Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə7/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   62

27 
 
mərdliklə  sinə  gərir,  heç  bir  hay-küy  salmadan  yalnız 
inildəməklə öz dərdinə dözür və beləliklə, obrazın xarici 
gözəlliyi  itmir.  Vinkelmana  görə,  antik  obrazların  bu 
“gözəl  natura”  pərdəsi  arxasında  onların  “böyük  qəlbi” 
dururdu.   
1766-cı  ildə  Q.E.  Lessinqin  Almaniyada  Maarifçilik 
dövrü estetik fikir tarixinin ən məşhur əsərlərindən biri 
olan  (1729-1781)  “Laokon,  yaxud  təsviri  sənət  və 
poeziyanın sərhədləri haqqında” traktatı işıq üzü gördu. 
Lessinq  bu  əsəri  ilə  sanki  qiyabi  şəkildə  Vinkelmanla 
polemikaya girir və onun idealizminə bir qədər “realizm” 
ünsürləri  qataraq  qeyd  edirdi  ki,  yunan  incəsənətinin 
əsas  obrazları  “qəhrəmanlıq”  keyfiyyəti  daşımaqla  ya-
naşı, həm də “canlı insanlar”dır
5
. Onlara da insanlar kimi 
bütün  ehtiraslar,  mənfi  və  müsbət  emosiyalar  məxsus-
dur.  Bu  məqamda  Lessinq  Vinkelmanın  gətirdiyi  nümu-
nəni  başqa  cür,  öz  mövqeyinə  uyğun  təhlil  edirdi:  doğ-
rudur,  Laokon  obrazını  canlandıran  heykəltaraş  onun 
cizgilərini  nəcibləşdirməyə  çalışımış,  heykəlin  tamaşa-
çıya  estetik  zövq  verməsi  qayğısına  qalmışdır.  Lakin 
yunan  sənətkarı  üçün  gözəllik  qanunları  yalnız  təsviri 
sənətdə ən başlıca pozulmaz qanunlar sayılırdı. Poeziya-
da,  ümumiyyətlə,  bədii  ədəbiyyatda  isə  antik  müəllifin 
daim  əməl  etdiyi  əsas  qanun  –  həqiqət  idi.  Epos  və  ya 
faciə  yazan  şair  ilk  növbədə  estetik  prinsipləri  deyil, 
                                                           
5
 Г.Е. Лессинг. Лаокон или о границах живописи и поезии., М., 1957, səh. 30  
 


28 
 
obrazlarının real, həyati hisslərini, duyğu və ehtiraslarını 
canlandırmağı düşünürdü. Ona görə də biz antik ədəbiy-
yatda qışqıran, hay-küy salan bir çox obrazlara (Homerin 
Axillesi elə çığırır ki, troyalılar qorxuya düşüb Patroklun 
cənazəsindən  uzaqlaşırlar,  yaxud  Sofoklun  Filokteti 
dəhşətli ağrılardan daim əzab çəkir) rast gəlirik. Lessinq 
“təsviri  sənət  və  poeziyanın  sərhədləri”ni  məhz  burada 
görürdü.  Təsviri  sənətdə  başlıca  qanun  estetik  prin-
siplərdirsə,  poeziyada  həqiqətdir.  Vinkelmanın  estetik 
idealı  “nəcib  qəhrəman”  obrazıdırsa,  Lessinqin  idealı 
“qəhrəman, canlı insan” obrazıdır.  
Lessinqin  “Laokon”da  ifadə  etdiyi  estetik  fikirləri 
digər  tanınmış  alman  mütəfəkkiri,  dünya  estetik  fikir 
tarixində  xüsusi  yeri  olan  İ.H.  Herder  (1744-1803)  da-
vam  və  inkişaf  etdirmişdir.  Herderin  filosof-mütəfəkkir, 
estetik-alim  kimi  klassik  filologiyaya  gətirdiyi  yenilik 
tarixi yanaşma metodu olmuşdur. Tarixilik onun ümumi 
fəlsəfi  konsepsiyasının  təməl  sütunu  idi  və  Lessinqi  də 
məhz bu prizmadan tənqid edirdi. Herderə görə, Lessinq 
yunan  incəsənəti  nümunələrinə  tarixi  aspektdə  yanaş-
mır,  onları  həmin  dövrün  tarixi  özünəməxsusluğundan 
əlahiddə  şəkildə  nəzərdən  keçirirdi.  Antik  ədəbiyyatın 
obrazlarını təhlil edərkən, Lessinq onları müasir dövrün 
mənəvi-psixoloji  tələbləri  əsasında  qiymətləndirirdi  ki, 
bu da Herderin fikrincə başlıca nöqsandır. Herderə görə, 
antik  mədəniyyətin  və  incəsənətin  spesifik  keyfiyyətləri 
heç də yunan xalqının milli xüsusiyyətləri olmayıb, bəşər 
tarixinin  müəyyən  inkişaf  pilləsində  meydana  gəlmişdir 


29 
 
və    məhz  bu  tarixi  mərhələnin  spesifikası  ilə  şərtlən-
mişdir.  Həmin  dövrü  yalnız  yunanlılar  deyil,  dünyanın 
bütün  xalqları  bu  və  ya  digər  şəkildə  keçmişlər.  İnsan 
hələ  ki  özünü  kollektivdən  ayrı  hiss  etmir,  özünü  ailə, 
tayfa  və  dövlətlə  vəhdətdə  görürdü.  Buna  görə  onun 
üçün hələ ki, ümumi mənafenin ziddinə olan şəxsi məna-
felər  kompleksi  formalaşmamışdı.  Məhz  burada  Herder 
antik  obrazlara  xas  qəhrəmanlığın  səciyyəvi  xüsusiy-
yətini görürdü. Bununla yanaşı, Lessinq və Herder antik 
dünyanı  ideallaşdırmaq  ənənəsini,  antik  gözəlliyə  sırf 
idealist  baxış  tərzini  redaktə  etmiş,  onlara  realizm 
ünsürləri  əlavə  etmişlər.  Lakin  XVIII  əsrdə  və  XIX  əsrin 
birinci  yarısında  antik  gözəlliyə  romantik-idealist  baxış 
tərzi  hələ  də  üstün  mövqeyini  saxlayırdı.  XVIII  əsrin 
sonlarından  bu  tendensiya  alman  romantik  ədəbiyya-
tının  görkəmli  nümayəndələrindən  F.  Şillerin  və  klassik 
alman fəlsəfəsinin nümayəndəsi İ. Kantın yaradıcılığında, 
XIX  əsrin  birinci  yarısında  isə  alman  fəlsəfəsinin  digər 
böyük  nümayəndəsi  L.  Feyerbaxın  əsərlərində  əksini 
tapmışdır.  
 
                                         ***   
 
Bəşər  mədəniyyətinin  inkişafında  müstəsna  rola 
malik  klassik  alman  fəlsəfəsi  nümayəndələri    antik 
incəsənət  və  ədəbiyyat  problemləri  haqqında  düşün-
cələrini qədim yunan filosofları kimi fəlsəfə və estetikaya 
dair  əsərlərində  təqdim  edirdilər.  Məhz  bu  yoldaşlıq 


30 
 
nəticəsində  antik  ədəbiyyata  tarixi  yanaşma  metodu 
daha  da  inkişaf  edərək,  dialektik  metodla  əvəzlənmişdi. 
Yaradıcılığı  XVIII  əsrin  ikinci  yarısına  təsadüf  edən  İ. 
Kantın estetikaya dair fikirlərində dialektik metodun ilk 
işartılarını  müşahidə  etmək  mümkündür.  Kant  sənəti 
“formal gözəllik, kamillik dünyası” kimi nəzərdən keçirir 
və bu metafizik, dəyişməz gözəllik dünyasını ziddiyyətli, 
dəyişkən  real  gerçəkliyə,  insanın  yüksək  ideallarına  və 
təlabatlarına  cavab  verməyən  müasir  dünyaya  qarşı 
qoyurdu.  Deməli,  dəyişməz  qanunlara  malik  olan  sənət 
əslində  ziddiyyətlərlə  dolu  olan  müasir  dünyanın  yalnız 
gözəl və  parlaq illüziyasını  yaradır. Bu fikir eynilə antik 
incəsənətə də aid edilirdi. 
Klassik alman fəlsəfəsinin ən yüksək zirvəsi olan G.V. 
Hegelin  obyektiv  idealizm  fəlsəfi  sistemi  onun  estetika-
sında  da  öz  əksini  tapırdı.  Hegel  ilk  növbədə  özündən 
əvvəlki  estetikanın  abstrakt  xarakterinə  qarşı  çıxırdı.  O, 
Kantın “insan təbiətinin xüsusiyyətləri dialektik, gözəllik 
qanunları  isə  metafizik,  dəyişməzdir”  fikrinə  tənqidi 
yanaşaraq,  ilk  dəfə  incəsənətin  inkişafını  ictimai  müna-
sibətlərin  real  xarakteri  ilə  əlaqələndirmiş,  bununla 
estetik  ideala  da  dialektik  yanaşmışdı.  Hegelin  gözəllik 
idealı mənəvi və fiziki qüvvələri daxilində ümumi vəhdət, 
harmoniya təşkil edən azad insandır. Lakin öz daxilində 
sülh  yaratmış  belə  insan  hər  hansı  şəraitdə  yarana 
bilməz.  Bunun  üçün  müvafiq  ictimai  münasibətlər 
lazımdır.  Hegel  fikrini  təsdiq  etmək  üçün  iki  dövrün 
ictimai münasibətlərini qarşı-qarşıya qoyurdu: Homerin 


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə