Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə57/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   54   55   56   57   58   59   60   61   62

234 
 
roluna  yenidən  qiymət  verməklə  məşğul  olurdular.  Ca-
vab üçün elə həmin varlığın özünə müraciət etməliyik.  
XX əsr bir sıra elmi ədəbiyyatlarda hər nə qədər “el-
mi-texniki  inqilab”,  “sürət  və  kosmos”  əsri  adlandırılsa 
da,  unutmaq  lazım  deyil  ki,  məhz  bu  əsrdə  bəşəriyyət 
özünün  ən  amansız  faciələrini,  iki  dünya  müharibəsini, 
ayrı-ayrı xalqların soyqırımını, kütləvi qırğın silahlarının 
sınaqdan keçirilməsini yaşadı. İntibah epoxasının dünya 
sivilizasiyasına  qazandırdığı  maddi-mənəvi  dəyərlər  – 
feodal istehsal münasibətlərinin yeni ictimai münasibət-
lərlə  əvəzlənməsi,  bunun  ardınca  gələn  bolluq,  insanın 
ortodoksal dini ideologiya basqısından qurtulması, fəlsə-
fə və incəsənətdə orta əsrlərin sxolastik təmayüllü, mis-
tik-ezoterik  təlimlərinin  öz  yerini  rasionalist,  dialektik 
təlimlərə verməsi nəticə olaraq bütünlükdə cəmiyyət hə-
yatında müsbət dəyişikliklərə səbəb olsa da, sonrakı bir 
neçə  əsr  ərzində  bu  inkişaf  özünün  əks  üzünü  göstərdi. 
İnsan maddi cəhətdən zənginləşib yüksəldikcə, ruhi-mə-
nəvi  cəhətdən  yoxsullaşıb  alçaldı.  Dini-əxlaqi  normalar 
sistemi  (“öldürmə,  oğurlama,  zina  etmə,  ata-anaya  hör-
mət qoy, yaxınını sev və s.) şübhə altına alınınca, qəddar-
lıq, istismar, pozğunluq həyat normalarına çevrildi. Artıq 
XIX  əsrin  sonlarına  doğru  Avropa  cəmiyyətində  mənəvi 
böhran o həddə çatmışdı ki, yeni yaranmaqda olan qeyri-
klassik fəlsəfi ənənə bunu mütləq substansiyanın yox ol-
ması (“Allah öldü” - Nitsşe), tarixin bitməsi kimi qiymət-
ləndirir, bu isə öz növbəsində varlıqda, o cümlədən insan 
varlığında,  onu  çərçivələyən  ətraf  gerçəklikdə  baş 


235 
 
verənlərin  yeni  dəyərləndirilməsini  tələb  edir,  bunların 
inikası kimi incəsənət qarşısına yeni estetik ideallar çıxa-
rırdı.  Əsrin  əvvələrində  meydana  gəlmiş  çoxsaylı  avan-
qardizm  cərəyanlarının  (Futurizm,  Dadaizm,  Sürrealizm 
və s.) fəlsəfi əsası estetikada pozotivizmin, incəsənət nə-
zəriyyəsində isə realizmin inkarı idi. Yeni cərəyanlar sə-
nayeləşmiş, güclü urbanizasiya prosesləri yaşayan və ic-
timai həyatı sürətlə dəyişən dünyanın  bədii sənət proq-
ramlarını  yaradarkən,  varlığın  sırf  psixoloji  artikulyasi-
yası  (Şopenhauer),  insan  şüurunun  yetərsizliyi         
(Kyerkeqor), bunlardan irəli gələn pessimist ideyalar zə-
minində  ətraf  gerçəkliyə  qarşı  sərt  tənqidi  münasibətə 
əsaslanırdılar. Dünyanın harmoniyası pozulmuşsa, sənət-
də niyə harmoniya olmalıdır? İnsanın həyat tərzi dəyişir-
sə, sənətin də inikas metodu dəyişməlidir. Yalnız ənənəvi 
varlıq  ideyasına  deyil,  ənənəvi  olan  hər  şeyə  -  qanuna, 
davranış  normalarına,  mədəniyyətə,  sağlam  düşüncəyə 
qarşı çıxmaqla avanqard-modernist cərəyanlar yeni dün-
yanın  yeni  ədəbiyyatını,  rəssamlığını,  heykəltaraşlığını 
yaratmağa  can  atırdılar.  P.  Pikasso  deyirdi  ki,  “mənim 
rəsmim bir sıra dağılmaların nəticəsidir, belə ki, mən əv-
vəlcə  rəsmi  yaradır,  sonra  onu  dağırtmağa  başlayıram”. 
Həyatda olduğu kimi  - əvvəlcə min bir  əziyyətlə yaradı-
rıq,  sonra  bütün  məntiqi  arqumentləri  kənara  qoyub  öz 
yaratdıqlarımızı dağıdırıq. J.P. Sartr başlıca fəlsəfi “Varlıq 
və heçlik. Fenomenoloji ontologiya təcrübəsi” (“Бытие и 
ничто. Опыт феноменологической онтологии», 1943) 
əsərində  insan  şüuru  ilə  ətraf  dünyanın  varlıq  münasi-


236 
 
bətlərini  tədqiqata  cəlb  edir  və  nəticədə  insan  üçün 
azadlığın  yeni  mənasını  aşkarlayır:  Azadlıq  elə  şüurun 
özüdür; o, varlığın, dünyanın, tarixin özəyi, daxili sruktu-
rudur. Bununla dəyişən dünyada baş verən ilk baxışdan 
ən amansız hadisələrin belə əsasında öz fərdi azadlıq ru-
hunu  dərk  etmiş  insanın  durması  ehtimalı  irəli  sürülür. 
Nə Allah var, nə də mütləq substansiya. Mütləq azad in-
san özü həm Allahdır, həm də Mütləq. Beləliklə, düşmən 
xarici  aləmin  təsrilərindən  qaçan,  bariz  individual  duy-
ğulardan başqa obyektiv, rasional heç nə qəbul etməyən, 
özündə  qapanıb  qalan  dağılmış  insan  obrazı  yeni  yara-
nan incəsənət və ədəbiyyat nümunələrində tipikləşdi. O, 
hər  şeyə  üsyan  edir,  məntiqi  olanı  qəbul  etmir,  çünki 
“məntiq  həmişə  yalandır”  (T.  Tsara).  Ənənəvi  şüur,  din, 
əxlaq,  gözəllik  normaları  onun  azadlığını  məhdudlaşdır-
dığı  üçün  asanlıqla  rədd  edilir.  İnsan  ətraf  varlığı  unut-
maq istəyir, bir çox hallarda bunu bacarır, amma onu da 
unudur ki, həmin varlığın bir parçası elə onun yorulmuş 
şüurudur.  
Fenomenoloji  cərəyanın  və  metodun  banisi  E.        
Husserl ölümündən (1938) 3 il öncə  “Vyana mədəniyyət 
cəmiyyəti”nin  dəvəti  ilə  bu  şəhərdə  “Fəlsəfə  və  Avropa 
insanlığının  böhranı”  («Философия  и  кризис  европей-
ского человечества», 1935) adlı proqram xarakterli mə-
ruzə ilə çıxış edərək, unudulmaq istənən bir sıra anlayış-
lara  yüksək  tribunadan  aydınlıq  gətirmək  məcburiyyə-
tində  qaldı.  Filosofa  görə,  Avropada  insanlığın  böhranı 
“dünyanın  öz  mənasını  qazandığı  mütləq  şüura  inamın, 


237 
 
tarixin mənasına, insanlığın mənasına...insanın öz indivi-
dual  və  ümuminsanı  varlığına  şüurlu  məna  verə  bilmə 
gücünə və bacarığına inamının” dağılması ilə bağlıdır. Al-
maniyada  və  İtaliyada  faşistlərinin  hakimiyyətə  gəlməsi 
ilə bütün qitəni bürüyən ictimai-siyasi və ideoloji gərgin-
lik  şəraitində  yaranmış  böhranın  kökləri  haqqında  gör-
kəmli alimin sözləri böyük əks-səda doğurdu. Məlum ol-
du ki, varlığın “unudulması”, insanın ifrat inqilabi ideya-
larla ətraf gerçəkliyə qarşı çıxması, ona düşmən kəsilmə-
si bəşəriyyət üçün yaxşı heç nə vəd etmir, hətta onun so-
nunu  gətirə  bilər.  Sonrakı  hadisələr  bu  ehtimalların  nə 
qədər həqiqətəuyğun olduğunu sübut etdi. Dünya hələ 1-
ci müharibənin yaralarından tam sağalmamış, 2-ci və da-
ha amansız müharibə girdabına sürükləndi. Ekzistensia-
list-modernist  fəlsəfənin  azad  etdiyi  insan  öz  enerjisini 
avanqard əsərlər yaratmağa sərf etməkdən bezib, bir az 
da “dava-dava” oynamaq qərarına gəldi. Niyə də yox? Axı 
o,  artıq  mütləq  azadlığını  dərk  etmişdi.  Amma  gerçək 
varlıq  çox  sərt  şəkildə  ona  mövcudluğunu  xatırlatdı  ki, 
bu da hər sahədə olduğu kimi incəsənətdə və ədəbiyyat-
da ideal və metod dəyişikliklərini ardınca gətirdi. Bir za-
manlar  ögey  uşaq  münasibəti  görən  realizm  Avropanın 
dağıdılmış  şəhərlərini,  parça-parça  olmuş  insan  taleləri 
ilə yanaşı, həm də cəsədlərini böyük parlaqlıqla yaddaş-
lara, şüurlara qazıdı və sübut etdi ki, “insanın öz indivi-
dual  və  ümuminsanı  varlığına  şüurlu  məna  verə  bilmə 
gücü və bacarığına inamı” bərpa etmək imkanına malik-
dir.  Modernizmin  söküb-yıxdığı  şüuru,  nizamı,  gözəlliyi 


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə