Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə9/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   62

35 
 
Odur  ki,  bu  regionun,  həmçinin  qədim  Azərbaycan 
ərazisində məskunlaşan xalqların qərb mədəniyyətinə və 
incəsənətinə təsirini  öyrənmək üçün ilk növbədə qədim 
yunan  şifahi  və  yazılı  ədəbiyyat  nümunələri  təhlilə  cəlb 
edilməlidir.  Problemə  maraq  gün-gündən  artdığından 
hesab  edirik  ki,  Yaxın  Şərq  regionunun  tərkibinə  daxil 
olan Qafqazda yaşayan xalqların (o cümlədən Azərbayca-
nın)  klasssik  filoloqları  da  bu  sahəyə  diqqəti  artırmalı-
dırlar.  Qədim  şərq  xalqlarının  mədəni  irsi  dövrümüzə 
qədər  dağınıq  və  böyük  itkilərlə  gəlib  çatdığından, 
müxtəlif,  hətta  bir-birinə  daban-dabana  zidd  ehtimallar 
yürütmək  mümkündür.  Yaranmış  boşluqdan  istifadə 
edən və bu ərazilərə  sonradan gələn bəzi  xalqların pro-
sesə  qoşularaq,  mövzu  ilə  əlaqədar  irəli  sürdükləri  ən 
ağlasığmaz  ehtimalları  önləmək  üçün  bu  sahədə  tədqi-
qatların  kəmiyyət  və  keyfiyyət  göstəcilərini  yüksəltmək 
zəruridir.  
Yaxın  Şərq  –  antik  dünya  ədəbi  əlaqə  və  təsirləri 
probleminin  elmdə  doğurduğu  mübahisələrin  və  qarşı-
durmaların  ciddiyyətini  anlamaq  üçün  mövzunun  tari-
xinə qısaca nəzər yetirmək kifayətdir. Qərb klassik filolo-
giyasında  (eynilə  tarixşünaslıqda  və  dilçilikdə)  şəqr 
dünyası  –  qədim  yunan  əlaqələri  iki  əsrdən  artıqdır  ki, 
diqqət  mərkəzindədir.  Yunanlıların  finikiyalı  Kadm,  mi-
sirli Danay haqqında əsatirləri, Herodotun Yunanıstanda 
finikiyalılar  haqqında  verdiyi  məlumatlar,  yunan 
yazısının  finikiya  yazısından  əmələ  gəlməsi  hələ  XVIII 
əsrin  ikinci  yarısından  etibarən  Avropa  alimlərini  belə 


36 
 
bir  fikirdə  möhkəmlətmişdi  ki,  qədim  yunan  və  Yaxın 
Şərq  sivilizasiyaları  bir-birilə  çox  yaxından  əlaqədə 
olmuşlar
7
.  Karsten  Niburun  Mesopotamiyada  və  İranda, 
Napaleonun  1799-1801-ci  illərdə  Misirdə  və  Suriyada 
təşkil  etdiyi  elmi  ekspedisiyalar  bu  işdə  böyük  əhəmiy-
yətə  malik  idi.  Arxeoloji  qazıntılar  zamanı  bütün  dünya 
alimlərini  heyrətdə  qoyan  Yaxın  Şərq  mədəniyyəti 
inciləri  aşkarlanmışdı.  Lakin  XIX  əsrin  birinci  rübündən 
bu  məsələ  ilə  əlaqədar  fərqli  fikirdə  olan  alimlər 
qrupunun tədqiqat işləri meydana gəldi. Bu qrupun əsası 
1825-ci  ildə  K.O.  Müller  tərəfindən  qoyuldu.  Həmin  ildə 
o,  finikiyalı  Kadm  və  misirli  Danay  haqqında  miflərin 
uydurma  olduğunu  aşkarlayan  elmi  araşdırma  ilə  çıxış 
etdi,  bununla  da  finikiyalıların  və  misirlilərin  qədim 
Yunanıstana mədəni təsir göstərməsini şübhə altına aldı.  
Alimlərin  bu  problemə  münasibətdə  parçalanması 
işinə  XIX  əsrin  birinci  yarısında  tarixi-müqayisəli 
metodun dilçiliyə tətbiqi də öz təsirini göstərdi. Belə ki, 
bu  zaman  yunan  dilinin  Hind-Avropa  dilləri  ailəsinə 
mənsubluğu aşkarlandı və bu fakt Yaxın Şərq regionunda 
eyni  dövrdə,  bərabər  səviyyədə  fəaliyyət  göstərən  bir 
neçə  dilin    -  yunan,  arami,  sami  və  b.  dillərin  qarşı-
qarşıya  qoyulması  ilə  nəticələndi.  Dillərin  qarşıdurması 
isə  öz  növbəsində  mədəniyyətlərin  qarşıdurması 
meylinin  güclənməsinə  mənfi  təsirini  göstərdi.  Alimlər 
həmin dövrlər bu regionda yalnız iki dil ailəsini – Hind-
                                                           
7
 В.П. Яйленко. Архаическая Греция и Ближний Восток., М., 1990., səh. 56-57  


37 
 
Avropa  (qədim  yunan  və  fars  dilləri)  və  sami  dillərinin 
(finikiya,  hett-hurrit,  akkad  dilləri)  mövcudluğundan 
danışa  bilərdilər.  Lakin şumer  dilinin mənşəyi ətrafında 
yaranan  mübahisələr,  həmçinin  arxeoloji  qazıntılar 
nəticəsində  türkdilli  xalqların  da  bu  regionda  ən  qədim 
zamanlardan  məskunlaşması  məlumatları  bizə  yeni 
fərziyyələr irəli sürmək imkanı verir. Fikrimizcə, son illər 
müqayisəli dilçilikdə aparılmış bir sıra tədqiqatlar qədim 
yunan  mədəniyyətinə  təsir  göstərən  xalqlar  sırasında 
sami dilli xalqlarla yanaşı, türk dilləri ailəsinə daxil olan 
tayfa  və  etnik  qrupların  adlarını  da  göstərmək  üçün 
kifayət qədər əsas yaranmışdır. 
Beləliklə, XIX əsrdə Yaxın Şərq – qədim yunan əlaqə-
ləri  mövzusunda  mütəxəssislərin  bir  qrupu  (orienta-
listlər)  qədim  yunan  mədəniyyəti  və  sivilizasiyasının 
dünya  tarixində  ikinci  pillə  olduğunu,  onun  Yaxın  Şərq 
(Şumer-Akkad,  Babil,  Misir,  Finikiya)  sivilizasiyasından 
sonra  gəldiyini  qeyd  edirdilərsə,  klassik  filologiya  və 
qədim dünya tarixi ilə məşğul olan alimlərin digər qrupu 
(rasionalistlər)  K.O.  Müllerin  fikrini  daha  da  inkişaf 
etdirərək,  yunan  mədəniyyəti  və  incəsənətinin  müstəqil 
inkişaf etməsi fikrini irəli sürür, Şərqin bu prosesdə hər 
hansı  rolunu  inkar  edirdilər.  Bu  qrupa  daxil  olan 
alimlərin  əsas  hissəsi  almanlardan  ibarət  idi  və  onlar 
Hind-Avropa  mədəniyyətinin  yabançı  dilli  xalqların 
mədəniyyətlərindən  bəhrələnmələri  fikri  ilə  heç  cür 
hesablaşmaq  istəmirdilər  (Yulius  Belox,  Helmut  Berve). 
Lakin  elə  XIX  əsrin  özündə  alimlərin  yeni  dəstəsi 


38 
 
meydana  gəldi.  Bir  qrup  dilçi  alim  qədim  yunan  dilində 
sami  dillərindən  alınma  söz  və  ifadələri  aşkarlayaraq 
sistemləşdirdi  və  məlum  oldu  ki,  qədim  yunan  dili  belə 
alınma  sözlərlə  olduqca  zəngindir.  Eyni  zamanda, 
arxeologiya da şərq dünyasının yunan mədəniyyətinə və 
əksinə  yunan  mədəniyyətinin  şərq  mədəniyyətinə  təsiri 
məsələsində  bir  çox  faktlar  aşkarladı.  Məlum  oldu  ki, 
istər  “orientalistlər”in  şərq  təsiri  haqqında  ifrat  şişirdil-
miş  mülahizələri,  istərsə  də  “rasionalistlər”in  yunan 
mədəniyyətinin  “təmiz”  inkişaf  yolu  haqqında  fikirləri 
eyni  dərəcədə  doğru  deyil.  Beləliklə,  alimlərin  yeni 
“universalistlər”  qrupu  formalaşdı  (O.  Qruppe,  M. 
Laqranje,  D.  Hoqart,  F.  Paulsen,  B.  Remsey  və  b.).  Bu 
alimlər  şərq  mədəniyyətinin  ilkinliyini  qəbul  etməklə 
yanaşı,  hər  iki  sivilizasiyanın  bir-birinə  qarşılıqlı  təsir 
göstərməsi  fikrini  vurğulayırdılar.  XX  əsrdə  aparılan 
filoloji, dilçilik və arxeoloji tədqiqatlar nəticəsində “Yaxın 
Şərq  –  qədim  Yunanıstan  əlaqələri”  məsələsində  qədim 
yunan  mədəniyyətinin  “təmiz”liyi  fikrini  müdafiə  edən 
alimlərin demək olar bütün arqumentləri puça çıxarıldı. 
Hazırda  problem  yalnız  şərq  təsirinin  hansı  dövrlərdən 
başlaması,  hansı  ərazilərlə  keçməsi,  hansı  üsullarla  baş 
verməsi suallarına aydınlıq gətirilməsindədir.  
Artıq heç kimə sirr deyil ki, qarşılıqlı əlaqələrin tarixi 
III  minilliyə  söykənir.  Bir  qrup  alimlər  qədim  yunan 
mədəniyyətinin  və  incəsənətinin  inkişafında  müstəsna 
rola  malik  olan  İoniya  ərazisinin  Yaxın  Şərq  xalqlarının 
sivilizasiyası  ilə  yaxından  bağlılığını,  İoniya  mədəniy-


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə