Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə51/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   47   48   49   50   51   52   53   54   ...   62

210 
 
və despotizmlə mübarizə bu mövzulardandır və istər Es-
xil, istərsə də Sofokl onları müxtəlif əsərlərində özlərinə 
məxsus  şəkildə  işləyirdilər.  Evripid  yaradıcılığı  ənənəvi 
faciə mövzularının əhatə dairəsini xeyli genişləndirdi. Bu 
da təsadüfi sayılmamalıdır, belə ki, ənənəvi polis ideolo-
giyasının özü artıq böhran keçirirdi və yenilənməyə ehti-
yac duyurdu. Evripidin əsərlərində o zamankı ictimai dü-
şüncəni məşğul edən bir sıra problemlər, müxtəlif nəzə-
ri-fəlsəfi  məsələlər  açıq  müzakirə  olunurdu  (onu  nahaq 
yerə  “səhnədə  filosof”  adlandırmırdılar).  Müəllif  öz  ob-
razlarının  dilindən  səsləndirdiyi  fikirlərdə  ilk  növbədə 
dövrünün siyasi mühitinə, quruluşuna dair düşüncələrini 
əks etdirirdi. Bu mənada “Xahişedənlər” və “Orest” faciə-
ləri daha diqqətəlayiqdir.  
Evripid  bütövlükdə  Afina  demokratiyasına  müsbət 
yanaşmasına baxmayaraq, bu quruluşun mənfi tərəfləri-
ni də görür və bunu açıq şəkildə vurğulayırdı. Məs., “Xa-
hişedənlər”də  Afina  hökmdarı  Feseyin  cəmiyyətində 
mövcud  olan  üç  əsas  təbəqə  haqqında  sözləri  o  dövrün 
ictimai mühitini öyrənmək baxımından böyük maraq do-
ğurur. Fesey öz vətəndaşlarını varlılara, yoxsullara və or-
ta təbəqəyə ayırır və onların bu gün üçün çox aktual səs-
lənən  xarakteristikalarını  verir:  varlılardan  cəmiyyətə 
xeyir yoxdur və onlar yalnız öz sərvətlərini artırmağa ça-
lışırlar;  yoxsullar  isə  yalnız  yaşamaq  uğrunda  mübarizə 
aparmaqla məşğul olduqlarına görə, onların da cəmiyyə-
tə  müsbət  təsiri  yoxdur,  belə  ki,  daim  varlılara  həsəd 
aparır  və  bu  həsəd  nifrətə  çevrilərək,  böyük  təhlükə 


211 
 
mənbəyinə çevrilir. Fesey cəmiyyətin və dövlətin xilasını 
orta  təbəqədə  görür.  “Orest”  faciəsində  isə  həmin  xilas-
kar orta təbəqənin konkret adını da çəkir – kənd sahib-
karları zümrəsini təşkil edən “avturqlar”. Evripid quldar-
lığın insan şəxsiyyətinə necə məhvedici təsir göstərdiyini 
də  əsərlərində  çəkinmədən  göstərirdi.  Müəllif  bir  sıra 
əsərlərində belə bir fikri xüsusilə vurğulayırdı ki, mənə-
vi-əxlaqi  keyfiyyətlərinə  görə  qul  heç  də  azad  insandan 
geri qalmır və bu fikrin əyani sübutu kimi əsərlərində se-
və-sevə “xeyirxah qul”obrazları yaradırdı.  
Evripidin  ideya-fəlsəfi  dünyagörüşü  ənənəvi  dinə, 
mifologiyaya fərqli münasibətilə seçilir. Bu sahədə hansı-
sa radikal fikir bildirmək, əlbəttə ki, həmin dövrün reallı-
ğı  üçün  çox  təhlükəli  idi.  Sokratın  “allahlara  hörmətsiz-
likdə” ittiham edilərək edam edilməsi, Aristotelin isə ey-
ni  ittiham  təhlükəsi  altında  Afinanı  tərk  etməsi  o  qədər 
də uzaq keçmişin hadisəsi deyildi. Antik dram müəlliflə-
rinin  yaradıcılığında  da  belə  “zərərli  fikirlər”ə  rast  gəl-
dikdə, əsər heç zaman səhnələşdirilmir, şairin özünü isə 
çox acınacaqlı aqibət gözləyirdi. Buna görə, Evripid dinə 
və mifologiyaya mənfi münasibətini bir qayda olaraq çox 
ehtiyatla, ikimənalı  işarələrlə, yaxud  şübhələnməklə bil-
dirirdi. “Elektra” faciəsində xor Zevsin guya günəşi və ul-
duzları  hərəkətə  gətirməsi  mifini  danışandan  sonra  öz 
şübhəsini  bilidirir:  “Belə  danışırlar,  lakin  mənim  üçün 
buna inanmaq çətindir... İnsanlara qorxu aşılayan əsatir-
lər  allahların  kultu  üçün  gəlirlidir”.  Yaxud  “Bellerefont” 
faciəsində bu şübhə daha aydın səsləndirilir: “Əgər allah-


212 
 
lar  biabırçı  işlər  görürsə,  onlar  allah  deyil”.  Dini  bayra-
mın tərkib hissəsi kimi nümayiş etdirilən əsərdə din haq-
qında  bundan  daha  sərt  formada  nəsə  bilidrimək  yəqin 
ki, sadəcə, mümkünsüz idi.  
Yuxarıda göstərmişdik ki, Sofokl polis demokratiyası-
nın çiçəklənmə dövrünə xas spesifik problematikanı əks 
etdirirdi.  Evripidlə  Sofoklun  yaşadığı  dövr  üst-üstə  düş-
məsinə  baxmayaraq,  onların  mövzuları  işləmə  üslubu 
tam  fərqli  idi.  Evripid  ictimai  münasibətlərdə  baş  ver-
məkdə  olan  böhranı  görür  və  buna  müvafiq  yaradıcılıq 
üslubu seçirdi. Hələ Sofoklun obrazlarında görməyə baş-
ladığımız psixologizm Evripiddə daha da güclənir. O, da-
ha bir addım irəli gedərək, obrazın daxili duyğularının, fi-
kir və düşüncələrinin, ehtiraslarının inkişaf dinamikasını 
göstərməyə çalışır. Evripidin obrazları çox zaman Esxilin 
və  Sofoklun  qəhrəmanları  kimi  öz  hərəkətlərində  qətiy-
yətli deyillər, daxili ziddiyyətlər içində boğuşurlar. Antik 
ənənə nahaq yerə belə hesab etmirdi ki, Sofokl insanları 
“necə olmalıdırlar” o cür göstərir, Evripid isə “həqiqətdə 
olduğu”, yəni bütün ziddiyyətləri ilə birlikdə. Bu mənada 
Evripidin yaradıcılığı üçün ən xarakterik olan faciələrdən 
biri “Medeya”dır (e.ə. 431-ci il).  
Əsərin  mövzusu  antik  mifologiyanın    “arqonavtlar 
silsiləsi”ndən  götürülmüşdür.  Kolxida  çarının  qızı,        
Heliosun (Günəş allahı) nəvəsi olan Medeya arqonavtlar 
dəstəsinin başçısı Yasona qızıl qoyun dərisini əldə etmək 
üçün hər çür köməklik göstərir və bunun  üçün hətta öz 
doğma qardaşını belə öldürməkdən çəkinmir. Çünki onu 


213 
 
çox  güclü  ehtirasla  sevir.  Vətənə  qayıtdıqdan  sonra  öz 
xoşbəxtliyi üçün Yasonun dayısı çar Peleyi də öldürməli 
olur. Bu dəhşətli hadisələrdən sonra onlar iki uşaqları ilə 
birlikdə Korinfdə qaçqın kimi yaşayırlar və burada daha 
yüksək  mövqeyə  çatmaq  üçün  Yason  Medeyanı  atmaq, 
çar Kreontun qızı ilə evlənmək fikrinə düşür. Belə vəziy-
yətə  düşəcəyini  qətiyyən  gözləməyən  Medeya  özünü  al-
dadılmış,  alçaldılmış  sayır  və  dəhşətli  intiqam  planları 
qurmağa  başlayır.  Lakin  bütün  bunlar  faciədə  birbaşa 
göstərilmir. Əsər dayənin və uşaqların tərbiyəçisinin ya-
ranmış  vəziyyət haqqında, baş qəhrəmanın əhval-ruhiy-
yəsi  haqqında  məlumatla  başlayır.  Bu  zaman  Medeya 
səhnə  arxasındadır  və  onun  öz  ərinə  nifrət  dolu  hədə-
qorxuları  eşidilir.  Medeya  artıq  uğrunda  böyük  qurban-
lar vermiş ərinin məkrli niyyətindən xəbərdardır və Ya-
sonu  nankorluqda  ittiham  edir.  Medeya  ilə  Yasonun  bu 
qarşılaşma səhnəsi hər iki obrazın xarakteristikası üçün 
çox vacibdir. Müəllif  Yasonun haqsızlığını və miskin və-
ziyyətə  düşməsini  parlaq  boyalarla  göstərir.  Medeyanın 
haqlılığı  bir  daha  aydın  şəkildə  üzə  çıxır  və  o,  artıq  ən 
qəddar planını belə həyəta keçirə bilər. Kreontun onu və 
uşaqlarını  Korinfdən  qovması  əmrini  göz  yaşları  və  yal-
varışları ilə ertələdir. Uşaqlarını guya Korinfdə saxlamaq 
xahişini  çatdırmaq  məqsədilə  onları  Yasonun  yeni  arva-
dının yanına göndərir və zəhərlə hopdurulmuş paltarı da 
hədiyyə verir. Lakin Medeya yalnız onları deyil, öz uşaq-
larını da öldürmək fikrindədir və məhz bu planını həyata 
keçirmək  onun  üçün  əsl  işgəncəyə  çevrilir.  Evripid  baş 


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə