Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə54/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   50   51   52   53   54   55   56   57   ...   62

222 
 
bunun əvəzində obrazlar qalareyası daha da zənginləşir, 
mürəkkəbləşir,  dolğunlaşırdı.  Son  attik  dövr,  ellinizm 
dövrü ədəbiyyatında və ondan sonrakı Roma dövrü antik 
dramaturgiyasında biz artıq “qədim” faciə və komediya-
lardakı ciddi ictimai problematikaya rast gəlmirik. Hadi-
sələr bir qayda olaraq bu və ya digər məişət mövzusu ət-
rafında cərəyan edir. Buna baxmayaraq, bu dövr drama-
turgiyasının obrazları özlərinin mənəvi-psixologi dolğun-
luğuna görə, heç də müasir dünya ədəbiyyatının ən məş-
hur  obrazlarından  geri  qalmırlar.  Antik  dram,  belə  de-
mək  mümkünsə,  ideya-məzmunca  itirdiyini,  obraz-bədii 
keyfiyyətcə  qazanırdı.  Məhz  obrazların  getdikcə  daha 
yüksək bədii keyfiyyətdə işlənməsi nəticəsində bütövlük-
də  antik  ədəbiyyat  və  o  cümlədən  antik  dramaturgiya 
özündən  sonrakı  Avropa  ədəbiyyatına  və  dolayısı  ilə 
dünya  ədəbiyyatına  güclü  təsir  göstərmiş,  Kornel 
(“Edip”),  Volter  (“Edip”),  Hofmanstal  (“Edip  və  Sfinks”, 
“Elektra”), Brext (“Antiqona”) və b.-larının yaradıcılığın-
da  bir  sıra  bənzərsiz  xarakterlərin  meydana  gəlməsinə 
səbəb  olmuşdur.  Antik  dramaturgiya  Yeni  dövr  müasir 
dramaturgiyası  üçün  istər  formaca,  istərsə  bədii  sənət-
karlıq xüsusiyyətlərinə görə həmişə bitib-tükənməyən il-
ham  mənbəyi  rolunda  çıxış  etmişdir.  Təsadüfi  deyil  ki, 
Hegel Sofoklun “Antiqona” əsərini bütün zamanlar üçün 
faciə janrının  ideal nümunəsi adlandırmışdır.                                                       
       
        
 


223 
 
                             HOMERİ OXUYARKƏN... 
 
Homerin yaradıcılığı qədim dövrün ən gözəl 
ensiklopediyasıdır. 
N.İ. Qnediç 
 
 
 
 
 
Onun şəxsiyyəti haqqında çox az bilgi var. Hətta antik 
dövrün  ədibləri,  filoloqları  (məs.,  İskəndəriyyə  kitabxa-
naçıları) doğulduğu dəqiq zamanı  və yeri  haqqında mü-
bahisələr edirdilər. Müasir dövrün klassik filoloqları adə-
tən doğum tarixi kimi e.ə. IX əsrin sonu - VIII əsrin əvvəl-
lərini göstərirlər.  
Doğum yeri kimi isə İoniya ərazisini – indiki Anadolu 
yarımadasının cənub-qərb sahillərində və yaxın adalarda 
yerləşən qədim yunan şəhərlərini (əsasən Xios göstərilsə 
də, daha bir neçə şəhər Homerin vətəni adına iddia edir 
və onların  siyahısı müxtəlif zamanlarda müxtəlif olmuş-
dur)  qeyd  edirlər.  Nəzərə  almaq  lazımdı  ki,  o  zamanlar 
bu  ərazilər  qüdrətli  Hett  dövlətinin  tabeçiliyində  idi  və 
yunanlar burda yalnız e.ə. X əsrdən etibarən məskunlaş-
mağa başlamışdılar. “Homer” də yunan adı deyil əslində. 
Yəni onun mənşəcə yunan olması belə sual altındadır...  
Bu yerdə, məncə, “İlliada” eposunun yunan və troyalı 
qəhrəmanlarını  müqayisəli  təhlil  etmək  yerinə  düşər. 


224 
 
Xüsusilə,  Axilles  və  Hektoru.  Müəllif 
şərqli-troyalı  Hektoru  eposunun  baş 
qəhrəmanı  Axillesdən  heç  də  zəif  qəh-
rəman  kimi  təsvir  etməyib.  Tam  ək-
sinə,  Hektor  başlıca  rəqibi  Axillesdən 
fərqli  olaraq,  Troya  savaşına  şan-şöh-
rət, ad-san qazanmaq üçün yox, vətəni-
ni  müdafiə  etmək  üçün  məcburən 
qatılmışdır.  
Eposda  vətənpərvərliklə  dolu  emosional  səhnələri 
bir  neçə  yerdə  görmək  mümkündür.  Məs.,  Hektor  guya 
allahların göndərdiyi hansısa əlamətə görə (qartal göydə 
uçarkən  dimdiyindəki  ilanı  yerə  salır)  döyüşə  getməyə 
çəkinən  sərkərdələrindən  biri  Pulidamanta  belə  deyir: 
“Əlamətlərin  ən  yaxşısı  –  vətən  üçün  savaşmaqdır” 
(“İlliada”, XII nəğmə). O, ailəsini də vətəni qədər sevir və 
hər ikisi üçün canını qurban verməyə hazırdır. Hektorun 
arvadı  Andromaxa  və  hələ  lap  körpə  olan  oğlu  ilə 
vidalaşma  səhnəsi  hətta  müasir  kosmos  və  robotlar 
dövrünün  ən  daşqəlbli  insanını  belə  riqqətə  gətirməyə 
bilməz. Görəsən niyə Homer yalnız “İlliada”nın deyil, bir 
çox digər miflərin də əsas yunan qəhrəmanını yox, məhz 
troyalını bu cür təsvir etmişdir?  
Ümumiyyətlə, eposda yalnız Axilles deyil,  digər əsas 
yunan obrazları da müəllif tərəfindən üstüörtülü şəkildə 
olsa  da  sanki  qınanır.  Məs.,  yunan  ordusunun  başında 
duran  Aqamemnon  özünün  həddən  artıq  təkəbbürü  və 
tamahkarlığı  ilə  az  qala  müharibəni  uduzacaqdı. 
Homer 


225 
 
Odisseyin  başlıca  fərqləndirici  keyfiyyəti  hiyləgərliyidir. 
Menelay ilk baxışdan zərər çəkən tərəf (arvadı Yelenanı 
qaçırmışlar)  olsa  da,  gözəl  Yelenanın  Parisə  qoşulub 
qaçması,  yəqin  ki,  səbəbsiz  deyil...  Yunan  allahları  da 
Homer  tərəfindən  həddən  artıq  “realist”  üslubda 
göstərilmişdir.  Onların  əksəriyyəti  qəddarlıq,  paxıllıq, 
simiclik,  əyyaşlıq,  fitnəkarlıq  və  bir  çox  digər  mənfi 
insani  keyfiyyətlərə  malikdir.  Hətta  sonrakı  dövrlərdə 
allahları bu cür “kobud” təsvir etdiyinə görə bir sıra məş-
hur  yunan  filosofları  (məs.,  Platon)  Homeri  tənqid  atə-
şinə tutmuşlar. Bütün bunlar təsadüfmü, yoxsa müəllifin 
düşünülmüş  mövqeyi?  Bəlkə  müəllif  öz  simpatiyalarını 
bu  cür  üstüörtülü  nümayiş  etdirməklə  əslində  özünün 
qeyri-yunan  mənşəyinə  işarə  edirdi?..  Birmənalı  demək 
çətin olsa da, hər halda bunun bir fərziyyə kimi yaşamaq 
haqqı var zənnimcə.  
Homer  böyük  ehtimalla  yaşadığı  dövrə  də  pessimist 
yanaşırdı.  Eposlarında  qəhrəmanlar  və  allahların 
birlikdə yaşadığı, bir-birinin həyatına qaynayıb-qarışdığı, 
bir-birilə  bəzən  savaşdığı,  bəzən  də  sevişdiyi  qədim 
dövrü  qələmə  alırdı.  O,  həmin  dövrə  aid  nə  varsa,  hər 
şeyi  ideallaşdırır,  hətta  əxlaqi  cəhətdən  o  qədər  də 
yüksəkdə  durmayan  insanları  belə  qəhrəmana  çevirir, 
onları mədh edirdi. Görəsən niyə Homer əsərlərinin han-
sısa  bir  yerində  müasiri  olduğu  dövrə  aid  kiçicik  belə 
səhnə, yaxud obraz yaratmayıb? Bu suala heç bir homer-
şünas bu zamana qədər doğru-dürüst cavab verə bilmə-
yib.  


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə