72
orta hissədə səhnə, səhnənin ətrafında isə orkestr üçün
xüsusi yer olurdu”. Burada müəllif səhnə (yunanca
“skena”) və orkestr (yunanca “orxestro”) sözlərinin
müasir mənalarını qədim dövrdə daşıdıqları məna ilə
eyniləşdirmişdir. Halbuki, orkestr – orxestro yunan
teatrında xorun yerləşdiyi yeri bildirirdi. Sözün etimo-
logiyası da bunu göstərir: orxestro – rəqs etmək, yəni
xorun bədən hərəkətləri etdiyi yer, məkan. Səhnə - skena
isə orxestronun arxasında aktyorların soyunub-geyin-
məsi üçün tikilmiş xüsusi ev idi ki, yalnız çox sonralar bu
söz aktyorların tamaşanı oynadıqları yeri bildirmişdir.
Ə. Ağayev yunan komediyası haqqında danışarkən,
onun folklor köklərini düzgün izah edir, lakin burada da
səhvsiz keçinmir. Məs., “kommos” sözü “kosmos” kimi
verilmişdi: “Kosmos kəlməsinin özünün mənası da
Dionis allahı şərəfinə təşkil olunmuş şənliklərin nəşəli və
gülünc momentlərini, burada oxunan satirik, əyləncəli
nəğmələri və s. ifadə edir”. Əslində, “kosmos” sözü antik
dövrdə sırf fəlsəfi mənada işlənir, “xaos” sözünün əksi
kimi, kainatdakı nizam-intizam mənasını bildirirdi.
“Kommos” isə əyləncəli, eyş-işrət, bəzən də satirik mah-
nılar oxuyaraq küçələri gəzən cavanlar dəstəsi məna-
sında işlədilirdi və məhz bu mənasına görə “komediya”
sözünün mənşəyində bu sözün durduğunu hesab edirlər.
Fikrimizcə, burada yol verilmiş yanlışlığı adi orfoqrafik
səhv kimi qəbul etmək olmaz.
”Yunan fəlsəfəsi və Aristotel” adlı sonuncu bəhs
bütünlükdə dərsliyin ən mübahisəli hissəsidir. Burada
73
müəllif doğru mülahizələrlə yanaşı, təəsüf ki, bir çox
kobud xətalara də yol vermişdir. Məs., ən böyük
səhvlərdən biri Ə. Ağayevin qədim yunan fəlsəfəsi ilə
qədim şərq fəlsəfəsini müqayisə etdiyi yerdə üzə çıxır:
“Şərqdə “elmlərin elmi” kimi varlıq və təfəkkür,
dünyagörüşü haqqında bir elm kimi differensasiya
uğramış xüsusi mənada fəlsəfə olmamışdır və mövcud
olan hər növ fəlsəfi baxışlar, ideologiyanın başqa sahə-
ləri, xüsusən din, qəti elmlər və sənət sahəsi ilə qarışıq
olmuşdur. Differansasiya olmuş xüsusi bir elm sahəsi
qarışıq inkişaf etmiş müstəqil fəlsəfi sistem ancaq
Yunanıstan cəmiyyətində yarana bilmişdir”. Bu fikir bir
çox cəhətlərinə görə yanlışdır. Əvvəla, qədim yunan
fəlsəfəsinin özü də bir çox hallarda “din, qəti elmlər və
sənət sahəsi” ilə birlikdə çıxış edirdi. Çox az sayda yunan
filosofları vardır ki, onlar sırf fəlsəfəyə aid əsərlər yazmış
olsun. Bununla yanaşı, müəllif şərq dünyasında fəlsə-
fənin başlıca ideologiya sahələri və “din, qəti elmlər və
sənət sahələri” ilə birlikdə çıxış etməsini söyləyərkən
yəqin ki, islam yaranandan sonra Yaxın və Orta Şərqdə
meydana gəlmiş dini-fəlsəfi traktatları nəzərdə tuturdu.
Lakin neçə min illik şərq fəlsəfi fikri tarixini bu qısa
dövrlə məhdudlaşdırmaq nə dərəcədə doğrudur? Hələ
XIX əsrdən elm aləminə məlumdur ki, islamdan əvvəl
Yaxın Şərq regionunda bir sıra fəlsəfi məktəblər
(maniçilik, məzdəkilik, atəşpərəstlik və s.) mövcud
olmuşdur. Biz hələ Uzaq Şərq regionunda (Çində,
Hindistanda) eradan əvvəl fəaliyyət göstərmiş fəlsəfə
74
məktəblərini demirik. Bütün bunları nəzərə almadan
müəllifin dərslikdə qeyd etdiyi formada qəti fikir
söyləmək, fikrimizcə, doğru deyil. Bunu hazırda qərbin
ən ifrat millətçi, şərq dünyasına, onun mədəniyyətinə
qarşı radikal fikirləri ilə tanınan filoloqları belə
söyləmirlər.
Bundan əlavə, müəllif bir sıra yunan filosoflarının
fəlsəfi irsini şərh edərkən bəzi nöqsanlara yol verir. Məs.,
Platon fəlsəfəsini izah edərkən müəllif yazır ki, “o öz
görüşlərini əsasən Sokratın fəlsəfəsinə əsaslandır-
mışdır”. Bu cümlənin məna yükü çox ziddiyyətlidir və
müəllifin nə demək istədiyini başa düşmək çətindir. Əgər
Ə. Ağayev demək istəyirsə ki, “Platon öz görüşlərində
əsasən Sokratın fəlsəfəsinə əsaslanmışdır”, bu fikir doğru
deyil. Belə ki, Platon Sokratdan fərqli olaraq antik
obyektiv idealizmin bütöv fəlsəfi sistemini yaratmışdır.
Əgər müəllif demək istəyirsə ki, “Platon öz görüşlərində
əsasən Sokratın fəlsəfəsini əsaslandırmışdır”, bu fikir də
həqiqəti əks etdirmir. Belə ki, bununla biz Platon
fəlsəfəsini sokratçılıq səviyyəsinə endirmiş oluruq. Yəqin
ki, Ə. Ağayev yuxarıdakı cümləni yazarkən Platonun öz
əsərlərində sıx-sıx Sokrat obrazından istifadə etməsini
bildirmək istəmişdir. Lakin qədim yunan fəlsəfəsindən
xəbərsiz olan Azərbaycan tələbəsi həmin cümlədən bu
mənanı çıxarmaqda çətinlik çəkəcək.
Platon haqqında nöqsanlı yerlər əfsuslar olsun ki,
bununla bitmir. Müəllif Platonun ideal dövləti haqqında
danışarkən yazır: “Platonun ideal dövlət quruluşu ideyası
75
reaksion Sparta siyasi quruluşunun idealizə edilmiş
formasından başqa bir şey deyildir”. Müəlllif burada
Marksın Platon haqqında eyni məsələ ilə əlaqədar
söylədiyi fikri istədiyi şəkildə dəyişdirmişdir. Marksda
belədir: “Platonun ideal dövləti Misir kasta quruluşunun
idealizə edilmiş formasından başqa bir şey deyildir”.
Maraqlıdır ki, Platon həqiqətən Afina demokratiyasının
əleyhinə olmuş, Spartaya rəğbət bəsləmişdir. Müəllif də
bundan istifadə etməklə Marksın fikrinə özünəməxsus
“düzəliş” vermişdir.
Müəllif ən ciddi səhvə Aristotel estetikasını şərh
edərkən yol verir: “Nihayət, Aristotel tragediya üçün
zəruri hesab etdiyi Zaman, Məkan və Hərəkət vəhdəti
qanununu irəli sürür ki, bu qanunların ədəbiyyatşünaslıq
tarixindəki təsiri uzun müddət davam etmişdir”.
Cümlənin sonuncu hissəsinə, yəni Aristotel poetikasının
sonrakı “ədəbiyyatşünaslıq tarixinə” böyük təsir
göstərməsi fikrinə heç bir iradımız ola bilməz. Lakin
Aristotelin faciə üçün üç vəhdət qanununu irəli sürməsi
fikri doğru deyil və bu haqda bütün mübahisələr hələ
XVII əsrdə - Klassisizm cərəyanı başa çatdıqdan sonra
son qoyulmuşdur. XX əsrin 30-cu illərində Aristotel
adından yenə də belə bir fikir söyləmək qətiyyən
yolverilməzdir, belə ki, “üc vəhdət” qanunu Aristotel
“Poetika”sında deyil, çox sonralar Lukresinin “Pizonlara
məktub”unda ilk dəfə ifadə olunmuşdur.
Beləliklə, biz sovet Azərbaycanında qərb klassik filo-
logiyasının tədqiqat sahəsinə daxil olan məsələlərə ilk
Dostları ilə paylaş: |