtarışlara başlamağı əmr edir və bu zaman məlum olur 
ki,  qətl  günü  Layın  yanında  olanlardan  yalnız  bir  nəfər 
sağ  qalmışdır  və  o  adam  da  hökmdarın  quldurlar 
tərəfindən  öldürüldüyünü  deyir.  Edip  Tiresidən  qatilin 
kim  olduğunu  israrla  soruşanda  öncəgörən,  nəhayət, 
dözməyib  qatilin  o  olduğunu  bildirir.  Bu  cavab  Edipi 
qəzəbləndirir,  çünki  Tiresinin  qaynı  Kreontun  hakimiy-
yət  oyunlarına  qurban  getdiyini  düşünür.  Lakin  Kreont 
qətiyyən  narahat  olmadan  şübhələri  sakit  şəkildə 
üzərindən  götürür.  Bundan  sonra  kahinin  öncəgörməsi 
şübhə  altına  düşür  və  İokasta  Edipi  sakitləşdirmək 
məqsədilə  keçmişdə  öncəgörmə  ilə  bağlı  Layın  başına 


207 
 
gələn  hadisəni  danışır.  Layın  guya  öz  oğlu  tərəfindən 
öldürüləcəyi  xəbərini  də  həmin  Tirensi  vermişdi  və  bu 
öncəgörmə  həyata  keçməmişdir.  Bu  əhvalatı  eşidən 
Edipdə  artıq  qorxu  hissləri  yaranmağa  başlayır,  belə  ki, 
vaxtilə Delf kahini ona da öz atasını öldürəcəyi haqqında 
xəbər  vermişdi.  Lakin  Layın  öldürülməsinə  şahidlik 
etmiş adamın dediyinə görə, onu bir yox, bir neçə adam 
öldürmüşdür.  Edip  həmin  adamı  tapıb  öyrənir  ki,  demə 
o, bir zamanlar Layın Kiferon dağına atdırdığı uşağı tapıb 
Korinf  çarına  verən  çobandır  və  quldurlar  haqqında 
söylədikləri  də  yalandır.  Beləliklə,  Edipin  öz  atasını 
öldürdüyü  və  anası  ilə  evləndiyi  ortaya  çıxır.  İokasta 
özünü  öldürür,  Edip  isə  gözlərini  kor  edir  və  sürgünə 
göndərilməsini  istəyir.  Lakin  müvəqqəti  hakimiyyətə 
gələn Kreont kahindən xəbər gözləməsi bəhanəsi ilə onu 
getməyə qoymur və Edipin gələcək taleyi naməlum qalır. 
Ona  yalnız  Sofoklun  “Edip  Kolonda”  faciəsində  sona 
qədər  aydınlıq  gətirilir  və  “Tiran  Edip”də  dəhşətli 
qorxunc  günahlar  işlətmiş  obraz  bir  qədər  yumşal-
dılaraq, allahların  bəyəndiyi insan kimi həyatdan köçür. 
Lakin  özünün  bədii  gücünə,  konfliktin  gərginliyinə  görə 
bu əsər “Tiran Edip”dən xeyli geri qalır.  
“Tiran  Edip”in  dəqiq  tamaşaya  qoyulma  tarixi  bəlli 
deyil  və  ehtimal  edilir  ki,  Afina  demokratiyasının 
çiçəklənmə  dövrü  sayılan  “Perikl  dövrü”nün  sonlarında 
(e.ə.  429-425-ci  illər)  səhləşdirlmişdir.  Edipin  dəhşətli 
taleyi sanki Periklin qızıl əsrinin sonuna işarə idi. Əsərdə 
Sofokl yaradıcılığı üçün spesifik olan cəhətlərdən biri də 


208 
 
müəllifin “nəsil qarğışı”nı deyil, sırf Edipin şəxsi taleyini 
diqqət  mərkəzinə  çəkməsidir.  Fiva  miflərində  verilmiş 
məzmunu  Sofokl  özününküləşdirərək,  qəzavü-qədəri 
deyil,  konkret  və  canlı  insanı  hadisələrin  mərkəzinə 
qoyur. Buna baxmayaraq, Yeni dövrün klassik filoloqları 
“Tiran  edip”i  məhz  “qəzavü-qədər”  faciəsi  kimi  yalnız 
Sofokl  yaradıcılığının  deyil,  bütünlükdə  antik  dramatur-
giyanın  klassik,  tipik  nümunəsi  kimi  qiymətləndirdilər. 
Bütövlükdə  götürdükdə,  Sofoklun  qəhrəmanları  Esxillə 
müqayisədə  daha  mürəkkəb  emosional-psixoloji  xa-
rakteristikaya  malikdirlər.  Sofokl  sanki  Esxilin  əzə-
mətindən,  təntənəli  əhval-ruhiyyəsindən  uzaqlaşmağa 
çalışır və buna tamamilə olmasa da, bir çox hallarda nail 
olur.  Məs.,  faciələrin  baş  qəhrəmanları  öz  dialoqlarında 
tamamilə  sadə  üslubda  danışırlar,  amma  xor  partiya-
larına gəldikdə isə onlar hələ də təntənəli üslübda işlənir. 
Sofoklun əsərlərini antik faciənin formaca tamamlayıcısı 
kimi qiymətləndirmək lazımdır. Təsadüfi deyil ki, böyük 
dramaturqun vaxtilə ədəbiyyata gətirdiyi bir sıra məşhur 
faciə  süjetləri  sonrakı  dövr  Avropa  ədəbiyyatında  da 
geniş istifadə olunmuşdur. Onun Antiqona, Edip, Elektra 
kimi  obrazları  dolğunluğu  və  təkrarsızlığı  ilə  dünya 
ədəbiyyatında layiqli yerlərini qazanmışlar.  
Bununla  belə,  antik  faciəni  onun  üçüncü  böyük 
nümayəndəsi  Evripidin  yaradıcılığı  olmadan  təsəvvür 
etmək mümkün deyil. Esxil və Sofokl əsərləri ilə özünün 
klassik  nümunələrini  qazanmış  antik  dramaturgiya 
Evripidin faciələrində ideyaca yeni keyfiyyətlər əldə etdi, 


209 
 
yeni  və  fərqli  obrazlar  qazandı.  Esxil 
və  Sofoklun  faciələrində  konflikt  bir 
qayda  olaraq  cəmiyyətdə  qəbul 
olunmuş  iki  fərqli  əxlaq  norması 
arasında 
baş 
verir, 
qəhrəman 
onlardan birini seçməyə məcbur olur.       
                             Bu da təbii idi, belə ki, dövrün ictimai 
münasibətləri  hələ  ki,  ayrıca  götürülmüş  insanın 
bütünlükdə  müstəqillik  qazanmasına,  cəmiyyətdən 
ayrılmasına  imkan  vermirdi.  Bunun  baş  verməsi  üçün 
nisbətən yeni ictimai-siyasi mühit yaranmalı idi. Afina ilə 
Sparta  arasında  başlanan  Peleponnes  müharibəsi  (e.ə. 
431-404)  və  bunun  ardınca  Afina  demokratik  polis 
sistemində nə zamandan bəri sürən “Perikl əsri” nın başa 
çatması  belə  bir  şəraiti  yaratdı.  Daxili  müharibə  yunan-
ların  ümumilik,  vəhdətlik  dünyagörüşünə  ağır  zərbə 
vurdu. Mifoloji dünyagörüşü getdikcə fəlsəfi dünyagörüş 
əvəz etməyə başladı və bu da sofistikada öz əksini tapdı. 
Yeni  fəlsəfi  təlim  artıq  ümumxalq,  ümumdövlət  məna-
feyinin  ayrıca  götürülmüş  insan  maraqlarından  üstün 
tutulmasını  inkar  edir,  cəmiyyəti,  dövləti  deyil,  insanı 
əxlaqi davranış normalarının yaradıcısı sayırdı. Beləliklə, 
fəlsəfi  biliklər  yayıldıqca  mifə  tənqidi  münasibət  geniş 
vüsət  alırdı.  Evripid  yaradıcılığında  biz  məhz  bu  yeni 
tendensiyaları bariz şəkildə görürük.  
Evripidə  qədərki  faciənin  ənənəvi  mövzuları  vardı. 
İnsanın  dövlət  və  nəsil  qarşısında  məsuliyyəti,  azadlıq 
hissi və onun məhdudlaşdırılmasına qarşı etiraz, tiraniya 
      Evripid 


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə