Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə53/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   49   50   51   52   53   54   55   56   ...   62

218 
 
etməsinin sübutu kimi görünür – Demos yenə də bir za-
manlar olduğu kimi möhkəm və cəlbedicidir. Göründüyü 
kimi, əsər öz dövrünün ən aktual ictimai-siyasi tablosunu 
mübaliğəli-metaforik  tərzdə  əks  etdirmişdir  və  burada 
müəllifin istehza obyekti heç də Demos deyil, onun “evi-
ni”, başqa sözlə yunan polisini idarə edən konkret şəxs-
lərdir. Qeyd etmək lazımdır ki, dövrün tarixi hadsilərini, 
real  tarixi  şəxsiyyətləri  gülüş  obyektinə  çevirmək  xüsu-
siyyəti  yalnız  Aristofana  deyil,  bütünlükdə  “qədim”  ko-
mediyaya xas spesifik keyfiyyətdir.  
“Qədim”  komediyanın  spesifik  cəhətlərindən  biri  də 
antik  dövrün  müxtəlif  yeni  ideya-fəlsəfi,  ədəbi-bədii  cə-
rəyanlarını, onların  görkəmli nümayəndələrini yumoris-
tik tərzdə təsvirini vermək və bu zaman müəyyən ideolo-
ji  məsələləri  tamaşaçıların  gözü  qarşısında  diskussiya 
predmetinə  çevirməkdir.  Aristofanın  digər  parlaq  əsəri 
olan “Qurbağalar” (e.ə. 405-ci il) məhz bu tip komediya-
lardandır. Əsər həm də ona görə dəyərlidir ki, burada an-
tik dövr ədəbi tənqidinin ilk nümunələrindən birinə rast 
gəlmək mümkündür. Komediya əslində “ən yaxşı şair ne-
cə olmalıdır?” sualına cavab axtarır. Əsərin süjet xətti də 
buna uyğunlaşdırılmışdır: faciələrin göstərildiyi dini bay-
ramların əsas allahı olan Dionisi ölülər dünyasına enir ki, 
Evripidi yenidən yer üzünə qaytarsın, çünki faciələr artıq 
əvvəlki  şöhrətini  itirmişdir.  Komediyanın  ilk  səhnələri 
gülməli  məqamlarla  zəngindir,  belə  ki,  Dionisi  ölülər 
dünyasına səyahətdən qorxduğu üçün Heraklın şir dəri-
sini geyinir, özü ilə götürdüyü qulu Ksanfla tez-tez yerini 


219 
 
dəyişir,  lakin  bunlara  baxmayaraq,  hər  dəfə  özü  pis  və-
ziyyətdə qalır. Tamaşaçıda səmimi gülüş doğuran bu ko-
mik  vəziyyətlərdən  sonra  əsərin  ciddi  hissəsi  gəlir.  O 
dünyaya yeni enmiş Evripid faciənin “atası” sayılan Esxil-
dən ən yaxşı şair adını almaq istəyir, buna görə yarış təş-
kil edilir və Dionisi ora hakim təyin olunur. Nəticədə, Es-
xil və Evripid arasında çox maraqlı dialoq baş tutur. Hər 
iki şair razılaşır ki, şairin əsas vəzifəsi “doğruçu nitqləri”, 
“gözəl məsləhətləri” ilə “vətənin vətəndaşlarını daha yax-
şı və daha ağıllı” etməkdir. Məhz bu baxımdan yanaşanda 
məlum olur ki, Esxilin möhtəşəm obrazları, dəbdəbəli dili 
Evripidin  sadə  personajlarından,  danışıq  dilinə  yaxın 
ədəbi dilindən daha üstündür. Nəticədə,  Esxil ədəbi mü-
bahisədə  qalib  gələrək  ən  yaxşı  faciənəvis  adını  özündə 
saxlayır. Yeraltı dünyaya Evripid üçün gələn Dionisi özü 
ilə Esxili aparmalı olur.  
Göründüyü  kimi,  Aristofan  əsərlərində  öz  dövrünün 
yeni  ictimai-siyasi,  ədəbi-fəlsəfi  cərəyanlarını,  onların 
polis  həyatına,  etik  davranış  normalarına,  ədəbiyyata, 
fəlsəfəyə  gətirdiyi  yenilikləri  yalnız  gülüş  obyektinə  çe-
virməklə  kifayətlənmir,  eyni  zamanda  onları  qiymətlən-
dirir,  əsaslandığı  nəzəri,  bədii-estetik  prinsipləri  açıqla-
yırdı. O, yalnız güldürmür, həm də düşündürür, prinsipial 
mövqeyini açıqlayır və müdafiə edirdi. Müəllif Afina de-
mokratiyasının böhranı dövründə ən müxtəlif zümrə nü-
mayəndələrini  eyni  dərəcədə  özünün  öldürcü  gülüş  ob-
yektinə  çevirirdi.  Aristofan  ən  yüksək  vəzifəli  şəxsə  də, 
filosofa da, şəhər və kəndlərin adi sakinlərinə də, qullara 


220 
 
da  eyni  mənəvi-əxlaqi  dəyərlər  prizmasından  yanaşırdı. 
Komediyanın  daha  sonrakı  inkişaf  mərhələlərində  (“or-
ta”  və  “yeni”  komediya)  “qədim”  komediyanın  məhz  bu 
prinsipiallığı, ən sərt ictimai-siyasi mövzuları səhnəyə çı-
xarmaqdan  çəkinməməsi,  aktual  problemləri  daim  diq-
qət  mərkəzində  saxlaması  xüsusilə  vurğulanmış,  bəzən 
təqdir, çox zaman isə tənqid olunmuşdur.  Belə ki, məhz 
“qədim” komediyaya xas bu ictimai-siyası aktuallığın ara-
dan  götürülməsi,  adi  məişət  problematikasının  üstün 
mövqe  qazanması  sonrakı  dövr  antik  komediyanın 
(“məişət komediyası”) spesifik xüsusiyyətləri kimi nəzər-
dən keçirilirdi. Yalnız çox sonralar, Yeni eranın XVIII-XIX 
əsrlərindən  başlayaraq,  Avropa  ədəbiyyatında  romantik 
və inqilabi-demokratik cərəyan nümayəndələri Aristofa-
nın prinsipiallığını, sərt satirasını yenidən yüksək dəyər-
ləndirilmiş  və  antik  müəllif  komediya  tarixində  özünün 
layiqli yerini qazanmışdır.  
Beləliklə,  antik  dramaturgiyanın  dörd  görkəmli  nü-
mayəndəsinin yaradıcılığı haqqında yuxarıda səsləndiril-
miş  fikirlərdən  onun  spesifik  keyfiyyətlərinə  dair  bəzi 
nəticələrə gəlmək mümkündür. İlk növbədə, qeyd etmə-
liyik ki, bu dramaturgiya öz dövrünün dini, daha sonralar 
ictimai-siyasi ideologiyası ilə sıx bağlı olduğundan, onun 
ən  parlaq  nümunələrində  hər  zaman  ideya  ön  plana  çı-
xırdı. Dionisi allahının şərəfinə keçirilən dini mərasimlər, 
orada ifa edilən istər faciəvi, istərsə də əyləncəli nəğmə-
lər  antik  dramın  forma  baxımından  təşəkkülünə  nə  qə-
dər  əhəmiyyətli  təsir  göstərmişlərsə,  e.ə.  VI-V  əsrlərin 


221 
 
polis həyatı, Afina demokratik dövlət quruluşu əsərlərin 
məzmun keyfiyyətində bir o qədər güclü təsir buraxmış-
dır.  Yuxarıda  gətirdiyimiz  nümunələrdən  də  aydın  gör-
mək mümkündür ki, yarandığı ilk dövrdə antik dram da-
ha çox hansısa bir hiss, yaxud hər hansı bir ideya üzərin-
də qurulmuş, ayrıca obraz isə hələ zəif cizgilərə malik ol-
muşdur.  Sonralar  antik  teatrın  texniki  imkanları  geniş-
ləndikcə və ən başlıcası isə xordan ayrılmış müstəqil akt-
yorların  sayı  artdıqca  əsərlərdəki  obrazların  partiyaları 
da həcm etibarilə artmış və bu da öz növbəsində müəllifə 
yaratdığı  obrazları  daha  dolğun  işləməyə  imkan  yarat-
mışdır.  Obrazlar  getdikcə  daha  çox  insanı  keyfiyyətlər 
qazanmış,  onların  mənəvi-əxlaqi,  emosional-psixoloji 
dünyası bütün ziddiyyətli cəhətləri ilə daha parlaq ifadə 
olunmuşdur. Egər Esxilin Prometeyi yalnız allahlar tərə-
findən  ədalətsizliyə  uğradığına  görə  faciə  qəhrəmanına 
çevrilirdisə,  Evripidin Medeyası həm ədalətsizliyin, həm 
ehtiraslı sevgisinin, həm də ürəkdən sevdiyi şəxsin xəya-
nətinin, vicdansızlığının, şərəfsizliyinin qurbanı olurdu. 
 Obrazlar, onların hisslər və düçüncə dünyası getdik-
cə daha çox mürəkkəbləşir, antik komediya personajları 
artıq ironiya, sarkazm, satira kimi ifadə vasitələrindən is-
tifadə edirlər. Antik dram müəllifi üçün yalnız hər hansı 
bir ideyanın parlaq ifadəsi deyil, parlaq və rəngarəng hə-
yati obraz yaratmaq başlıca məqsədə çevrilirdi. Belə de-
mək  mümkünsə,  antik  dramaturgiyada  enerjinin  itmə-
məsi qanunu özünü biruzə verirdi: teatr sənəti inkişaf et-
dikcə,  əsərlərin  ideya  məzmunu  getdikcə  bəsitləşir  və 


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə