Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə60/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   54   55   56   57   58   59   60   61   62

246 
 
sözləri ilə qarşılaşırsan ki, onların zən-
gin  dünyagörüşü  bir  kənara  qalsın, 
parlaq bədii düşüncə istedadına heyrət 
etməyə bilmirsən. Əslində, dövlət baş-
çılarının ictimai-siyasi, hərbi fəaliyyət-
lə yanaşı, eyni zamanda bədii, fəlsəfi və 
didaktik  ədəbiyyatla  məşğul  olması 
ənənəsi  məhz  antik  dövrdən  başlayır. 
Qay Yuli Sezar, Mark Avreli, Neron,   
                           Klavdi və b. dövlət başçıları yalnız siya-
si  fəaliyyətləri  ilə  deyil,  həm  də  zamanında  və  yerində 
dedikləri iti sözləri ilə yaddaşlara həkk olmuşlar.  
 “İnsanın  özünün  əldə  edə  biləcəyi  şeyi  allahlar-
dan istəməsi axmaqlıqdır”. (Epikür). İnsanın tayfa, ic-
ma, dövlət, cəmiyyət və din basqısı altından çıxaraq, spe-
sifik dəyərlər sisteminə malik şəxsiyyətə çevrilməsi pro-
sesi  antik  dünyada  xüsusi  aktiv  hal  alır.  Biz  dünya  ədə-
biyyatı  tarixində  ilk  dəfə  məhz  antik  bədii  ədəbiyyatda 
ənənəyə,  bu  ənənənin  arxasında  dayanan  və  ondan  fay-
dalanan  güc  sahiblərinə  qarşı  çıxan  üsyankar  obrazlara 
rast gəlirik (məs., Esxilin “Zəncirlənmiş Prometey”i). An-
tik ədiblərin bu ideya axını isə boş yerdə yaranmır. Onlar 
ilk növbədə antik filosofların əsərlərinə dayaqlanırlar. Bu 
əsərlərin içində isə yuxarıda gətirilmiş aforizm tipli hik-
mətli  sözlər  az  deyil.  Demək  mümkündür  ki,  antik  afo-
rizm insanın şəxsiyyət kimi formalaşmasına, fiziki və mə-
nəvi-əxlaqi  qüvvəsinə  inanmasına  öz  əhəmiyyətli  töhfə-
sini vermiş və bu gün də verməkdədir. Bu da az deyil. Be-
Qay Yuli Sezar 


247 
 
lə ki, inanc mövzusunda deyilmiş hər kəlmə o dövrdə or-
todoksal ideologiya tərəfdarlarının qəzəbinə tuş gəlir və 
çox ağır formada cəzalandırılırdı. Antik fəlsəfənin iki bö-
yük  nümayəndəsi  Sokrat  və  Aristotelin  acı  taleyi  buna 
nümunə ola bilər. Ənənəvi dini ənənəni rədd etdiyinə gö-
rə, birincisi edam edilmiş, ikincisi isə doğma şəhərindən 
qaçmaq məcburiyyətində qalmışdı.        
 “Söz işin kölgəsidir” (Demokrit). Antik sivilizasiya 
bütünlükdə bəşər sivilizasiyasının keçdiyi bir neçə minil-
lik tarixi ərzində sözə ən yüksək dəyər verən ilk siviliza-
siyalardandır (ilkdir demirəm ki, şərqşünaslar inciməsin-
lər). Buna baxmayaraq, söz işdən sonraya keçirilir. Səbə-
b? Söz beynin məhsuludur, beyin isə insan fəaliyyətinin, 
zəkasının.  Fəaliyyət  nə  qədər  çoxşaxəli  və  keyfiyyətli 
olarsa, zəka və onun ardınca gələn söz də bir o qadər də-
rin  və  gərəkli  olar.  Təsadüfi  deyil  ki,  antik  aforizmlərin 
özü də kifayət qədər rəngarəgdir. İnsan fəaliyyətinə, ağlı-
na, istedadına, elmə və biliyə, vətənpərvərliyə, humaniz-
mə, dostluğa, sevgiyə və nifrətə, tərbiyəyə, haqq və əda-
lətə, şərəf və layaqətə, təvazökarlığa və təkəbbürə, tənqi-
də  və  tərifə,  igidliyə  və  qorxaqlığa  aid  müxtəlif  hikmətli 
sözlər mövcuddur. Antik dövrün müdriki öz kəlamları ilə 
insan və cəmiyyət həyatının demək olar bütün sahələrini 
ehtiva etmişdir və həmişə, hər yerdə boş-boş danışığı de-
yil, konkret fəaliyyəti, yaradıcılığı təbliğ etmişdir.             
“Həmişə  bildiyini  danışma,  amma  həmişə  nə  da-
nışdığını  bil”  (Klavdi).  Məsələ  ondadır  ki,  elmi-texniki 
tərəqqinin  işıq  sürəti  ilə  inkişaf  etdiyi  müasir  zəmanə-


248 
 
mizdə ədəbiyyata, jurnalistikaya yeni-yeni imzalar az qa-
la eyni sürətlə daxil olur, özlərinin “parlaq istedad”larını 
dürlü-dürlü  yollarla  ədəbi  cameəyə  nümayiş  etdirməyə 
çalışırlar. Bir tərəfdən də gündəlik həyatımızın ayrılmaz 
tərkib  hissəsinə  çevrilən,  tədricən  ictimai şüura  və  rəyə 
bir  çox  elmi-kütləvi  ədəbiyyatdan  daha  güclü  təsir  gös-
tərməyə başlayan virtual media, sosial şəbəkə nümayən-
dələri  statuslarının  sanbalını  artırmaq  (eyni  zaman-
da“layk”ların sayını çoxaltmaq) naminə hər gün nəsə ye-
ni-yeni  fikir,  cəlbedici  ideya  icad  etmək  məcburiyyətin-
dədirlər. Fəqət… onların bir çoxunda özlərindən nəsə ya-
ratmaq, yeni fikir ortaya çıxarmaq üçün, etiraf etmək la-
zımdır  ki,  nə  vaxt,  həvəs,  ən  acınacaqlısı  isə,  nə  ağıl,  sa-
vad və istedad var. Bu cür heç də ürəkaçan olmayan və-
ziyyətdə köməyə gələn ən asan çıxış yolu nədir? Ay sağ ol 
– plagiat. Təəssüflə bildirmək istəyirəm ki, son zamanlar 
oxuduğum istər elmi və bədii əsərlərdə, istərsə də virtual 
media yazılarında antik müəlliflərin dədə malı kimi özü-
nünküləşdirilmiş xeyli aforizmlərinə rast gəlmişəm. Hət-
ta ədəbi prosesdə kifayət qədər tanınan və hörmət sahibi 
olan yazarlar və tənqidçilər də bu işdən çəkinmirlər. İs-
tər-istəməz belə təəssürat yaranır ki, xalqın təfəkkürünə 
və  zövqünə  təsir  edən  bu  “məşhur”  müəlliflərimiz  ya 
dünya  ədəbiyyatından  tamamilə  bixəbərdirlər,  ya  da  2 
min il bundan öncə yaşayıb-yaratmış mütəfəkkirlərin in-
tellektual mülkiyyətini mənimsəməkdə qəbahətli heç nə 
görmürlər. Hər iki hal onlar üçün böyük ayıbdır! Axı an-
tik  ədiblərin  yaradıcılığı  hansısa  dövlət  qurumu  tərəfin-


249 
 
dən intellektual mülkiyyət kimi rəsmi şəkildə qorunmur-
sa, bu hələ heç kimə onu oğurlamağa əsas vermir. Bu ya-
xınlarda tanınmış filoloq-alimlərimizdən birinin  yazısın-
da antik aforizmi bəh-bəhlə öz adına çıxarmasını görən-
də,  açığı,  bilmədim  gülüm,  yoxsa  ağlayım…  amma  yenə 
də  bunların  heç  birini  etmədim,  əvəzində  belə  bir  yazı 
yazmaq qərarına gəldim. Məncə atalarımızın məscid qa-
pısı  və  itin  vicdanı  ilə  bağlı  məşhur  aforizmi  burda  lap 
yerinə  düşər  və  bəzilərinin  pozulmuş  yaddaşını  təzələ-
yər... Axı 2500 ildən artıq yaşı olan yazılı dünya ədəbiy-
yatından az-çox xəbərdar olan hər kəs yaxşı bilir ki, ora-
da həyatımızın bütün sahələrinə aid ən müxtəlif hikmətli 
fikirlərə  rast  gəlmək  mümkündür  və  normal  bəşəri  də-
yərlərin  daşıyıcısı  olan  müasir  yazar  yaradıcılıq  prose-
sində  ağlına  hansısa  yeni  bir  fikir  gəldiyini  iddia  edirsə, 
ilk növbədə zəhmət çəkib onun orijinallığını dəqiqləşdi-
rir,  üstəlik  araşdırmalardan  sonra  orijinallığı  ortaya  çı-
xarsa  belə  onu  böyük  ehtiyatla  öz  adından  təqdim  edir. 
Bir gün bizə də aforizmləri bu tərz təqdimetmə mədəniy-
yətinin gələcəyinə bəslədiyim ümidlərlə...    
  
  
 
 


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə