Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə52/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   48   49   50   51   52   53   54   55   ...   62

214 
 
qəhrəmanın  daxilində  analıq  hissilə  intiqam  ehtirasının 
necə gərgin mübarizə apardığını Medeyanın monoloqları 
vasitəsilə tamaşaçıya çatdırır. Sanki analıq hissi qalib gəl-
mək  üzrədir  və  o,  uşaqlarını  öldürməkdən  vaz  keçəcək. 
Lakin  bu  vaxt  Kreontun  və  qızının  ölüm  xəbəri  gəlir  və 
Medeya  uşaqlarını  Kreont  ailəsinin  əlinə  keçməməsi 
üçün özü öldürür. Babası Helios onu qaçırmaq üçün qa-
nadlı  əjdəhalara  qoşulmuş  araba  göndərir  və  Medeya 
uşaqlarının cəsədlərini götürüb arabada uçub gedir.  
Əsər bir sıra cəhətlərinə görə xüsusi maraq doğurur. 
İlk növbədə, o, Evripid yaradıcılığı üçün ən tipik faciələr-
dən biridir. Belə ki, burada obrazların daxili psixoloji və-
ziyyətləri bütün ziddiyyətləri ilə göstərilir, hisslərin gər-
ginliyi və dinamikası tamaşacını daimi maraq içində sax-
layır. Bundan əlavə, əsərdə analıq və atalıq hissləri, güclü 
emosiyaların bəzən insana bədbəxtlik gətirməsi haqqın-
da fəlsəfi düşüncələrə geniş yer verilmişdir ki, bu da Ev-
ripid yaradıcılığına xas xüsusiyyətlərdən biri kimi qəbul 
edilir. Faciədə antik mifoloji materiala da yaradıcı şəkildə 
yanaşılmış, daha dəqiq olsaq, müəyyən dəyişikliklər edil-
mişdir. Məs., mifə görə, Medeyanın uşaqlarını, onun Ko-
rinfdəki hakimiyyətindən narazı qalan şəhər əhalisi öldü-
rür.  Əsərdə  isə  Evripid  Medeya  obrazının  xarakretirini 
daha  tam  açmaq,  qadının  çılğın  ehtirasını  daha  da  qa-
bartmaq naminə məlum mifi istədiyi şəklə salmışdır. Be-
ləliklə,  mifoloji  material  antik  müəlliflər  üçün  getdikcə 
daha artıq, sadəcə, xarici anturaj xarakteri daşıyır, möv-


215 
 
zudan və süjet xəttindən asılı olaraq, onda istənilən for-
mada dəyişiklik etmək qəbahət sayılmır.  
Digər  tərəfdən,  Evripidin  qəhrəmanları  getdikcə  da-
ha  çox  sadələşir,  Esxil  və  Sofoklda  olan  monumentallıq 
keyfiyyətlərini  itirirdi.  Obrazlar  artıq  adi  məişət  düşün-
cəsi ilə yaşayırdılar, cılız merkantil maraqlar onlara yad 
deyildi. Məs., Yason Medeyanın Korinfi sakit şəkildə tərk 
etməsi üçün pul təklif edir və bu təklifin alçaqlığı Mede-
yanın onu necə ikrah hissi ilə rədd etməsi ilə aydın görü-
nür. Obrazların qəhrəmanlıq arealından məhrum edilmə-
si  səhnəyə  aşağı  təbəqələrə  məxsus  personajların  -    di-
lənçilərin, şikəstlərin və b.-nın çıxarılması ilə də nail olu-
nurdu. Antik faciə daha yalnız allahların  və imtiyazlı tə-
bəqənin – aristokratiyanın həyatını əks etdirmir. Burada 
ən  müxtıif  sosial  qrupların  nümayəndələri  görünür,  ən 
ağlasığmaz,  çılğın  fikirlər,  davranışlar  diqqət  mərkəzinə 
çəkilirdi. Bədii əsərin əsas məqsədi artıq düzgün davra-
nış  normalarını  insanlara  öyrətmək  deyil,  sadəcə,  polis 
həyatını bütün çılpaqlığı ilə göstərmək idi. Antik drama-
turgiyada  üzə  çıxan  bu  yeni  tendensiya  sonrakı  dövrdə 
komediya janrında daha da inkişaf etdirildi və ədəbiyya-
tın  funksiyaları  sırasına  cəmiyyətin  mənfi  cəhətlərinin 
sərt tənqidi də əlavə olundu.  
Antik faciəyə nisbətən daha gec formalaşmağa başla-
mış antik komediyanın ilk görkəmli nümayəndələri sıra-
sında  Kratin,  Evpolid  kimi  şairlərin  göstərilməsinə  bax-
mayaraq, antik ənənə Aristofanı (e.ə. 427-388) “qədim” 
komediyanın ən tipik müəllifi kimi nəzərdən keçirirdi. Bu 


216 
 
da  təsadüfi  sayılmamalıdır.  Digər  komediya  müəllifləri 
(onların  əsərlərindən  yalnız  ayrı-ayrı  parçalar  məlum-
dur)  ilə  müqayisədə  məhz  Aristofanın  yaradıcılığından 
daha  çox  əsər  (44  komediyadan  11-i)  qorunub  saxlan-
mışdır  ki,  bunun  özü  də  antik  və  sonrakı  dövrlərdə  ona 
verilən dəyərin göstəricisi kimi dəyərləndirilə bilər.  
Aristofan öz əsərlərində hər nə qədər dövrünün icti-
mai  davranış  normalarını  sərt  tənqid  atəşinə  tutsa  da, 
prinsip etibarilə demokratik quruluşun əleyhdarı deyildi. 
Sadəcə, onun arzuladığı zaman – Afina demokratiyasının 
çiçəklənmə  dövrü  artıq  arxada  qalmışdı  və  yeni  yaran-
maqda olan ictimai-siyasi vəziyyət, müxtəlif ideya-fəlsəfi 
cərəyanlar  şairin  nəzərində  böyük  qarma-qarışıqlıq, 
anarxiya  kimi  görünürdü.  Aristofan  komediyalarında  öz 
dövrünün iki bir-birinə zidd qüvvəsinin - bir tərəfdən po-
lis oliqarxiyasının, digər tərəfdən isə radikal demokratik 
qruplaşmanın  nümayəndələrini  gülüş  obyektinə  çevir-
miş,  aşağı  təbəqənin,  kəndlilərin  maraqlarını  müdafiə 
edən  mülayim  demokratlar  dəstəsinə  isə rəğbət  bəslən-
mişdir. Bu mənada “Atlılar” komediyası yaşadığı dövrün 
ictimai-siyasi  vəziyyətinə  Aristofanın  münasibətini  gös-
tərən ən tipik nümunələrdən biridir. 
Əsər  e.ə.  424-cü  ildə  səhnələşdirilmişdir.  Komediya 
bir  sıra  cəhətləri  ilə  həm  Aristofan  yaradıcılığı,  həm  də 
ümumilikdə  “qədim”  komediya  üçün  əlamətdardır.  İlk 
növbədə, əsərin mövzusu birbaşa Afina polis demokrati-
yasının  mövcud real  vəziyyətindən  götürülmüşdür. Belə 
ki,  komediyanın  baş  qəhrəmanı  yunan  xalqının  təcəssü-


217 
 
mü kimi verilmiş qoca Demosdur. O, öz evinin hakimiy-
yətini  dabbaq  Paflaqonluya  vermişdir.  Bu  obrazın  sima-
sında isə antik tamaşaçı radikal demokratlar qruplaşma-
sının rəhbəri Kleonu asanlıqla tanıya bilərdi. Hətta onun 
dabbaq olması da təsadüfi deyildi, belə ki, Kleonun atası 
da dabbaq idi. Əsərin başlanğıcında evin iki qulu sərxoş 
olandan sonra belə qərara gəlirlər ki, evdəki hakimiyyəti 
dəyişsinlər.  Buna  görə  onlara  gələcəkdən  xəbər  verən 
orakul lazımdır, çünki Demos yalnız onun sözlərini yeri-
nə yetirir. Orakul tapılandan sonra  onun  yeni “öncəgör-
məsi” məlum olur. Hakimiyyət dəyişikliyi baş verməlidir 
və  dabbağı  kolbasaçı  əvəz  etməlidir.  Kolbasaçı  dərhal 
üzə  çıxsa  da,  Paflaqonlunun  gəlişindən  sonra  qaçmağa 
məcbur  olur.  Ona  yardıma  “atlılar”dan  ibarət  xor  gəlir. 
Xorun “atlılar”dan ibarət olması da təsadüfi deyil, belə ki, 
həmin  dövrdə  aristokratik  qruplaşmanın  adı  məhz  bu 
cür idi. Paflaqonlu ilə kolbasaçı üz-üzə gəlirlər və burada 
xalq karnaval mərasimlərini xatırladan qarma-qarışıqlıq, 
söyüş səhnələri baş verir və nəhayət, kolbasaçı öz həya-
sızlığı ilə dabbağa qalib gəlir. Növbəti səhnə Demosun iş-
tirakı ilə baş verir. Hər iki hakimiyyət namizədi özlərini 
Demosa təsdiq etdirməlidirlər. Bu zaman  kolbasaçı Paf-
laqonludan  oğurladığı  dovşandan  bişirdiyi  yeməyi  De-
mosa verir və bununla onun rəğbətini qazanır. Beləliklə, 
Demos  evin  hakimiyyətini  kolbasaçıya  verir.  Komediya-
nın son səhnəsində tamaşaçı Demosu artıq tam dəyişmiş 
şəkildə görür. Belə ki, kolbasaçı onu qaynar suda qayna-
dıb cavanlaşdırmışdır. Bu da Demosun doğru qərar qəbul 



Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə