Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə8/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   62

31 
 
qəhrəmanlıq  eposlarındakı  yarıməfsanəvi  “qəhrəmanlar 
dövrü”nü  və  müasir  kapitalizm  dünyasını.  Homer  qəh-
rəmanlarının  yaşadığı  dövrdə  ictiami  qanunlar  və  nor-
malar  xalq  adət-ənənələri  şəklində  mövcud  idi.  Bu  nor-
maları  insanlar  hansısa  məcburiyyət  orqanının  təsiri 
altında  deyil,  vərdiş  şəklində  həyata  keçirdilər.  Onların 
bütün həyatı öz müstəqil və azad fəaliyyətlərindən ibarət 
idi.  Belə  şəraitdə  əsl  gözəl  insanın  yetişməsi  tamamilə 
təbiidir. Müasir kapitalizm dünyasında isə ictimai norma 
və  qanunlar  ictimai  mahiyyət  etibarilə  formal  xarakter 
almışdır.  Dövlətin  məcburi  hüquq  normalarına  çevrilən 
bu qanunları insanların bir çox istək və arzularına qarşı 
çıxır, onların azadlıq və müstəqilliklərini məhdudlaşdırır. 
İnsanlar  onları məcburiyyət, qorxu altında həyata keçi-
rir,  ya  da  heç  yerinə  yetirmirlər  ki,  bu  zaman  da  ağır 
cəzaya məruz qalırlar. Beləliklə, müasir şəraitdə (XIX əsr 
nəzərdə  tuturdu)  ictimai  münasibətlər  “antiestetik” 
xarakter daşıyır və azad insanın yetişməsinə kömək yox, 
əngəl törədir.  
Hegel  haqqında  onu  da  demək  zəruridir  ki,  filosof 
antik  dünya,  onun  zəngin  mədəniyyəti  və  incəsənəti 
haqqında fikirlərini yalnız estetikaya aid mülahizələri ilə 
bildirmirdi.  Filosof  bir  çox  əsərlərində  antik  dünyanın 
şairləri  və  alimləri,  antik  dünyagörüşü  və  mifologiyası 
haqqında yaddaqalan fikirlər söylənmişdir: “Xalq dini və 
Xristianlıq”, “Fəlsəfə tarixinə dair mühazirələr”, “Ümum-


32 
 
dünya  tarixinə  dair  mühazirələr”
6
və  digər  əsərlərində 
Hegel  qədim  yunan  və  Roma  ədəbiyyatının  həm  ümumi 
nəzəri  problemlərinə  toxunmuş,  həm  də  ayrı-ayrı 
müəlliflərin  yaradıcılığını  təhlil  etmişdir.  Onun  Homer, 
Hesiod,  yunan  faciənəvisləri  və  komedioqrafları,  antik 
faciə  və  gülüşünün  estetik  prinsipləri,  qədim  yunan 
lirikləri  və  filosofları,  mifologiya,  Homer  qəhrəman-
larının  (xüsusilə  Axillesin)  ümumi  xarakteristikaları 
haqqında  fikirləri  özünün  təhlil  dərinliyi  və  obyektivliyi 
ilə bugünkü oxucunu heyrətdə qoyur. 
 
                                                ***  
 
XIX-XX  əsrlərdə  marksizm  klassikləri  də  fəlsəfi 
əsərlərində  antik  ədəbiyyata  dair  bir  sıra  fikrilər  bildir-
mişlər.  Xüsusilə,  K.  Marksın  bu  sahədə  fikirləri  sinfilik 
nəzəriyyəsinin  tətbiqi  ilə  fərqlənir.  Marksizm  estetikası 
özündən əvvəlki idealist estetikanın prinsiplərini tənqid 
edərək  bildirirdi  ki,  onlar  insanın  mənəviyyat  sahəsin-
dəki  fəaliyyətini  (başqa  sözlə,  mədəniyyət  və  incəsənət 
abidələrini) bütün digər fəaliyyətlərindən ayırırlar. Onlar 
ümumiyyətlə  incəsənəti  insanın  praktiki  həyatından, 
gündəlik  əmək  fəaliyyətindən  və  nəhayət,  sinfi  müba-
rizədən  əlahiddə  nəzərdən  keçirirlər.  Dövrün  ictimai 
inkişafının konkret forması ilə (istehsal münasibətlərinin 
                                                           
6
 Г.В.Ф. Гегель. Естетика. В 4-х томах., М., 1973.  
 


33 
 
forması  ilə)  həmin  dövrün  estetik  idealları,  bədii  yara-
dıcılığı  arasındakı  əlaqəni  sübur  etmək  üçün  Marks  da, 
Hegel  kimi,  Homer  eposlarımı  nümunə  gətirirdi.  O,  bil-
dirirdi  ki,  qədim  yunan  qəhrəmanlıq  eposları  nəinki 
digər  tarixi  dövrdə,  hətta  qədim  dövrün  digər  xalqında 
belə  yarana  bilməzdi.  Homerin  Axilles  tipli  gənc  baha-
dırının ideal obrazı “barıt və qurğuşun dövründə” yarana 
bilməzdi. “Yunan mifologiyası yunan incəsənətinin yalnız 
əsası  deyil,  həm  də  arsenalını  təşkil  edir”di.  Lakin  onu 
qeyd  etmək  zəruridir  ki,  Marksın  antik  mədəniyyət 
haqqında  söylədiyi  mülahizələrinin  bir  çoxu  heç  də 
orijinal  fikrilər  olmayıb,  özündən  əvvəl  səsləndirilmiş 
fikirlərin  bir  qədər  dəyişdirilmiş  formasıdır.  Məs.,  ona 
aid  edilən  “yunan  incəsənəti  insan  cəmiyyətinin  uşaqlıq 
dövrünün  məhsuludur”  fikrini  daha  öncə  Herder,  Şiller, 
Hegel,  Feyerbax,  Sen-Simon  və  b.  eynilə  həmin  formada 
və həmin  sözlərlə ifadə etmişlər. Hətta Marksın  məşhur 
“yunan mifologiyası yunan incəsənətinin yalnız mənbəyi 
deyil,  həm  də  arsenalıdır”  hökmü  də  ondan  əvvəl  Hegel 
tərəfindən  ifadə  edilmişdi:  “...xalqın  canlı  mifologiyası 
onun  incəsənətinin  əsasını  və  məzmununu  təşkil  edir”. 
Göründüyü kimi, fərq o qədər böyük deyil. Ümumiyyətlə, 
Hegel-Marks  estetikalarının,  antik  ədəbiyyata  dair 
fikirlərinin  müqayisəli  təhlili  qarşıya  bir  çox  suallar 
çıxarır və bu mövzu ayrıca tədqiqatın predmeti ola bilər.  
   
 
 


34 
 
I FƏSİL 
ANTİK DÜNYA – YAXIN ŞƏRQ:   
ELMİ-ƏDƏBİ ƏLAQƏ VƏ TƏSİRLƏR 
 
 
 
 
 
§ 1. İslamaqədərki dövr. 
 
Dünya  mədəniyyətinin  beşiyi  olan  Yaxın  Şərqin 
qədim  Yunanıstan,  onun  incəsənəti  ilə  e.ə.  III-II  minil-
liklərdən  başlayan  ədəbi-mədəni  əlaqələr  tarixinə  son 
200 ildə yaranmış marağı, həmçinin bu mövzu ətrafında 
bir  sıra  əsaslı-əsassız  ehtimalların  irəli  sürülməsini  nə-
zərə alaraq, tədqiqatımızda biz də nəzərdən keçirdiyimiz 
problematika  hüdudlarından  çox  uzaqlaşmadan  bu 
məsələyə diqqət ayırmağı lazım bildik. Eyni zamanda, bu 
fikirdəyik  ki,  Yaxın  Şərqin  antik  dünya,  onun  vasitəsilə 
Qərb  dünyası  ilə  ədəbi  əlaqələr  mövzusu  haqqında  hər 
hansı fikir, ehtimal irəli sürmək hüquqü daha çox klassik 
filologiya  sahəsində  çalışanlara  məxsusdur.  Belə  ki,  bu 
əlaqə və qarşılıqlı təsirin izlərini biz məhz qədim yunan 
və şərq klassik ədəbi nümunələrində daha aydın şəkildə 
görürük.  Bununla  yanaşı,  antik  ədəbiyyat  Yaxın  Şərqin 
incəsənət,  ədəbiyyat  aləmi  ilə  yaxından  təmasda  olan 
digər  xalqların  ədəbiyyatlarından  daha  yaxşı  (həm 
keyfiyyətcə,  həm  də  kəmiyyətcə)  qorunub  saxlanmışdır. 


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə