Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə61/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   54   55   56   57   58   59   60   61   62

250 
 
ANTİK ƏDƏBİYYAT VƏ BİZ 
 
Hansı limana yan alacağını bilməyən gəmi üçün heç 
bir külək arxadan əsməyəcək. 
Seneka
 
 
 
 
 
 
Dünya ədəbiyyatı tarixində ilk mərhələlərdən biri ki-
mi  antik  ədəbiyyat  haqqında  istər  filoloqlar,  ədiblər,  is-
tərsə də digər elm sahələrinin, o cümlədən ictimai-siyasi 
həyatın  tanınmış  simaları  zaman-zaman  kifayət  qədər 
yazıblar, deyiblər. Buna rəğmən o hələ də ciddi elmi araş-
dırmalar predmetidir, hələ də bir çox dünya şöhrətli şəx-
siyyət bu və ya digər məsələ ilə bağlı kütləvi çıxışında on-
dan dürlü-dürlü sitatlar gətirir, müasir ədəbiyyyat onun 
klassik mövzularını müxtəlif yeni formalarda işləməkdən 
usanmır.  Bir  sözlə,  antik  ədəbiyyat  artıq  2500  ildən  ar-
tıqdır  ki,  savadlı,  mədəni,  geniş  dünyagörüşlü,  zövqlü, 
mütaliəli  insanların  dilindən,  əlindən  və  gözündən  düş-
mür.  Görəsən  niyə?  Axı  niyə  reallığı  hələ  də  mübahisə 
obyekti olan qoca kor aed Homerin “İlliada” və “Odisse-
ya” kimi ilk baxışdan bir qədər primitiv, yorucu görünən 
epopeya-dastanları müasir oxucunun diqqətini çəkir, özü 
də o dərəcədə ki, hər qəpiyinin qiymətini bilən bəzi müa-
sir nəşriyyatlar çapına milyonlarla vəsait ayırmaqdan çə-


251 
 
kinmirlər?  Yaxud  antik  mifologiya  –  ucu-bucağı  görün-
məyən, bitib-tükənməyən okean, elə bir hüdudsuz mən-
bə ki, nəinki antik, hətta Yeni Avropa ədəbiyyatı, incəsə-
nəti,  rəssamlığı,  heykəltaraşlığı  onun  üzərində  ucalmış-
dır  və  hələ  də  ucalmaqdadır.  İnsanlar  Luvr  muzeyində 
nümayiş  etdirilən,  təqr.  e.ə.  120  ildə  mərmərdən  yonul-
muş və günümüzə qədər təəssüf ki zədəli halda gəlib çat-
mış (qolları yoxdur) miloslu Veneranın gözəlliyi qarşısın-
da hələ də donub qalırlar. Iki minillik zaman ərzində in-
sanları heyrətdə qoyan bənzərsiz gözəllik!   
... antik ədəbiyyat haqqında yazarkən ağıla o qədər çox 
şey gəlir ki, hardan başlayıb harda qurtaracağına, fikirlə-
rini nizama salmağa çətinlik çəkirsən... şəxsən məndə belə-
dir...  bir  tərəfdən  də  sanki  başının  üstündə  Homerin,        
Hesiodun, Esxilin, Sofoklun, Evripidin, Aristofanın, Lukresi-
nin,  Horasinin  və  daha  neçə-neçə  nəhəngin  ruhları  topla-
şıb  yazdıqlarına  göz  qoyurlar...  hər  sözü  yüz  dəfə  ölçüb-
biçməli olursan, yazdıqlarından daha çoxunu pozursan, elə 
bil lövhə önünə çıxmış dərsini zəif oxuyan şagirdsən... ümu-
miyyətlə,  bu  ədəbiyyatdan  yaxşı  xəbərdar  olanlar  üçün 
yazmaq həmişə çətin olub və tam əksinə... hər ayda bir ro-
man  yazanlar  adətən  dünya  ədəbiyyatından,  başlıca  ola-
raq da antik ədəbiyyatdan xəbərsiz olanlardı... o dahilərin 
yazdıqları  cild-cild  əsərlərdən,  yaratdıqları  neçə-neçə  ob-
razlardan,  bildirdikləri  o  qədər  fikrilərdən  sonra  yenə  də 
belə  asanlıqla  və  sürətlə  səhifələri  qaralaya  bildiklərinə 
görə... 


252 
 
Qədim yunan və Roma ədəbiyyatını dünyada ilk sis-
temli  inkişaf  edən,  çoxpilləli,  çoxnövlü  ədəbiyyatdır.  Əl-
bəttə,  bunu  deyərkən  heç  də  daha  öncə  Şərqdə  yaradıl-
mış  qədim  Misir,  Finikiya,  Şumer-Akkad  ədəbi  nümunə-
lərini unutmuruq. Lakin antik ədəbiyyatın onlarla müqa-
yisədə istər ideya-məzmun, istərsə də bədii keyfiyyətlər 
baxımından kifayət qədər üstün olması şəksiz-şübhəsiz-
dir  və  bunu  zaman-zaman  klassik  filologiya  ilə  peşəkar 
məşğul  olan bir çox alim təsdiq etmişdir (O. Qruppe, M. 
Laqranje,  D.  Hoqart,  B.  Remsey  və  b.).  Qədim  Şərq  ədə-
biyyatı  yazılı  deyil,  şifahi  ədəbiyyat  formasında  antik 
ədəbiyyata  müəyyən  təsir  göstərmiş  və  bunu  biz  sifahi 
xalq  ədəbiyyatı  nümunələrində,  ilk  növbədə  mifologiya-
da görə bilərik (məs., Yaxın Şərq mənşəli finikiyalı Kadm, 
misirli Danay haqqında miflər və s.). Lakin şifahi ədəbiy-
yat  ümumən  antik  ədəbiyyatın  yalnız  ilk,  alt  qatıdır.  Bu 
bünövrənin üzərində möhtəşəm, dəbdəbəli və rəngarəng 
bina ucaldılmışdır ki, onun tayı-bərabərini heç bir qədim 
xalqın ədəbiyyat tarixində görə bilmirik. Qədim dünyada 
antik ədəbiyyat qədər çoxnövlü ikinci ədəbiyyat tapmaq 
imkansız.  Poeziyanın,  dramın,  nəsrin  müxtəlif  janrlarını 
və bu janrlarda yaradılmış bir-birindən fərqli nümunələ-
ri biz ilk dəfə məhz qədim yunan və Roma ədəbiyyatında 
görürük. Antik ədəbiyyat heç vaxt təkrarlanmayı sevmə-
yib,  təkrarlanıbsa  da,  bunu  köhnə  mövzuya  zərurət  ya-
randığı üçün, həm də yeni dövrün tələblərinə uyğunlaş-
dıraraq, yeni bədii çalarlar qataraq edib. Rəngarənglik də 
məhz  buradan  yaranırdı.  Məs.,  antik  dramaturqların  bir 


253 
 
çoxu çar Edip mifindən yazmışlar, lakin bu əsərlərin heç 
birində təsvir olunan faciə digərinə bənzəmir. Başqa söz-
lə,  müxtəlifliyə  can  atmaq,  köhnədən  bəhrələnməklə 
mütləq  nəsə  yeni  fikir  bildirmək,  yeni  obraz  yaratmaq 
xüsusiyyəti məhz antik ədəbiyyatda ümumən yaxşı ədə-
biyyatın səciyyəvi cəhətlərindən birinə çevrildi.   
...antik ədəbiyyatı  mükəmməl bilən həqiqi ədəbiyyatın 
nə  demək  olduğunu  doğru  anlayır...  ədəbiyyat  nəzəriyyəsi 
əlbəttə əsas elmi bilikləri verir, fəqət... ədəbiyyatın praktik 
duyulması  ilk  növbədə  mütaliədən  asılıdı...  dünya  ədəbiy-
yatının mütaliəsi isə mütləq antik ədəbiyyatdan başlama-
lı...  özü  də  mütaliə  deyəndə  dərsliklərin,  yaxud  müxtəlif 
müntəxəbatlardakı  qısa  parçaların  oxunmasını  nəzərdə 
tutmuram...  antik  mətnlər  bütünlükdə  oxunmalı,  həm  də 
orijinaldan mümkün qədər dəqiq tərcümədə... indi isə özü-
nüzə sual verin ki, hazırda bunu edən çoxmu insan tanıyır-
sız?.. şəxsən mən, yox... hətta universitetlərin filologiya fa-
kültələrində  oxuyan  tələbələr  arasında  antik  ədəbiyyatı 
bütünlükdə oxuyan çox az adam tapmaq mümkündü... bu 
tələbələrin bir qismi isə sonradan ya yazıçı olur, ya da tən-
qidçi və yazdıqları istər bədii, istərsə də ədəbi-tənqidi yazı-
larında qədim ədəbiyyadan xəbərsiz olduqları tez-gec üzə 
çıxır... müxtəlif formada... bir də görürsən antik müəlliflər-
dən bir neçəsində gen-bol rast gəlinən hansısa fikri özləri-
nin yaratdıqları aforizm kimi müasir oxucuya təqdim edir-
lər... hamı da başlayır bəh-bəhlə tərifləməyə... az qala döv-
rümüzün  dahisi  elan  edirlər...  nə  deyəsən?..  o  adam  bəlkə 


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə